Məsələn, Azərbaycanda turistlər üçün bələdçi kitabının
arxasında yazılıb:
“Compiled by the Ministry of Culture and
Tourism of the Republic of Azerbaijan. Text: by V.Gasımov”.
Turist məlumat mərkəzi səyyahlara məlumat vermək, şəhərin
görməli yerlərini təqdim etmək məqsədi güdür. Bu mərkəz
mətnin ötürücüsüdür. Mətnin yazan isə Qasımovdur. O, mətnin
üslubi xüsusiyyətləri üçün məsuliyyət daşıyır, mətni ötürənin
niyyəti üçün cavabdeh deyil. Kitabçanın ingilis, rus, Azərbaycan
variantlannda da həmin məlumat verilir. Məlumat mərkəzi mətn
ötürücüsü olsa da, burda mətnləri yazan аул şəxslərdir-
tərcüməçilərdir. Onlann da adı kitabçada göstərilməlidir.
Bu misal göstərir ki, ancaq mətn mühitindən (nəşr, istinad,
biblioqrafiya və s.) mətnin yazan ilə onu ötürən şəxsin eyni adam
olub olmaması bədii ədəbiyyatlli olur. Bir ad varsa, onda həmin
şəxs mətnin yazarıdır.
Məlumatın ötürücüsü haqqında nəyi bilmək lazımdır?
Tərcümə üçün məlumatın ötürücüsü haqqında nəyi bilmək
lazımdır? Bəziləri mətnin formalaşmasına müəllifin təsiri,
digərləri isə müəllifin reseptora və onun sosial rolu ilə əlaqəni,
sosioloji mühitin öyrənilməsini zəruri sayır. Rolu insan yox,
situasiya müəyyən etdiyindən yaxşı olardı ki, müəllifin məqsədi
öyrənilsin. Rol və statusu bir-birindən ayırmaq lazımdır. Zaman,
məkan, mədəniyyət və ünsiyyətin əsas fiınksiyalannın müəyyən
etdiyi çərçivədə tərcümə üçün ən mühüm olanı mesajı ötürənin
niyyəti, reseptorlar qrupunun mədəni zəmini, məkanı, zamanı,
mətn yaratmanın motivi, eləcə də intratekstual xüsusiyyətlər
(özünəməxsusluq, regional və sosial dialekt, zamanla bağlı
xüsusiyyətlər, biliklər) haqqında məlumatdır.
Məsələn: a) əgər mətn İspanca yazılıbsa, onda müəllifin
İspaniya, yaxud latın amerikasından olduğunu bilmək vacibdir,
çünki Avropa və Latın Amerikası ispanlanmn dilində mənaca
bir-birindən fərqlənən çoxlu sözlər var. Latın Amerikasından
olan ən tanınmış yazıçılar belə İspan qəzetində ispanlar üçün
yazırlarsa,
şübhəsiz ki, amerikanizmlərdən
istifadə edirlər, b)
195
İspaniyada nəşr olunan Kuba hekayələrində “Kubanizmlər”
ispanlar üçün çıxışda şərh olunur. Bunlan başa düşmək tərcüməçi
üçün vacibdir. Bunsuz nə tərcümə etmək, nə də orijinalın
effektini yaratmaq mümkündür.
Dostları ilə paylaş: