etdiyi normal ünsiyyət aktında niyyyətlə ünsiyyətin funksiyası
üst-üstə düşür. Məsələn, mesajın ötürücüsü reseptora müəyyən
bir məsələ haqqında məlumat vermək istəyir
(referensial
funksiya), ya da müəyyən şey barədə öz fikrini, mövqeyini bildirir
(ekpressiv niyyət), yaxud reseptoru inandırmağa çalışır ki,
müəyyən fikri qəbul etsin, müəyyən işi görsün
( operativ-təhrik-
edici niyyət), ya da reseptorla əlaqəyə girmək, əlaqə saxlamaq
istəyir
(fatik niyyət).
Əlbəttə, mesajı ötürənin bir neçə niyyəti də ola bilər. Onda
həmin niyyətlər ierarxiya şəklində yerləşdirilməlidir. Praqmatik
səbəblərə görə tərcümədə bu ierarxiya dəyişdirilə bilər.
Mesajı ötürənin niyyəti haqqında məlumatı necə əldə etmək?
Adətən, reseptora mesajı ötürənin niyyəti barədə açıq şəkildə
xəbər verilmir, ancaq o, mətni həmin niyyətin nəticəsi kimi qəbul
edir. Mesaj ötürən və ya yazann niyyəti haqqında aydın və ya
üstüörtülü məlumat almaq üçün mətnin intratekstual
xüsusiyyətlərini təhlil etmək lazımdır.
Bununla belə, ektratekstual amillər (mesajı ötürən, reseptor,
vasitə, məkan, zaman, motiv, funksiya) mesajı ötürənin niyyətini
müəyyən qədər işıqlandıra bilər. Paralinqvistik hadisələr,
məsələn, mesajı ötürənin həyəcanlan, yaxud narazılığı da nəzərə
alınmalıdır.
Mesajı ötürənin niyyətini müəyyənləşdirərkən reseptorun
rolununu da müəyyənləşdirmək lazımdır. Bu ya mətnin özü, ya da
mətn vasitəsilə edilir. Bu rol mesajı ötürənlə reseptorun həqiqi
statusu ilə bağlı roldan uzaqdır. Bu rol iki şəxsin (reseptor və
mesajı ötürən) statusu ilə müəyyənləşən əlaqələrdir. Müəyyən bir
sahədə geniş biliyə malik olan mesaj ötürücüsü reseptorun
etimadını qazanmaq üçün öz biliyindən istifadə edə bilər. Əgər
təhlil aparan şəxsin mesaj ötürənin mətndəki rolundan xəbəri
varsa, onda o, əvvəlkinin niyyəti barədə müəyyən məlumat əldə
edə bilər.
Bədii mətnləri və müəllifin fərdi fikirlərini özündə əks etdirən
mətnləri (məsələn,
siyasi şərhlər,
redaktorun baş məqaləsi
199
və s.) təhlil edərkən mesajı ötürənin niyyəti xüsusi əhəmiyyətə
malikdir, çünki belə hallarda mətnin növü ilə niyyəti arasında bir
əlaqə olur. Bu mətnləri təhlil etmək üçün mütərcim müəllifin
həyatı, mühiti, yaradıcılığına təsir etmiş hadisə, cərəyan və
şairəyə müraciət etməlidir. Şübhəsiz ki, tərcümə məqsədilə mətni
təhlil edəndə mütərcim ixtiyannda olan bütün vasitələrdən
istifadə etməlidir. Ancaq yadda saxlamalıdır ki, tapdığı
incəliklərin doğrudan da təhlil etdiyi məxəz mətnə aidiyyatı var,
ya yox. Mütərcim müəllifin öz reseptoru üçün nəzərdə tutduğu
məlumat səvİ
3
^əsində məlumata yiyələnməyə çalışmalıdır. Bədii
mətn üçün bu, ədəbiyyat nəzəriyyəsi ilə məşğul olan alim
səviyyəsi demək deyil, ancaq hər halda o, tənqidi təfəkkürə malik
bir reseptor olmalıdır.
Məsələn: a) Bertold Brext Almaniyada siyasi təmayüllü bədii
ədəbiyyatın nümayəndəsidir. Əgər reseptor yazıçının birinci
hekayəsi “Zorakılığa qarşı tədbirlər” 1930-cu ildə nəşr
olunduğunu bilirsə, onda dərhal başa düşür ki, müəllif oxuculan
nasistlərə qarşı ehtiyatla davranmaq üçün xəbərdar edir, b) Əgər
məqalə siyasi şərhlər həsr olunan qəzetdə dərc edilibsə, onda
mesajı ötürənin niyyəti, əlbəttə, son siyasi hadisələri şərh
etməkdir. c) Əgər mətn resept adı ilə dərc olunubsa, oxucu inanır
ki, mətndə müəllifin niyyəti müəyyən xörəyin hazırlanması
haqqında məlumat verməkdir.
Bəzən mesaj ötürücüsü özü öz niyyətini açıqlayır. Məsələn,
Peru yazıçısı Mario Varqas Llosa yazır: “Mən
Los cachorros adlı
hekayəmi nəsr kimi yox, mahnı kimi oxunmasını istəyirdim. Ona
görə də hər bir hecanı seçəndə istəyirdim ki, o, təkcə təhkiyyə
kimi deyil, həm də musiqi kimi səslənsin, istəyirdim ki, oxucu
hiss etsin ki, o, hekayəni oxumur, onu mahmtək, mu- siqitək
dinləyir.
Vermeer yazır: “Müəllifin bu etirafi heç də o demək deyil ki,
məxəz mətn onun niyyətini tam əks etdirir(21)”.
Dostları ilə paylaş: