Dərslik kimi təsdiq edilmişdir. Q. H. Bayramov 2008 Mənə tərcümənin əlifbasını öyrətmiş



Yüklə 1,63 Mb.
Pdf görüntüsü
səhifə95/111
tarix02.01.2022
ölçüsü1,63 Mb.
#40087
növüDərs
1   ...   91   92   93   94   95   96   97   98   ...   111
Reseptor haqqında nəyi bilmək lazımdır? Tərcümə mətninin 
reseptoru haqqında mümkün olan bütün məlumatı əldə etdikdən 
sonra  mütərcim  onu  məxəz  mətnin  reseptoruna  xas  olan 
xüsusiyyətlərlə  (yaşı,  cinsi,  təhsili,  ictimai  vəziyyəti,  coğrafi 
mənşəyi,  sosial  statusu,  mesajı  ötürənə  münasibətdə  rolu  və  s.) 
müqayisə etməlidir. 
Məsələn,  jumallann  birində  narkotika  ilə  bağlı  məqalə 
yeniyetmələr  (13-19  yaşlılar)  üçün  nəzərdə  tutulmuşdur. 
Məqalənin reseptorlanna müraciət edib, onlara narkotik maddələr 
qəbul  etməyin  təhlükəsi  barədə  xəbərdarlıq  etməkdən  ötrü 
müxbir  yeniyetmələrin  və  narkotik  maddələrdən  istifadə 
edənlərin dilində 
202 


işlənən  jarqon  və  slenqdən  istifadə  edir.  Yeniyetmələr  üçün  bu 
məqalə  tərcümə  edilərkən  mütərcim  hədəf  dildə  də  müvafiq 
vasitələrdən istifadə etməlidir. Ancaq bu məqalə yaşlılara məxsus 
bir jurnalda eyni ilə dərc olunursa, onda yaşlı oxucular ya mətni 
başa düşməyəcək, ya da onu ciddi qəbul etməyəcəklər. 
Reseptorun  ünsiyyət  zəminini  {background)^  yəni  onun 
ümumi  biliyi,  dünyagörüşü,  mətndəki  mövzu  barədə  bilikləri 
mətnin tərcüməyönümlü təhlili üçün böyük əhəmiyyətə malikdir. 
Reseptorun  ünsiyyət  zəminini  qiymətləndirəndən  sonra,  mətnin 
yazan  təkcə  nələri  yazmağı  deyil,  nələri  yazmamağı  da 
müəyyənləşdirir, nələrisə vurğulayır, nələrisə ötəri şəkildə verir. 
Oxucuya  ötürüləcək  biliyin  qədəri  reseptorun  təkcə 
təhsilindən yox, həm də mövzuya bələd olmasından asılıdır. Belə 
halda  vəziyyət  məxəz  və  hədəf  mətnlərin  reseptorlanndan  ötrü 
fərqli  olur,  çünki  əksər  hallarda  bu  iki  qrup  reseptor  arasında 
böyük zaman fərqi olur. Məsələn, C. Çosserin XIV əsrdə ingilis 
oxucusuna  görə  yazdığı  “Kentrberi  hekayələri”  XXI  əsr 
Azərbaycan oxucusu üçün tərcümə olunduqda əsərin bu iki qrup 
oxucu üçün böyük fərqi olur. 
Müəllif  mətni  yazdıqda  müəyyən  məqsəd  güddüyü  kimi 
reseptorun da onu oxumaqda öz niyyəti var. Reseptorun niyyəti 
onun  mətndən  gözlədikləri  ilə  qanşdınimamalıdır.  Mətndən 
gözlənilənlər  reseptorun  kommunikativ  zəminini  təşkil  edir. 
Niyyəti  həm  də  reseptorun  reaksiyası,  mətnə  cavabı  ilə  də 
qarışdırmaq lazım deyil. 
Reseptor haqqında məlumat mesajı ötürənin niyyəti, zamanı, 
məkanı,  mənşəyi,  yaşı,  mətnin  funksiyası  və  onun  intratekstual 
xüsusiyyətləri üzərinə müəyyən işıq sala bilər. 
Mesajı ötürənlə əlaqədar göstərildiyi kimi, uydurma reseptor 
“xarici” kommunikativ situasiyanın yox, “daxili” kommunikativ 
situasiyanın  bir  hissəsidir.  Mətn  zahirən  hətta  müxtəlif  re- 
septorlara ünvanlana bilər. 
203 


Məsələn,  nasist  rejiminə  qarşı  müqavimət  hərəkatının  üzvü 
olduğu üçün həbs olunan alman yazıçısı Veysenbom arvadına bir 
neçə məktub yazır. Bu məktublar müharibədən sonra nəşr olunur, 
ilkin  məqamda  həmin  məktublann  ünvanlandığı  dəqiq  bir  şəxs 
var. Sonralar həmin məktublar, onlara yazılmış cavablar, daha bir 
neçə şer və mahnılarla birlikdə çap olunmuşdur. Bu halda artıq 
reseptorlar  daha  genişdir  və  dəqiq  deyil.  Burada  üçüncü  reyx 
zamanı  müqavimət  hərəkatı  iştirakçılannm  ifadələri  ilə 
maraqlanan  hər  bir  kəs  reseptordur.  Məhəbbət  məktub-  lan  ilə 
dolu olan bu kitabı bir gənc öz sevdiyi qıza hədiyyə edirsə, onda 
reseptor  məsələsi  daha  da  mürəkkəbləşir.  Həmin  kitabın  digər 
dillərə tərcümələri hələ bir yana qalsın. Buna görə də, mütərcim 
təkcə  məxəz  mətn  reseptorunun  xüsusiyyətlərini,  onun  məxəz 
mətnə  münasibətini  deyil,  həm  də  hədəf  mətn  reseptorunun 
xüsusiyyətlərini,  onun  mətnlə  əlaqəsini  təhlil  etməlidir.  Çünki 
onun mətndən nələr gözləməsi - biliyi, kommunikativ rolu hədəf 
mətnin üslubi cəhətdən təşkilinə yardım edir. 
Məxəz  mətnin  məxəz  dil  reseptoruna  yönümü  çox  olduqca 
məxəz  mətnin  sənəd  kimi  tərcümə  ehtimalı  da  artır.  Bu  o 
deməkdir  ki,  hədəf  mətn  məxəz  mətn  barəsində  onun  öz 
vəziyyətindən  xəbər  verir,  ancaq  onun  vəzifəsinə  oxşar  vəzifə 
yerinə  yetirmir.  Ona  görə  də  bir  ölkə  başçısının  öz  xalqına 
müraciəti tərcümədə eyni effekti doğura bilməz. 

Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin