Reseptorlar haqqında məlumatı necə əldə etməli? Mesajı
ötürənlə olduğu kimi reseptor haqqında məlumatı ilkin olaraq
mətn mühitindən (məsələn, kimə ithaf olunub, qeydlər və s.), o
cümlədən kitabın adından əldə etmək olar. Bu məlumat mesajı
ötürənin reseptor haqqında verdiyi məlumatdan, onun
niyyətindən, situasiya ilə bağlı amillərdən, məsələn, məlumat
hansı vasitə ilə verilir, zamanı, məkanı, motivi və sairdən əldə
edilə bilər. Standartlaşdın İmiş mətn növləri çox vaxt reseptorda
eyni səviyyədə standartlaşdınimış bəkləntilər doğurur. Belə bir
misalı götürəl: evdar qadın müəyyən bir resepti oxuyarkən
gözləyir ki, ondan müəyyən bir xörəyin bişirilməsi haqqında
məlu
204
mat əldə etsin. Şübhəsiz buna görə də həmin mətni oxuyur. Onun
diqqəti mətnin məzmununa yönəlmiş olur (məsələn, bu xörəyin
bişirilməsinə hansı komponentlər lazımdır, özü nə etməlidir?).
Təkcə kompozisiyasına görə
yox (məsələn, əvvəlcə
inqredientlərin siyahısı, sonra isə xronoloji ardıcıllıqla təlimatın
verilməsi), həm də sintaktik strukturuna (məsələn, impera- tivlər,
parataksis) və leksik xüsusiyyətlərinə (məsələn, terminologiya,
standart forma, həmçinin “qaynama həddinə çatdırma”,
“mütəmadi olaraq qanşdırmaq”) görə reseptlərin özünəməxsus
forması var. Oxucu mətnin formasına o zaman diqqət yetirir ki,
mətn onun gözlədiyi formada olmur, məsələn: resept şerlə
yazılıb, inqredientlərin siyahısı verilməyib.
Reseptorun bəkləntisi bəzən müəyyən bir dözümlülüyə apa-
nb çıxara bilər. Misal üçün, turist müəyyən bir menyunu
oxuyarkən (onun mətn funksiyası aydın şəkildə situasiyadan
aydınlaşa bilər) mətn onun dilinə yaxşı tərcümə olunmamışsa, bu,
turisti o qədər də narahat etmir. Əksinə, mətndəki orfoqrafik
səhvlər, qeyri-idiomatik ifadələr ona ləzzət verir, çünki, o, nə
yeyəcəyi, nə içəcəyi haqqında müvafiq məlumatı reseptdən əldə
edə bilər.
Söz yox, mətnin yazan bacardığı qədər reseptorun bəklənti-
lərini doğrultmağa çalışır. Lakin elə hallar da var ki, mətnin yazan
reseptorun bokləntilərini nəzərə almır.
Mesajın ötürüldüyü vasitə-kanal (medium)
Şifahi nitq yazı ilə müqayisədə. Mesajın ötürüldüyü vasitənin
(kanal) daha geniş izahata ehtiyacı var. Biz medium dedikdə
mesajın hansı vasitə ilə oxucuya, reseptora ötürüldüyünü nəzərdə
tuturuq. Mütərcimi informasiyanın texniki cəhətlərindən daha
çox, onun anlaşıqlı olması, kommunikativ əlaqədən ehtimal
olunan nəticə maraqlandınr.
Hər şeydən əvvəl, ünsiyyətin hansı şəkildə - üzbəsurət
iface-to-face), yaxud yazı vasitəsilə həyata keçirildiyini
öyrənməliyik. Mətnin ötürülməsi vasitəsi təkcə onun qəbuluna
deyil, həm də onun formalaşmasına da təsir edir. İnformasiyanın
ötü
205
rülmə vasitəsi onun iksplistliyinin səviyyəsi, arqumentlərin
düzülüşü, cümlə növlərinin seçilməsi, koeqeziya xüsusiyyətləri,
mimika, jestlərdən və digər qeyri-verbal formalardan istifadəni
müəyyənləşdirir, informasiyanı ötürmə vasitəsinin intratekstual
amillərə təsirini dilin diektik {sözün mənasının ancaq kontekst və
situasiyada aydınlaşması) aspektinə nəzər salmaqla başa düşmək
olar. Üzbəsurət ünsiyyət formasında hər şeyi dillə, sözlə ifadə
etmək lazım gəlmir.
Məsələn, üzbəsurət ünsiyyət formasında here, by my side,
today, yaxud ünsiyyətin iştirakçılan /, all of us. the speaker be-
fore me correctly remarked kimi söz və ifadələrin mənası
kontekstdən kənarda qeyri-müəyyəndir, anlaşılmazdır. Ancaq
yazılı ünsiyyət formasında zaman, məkan, mesajı ötürən,
reseptor- lar və s. haqqında məlumat, ya da ünsiyyət mühiti
(başlıq, çap, giriş və s.) vasitəsilə bu söz və ifadənin mənası açılıb
dəqiqləşdirilə bilər.
Yazılı və şifahi ünsiyyət kateqoriyalan heç də həmişə
bir-birindən ayrı-ayn götürülməməlidir. Misal üçün, elə şifahi
mətnlər var ki, onlar sonradan yazıya köçürülür (məsələn, şahid
ifadəsi); elə yazılı mətnlər var ki, onlar şifahi şəkildə ötürülür.
Ona görə də bəzi alimlər yazılmaq məqsədilə danışılan (məsələn,
imla) və danışılmaq məqsədilə yazılan {radio və televiziyada
xəbərlər) mətnlərdən bəhs edirlər.
Deyilənlər göstərir ki, mətnləri ötürmə vasitəsinə görə
qruplara bölmək o qədər də düzgün deyil.
Ötürmə vasitəsi haqqında nəyi bilmək lazımdır? Şifahi
ünsiyyətdə məlumatın ötürülməsi vasitələrinə {telefon, mikrafon)
daxildir. Bunlar da, şübhəsiz, mətnin hazırlanması, qəbulu və
dərkinə mənfi təsir göstərir. Yazılı ünsiyyətdə isə məlumatı
ötünnə
vasitələrinə
kitab,
qəzet,
jurnal,
çoxcildli
ensiklopediyalar, broşura,
0
cümlədən biznes yenilikləri və s.
daxildir.
Mətnin ötürülmə vasitəsinin də tərcümə üçün böyük
əhəmiyyəti var, çünki məlumatın ünvanlandığı qrup haqqında mü
206
əyyən məlumat verir. Məsələn, ölkə qəzetinin oxucusu yalnız
sayca böyük deyil, həm də müxtəlif təhsil səviyyəsi olan
insanlara görə nəzərdə tutulduğundan onda müxtəlif üslubi
formal və bəkləntilər var. Bu qəzet tibbi, neyrocərrahiyyə və s.
aid jurnallardan kəskin şəkildə fərqlənir. Nazik kağız cildli
kitablann oxucusu bahalı qalın cildli kitablann oxucusundan daha
çoxdur. Şəxsi məktub bir kəsə ünvanlanır, lakin standart biznes
məktubu bir çox şirkətlərə göndərilə bilər. Afişa yoldan keçən
bütün insanlar üçün nəzərdə tutulub.
Deyilənlərdən əlavə, mətnin hazırlandığı məkan, zaman da
tərcümədə böyük əhəmiyyəti kəsb edir. Zaman nəinki məxəz
mətnin, həm də hədəf mətnin yazılması və qəbulunu ösdində
ehtiva edir. Məxəz dildəki kommunikativ situasiya, eləcə də
mədəniyyətlərarası kommunikativ situasiya müvafiq zaman
konteksti ilə müəyyənləşir. Zaman ölçüsü ilə bağlı biz klassik
mətnlərin ənənəvi tərcümələri ilə tanış olub, tərcümə və yenidən
tərcümə zamanı ortaya çıxmış problemləri nəzərdən
keçirməliyik. Aydındır ki, Homerin “İliada”, Şekspirin “Kral
Lir”, Servantesin “Don Kixof’unun təkrar tərcüməsi tərcümənin
məqsədindən asılıdır. Bəzi nəzəriyyəçilər müasir müəlliflərin
müasir tərcümələri ilə qədim əsərlərin müasir tərcümələri
arasında fərq olduğunu göstərirlər. Onlar birincini yenidən
yaratma {aktuallaşmä), ikincini isə konservativ {tarixiləşdirmə)
ad- landınrlar.
Bunların hansınasa üstünlük verilməsi həmin dövrdə daha
çox işlənən tərcümə ənənəsindən asılıdır.
Əsərin yazıldığı zaman haqqında məlumat əsasən nəşr zamanı
göstərilir. Lakin bu da bəllidir ki, mətnin yazıldığı vaxtla nəşr ili
arasında həmişə müəyyən fərq var. Ünsiyyətin motivi dedikdə
mətnin no səbəbə yazıldığı başa düşülür. Bəzi mətnlərin yazılma
səbəbini tapmaq çətin deyil. Məsələn, toya dəvətnamə kimlərinsə
evləndiyini və dəvətnamənin ünvanlandığı şəxsin ora dəvət
olunma səbəbi ilə yazılır. Qəzetdəki xəbərin hansısa bir hadisənin
baş verdiyini xəbər vermək səbəbi ilə ya
207
zıldığı məlum olur. Motiv təkcə səbəblə deyil, mətnin nə
münasibətlə yazılması ilə də bağlıdır. Məsələn, kimsə eşqə
düşdüyü yaxud kimsə kimin adgünü münasibətilə şer yazır.
Birinci halda mətnin yazan və mətnin motivi, ikinci halda isə
reseptor və mətninin qəbulu üçün onun motivi diqqət mərkəzində
olur.
Tərcümə üçün əhəmiyyətli ekstratekstual amillərdən biri də
mətnin funksiyasıdır. Bu funksiyalar dilin funksional üslublan
çərçivəsində öyrənilir.
Bütün intratekstual amillər (mesajı ötürən, onun niyyəti,
reseptor, medium, zaman, məkan, motiv, funksiya) bir-biri ilə
əlaqəlidir.
Dostları ilə paylaş: |