İntratekstual amillər
Wh ilə başlayan suallarda mətnə aid cəmi iki sual var:
məlumatı ötürən nə deyir? Və bu məlumatı necə deyir? Bu iki
sual mətnin forması və məzmunu ilə bağlı ənənəvi aspektləri
əhatə edir. Dil işarəsinin forma və məzmununu bir-birindən
ayırmaq, yaxud ayırmamaq haqqında fikirlərin sayı-hesabı
yoxdur. Tər- cüməyönümlü mətn təhlili zamanı bu iki
kateqoriyanı intratekstual təhlil üçün götürmək çox böyük
çətinlik yaradır.
Mətnin sintezinin əks istiqamətdə apaniması mətnin təhlilinə
apanb çıxanr. Mətni ötürən mətni kommunikativ məqsədlə yazır.
Mətnin təhlili mətnin yaradılmasında hansı intratekstual amillərin
çıxış etməsinə imkan verir. Məlumatın ötürücüsü həmişə ünsiyyət
prosesinin təşəbbüskarıdır, çünki o, reseptora müəyyən bir
məlumat ötürmək istəyir. Mesaj, məlumat dedikdə insan
ünsiyyətini yerinə yetirən bütün formalar - xahişlər, əmrlər,
əlaqəyə girmək üçün suallar, cəhdlər nəzərdə tutulur. Mesajı
ötürən bu mesaj vasitəsilə ekstralinqvistik reallığın müəyyən bir
hissəsinə istinad edir. Bu da onun nitqində nədən bəhs
olunduğunu göstərir. Nədən bəhs edəcəyini müəyyən etdikdən
sonra mesajı ötürən yazacağı mətn üçün elə şeyləri seçir ki, onlar
reseptor üçün maraqlı, yaxud yeni olsun. Bütün bunlar yazılacaq
mətnin
məzmununu
təşkil
edir.
Ötürəcəyi
mesajı
formalaşdırarkən yazar reseptorun ümumi fon {background)
biliklərini
208
nəzərə almalıdır. Mətnin kommunikativ olmasını istədiyinə görə
yazar çalışır ki, reseptorun bilə biləcəyi təxmin edilən
məlumatları mətnə daxil etməsin. Verbal şəkildə mətndə əks
olunmasa, da bu məlumatlar mətndə fərziyyə, təxminlər
(presupposition) şəklində iştirak edir. Mətnin nədən bəhs edəcəyi,
məzmunu və təxmin edilənlər (presuppositions) müəyyənləşdiril-
dikdən sonra yazar mətnin məzmununun hansı qaydada təqdim
olunması və məlumatı təşkil edən komponentlərin bir-biri ilə necə
əlaqələndirilməsi barədə düşünür. Mətnin bu aspekti onun
kompozisiya (composition-quruhuj) kateqoriyasına daxildir.
Mətnin həm makrostrukturu (fəsillər, abzaslar və s.), həm də
cümlə və cümlə üzvlərini təşkil edən mikrostrukturunu əhatə edir.
Əksər hallarda mətnin zahiri görünüşü onun kompozisiyasından
xəbər verir. Abzaslar, fəsillərin sərlövhəsi, rəqəmlər, haşiyə, eləcə
də tərtibat, illüstrasiyalar, cədvəllər, başlanğıcdakı birinci hərf,
qara şrift, kursivlər, yaxud üzbəsurət ünsiyyətdə jest və mimika
digər məqsədlər daşısalar da, mətndə qeyri-ver- bal elementləri
təşkil edir.
Bununla belə, mesajın ötürülməsi üçün ən mühümü söz,
cümlə, supraseqmental xüsusiyyətlər {mətnin tonu) kimi
elementlərdir. Yazılı və şifahi mətnlərin hər ikisində
supraseqmental xüsusiyyətlər diqqəti mətnin müəyyən hissəsi
üzərində cəmləməyə, nəyisə ön plana çəkməyə, qalanlarını arxa
plana keçirməyə imkan verir. Bütün bu elementlərin təkcə
informativ (denotativ) yox, həm də üslubi (konnotativ) funksiyası
var.
irəlidə deyildiyi kimi, situativ amillər (yazıların coğrafi
mənşəyi, ötürmə vasitəsinə qoyulan tələblər, mətnin yazılma
zamanı və məkanı və s.) mətnin intratekstual xüsusiyyətlərinə çox
böyük təsir göstərir. Mətnin növü, ünsiyyətin məqsədi də onlara
təsir edir, çünki bu iki amil ünsiyyətin intratekstual vasitələrinin
seçilməsinə təsir edir. Bunu da nəzərə almalıyıq ki, üslubi
formatın seçilməsi də bir çox elementlərdən asılıdır. Məsələn,
əgər yazar mətn üçün nominal neytral üslub seçərsə, bu, şübhəsiz,
cümlə strukturunun seçilməsinə təsir edəcək.
209
Yazar(müolliOyönümlü yanaşmada səkkiz intratekstual
amildən bəhs olunur. Onlara mətndə nədən bəhs olunduğu
Dostları ilə paylaş: |