ötürücüsündən asılıdır. Bu onun reseptora müəyyən təsir etmək
niyyətidir.
Üslub mətndə əsasən leksik elementlərlə ötürülən semantik
informasiya səviyyəsində təhlil olunmalıdır. Bu o deməkdir ki,
ardıcıllıq
(coherence) və əlaqənin
(cohesion-koqeziya) qlobal
funksiyalarını daxil etməklə aydın olmayan, dolaşıq mətn
elementləri və strukturlan
(verbal və qeyri-verbal şəklində
olanlar) asanlıqla aydınlaşdınla bilər. Bu yolla predmet
(sub- ject
matter), məzmun və bilinəcəyi güman edilən məlumat
(presupposition) kateqoriyaları semantik informasiya daşıyıcısına
çevrilir.
Kompozisiya, qeyri-verbal elementlər, leksika, cümlə
strukturu və superseqmental xüsusiyyətlər mətnin formasının
üslubi aspektinə aiddir. Buna görə üslub
məfhumunun özünün də
izahata ehtiyacı var.
Mətnin üslubu informasiyanın reseptora hansı tərzdə
ötürülməsi deməkdir. Üslub termini burda qiymətləndirici
(evaluative) mənada işlənmir (qiymətləndirici mənada
gözəl,
aydın üslub kimi işlədilir). Bizim anlamımızda bu termin üslubi,
yaxud ədəbi normadan kənara çıxmaq mənasında da işlənmir.
Çünki elə olduqda belə çıxar ki,
üslubdan məhrum, üslub- suz
mətnlər də var.
Elə üslubi dəyərlər var ki,
onlar normadan kənara
çıxmaq nəticəsində yaranmır.
Bizim anlamımızda üslub təsviri xarakter daşıyır, mətnin
formal xarakteristikasına aiddir. Bu da norma və yazann niyyəti
ilə müəyyənləşir. Hər iki halda mətnin üslubu onun yazan və
niyyəti haqqında nəsə deyir. Yazar reseptora mətnin necə və hansı
funksiyada qəbul edilməsi barədə əvvəlcədən müəyyən siqnallar
ötürür. Üslubi siqnalı, yaxud işarəni başa düşmək üçün reseptor
da yazar kimi üslubi elementlər və onlann işlənmə funksiyalan
barədə müəyyən biliyə malik olmalıdır. Bu bilik reseptorun mətn
haqqında biliyinin bir hissəsidir, mətndəki üslub yazann
niyyətini, münasibətini duymağa imkan verir. Bu, ona görə
belədir ki, bir çox ünsiyyət formaları, aktlan stan
212
dartlaşıb, yazarlar məhz bu standartlardan birini seçirlər. Adi
ünsiyyətdə üslubi elementlər haqqında intuitiv, qeyri-şüuri və ya
passiv bilik mətni dərk etməyə imkan verir. Ancaq yazar və
tərcüməçinin hər ikisi bu ifadə tərzlərini məxəz və hədəf dillərdə
aktiv şəkildə bilməsələr, onlar məxəz mətndə həmin üslubi
elementlərin funksiyasını təhlil edə bilməz, hədəf dildə ona
münasib variant seçmək, onu dəyişmək, adaptə etmək mümkün
olmaz.
Hazırda işlənən üslubi priyomlann böyük bir hissəsi aktiv
ritorikadan və müxtəlif mədəniyyətlərdən iqtibas olunmuşdur.
Düzdür, onlann aralannda müəyyən fərqlər də mövcuddur.
Predmet {subject matter). Mətnin tərcümə yönümlü təhlili
zamanı onun predmeti böyük əhəmiyyət daşıyır. Bəziləri mətnin
predmeti və məzmununa belə bir sual verirlər:
Yazar nə barədə
danışır? Bu sual mətnin bədii tərtibatının mətnə əlavə etdiyi
əlavə
potensial əhəmiyyətini də əhatə edir. Reys (21) yazır ki, mətnin
əsl predmeti metafora və təşbeh kimi üslubi vasitələrdə gizlənmiş
ola bilər.
Uils (Wills) mətnin predmetini praqmatik kimi təsnif edir,
lakin onu axıra qədər başa çatdırmır. Predmeti bir
leytmotiv, əsas
tema
{central theme) kimi təsvir etməklə mətndəki əlaqə
vasitələrini təhlil edir. Bununla da o, intratekstual amillərə
əsaslanır və onlardan çıxış edir. Kartcllieri isə mətnin predme-
tinin sosial aspektinə toxunur.
Reysdən fərqli olaraq Tiel mətnin predmetini necə
müəyyənləşdirmək problemi ilə məşğul olur. O göstərir ki, bir
sıra mətn növlərinin standart forması var, onlann predmeti
sərlövhədə, yaxud hardasa bir yerdə göstərilir.
Mətnin predmetinin təhlili tərcüməçi üçün bir neçə səbəbə
görə vacibdir:
1. Əgər bir predmet mətndə dominantlıq təşkil edirsə, onda bu
predmet məntiqi cəhətdən ardıcıllıqla qurulmuş bir mətndir. Əgər
mətndə bir neçə predmetdən danışılırsa, onda söhbət mətn
kombinasiyasından,
kombinə olunmuş mətndən (text
213