Dərslik kimi təsdiq edilmişdir. Q. H. Bayramov 2008 Mənə tərcümənin əlifbasını öyrətmiş



Yüklə 1,63 Mb.
Pdf görüntüsü
səhifə98/111
tarix02.01.2022
ölçüsü1,63 Mb.
#40087
növüDərs
1   ...   94   95   96   97   98   99   100   101   ...   111
{subject  matter),  məzmun,  bilinəcəyi  təxmin  edilən  biliklər 
(presupposition),  kompozisiya  {composition),  qeyri-verbal 
elementlər,  leksika,  cümlə  strukturu  və  superseqmental 
xüsusiyyətlər daxildir. Adətən mətnin təhlili də elə bu ardıcıllıqla 
apa-  nlır,  ancaq  bu  qaydanı  olduğu  kimi  saxlamağa  o  qədər  də 
ehtiyac yoxdur. 
Bu  amillərin  hər  birisinin  aynlıqda  araşdıniması  metodoloji 
səciyyə  daşıyır.  Əslində  bu  amillər  bir-biri  ilə  sıx  bağlıdır  və 
bir-birindən  asılıdır.  Məsələn,  mətnin  predmeti  (subject  matter) 
mətnin  kompozisiyasına  (mətndə  hadisələrin  xronoloji  ardıcıl- 
lığı),  yaxud  lüğətin,  sözün  seçilməsinə  {müqavilə  mətni  üçün 
hüquqi  terminlərin  seçilməsi),  qeyri-verbal  elementlərin  daxil 
edilməsi  mətnin  kompozisiyasına,  bunlar  da  öz  növbəsində 
cümlə strukturuna təsir edə bilər. 
Praktikada  bu  modeli  tətbiq  edərkən  heç  də  intratekstual 
təhlili addım-addım, yəni yuxanda göstərilən ardıcıllıqla aparmaq 
lazım deyil. Bəzi mətnləri tərcümə edərkən mətnin intratekstual 
amillərinə  ötəri  nəzər  salmaq  kifayətdir.  Bəzi  mətnlərin 
tərcüməsində  isə  bu  amilləri  bütün  incəliklərinə  qədər,  hətta 
morfem və fonem səviyyəsinə qədər təhlil etmək lazımdır. 
Məsələn, hava haqqında məlumatı tərcümə edərkən elə etmək 
lazımdır  ki,  hədəf  dildə  olduğu  kimi  səslənsin.  Burada  bütün 
intratekstual  amilləri  incələmək  lazım  deyil,  çünki  bu  standart 
mətndir.  Burda  məxəz  mətnin  məzmunu  hədəf  dildə  standart 
formada öz əksini tapır. 
Bəzi  mətnlərdə  müəyyən  intratekstual  aspektlərə  diqqət 
yetirmək vacibdir. Аул bir qrup mətnlərdə bu aspektlər standart 
xarakter daşıyır və asanlıqla başa düşülür. 
Tərcümə  yönümlü  mətn  təhlili  ilə  məşğul  olanlann  hamısı 
ekstralinqvistik reallığa istinad etməyin vacibliyini qeyd edirlər. 
Onların əksəriyyəti mətnin məzmunu ilə predmetini bir-bi- 
210 


rindon  ayırmır.  Bəziləri  də  ya  məzmunu,  ya  da  predmeti  əsas 
götürürlər. 
Tədqiqatçılardan yalnız Reyss (21) mətndə bilinəcəyi təxmin 
edilən  məlumatın  (presupposition)  vacibliyini  açıq  şəkildə 
təsdiqləyir.  Koller  isə  bunu  açıqca  deməsə  də,  məzmunun 
xüsusiyyətlərindən bəhs edərkən ona işarə vurur. 
Mətnin  kompozisiyasından  danışarkən  Tiel  (21)  ona  böyük 
əhəmiyyət verir. 
Qeyri-verbal  elementlərə  gəldikdə  isə  tədqiqatçılann  çoxu 
onların  üstündən  sükutla  keçirlər.  Mətnin  leksikası  və  cümlə 
quruluşundan  ancaq  mətnin  linqvistik  və  üslubi  aspektinin 
təhlilini  verərkən  bəhs  olunur.  Burada  metafora,  təşbeh,  söz 
yaradıcılığı,  ellipsis,  üslub  səviyyələri,  standart  mətn  növləri, 
bədii mətnlərin tərtibi kimi məsələlərə toxunulur. Koller (21) səs 
təqlidi,  c{uiiyə,  ritm  və  digər  fonetik  vasitələri  formal-estetik 
xüsusiyyətlər kimi qələmə verir. Onun fikrincə bu xüsusiyyətlər 
su-  perseqmental  xüsusiyyətlər  kimi  götürülməlidir.  Dilin 
funksiyası tərcüməyönümlü mətn təhlilində mühüm bir amildir, 
lakin bu funksiya mətnin intratekstual amillərinin hüdudlanndan 
kənara çıxır. Onu müəyyənləşdirmək üçün ünsiyyətin baş verdiyi 
situasiyanın zahiri xüsusiyyətlərini də nəzərə almaq lazımdır. 
Müəyyən bir mətnin linqvistik xüsusiyyətlərini təhlil edərkən 
mətndəki  funksiyasından  asılı  olaraq  həmin  xüsusiyyətlər 
müxtəlif  şəkildə  dəyərləndirilməlidir.  Elə  xüsusiyyətlər  var  ki, 
ünsiyyət  şəraitindən  asılıdır,  mesajın  ötürücüsü  onlara  nəzarət 
edə,  onlan  dəyişdirə  bilməz  (məsələn,  zaman,  məkan,  coğrafi, 
sosial-mədəni zəmin). Elə xüsusiyyətlər də var ki, onlar haqqında 
qərar mətn  yaranmamışdan qabaq verilir (məsələn,  mesaj hansı 

Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin