Ekstratekstual amillər intratekstual amillərlə müqayisədə.
Situativ amilləri ekstratekstual amillər kimi təsnif etdikdə belə bir
müddəaya gəlib çıxırıq: situasiya dedikdə elə bir vəziyyət
nəzərdə tutulur ki, orda mətn ünsiyyət vasitəsi fianksiyasında
çıxış edir. Bədii mətndə təhkiyyəçinin xüsusiyyətləri müəllifin
ölçülərinə aid deyil. Bu xüsusiyyətlər intratekstual amil kimi
qəbul edilməli və mətnin məzmununun daxili ölçüsü ilə bağlı
təhlil olunmalıdır. Mətnin müəllifi bədii mətnin yaradıcısıdır,
təhkiyyəçi isə mətnin ikinci ötürücüsüdür.
Bu eynilə mürəkkəb mətn növlərinə də aiddir. Bu cür mətnlər
təkcə bədii ədəbiyyatda yox, digər üslublarda da olur. Mə
191
sələn, qəzet məqalələrində müxbir çox vaxt üçüncü bir şəxsin
nitqini sitat kimi verir, bununla da fikir müxtəlifliyini oxucuya
çatdınr. Belə halda sitat gətirilən şəxslə mətn müəllifi eyni şəxs
deyildir. Məsələn: After King Juan Carlos of Spain had received
an honorary doctorate from New York University, the journalist
who commented on the event in a Spanish newspaper quoted
verbatim parts of the King’s speech of thanks. Sitatın tərcüməsi
üçün kral məlumatın ötürücüsü, qəzetdəki xəbərin tərcüməsi üçün
isə məlumatın ötürücüsü jurnalistdir (və müəllifdir). Hər iki mətn
hər iki ötürücünün müxtəlif situasiya və mövqelərinə uyğun
gəlməlidir.
Həm bədii, həm də qeyri-bədii mürəkkəb mətnlər yaxşı olar
ki, rekursiv prinsip əsasında aynca təhlil edilsin. Mətn daxilinə
girmiş mətnin situativ amilləri haqqında lazımi məlumat adətən
əsas mətndə verilmiş olur.
MBtndənxaric təhlil üçün semantik çərçivə. Əgər biz tərcümə
məqsədi ilə təhlil aparmağa xidmət edən və mətnlə bağlı bütün
vəziyyəti əhatə edən bir model hazırlamaq istəyiriksə, onda
aşağıdakı fundamental suala cavab verməlijdk: müxtəlif amillərlə
bağlı hansı məlumat tərcümə üçün vacibdir?
Bəzi nəzəriyyəçilər dildən istifadə edənlər üçün müəllifin
yaşı, mənşəyi, sosial mühiti, təhsili və s. haqqında məlumatı vacib
sayırlar; digərləri ünsiyyət prosesinin iştirakçılannm münasibəti,
statusu, rolu, davranışı və fəaliyyəti haqqında məlumatı; аул bir
qrup isə ictimai-iqtisadi şəraiti (rolu, statusu, iqtisadi vəziyyəti),
sosial-mədəni və koqnitiv-intellektual şəraiti (mətn və dünya
haqqında biliklər, təhsil, təcrübə, gerçəklik modelləri) və
bioqrafik-psixoloji vəziyyəti (fərdi qabiliyyəti, meyli, bioqrafık
vəziyyəti, plan və niyyətləri); başqa bir qrup isə daha irəli gedərək
qabanq, şən, bədbəxtlik kimi məlumatlan da tərcümə üçün vacib
sayırlar. Onlar həm də danışan və dinləyənin bir-biri haqqında
olan təsəvvürünü də bu amillərə daxil edirlər. Belə hesab olunur
ki, bunlar hamısı ünsiyyət aktına təsir edir(21).
192
Bunlar heç də nəzərə alması amillərin hamısı deyil. Ancaq
onlar aydın göstərir ki, mətnin yarandığı şərait, məkan
informasiya təfərrüatının tərtibi ilə təhlil oluna bilməz. Elə
kateqoriyalar tapılmalıdır ki, onlann vasitəsilə dünya dərk edilsin,
həmin kateqoriyalar eynilə mətnin yarandığı tarixi şəraitə aid
olsun.
“Məntiqi məkandakı faktlar dünyanı təşkil edir”, deyə Lüd-
viq Vittgensteyn öz traktatında yazır(21). Bu o deməkdir ki,
faktlar bütün əlaqələri (dünyanı) bir-birinə bağlamaqla məntiq
vasitəsilə əldə edilir. Bu, eynilə mətnin yarandığı şəraitə də
aiddir.
Hər hansı tarixi şəraitin əsas kateqoriyalan zaman və
məkandır. Zaman kateqoriyası dünyanın özünün özü haqqındakı
tarixi konsepsiyasını da ehtiva edir. Ona görə də təhlilin birinci
əsas aspekti şəraitin zaman və məkan ölçüsüdür.
Mətnin yarandığı situasiya həmişə insan mədəniyyətinin bir
hissəsidir. Buna görə də mətn təhlilinin ikinci əsas aspekti mətnin
yarandığı situasiyanın mədəni-spesifik xüsusiyyətlərinə aid
olmalıdır.
Mətnin özündə elə bir funksiya var ki, onun mətn olmasını
təmin edir. Ona görə də mətnin üçüncü başlıca aspekti mətnin
yarandığı situasiya ilə onun kommunikativ aspekti arasındakı
əlaqəni əhatə edir.
Mətnin kommunikativ funksiyası ümumiyyətlə dilin trans-
kultral, bəlkə də universal kommunikativ funksiya çərçivəsində
nəzərdən keçirilməlidir. Bühler və Jakobsonun modellərinə görə
kommunikasiyanın dörd növü var:
Mətndəki referent, yaxud kontekstə aid edilən referensial
(həm də denotativ və ya koqnitiv) funksiya;
Müəllif, onun hissləri, referentə münasibətinə əsaslanan
emotiv və ya ekspressiv funksiya; mətnin reseptora yönülü op-
pelativ (appelativ, konativ, inandıncı, yaxud vokativ) funksiya;
əsas məqsədi müəlliflə reseptor arasında ünsiyyət yaratmaq, onu
davam etdirmək, qırmaq olan fatik fiınksiya.
193
Zaman, məkan və mədəniyyətdən başqa bu əsas funksiyala-
nn təsiri mətnin “dünyasım” təşkil edir. Buna görə də onlar si-
tuativ amillərin analitik modeli ilə bağlı ortaya çıxa bilən suallar
üçün sistemli bir çərçivə yaradır. Mətndəki amillər və mətn
ölçülərinin bir-birindən asılılığını nümayiş etdirmək üçün həmişə
son sual sözügedən amilin təhlilindən doğan bəkləntilərə aid olur.
Dostları ilə paylaş: |