Dərslik kimi tövsiyyə edilir. B a k I 1 6


MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI



Yüklə 199,7 Kb.
Pdf görüntüsü
səhifə96/152
tarix07.01.2024
ölçüsü199,7 Kb.
#201769
növüDərs
1   ...   92   93   94   95   96   97   98   99   ...   152
77MUASIR-INF.SIST .DERSLIK-PDF

MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI 
___________________________ 153 ____________________________ 
yerinə-yetirir. Layihə ofisi layihə işlərinin uçotunu aparır, 
layihə resurslarının (Binalar, görüşlər, ezamiyyətlər və s.) 
dispetçerlənməsini həyata keçirir.
Geniş strukturda həm şaquli, həm də üfqi ayrılmalar 
daha çoxdur. Burada istər idarə heyəti, istərsə də müşayiətin 
idarə edilməsi daha mürəkkəb struktura malikdir. Belə ki, 
müşayiətin idarə edilməsi strukturunda 
verilənlərin ötürülməsi 
şöbəsi fəaliyyət göstərir ki, bu da təşkilatın lokal və qlobal 
şəbəkələrini, fəal şəbəkə avadanlıqlarını özündə birləşdirir. Bu 
şöbənin tərkibində 
fəal şəbəkə avadanlıqları (serverlər, 
kommutatorlar, 
marşrutizatorlar 
və 
s.

qrupu, 
strukturlaşdırılmış kabel şəbəkəsi (Elektrik və telefon kabelləri 
şəbəkəsini və lokal hesablayıcı şəbəkənin kabel şəbəkəsini 
əhatə edir) qrupu və 
rabitə qrupu fəaliyyət göstərir. 
Geniş 
strukturda 
metrologiyanın 
və 
istehsal 
avtomatikasının 
idarə 
edilməsi 
bölməsi 
istehsal 
müəssisələrində - texnoloji proseslərin avtomatlaşdırılması 
sistemini (TP AİS), 
ticarətdə - mal yeridilişinin uçotu sistemini 
və bununla birlikdə rəqəmsal tərəziləri və kassa aparatlarını, 
bankda - bankomatları idarə edir. Metrologiya şöbəsi 
cihazların saz işləməsinə cavabdehdir. 
Müxtəlif ölkələrdə və müxtəlif şəhərlərdə yerləşən və 
olduqca geniş fəaliyyət sferasına malik olan bütün informasiya 
sistemlərinin vahid mərkəzdən müşayiət edilməsi çətin və ya 
iqtisadi cəhətdən səmərəli olmadıqda 
divizyon strukturdan 
istifadə edilir. Bu halda müşayiətin idarə edilməsi uzaq ofislər 
üzrə paylanır ki, bu da idarəetmə nəzəriyyəsində 
divizyon 
adlanır. Hər bir divizyon bir departamentdir. Buna nümunə 
olaraq neft şirkətinin informasiya sistemləri xidmətinin 
strukturuna baxaq. Neft şirkətləri müxtəlif regionlarda 
yerləşən bölmələrə malik olur və bu bölmələrin hər biri xeyli 



Yüklə 199,7 Kb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   ...   152




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin