Mağara ayısının kəllə sümüyü.
Azıx mağarası. Paleolit dövrü.
22
Təsviri incəsənətin nəzəriyyəsi
Telman İbrahimov
Xətlərin hansı istiqamətdə çəkildiyini xətlərin özünün diqqətlə
araşdırılması ilə də müəyyən etmək olar. Yəni psixomotor reak-
siya zamanı daha güclü enerji xəttin başlanğıcında sərf olunur.
Enerji xəttin sonuna doğru getdikcə zəifləyir və bu zəifləmə xəttin
xüsusiyyətində öz əksini tapır. Əksər xətlərin başlanğıcı daha
“güclü” (enerjili) olaraq, daha bərk təzyiqlə yaradılır. Xəttin so-
nuna doğru enerji tükəndikcə qələmin təzyiqi də azalır. Bəzi hal-
larda bu təzyiqin azalması tədricən xəttin əyilməsinə (sallanma-
sına) gətirib çıxarır. Xətlərin enerjisi sona doğru zəiflədiyindən
qələmi tutan əlin ağırlığı daha çox təsir olunmağa başlayır. Belə
xüsusiyyət nəticəsində şaquli xətt üfüqi xəttə nisbətən daha düz,
daha səlis və daha “möhkəm” olur.
Əl ilə üfüqi düz xətti çəkmək çətindir. Düz xətti çəkmək üçün
insanın əlində əvvəldən axıradək eyni enerji, eyni güc olmalıdır.
Xətt nə qədər üfüq boyu uzanırsa, onu düz aparmaq bir o qədər
çətinləşir. Ona görə ki, qısa xətti eyni güclə aparmaq olur, ancaq
uzun xətt çəkildikdə getdikcə əl yorulur, yavaş-yavaş aşağı düşür.
Uzun xəttin çəkilişi zamanı axıra yaxın əl yorulur, enerji tükənir və
xətt əyilir. Sətirlə yazıda da bu özünü göstərir. Bildiyimiz kimi, bir
az yazdıqdan sonra şərti üfüqi sətrin istiqaməti aşağıya doğru (ağır-
lıq gücünün istiqaməti boyu) yönəlir.
Xəttin ontoloji xüsusiyyətləri ancaq bu psixomotor reaksiya-
larla, yəni xəttin vizual iz olması ilə kifayətlənmir. Xəttin digər
xüsusiyyətləri də var. Onun ikinci mühüm ontoloji xüsusiyyəti
xəttə baxan tamaşaçıya nə cür təsir etməsindədir. Xətt mövcud
olduğu halda və tamaşaçının bu xəttə baxması prosesində o, ta-
maşaçıya təsir etməyə başlayır. Bu proses zamanı nə baş verir,
hansı təsir “mexanizmlər” oyanır? Ən birincisi, xəttin insana təsir
etməsi xüsusiyyəti xəttin koordinat oxlarına nisbətən üfüqi və ya
şaquli olmasındadır.
İnsana təsir edən ilk impuls xəttin istiqamətindən, vektordan
asılıdır. İkinci amil xəttin əyriliyi və düzlüyü ilə bağlıdır. Əyrilik
əksər halda insana emosional təsir bağışlayır. Üçüncü amil xəttin
qalınlığının dəyişkənliyi ilə əlaqədardır. Qələm bərk basıldıqda
xətt qalınlaşır, yumşaq basıldıqda nazikləşir. Leonardo Da Vinçi-
23
Mövzu 3
Bədii xətt və onun xüsusiyyətləri
nin, Mikelancelonun və digər klassik rəsm ustalarının əsərlərinə
baxsaq, biz təsvir olunmuş xətlərin dəyişkənliyinin şahidi olarıq.
Belə xətlərə məcazi mənada “mahnı oxuyan, danışan, diri olan”
xətlər də deyirlər. Belə ki, xətt sanki mahnı oxuyur – nazikləşir,
qalınlaşır. Bəzən tam yoxa çıxır və yenidən dirçələrək zilə qal-
xır. Beləliklə, “canlı” və xətkeşlə çəkilmiş “ölü” xətlər mövcud-
dur. Xətkeşlə çəkilən xətdə onu çəkən rəssamın demək olar ki,
heç bir emosionallığı duyulmur. Belə xətlərdə basma, sıxma,
sürüşdürmə və s. olmadığından bütün xətt boyunca eyni emosi-
onal enerji ifadə olunur.
Bəs xəttin tamaşaçıya təsiri hansı amillərlə bağlıdır? Xəttin
qalınlaşması və nazikləşməsi, xəttin tündləşməsi və açıqlaşması
insana necə təsir edir?
İstənilən xəttin vizuallaşmış görüntüsü ilə bərabər gözlə
görünməyən, lakin duyğu vasitəsilə hiss olunan “güc sahəsi”
(energetik sahə) mövcuddur.
Qələm və yaxud digər bir vasitə ilə iz qoymuş xəttin ətrafında
gözə görünməyən güc məkanı əmələ gəlir. Xətti əhatə edən belə
“güc sahəsi” xəttin böyüklüyündən və ya kiçikliyindən, qalınlığın-
dan və ya nazikliyindən, “ağırlığından” və ya “yüngüllüyündən”
asılıdır. Hər bir cismin olduğu kimi, nöqtənin də, xəttin də
ətrafında belə güc məkanı yaranır. Təsvir olunmuş xətt daha
qalın və ağır olduqda, o bir qədər geniş məkanı enerjiləndirir.
Bu məkanın gücü və sahəsi xəttin qalınlığından, tündlüyündən
və s. asılıdır. Belə nəticəyə gəlmək olar ki, xəttin ətrafında yara-
nan belə “güc məkanı” xəttin insana təsirində öz rolunu oynayır.
Təhtəlşüur vasitəsilə qavranılan “güc məkanı” xəttin özünə aid
olduğundan yaxınlıqda olan digər xətlərin, nöqtələrin, ləkələrin
sərbəst qavranılmasına maneçilik törədir. Belə “güc məkanına”
istənilən təsvir vasitəsinin yaxınlığı gərginlik gətirir. Hər bir xəttin
özünəməxsus “güc məkanı” vardır. Bu “məkanları” fərqləndirən
amillər hansılardır?
İlk növbədə, fərq üfüqi və üfüqiliyə meylli xətlərlə şaqu-
li və şaquliliyə meylli xətlərin arasındakı güc məkanlarının
sahələrində və konfiqurasiyasında özünü əks etdirir.
24
Təsviri incəsənətin nəzəriyyəsi
Telman İbrahimov
Belə ki, əsas fərq şaquli xəttin güc məkanının yerləşməsindədir.
Şaquli xətlərin hamısında güc məkanı xəttin başlanğıcından asılı
olaraq, yuxarıdan-aşağıya və ya aşağıdan-yuxarıya doğru zəifləyir
və onun sahəsi xəttin sonuna doğru azalır.
Üfüqi xəttin “güc məkanının” yerləşməsi və sahəsi də bu
prinsiplə formalaşır. Lakin bu xətlərdə əmələ gələn “güc
məkanına” xəttin orta hissəsində virtual olaraq qavranılan “ağır-
lıq” təsir edir. Bu virtual “ağırlıq” “güc məkanının” “asılması-
na” və xəttin alt sahəsində cəmləşməsinə gətirib çıxarır. Bunun
nəticəsində üfüqi xətlərin mərkəz və alt hissəsində gərginlik ar-
tır. Bu gərginlik təhtəlşüur vasitəsilə hiss olunur. Əslində, biz bu
effekti heç vaxt təsvirdə bilavasitə görmürük, biz onu yalnız hiss
edirik. Əslində biz bu effekti heç vaxt təsvirdə bilavasitə görmü-
rük, biz onu yalnız hiss edirik. Deyilən effekti hələ qədim yu-
nanlar kəşf etmiş və öz məbədlərinin sütunlarını hazırlayaraq,
“güc məkanını” isimləşdirmişlər. Yunan sütunlarındakı entazis
aşağıya doğru gərginliyin artmasını “şişmiş” forma vasitəsilə
əks etdirir. Sonrakı, xristian təməli üzərində qurulmuş Qotik
mədəniyyət yunan humanizmindən kəskin fərqlənməyə başla-
yır. Qotika dünyagörüşü və bədii düşüncə tərzi bilavasitə dini
təlimlə bağlı olmuş və ona qurban verilmişdir. Qotik formalar-
da “güc məkanı” ağırlıq vektoruna əsasən (aşağı) deyil, yuxarı
istiqamətə doğru can atır. Ruh yüksəlişini və onun öz mənbəyinə
(tanrıya) qovuşma prinsipini əks etdirən güc vektoru, Qotik
bədii təfəkkür kanonunun əsasını təşkil edir. Qotik düşüncəyə
görə cismaniliyə, aşağıya doğru yönəlmiş hərəkət cahilliyə, “al-
lahsızlığa” doğru hərəkəti əks etdirir. Qeyd etmək lazımdır ki,
Qotik üslub çərçivəsində yaradan sənətkarlar ümumiyyətlə
“ağırlıq” (cismanilik) anlayışlarından vaz keçməyə can atmışlar.
Memarlıqda və təsviri incəsənətdə bütün cismlər (canlı və can-
sız) və onların forması inkişafı yuxarıya doğru, Ali mənbəyə qo-
vuşmaq “istəyini” nümayiş etdirirlər.
İstənilən təsvirin görünən və görünməyən hissələri olur. Biz
bilirik ki, bir təsvir bizə bir neçə cür təsir bağışlayır, emosional
hal yaradır, digəri isə başqa cür. Hətta eyni mövzunu iki müxtəlif
25
Mövzu 3
Bədii xətt və onun xüsusiyyətləri
rəssam eyni formada və eyni məzmunda çəkdikdə belə, biz
müxtəlif hisslər yaşayırıq. Əsər fərqli ideya və obraz üzərində qu-
rulubsa, bu fərqin hiss olunması və dərk olunması qaçılmazdır.
Mürəkkəb obrazlı təsviri sənət əsərləri “çoxlaylıdırlar”. Bu layla-
rın “açılması” və qavranılması subyektivlik əsasında reallaşdırılır.
Rəssam əsərinin yaradılması və onun qavranılması prosesində
yaradıcı temperamenti ayrıca “lay” kimi təsir edir. Yaradıcının
temperamentindən, əhval-ruhiyyəsindən, xarakterindən, daxildə
yaranmış mücərrəd obrazdan asılı olaraq təsir effekti fərqli olur.
Bütövlükdə etiraf etmək lazımdır ki, xətlərin “güc məkanları”
insanlara təsir edir və bu güc məkanı tək xətdə deyil, eyni zaman-
da təsviri sənətin digər ifadə vasitələri olan nöqtə, ləkə, forma,
rəng, ahəng və s. üçün səciyyəvidir. “Güc məkanını” məqsədyönlü
olaraq genişləndirmək və azaltmaq mümkündür. Xətlərin “güc
məkanlarının” tamaşaçıya emosional təsiri olduğu kimi, este-
tik təsiri də var. Bəs bu “güc məkanlarının” estetikliyi nədədir?
Xəttin “güc məkanı” yalnız o halda xəttin gözəlliyini artırır, bu
da ki, müxtəlif və yaxın olan xətlərin “güc məkanı” biri-digərinə
mane olmasın, üst-üstə düşməsinlər. Xəttin özü, onun “güc
sahəsi” və xətlər arasında olan “boşluq” ayrılmaz komponentlər
kimi vəhdət halına salınmalıdırlar. Bu komponentlərin hər üçü-
26
Təsviri incəsənətin nəzəriyyəsi
Telman İbrahimov
nün vəhdət halında tənzimlənməsi son nəticədə tamaşaçıya es-
tetik hiss yaşadır. Əgər bunlar tənzimlənməyibsə təsvirə baxanda
insanda narahatlıq hissi yaranır.
Albert Kapr “Şriftin estetikası” kitabında xəttin yaratdığı
şriftlərin – hərflərin estetikasından danışır. Diqqətlə araşdırsaq,
şriftlərdə, hərflərdə və xətdə çox dərin estetik vəhdət olduğunu
görərik. Sadəcə olaraq, çox vaxt biz onlara fikir vermirik, təsvirə
baxanda elə də dərinliyə getmirik. Amma biz təsviri incəsənətin
nəzəriyyəsindən danışırıqsa, təsviri obrazın dərinliyinə
getməliyik.
Beləliklə, üfüqi xətlər insanda rahatlıq, genişlik, təmkinlik
hissi doğurur. Şaquli xətlər isə möhkəmlik, bərklik, sərtlik təsiri
bağışlayır.
İntibah dövrünün kompozisiya sxemi piramida quruluşu ilə
səciyyələnir. Düz şaquli xətt boyunca inkişaf edən forma mənəvi
yüksəliş ideyasını ifadə edir. Maili xətt enmə, yorğunluq hissi,
üfüqi xətt isə rahatlıq və ənginlik, genişlik hissi doğurur. Buna
görə də xətləri bəzən sakit, narahat, güclü, yumşaq, möhkəm və
s. xətlər kimi adlandırırıq.
27
Mövzu 4
Təsviri sənətdə forma
F
orma məzmun və hiss daşıyıcısıdır. Forma ilə əlaqədar iki
anlayış var: forma – tərz kimi (üsul, üslub) və plastik forma. Əsas
plastik formadır. Plastik forma mütləq üçölçülü olmalıdır. For-
ma özü-özlüyündə məzmun daşıyıcısıdır, yəni özü məzmundur
(nəyi təsvir etməsindən asılı olmayaraq). Məsələn, fincana gözü-
yumulu əl toxundurmaqla biz onun formasına görə məzmununu,
yəni fincan olduğunu müəyyən edə bilərik. Eyni zamanda, for-
ma emosionallığın daşıyıcısıdır. Çünki, forma özlüyündə insana
hissiyyat verir. Hər hansı bir formaya toxunsaq gözəldirsə este-
tiklik verir, gözəl olmadıqda isə narahatlıq yaradır, mənfi emo-
siya verir. Bu da formanın fakturası ilə bağlıdır. Məsələn, hamar
heykəltəraşlıq forması və hamar olmayan heykəltəraşlıq forması
(Venera heykəli mərmərdən də ola bilər, palçıqdan da. Hər ikisi
qadın fiquru olmasına baxmayaraq, materialına görə fərqli təsir
bağışlayır).
Forma məzmun daşıyıcısına o vaxt çevrilir ki, biz həmin
formanın məzmununu tanıyırıq (yaddaşda olan formanın
müqayisəsi ilə). Bəzi hallarda isə formanın məzmunu yoxdur,
belə formalara dekorativ formalar deyilir. Məsələn, daş heç nəyə
oxşamır, məzmunu yoxdur. Belə formada ancaq emosionallıq,
hissiyyat, estetiklik var.
Formanın emosionallıq daşıyıcısı olması o zaman əmələ gəlir
ki, insana formanın emosional təsiri olur. Bildiyimiz kimi, Allah
insanda ətraf məkanı müəyyənləşdirən daxili koordinat oxla-
rı barəsində hissiyyat yaradıb. Bu daxili koordinat təsəvvürləri
müvazinət yaradır və ətraf məkanı da o oxa görə qavrayır
(həmçinin ətraf məkanın formalarını). İnsanın öz daxili koordi-
nat oxları ilə müşahidə etdiyi formanın məntiqi koordinat oxları
üst-üstə düşmədiyi halda insanın emosionallığı artır. Üfüqiliyə
meylli forma sakitlik və tarazlıq əhval-ruhiyyəsi əmələ gətirir.
Şaquliliyə meylli forma – tarazlığın saxlanılması gərginliyini ya-
Dostları ilə paylaş: |