Dərslik mövcud proqram əsasında yazılaraq "Təsviri incəsənətin nəzəriyyəsi"nin



Yüklə 3,29 Kb.
Pdf görüntüsü
səhifə5/36
tarix13.12.2023
ölçüsü3,29 Kb.
#174827
növüDərslik
1   2   3   4   5   6   7   8   9   ...   36
I brahimov T I Tsviri incsntin nzr

Mövzu 3. 
BƏDİİ XƏTT 
VƏ ONUN 
XÜSUSİYYƏTLƏRİ


19
Mövzu 3 
Bədii xətt və onun xüsusiyyətləri
luqları adi gözlə görmək şərti ilə) xətt əldə etmək mümkündür. 
Lakin belə nöqtələrlə yaradılan xəttin dinamikası və ekspressiya-
sı birbaşa, xətti hərəkət nəticəsində yaranan xəttin dinamikası və 
ekspressiyası ilə heç vaxt eyni ola bilməz. Bu iki üsul ilə yaradılan 
xətlər biri-digərindən kəskin fərqlənəcəklər. Nöqtələrlə yaradıl-
mış xətt emosionallığa, hissiyyata malik deyil. Birbaşa yaradılmış 
xətt isə onu çəkənin emosional halını, hissiyyatını və bədii zöv-
qünü əks etdirərək, daha “diri”, təravətli və müəyyən mənada “av-
tobioqrafik” görünür. İncəsənət tarixindən bildiyimiz kimi, bir 
çox hallarda ən təsiredici qrafik əsərlər çox tez, “bir nəfəsə” yara-
dılan əsərlərdir. Faktlar sübut edir ki, əksər rəssamlarda qısa za-
manda yaradılmış eskizlər daha çox təsir qüvvəsinə malikdirlər, 
nəinki illər ərzində yaranan qrafik işlər. Təsvir sürəti azaldıqca 
obraz haqqında ilkin təəssürat zəifləyir, onun zəifləməsi isə his-
siyyatın zəifləməsinə gətirib çıxarır, bu da öz növbəsində, qrafik 
xətlərinin hissiyyatı itirməsi ilə nəticələnir. 
Təsviri ifadə vasitələrdən biri də ləkədir. Lakin konturlarına 
əsasən tanınmayan, kor-təbii ləkənin heç bir semantik yükü ol-
mur. Semantik tutum onda əmələ gəlir ki, o ləkə nəyisə xatırlatsın. 
Əgər ləkənin sərhədlərini insan və ya digər tanınan siluet şəklinə 
salsaq, ləkə konkret semantik yük daşıyıcısına çevriləcəkdir. 
İşıq-kölgə bilavasitə üzərinə düşdüyü predmetlə əlaqəli olma-
sa, o heç vaxt təsvirin ifadə vasitəsi ola bilməz. İşıq-kölgə forma-
nın, həcmin göstəricisi kimi çıxış edir.
Xətlə təsvir olunan obrazın tanınmasını təmin etmək olar. 
Eyni zamanda bu tanınmanı forma vasitəsilə də təmin etmək olar. 
Lakin forma xətt deyil, özünəməxsus üçölçülü səthdir. Onun 
özünün bir tərəfdən emosional təsiri var, digər tərəfdən seman-
tik məzmunu vardır. Çünki, formanın qavranılması məzmunun 
dərk olunması ilə nəticələnir. Hər hansı bir heykələ baxdıqda biz 
dərk edirik ki, bu kimin heykəlidir. Plastik formalardan ibarət 
bu heykəldə heç bir xüsusi yaradılmış xətt yoxdur. Yəni heykəli 
rəssam xətlə deyil, formalar vasitəsilə yaradıb. İlk baxışda onun 
konturunda, siluetində xəttin olduğu görünür. Lakin biz heykələ 


20
Təsviri incəsənətin nəzəriyyəsi 
Telman İbrahimov
bir az yandan baxsaq görəcəyik ki, o kontur deyil, sadəcə, forma-
nın bayaq görünən relyef xəttidir. Baxış nöqtəsi dəyişən kimi for-
manın da görünən relyef xətti dəyişir. Deməli, burada xətt sabit 
deyil. Plastik səthin baxış bucağından asılı olaraq dəyişən belə 
relyef xətti əslində, bilavasitə seyr edilən üçölçülü formanın baxış 
bucağından “kəsik xəttini” əks etdirir.
Azərbaycan ərazisində ilk xətt nümunələri Azıx mağarasından 
tapılmış ayının kəllə sümüyü üzərində cızma üsul ilə təsvir edil-
miş səkkiz xətt nümunəsidir. Paleolit dövrünə təsadüf edən bu 
xətlərə diqqətlə baxdıqda müəyyən olunur ki, çəkilən bu səkkiz 
xətt ibtidai insan tərəfindən şüurlu şəkildə çəkilmişlər.
Bildiyimiz kimi, paleolit dövrü Azərbaycan ərazisində 
müşahidə olunmuş (arxeoloji tapıntılara əsasən) ilk dini 
təsəvvürlərin yaranması dövrüdür. Bu dövrdə ilk sadə magik 
dini təsəvvürlər formalaşmağa başlayır. Xətlərin mənasını başa 


21
Mövzu 3 
Bədii xətt və onun xüsusiyyətləri
düşmək üçün kəllə sümüyünün harada və hansı vəziyyətdə ta-
pılmasını nəzərə almaq lazımdır. Məlum olub ki, o kəllə sü-
müyü Azıx mağarasının daxilində, mağara divarında möv-
cud olmuş tağvari dəlikdə tapılmışdır. Mağaranın mərkəzinə 
doğru istiqamətlənmiş bu kəllə sümüyü ilə bərabər, cərgə ilə 
yerləşdirilmiş digər üç kəllə sümüyü də aşkar olunmuşdur. Kəllə 
sümüklərinin məqsədyönlü, bir cərgədə və eyni istiqamətdə 
yerləşdirilməsi onların ibtidai ayin subyekti olmasını sübut edir. 
Beləliklə, mağara ayısının qafa sümüyü üzərində cızılmış ilk 
xətlər şüurlu şəkildə yaradılmışlar və dini ayinin tərkib hissəsi ol-
muşlar. Xətlərin, sonradan isə xətlərdən əmələ gələn təsvirlərin 
dini ayinlərdə iştirak etməsinin tarixi artıq paleolit dövründən 
başlayır. 
Neolit, eneolit və tunc dövrünün qaya təsvirlərinə baxdıq-
da görürük ki, orada müəyyən bir üslublaşma (kanon, təsvir 
norması) var. Eyni məzmunlu qrafik təsvirlərin tarixi müddət 
ərzində yaradılması tədricən təsvirdə müəyyən üslubun, kano-
nun formalaşmasına gətirib çıxarır. 
Üfüqi və şaquli xətlər müxtəlif tərzli psixomotor reaksiya-
ların, hərəkət enerjisinin və ağırlıq gücünün göstəriciləri kimi 
nəzərdən keçirilə bilərlər.

Yüklə 3,29 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin