Dərslik mövcud proqram əsasında yazılaraq "Təsviri incəsənətin nəzəriyyəsi"nin



Yüklə 3,29 Kb.
Pdf görüntüsü
səhifə8/36
tarix13.12.2023
ölçüsü3,29 Kb.
#174827
növüDərslik
1   ...   4   5   6   7   8   9   10   11   ...   36
I brahimov T I Tsviri incsntin nzr

Formanın arxitektonikası
– formanın ayrı-ayrı hissələri biri-
digərinin məntiqi davamı olmalıdır. Əyri (plastik) xətt birdən-
birə düz (həndəsi) xəttə keçsə, bu forma heç vaxt gözəl ola 
bilməz.
Formanın fakturası
– formanın üst səthinin hamar olması este-
tikliyi artıran faktorlardan biridir. 
Formanın təsviri sənətdə ilkin istifadəsi heykəltəraşlıqda (ib-
tidai incəsənətdə Veneralar və s.) olub. Bu formaların çoxu prin-
sip etibarilə həyati formaları əks etdirmirlər. Beləliklə, təsviri 
incəsənətdə əzəldən təbii (realistik) forma və rəssam təxəyyülü 
nəticəsində yaradılan formalar mövcud olmuşlar. 
İbtidai incəsənətdə plastik forma xüsusiyyətləri. İbtidai dövr 
incəsənətində insan gözəlliyi təsvir obyekti və predmeti olma-
mışdır. Rəssamı qadın gözəlliyi maraqlandırmırdı, onu ancaq 
fiqurun qadına məxsus olmasının bildirilməsi maraqlandırır-
dı. Belə təsvirlər əsasən sinə və qarın hissəsinin şişirdilməsini 
əks etdirirlər. Çünki, qadının bu bədən nahiyələri nəsil artırma 
ilə əlaqəli idilər. Qadın təsvirlərin yaradılması isə bütövlükdə 
nəsilartırma, bolluq, məhsuldarlıq ayinlərinin (ibtidai magi-
ya) tərkib hissəsi kimi meydana gəlmişdir. O dövrün insan 
təsvirlərində qadın və kişi heykəllərinin gözəllik göstəriciləri 
ümumiyyətlə nəzərə alınmamışlar. 
Canlı təbiətin əsas qanunlarından birinə əsasən (həyatı da-
vam etdirmək qanunu) heyvanlar biri-digərindən gözəlliyə görə 


30
Təsviri incəsənətin nəzəriyyəsi 
Telman İbrahimov
deyil, sağlamlığına, nəsil artırma bacarığına, gələcək balalarını 
qoruya bilməsi bacarığına görə seçilmişlər. Heyvan ailələri təbii 
seçim prinsipi ilə yaradılırdı. 
İbtidai insanlar arasında qadın-kişi münasibətləri də heyvanat 
aləminin bu əsas prinsipinə uyğun idi. Lakin heyvanlardan fərqli 
olaraq, insan təsvirləri (xüsusilə qadın təsvirləri) magik ayinlərlə 
bağlı olmuşlar. Belə ki, bu insan fiqurları təsvirlərində cüzi olsa 
belə, estetiklik yoxdur. Təsvirdə qadının hamilə vəziyyətdə olan 
(şişman) formasını yaratmaqda məqsəd onun nəsil artımına, 
məhsuldarlığa təsir etmək olmuşdur.
İncəsənətin həyata estetik münasibətinə gəldikdə isə 
V.Q.Çernışevski gözəlliyin nə ilə müəyyən olduğunu belə izah 
edir: “Gözəllik meyarlarla bağlıdır”. Hər bir tarixi mədəniyyət və 
ya cəmiyyət öz gözəllik meyarlarını yaratmışdır. Həmin gözəllik 
meyarları plastik formanın estetik qiymətləndirilməsində də 
özünü göstərmişdir.
Neolit dövrü incəsənətinə əsasən demək olar ki, bu dövrdə 
formanın sırf estetikliyi (gözəlliyi) anlayışı meydana gəlir. Belə 
ki, bu dövrdə ilk dəfə olaraq insan özünü bəzəməyə başlayır, 
bəzək əşyaları, dəstləri əmələ gəlir, formalar gözəllik elementləri
ritmlilik, ornamentallıq xüsusiyyətləri əldə edirlər. Artıq insan 
forma vasitəsilə gözəllik yaratmağı bacarır.
Paleolit dövründə insan sürü şəklində yaşayırdısa, neolitdə 
monoqam nikahlar yaranır, geyim dəbləri, gözəllik və seçim 
hissi yaranır. İnsan bədəninin forması olduğundan fərqli ola-
raq məqsədyönlü bəzədilir. Forma səthinə naxışlar çəkilir. Bu 
vaxtdan etibarən bilavasitə funksional əhəmiyyəti və dəyəri 
olmayan bədii obrazlar meydana gəlir. Beləliklə də tələbatlara 
uyğun gözəllik yaranır. Əvvəllər formanın əsas funksiyası şər 
qüvvələrdən, kənar təsirlərdən qoruya bilinməsi ilə izah olu-
nurdu. Yeni daş dövründən isə formanın gözəlləşdirilməsi və 
məzmunla vəhdət təşkil etməsi normaya çevrilir. Artıq forma 
məzmunla bərabər, tətbiqi, dekorativ xarakter kəsb etməyə baş-
layır. Bununla da formanın özünün insana təsiri də genişlənir.
Forma bəzədilməyə başlayan andan insana ikili təsir etməyə 


31
Mövzu 4 
Təsviri sənətdə forma
başlayır: formanın funksionallığı və gözəlliyi bu təsirlərin əsasını 
təşkil edir. 
Formanın estetikliyi müəyyən mənada gözəllik qatlarında 
(laylarında) özünü büruzə verir. Bu layların əsasını formanın 
ilkin qənaətbəxşliyi müəyyən edir. Birinci estetik lay formanın 
özəl gözəlliyidir, ikinci estetik lay isə formanın səthində olan 
naxışlardır. 
Forma özü-özlüyündə bəzəksiz də gözəl ola bilər. Məsələn, 
qədim yunanlar bəzəksiz gözəl mərmər heykəllər düzəltmişlər. 
Bəzəkli formanın gözəl görünməsi üçün vəhdətə nail olunma-
lıdır. Bu isə tətbiq olunan bəzəyin formanı daha kamil və gözəl 
etməsi ilə əldə olunur. 

Yüklə 3,29 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin