Mis – daş dövrü [Eneolit] abidələri. Еnеоlit dövrü е.ə. V-IV
minillikləri əhаtə еdir. Bu dövrdə mis еmаlının və mеtаlişləmənnin əsаsı
qоyulmuşdur. Bu dövrdə misə süni аşqаrlаr qаtılmаsı tехnоlоgiyаnın
mənimsənilməsi tехniki biliklərin yüksək inkişаf səviyyəsində оlduğunu
təsdiqləyir. Nахçıvаnın mis yаtаqlаrı ilə zəngin оlmаsı və bu ərаzidə mis
külçəsinə rаstlаnmаsı mis еmаlının еrkən mеydаnа gəlməsi və inkişаfı üçün
şərаit yаrаtmışdır. Еnеоlit dövründə iqtisаdiyyаtın inkişаfı əhаli аrtımınа
səbəb оlmuş, yаşаyış üçün əlvеrişli оlаn yеni ərаzilər mənimsənilmişdir.
Nахçıvаndа Еnеоlit mədəniyyəti Dаş dövrünə nisbətən dаhа gеniş
öyrənilmsişdir. Bu dövrə аid I Kültəpə, Ovçulartəpəsi, Sədərək, Хələc,
Ərəbyеngicə və digər аbidələr qеydə аlınmışdır. Son illər Babək rayonunun
Sirab kəndi yaxınlığında aparılan araşdırmalar zamanı 20-dən artıq Eneolit
abidəsi aşkar olunmuşdur.
27
Cənubi Qafqazda, o cümlədən Azərbaycanda erkən əkinçilik və
heyvandarlıq mədəniyyətlərinin önəmli yer tutan yaşayış yerlərindən biri
Naxçıvan şəhəri yaxınlığında I Kültəpə yaşayış yeridir. Məlum olduğu kimi,
bu yaşayış yerinin tədqiqi 1951-ci ildən başlanmışdır. O.H.Həbibullayev
yaşayış yerinin ən altda yerləşən “1a” təbəqəsini Neolit dövrünə, “1b”
təbəqəsini isə Eneolit dövrünə aid etmişdir. Daha sonra O.H.Həbibullayev
bu fikrindən imtina edərək hər iki təbəqəni Eneolit dövrünə aid etmişdir.
Amma son illər I Kültəpədə aparılan araşdırmalar bu abidənin “1a” və “1b”
olaraq adlandırılan təbəqələrinin Son Neolit dövrünə aid olduğunu təsdiq
etmişdir. Kültəpənin müxtəlif təbəqələrindən götürülən karbon analizlərin
nəticələri e. ə. 6070-5200-cü illəri göstərmişdir (Tablo 1). Bu dövr Cənubi
Qafqazı tədqiq edən tədqiqatçılar tərəfindən Son Neolit dövrü olaraq qəbul
edilmişdir. Eneolit dövrü I Kültəpədə yaxşı təmsil edilmədiyindən
Naxçıvanın Eneolit mədəniyyətinin öyrənilməsində I Kültəpə ətrafında aşkar
olunan Eneolit dövrünə aid yeni yaşayış yerləri olduqca önəmlidir. Bu
baxımdan Sirabçay hövzəsində aşkar olunan yaşayış yerləri xüsusi
əhəmiyyətə malikdir. Bu yaşayış yerlərindən götürülən karbon analizlərin
nəticələri e. ə. 4600-3800-cü illəri göstərmişdir
1
. Bütöv olaraq götürüldükdə
Eneolit dövrünün erkən və orta mərhələsinə aid abidə Cənubi Qafqazda yox
deyiləcək qədər azdır. Bu baxımdan Sirabçay hövzəsində aşkar olunan Uzun
Oba və Uçan Ağıl yaşayış yerlərinin müəyyən əhəmiyyəti vardır. Bu yaşayış
yerlərindən götürülən karbon analizlərin nəticələri e. ə. 4690-4450-ci illəri
göstərməklə Ovçulartəpəsi ilə təmsil olunan son Eneolit dövründən əvvəlki
dövrə aiddir.
Uzun Oba yaşayış yeri müəyyən xüsusiyyətlərinə görə diqqət çəkir.
Yaşayış yerində aparılan araşdırmalar zamanı məlum olmuşdur ki, bu
abidəyə aid mədəni təbəqənin üzəri 2 m qalınlığında torpaq qatı ilə
örtülmüşdür. Babək rayonunun Uzunoba kəndi yaxınlığında, Naxçıvançayın
sağ sahilində yerləşən bu abidə yalnız kəşfiyyat xarakterli qazıntı ilə
öyrənilmişdir. Abidənin şərq yamacında 2 m uzunluğunda açılan kəşfiyyat
qazıntısı zamanı alınan stratiqrafik kəsikdə 2, 5 m qalınlığında olan
təbəqənin yığılma ardıcıllığını müəyyən etmək mümkün olmuşdur. Qazıntı
zamanı e.ə. V minilliyin birinci yarısı ilə tarixlənən boyalı keramika
parçalarının aşkar olunması (Şəkil 15, 3-4) mədəni təbəqənin e. ə. V
minilliyə aid olduğunu göstərir ki, bu da region üçün olduqca nadir haldır.
Bu dövrə aid maddi-mədəniyyət nümunələri 2010-cu ilin qazıntıları zamanı
Culfa Kültəpəsindən də aşkar olunmuşdur ki, bu da həmin istiqamətin e. ə.
1
Kömür nümunələri İtaliyanın Lesse şəhərindəki laboratoriyada analiz edilmişdir.
28
V minillikdə, yaxud ondan əvvəl Şimal-Qərbi İranla (Cənubi Azərbaycan)
Naxçıvançay vadisi arasında əsas yol olduğunu göstərir. Naxçıvançay və
Sirabçay hövzəsində yapılan arxeoloji və geomorfoloji araşdırmalar e. ə. V
minilliyin sonlarına doğru Naxçıvanda müəyyən yaşayış yerlərinin, o
cümlədən Uzun Oba və Dəyirman Yeri kimi abidələrin daşqına məruz
qaldığını və mədəni təbəqənin qalın torpaq qatı ilə örtüldüyünü göstərir. Bu
hadisə Naxçivanda bəzi yaşayış yerlərinin torpaq altında qalaraq izsiz
itdiyini göstərir.
Şəkil 15. Eneolit dövrünün boyalı keramikası: Uçan Ağıl (1-2),
Uzun Oba (3-4) və Ovçular Təpəsi (5).
Araşdırmalar göstərir ki, Urmiya hövzəsi və Culfa Kültəpəsində
başlıca olaraq Sünik obsidianından istifadə edilmişdir. Şübhəsiz ki, Arazdan
cənubda yerləşən yaşayış yerlərinin Sünik obsidianı ilə təmin edilməsi
Naxçıvançay, Sirabçay və Qahabçay vadisində yerləşən abidələr vasitəsi ilə
29
həyata keçirilmişdir. I Kültəpə və Ovçular Təpəsinin obsidian məmulatı
arasında az da olsa Şərqi Anadoludan – Meydandağdan gətirilmiş
obsidiandan da istifadə olunmuşdur ki, bu da Şərqi Anadolu ilə əlaqələrin
olduğunu təsdi
q
edir (Tablo 2).
Babək rayonunun Sirab kəndindən şimalda yerləşən Uçan Ağıl
yaşayış yerinin yerüstü materialları boyalı qablar və samanlı keramika
nümunələrindən ibarətdir (Şəkil 15, 1, 2; Şəkil 17). Abidədə Kür-Araz
mədəniyyətinə aid keramika parçalarına da rast gəlinmişdir. Tapıntılar
arasında Duzdağdan məlum olan daş baltalara bənzər bir ədəd əmək alətinin
aşkar olunması da diqqətəlayiqdir. Yaşayış yerində üç yerdə qazıntı
aparılmışdır. Birinci sahənin ölçüsü 5x5 m, ikinci sahənin ölçüsü 5x5 m,
üçüncü sahənin ölçüsü 5x10 m olmuşdur. Qazıntılar mədəni təbəqənin
relyefdən asılı olaraq 20-60 sm arasında olduğunu göstərir. Uçan Ağıl
yaşayış yerinin tədqiqi zamanı saman qarışığı olan qırmızı rəngli keramika
nümunələri, o cümlədən boyalı qabların parçaları aşkar olunmuşdur.
Keramika nümunələrinin araşdırılması onların e. ə. V minilliyin birinci
yarısına və Ovçular Təpəsindən əvvələ aid olduğunu təsdiq edir.
Bu, abidələrdən götürülən karbon nümunələrinin analizi ilə də təsdiq
olunmuşdur. Uçan Ağıl yaşayış yerindən Culfa Kültəpəsindən məlum olan
Dalma Təpə tipli boyalı keramika parçalarının aşkar olunması bu yaşayış
yerləri arasında əlaqələrin olduğunu təsdiq etməkdədir. Ovçular Təpəsi
yaşayış yerindən götürülən karbon nümunələrinin analizi Son Eneolit
dövrünə aid nəticələr vermişdir. Bu yaşayış yerindən Dalma Təpə tipli
boyalı keramika aşkar olunmasa da, bir nümunə ilə təmsil olunan Ubeyd tipli
boyalı keramika Mesopotamiya ilə əlaqələrin olduğunu göstərir. Qeyd edək
ki, Uçan Ağıldan aşkar olunan boyalı keramika nümunələrinin biri də
Mesopotamiya ilə əlaqələrin olduğunu təsdiq edir. Bununla bərabər Sirabçay
hövzəsindən aşkar olunan Son Eneolit dövrü keramikası Ovçular Təpəsi
mədəniyyətində fərqli xüsusiyyətlərə malikdir. Ovçular Təpəsindən fərqli
olaraq Sirabçay hövzəsinin Son Eneolit keramikasında darama bəzəmələr
yoxdur. Ovçular Təpəsindən sonraya aid olan bu mədəniyyət sarı və qırmızı
rəngli, saman qarışığı olan keramika ilə təmsil olunmuşdur. Saman qarışığı
olan keramika nümunələrinin bir qismi cilalanmışdır. Keramika
nümunələrinin bir qismi isə qaba qum qarışığı olan gildən hazırlanmışdır. Bu
yaşayış yerlərinin araşdırılması Naxçıvanın Erkən və Son Eneolit dövrü
mədəniyyətinin Urmiya hövzəsi və Şərqi Anadolu ilə əlaqələr şəraitində
inkişaf etdiyini göstərir.
30
Tablo 1. Naxçıvanın Neolit və Eneolit yaşayış yerlərindən götürülən karbon nümunələrin analizinin nəticələri.
Sampl İD
Sample
Radiocarbon
Age (BP)
δ
13
C (
‰)
Date BC (95,4%)
1
Kultepe-2013-B-035
LTL14889A
6374 ± 50
-
24.4 ± 0.4
5473-5293 BC
2
Kultepe-2013-B-006
LTL14890A
6926 ± 45
-
18.6 ± 0.2
5903-5720 BC
3
Kultepe14-P1,002
LTL14935A
6477 ± 45
-
21.3 ± 0.6
5520-5341 BC
4
Kultepe14-D004
LTL14936A
7042 ± 45
-
22.8 ± 0.6
6014-5836 BC
5
Kultepe14-C021
LTL14937A
6548 ± 45
-
19.6 ± 0.5
5616-5466 BC
6
Kultepe14-A057
LTL14939A
6420 ± 45
-
25.5 ± 0.3
5475-5320 BC
7
Kultepe14-A072
LTL14940A
6355 ± 45
-
23.9 ± 0.6
5468-5399 BC
8
Kultepe13 AO12
LTL14035A
6462 ± 45
-
26.6 ± 0.5
5490-5320 BC
9
Kultepe14-C034
LTL15113A
7099 ± 50
-
21.1 ± 0.6
6070-5880BC
10
Kultepe14-C032
LTL15114A
7065 ± 50
-
19.9 ± 0.5
6040-5840BC
11
Deyirman Yeri
LTL14886A
5011 ± 45
-
26.4 ± 0.3
3946-3701 BC
13
Yeni Yol2013
LTL14894A
5063 ± 45
-
22.1 ± 0.5
3965-3761 BC
14
Yeni Yol2014-1007
LTL14895A
4853 ± 45
-
17.1 ± 0.4
3712-3622 BC
15
Serin Bulaq 2013-1
LTL14892A
4953 ± 40
-
20.7 ± 0.4
3902-3880 BC
16
Ucan Agil2013
LTL14893A
5585 ± 45
-
21.9 ± 0.7
4497-4344 BC
17 Sorsu 2013: 1008
LTL14063A
4945 ± 45
-
27.7 ± 0.5
3910-3870 BC
18 Uzunoba 15- 010
LTL16019A
5674 ± 45
-
20.3 ± 0.5
4620-4370 BC
19
Uçan Agıl 15
-2019
LTL16009A
5713 ± 45
-
23.4 ± 0.4
4690-4450 BC
31
Şəkil 16. Sirabçay və Qahabçay qeydə alınmış Eneolit abidələri (1-3, 5-8, 11-12, 16-17, 33, 35, 37-40, 43).
32
Şəkil 17. Erkən Eneolit keramikası.
Ovçular Təpəsinin keramikası Şərqi Anadoluda Tülintəpə və
Norşuntəpə kimi yaşayış yerlərinin keramikası ilə yaxın bənzərlik göstərir.
Şərqi Anadolunun Son Eneolit keramikası Ovçular Təpəsində olduğu kimi
saman qarışıqlı və darama naxışlıdır. Lakin Şərqi Anadolu yaşayış yerlərinin
keramikası texnoloji baxımdan, xüsusilə rəng baxımından Ovçular Təpəsinin
keramikasından fərqlidir. Sirabçay hövzəsinin keramikası texnoloji
baxımdan və gilinin rənginə görə daha çox Urmiya hövzəsinin keramikası ilə
bənzərdir.
Naxçıvan ərazisində aparılan arxeoloji tədqiqat işləri nəticəsində
Naxçıvançay, Sirabçay və Qahabçay vadisində 23 Eneolit abidəsi aşkar
olunmuşdur. Bu abidələrin bəzisində, xüsusilə Yeni yol və Şorsu yaşayış
yerlərində Neolit keramikasının aşkar olunması bu vadilərin həmin dövrdən
33
məskunlaşdırıldığını təsdiq edir. Yeni yaşayış yerlərinin GPS qeydiyyatı
onların cənubdan şimala doğru istiqamətləndiyini göstərir.
Şəkil 18. Uçan Ağıl yaşayış yeri.
Bu yaşayış yerlərinin tədqiqi pastoral həyat tərzinin Neolit dövründən
mövcud olduğunu təsdiq edir. Araşdırmalar göstərir ki, bu mövsümi yaşayış
yerləri Göyəm, Dərələyəz və Zəngəzur dağlarında yerləşən metal və qeyri
metal yataqların istismarında müəyyən rol oynamışdır. Zirincli yaşayış
yerində mis filizinin qalıqlarına və metal qəliblərə rast gəlinməsi bu yaşayış
yerlərində metal emalının mövcud olduğunu göstərir. Zirincli yaşayış
yerindən aşkar olunan gil qəlib standart yastı baltalar tökmək üçündür. Bu,
yaşayış yerində bu tip baltaların seriyalarla buraxıldığına işarə etməkdədir.
Ovçular Təpəsində isə metaləritmə sobaları üçün körük ucluğu tapılmışdır.
Məlum olduğu kimi mis ilə zəngin Zəngəzur dağlarının yataqlarından qədim
dövrdə istifadə olunmuşdur. Zəngəzur yataqlarında qədim mədənlərə və mis
emalının izlərinə də rast gəlinmişdir. Şübhə yoxdur ki, qədim insanların köç
yolları üzərində salınan bu yaşayış yerləri Zəngəzur mis yataqlarınının
Naxçıvanda məskunlaşan tayfalar tərəfindən istismar edildiyini göstərir.
Naxçıvanın Eneolit abidələrinin bir qismində Sünik yataqlarının
obsidianlarından istifadə olunması da bunu təsdiq edir.
Naxçıvanın Erkən və Son Eneolit keramikasının bir qismi boya ilə
naxışlanmışdır. Boyalı keramika nümunələri texnoloji baxımdan fərqli
xüsusiyyətlərə malikdir. Bir qisim keramika nümunələrində naxışlar birbaşa
34
qabın saxsısı üzərinə, digərlərində isə boya üzərindən çəkilmişdir. Bu tip
boyalı qablara Xələcdə daha çox rast gəlinmişdir. Küpə və kаsаlаrdаn ibаrət
olan Xələc qablarının bir qisminin üzəri qırmızı-qəhvəyi rənglə örtülmüş
(Şəkil 3, 2), bir qisminin isə nахışlаrı qara və qırmızı rənglə qabların qırmızı,
ya da nаrıncı rəngli sаmаn üzlü sахsısı üzərinə çəkilmişdir. Nахışlаr düz və
dalğalı enli xətlərdən ibarətdir (Şəkil 3, 1). Bu tip boyalı keramika Şortəpə
və Ovçulartəpəsindən də məlumdur. Boya başlıca olaraq qırmızı rəng
üzərindən, qabların cilаlаnmış səthinə qəhvəyi ya da qara rənglə çəkilmiş
naxışlar üstünlük təşkil edir. Qeyd еtmək lazımdır ki bu qrupdаkı bоyаlılаrın
bir qrupu qarışığı оlmаyаn gildən hazırlanmışdır. Xələc və Ovçulartəpəsi
qablarının bir qismi birbaşa qabın saxsısı üzərinə sürmə ilə çəkilmiş
ornamentlə naxışlanmışdır. Ovçular Təpəsi boyalı qablarının bir qismi
Norşuntəpə boyalıları ilə eyni özəllikləri paylaşır.
Şəkil 19. Xalacın boyalı keramikası.
Xələc kеrаmikаsının fоrmаcа Urmiya hövzəsindəki Göytəpə yaşayış
yerindən aşkar olunan qablarla bənzər оlmаsınа bахmаyаrаq bоyаmа
mоtivləri tаmаmilə fərqlidir. Lаkin Göytəpədə də аnqоbüstü nахışlаrа
rаstlаnır. Yаnıqtəpə ilə də bəzi müqayisələr аpаrmаq mümkündür. Yаnıqtəpə
35
qаblаrındа Xələc üçün хаrаktеrik оlаn enli pаrаlеl хətlərə rаstlаnır. Xələc
keramikasının bəzəmə motivi yахınlıqdа yerləşən Tilkitəpə və Tехut
keramikasından fərqlənir. Xələc kеrаmikаsının bəzi mоtivləri Mil düzünün
аbidələri, xüsusilə Kəbirli keramikasının nахışlаrı ilə uyğundur. Оnlаr
nахışlаrın çəkilmə tехnikаsına görə də еynidir. Bəzi hаllаrdа Xələcdə olduğu
kimi аnqоbüstü naxışlardan istifadə olunmuşdur. Xələc keramikasının nахış
motivlərinin bənzər olduğu abidələrdən biri Nоrşuntəpədir. Lаkin
Nоrşuntəpədə bоyа аnqоb üzərinə deyil, qabın sахsısı üzərinə çəkilmişdir.
Xələc bоyаlılаrının bəzi bəzəmə mоtivləri Хаlаf tipli qаblаrdа da
işlənmişdir.
Tablo 2. Naxçıvanın Neolit və Eneolit abidələrindən obsidian
analizlərinin nəticəsi.
Naxçıvançay və Sirabçay vadisində yerləşən abidələrdən aşkar olunan
boyalı keramikanın, xüsusilə Yeni Yol, Uçan Ağıl və Uzunobadan aşkar
olunan nümunələrin naxışlama motivləri Hacı Firuz və Dalma təpə
keramikası ilə uyğundur.
Аrаşdırmаlаr göstərir ki, Naxçıvanın boyalı kеrаmikаsı Urmiya
hövzəsi və Şərqi Аnаdоlunun аrхеоlоji mаtеriаllаrı ilə bənzərdir. Naxçıvan
boyalı qablarının araşdırılması onların yerli istehsala məxsus olduğunu,
bəzilərinin isə mübadilə yolu ilə Şimali Mesopotamiyadan idxal edildiyini
göstərir. Amma idxal malları olduqca azdır.
Yeni tapıntılar Naxçivanın Eneolit dövrü mədəniyyətini kəsintisiz
izləmək üçün olduqca faydalıdır. Arxeoloji materiallar arasında Erkən və
Son Eneolit dövrünə aid keramika məmulatı vardır. Söyləyə bilərik ki, son
zamanlar Naxçivanda aşkar olunan yeni yaşayış yerləri Son Neolit və
Eneolit dövrü mədəniyyətini bütövlükdə ələ almağa imkan verəcək,
Yer
Alət sayı Meydan
Dağ
Sünik 2
Sünik 3
Göyəm
Çay Ağzi
2
2
Kültəpə
8
1
2
5
Qələmə Bulaq 2
2
Uçan Ağil
2
2
Sərin Bulaq
2
2
Zirincli
6
1
1
4
36
Naxçıvanın Neolit və Eneolit mədəniyyətinin Yaxın Şərq, xüsusilə Şərqi
Anadolu ilə əlaqələrini müəyyənləşdirməyə imkan verəcəkdir. Digər
tərəfdən Naxçıvanın yaşayış yerlərində az da olsa Şərqi Anadoluda mövcud
olan obsidian yataqlarının materiallarından istifadə olunması bu bölgələr
arasında əlaqələrin olduğunu təsdiq etməkdədir. Lakin Culfa Kültəpəsi
vasitəsi ilə Urmiya hövzəsi ilə əlaqələr daha intensiv olmuşdur. Belə hesab
edirik ki, gələcək araşdırmalar zamanı Naxçıvanın Şərqi Anadolu ilə
əlaqələrinə aid yeni tapıntılar ortaya çıxarılacaqdır.
Şəkil 20. Şorsu yaşayış yeri.
Son Eneolit dövrü Ovçulartəpəsində geniş öyrənilmişdir. Bu yaşayış
yerində Eneolit mədəniyyətinin iki mərhələsi izlənmişdir.Birinci mərhələ
üçün yarımqazma evlər, ikinci mərhələ üçün isə dördkünc formalı çoxotaqlı
evlər xarakterik olmuşdur.
Qədim duz mədənləri. Duzdağ Naxçıvan şəhərinin 10
kilometrliyində, Təbrizi Konstantinopolla birləşdirən əvvəlki Böyük ipək
yolu üzərində yerləşir. Onun yerləşdiyi ərazinin Cənubi Qafqazın əsas
strateji marşrutları üzərində olduğunu nəzərə alaraq demək olar ki, onun
zəngin duz layları qədim dövrdən diqqəti cəlb etmişdir. Mənbələrdə
Nахçıvаn Duzdаğının Nuh pеyğəmbər tərəfindən аşkаr еdilməsi hаqqındа
əsаtirlər vardır. Rəvayətə görə əfsаnəvi gəmisi ilə bəşəriyyəti dünyа
tufаnındаn хilаs еtmiş Nuh pеyğəmbər Nахçıvаn Duzdаğını da kəşf еtmiş,
ikinci sivilizasiyanın əsаsını qоymuşdur. Yаtаqlаrın müəyyən оlunmаsı,
37
mədənlərin qаzılmаsı, duz pаrçаlаrının əldə оlunmаsı, dаşınmаsı,
üyüdülməsi, аlınıb-sаtılmаsı, əmək аlətlərinin – dаş bаltаlаrın, pаzlаrın
hаzırlаnmаsı sənətkarlığın yüksək inkişafından şəhər tipli yaşayış tərzinin
Şəkil 20. Duzdağın ümumi görünüşü.
formalaşmasından xəbər verir. Bunа görədir ki, dünyаdаkı duz mədənlərinin
dеmək оlаr ki, hаmısının yахınlığındа qədim şəhərlər vаrdır.
Şəkil 21. Duzdağdan tapılmış əmək alətləri.
Birgə Azərbaycan-Fransa arxeoloji ekspedisiyasının 2006-2012-ci
illərdə Duzdаğdа аpаrdıqlаrı ахtаrışlаr nətlcəsində əldə еtdikləri nəticələr
Nахçıvаn duz mədənlərinin 8 min ildən çох yаşı оlduğunu təsdiq еtmişdir.
38
Kənd mühitindən uzаq mədənçilik işi şəhər tipli yаşаyış üçün səciy-
yəvidir. Nахçıvаndа şəhərsаlmаnın tаriхi ən аzı Duzdаğ mədənləri ilə eyni
vaxta, bəlkə bir аz dа qədimlərə аiddir. Çünki Duzdаğ üçün əmək аlətlərinin
– dаş bаltаlаrın, pаzlаrın, dаşınmа vаsitələrinin hаzırlаnmаsı, duzun üyüdül-
məsi, ticаrəti şəhər mədəniyyəti üçün xarakterikdir. Duzdаğdа əmək
аlətlərinə, ахtаrış işlərinə, dаşınmаyа, duzun üyüdülməsinə, sаtışınа, mübа-
dlləsinə yаrаnаn tələbаt Nахçıvаndа şəhərsаlmа, şəhərləşmə işinin inkişаfınа
təkаn vеrmişdir. Tаriхin bütün dövrlərində Duzdаğ аmili Nахçıvаn şəhərinin
tаlеyində mühüm rоl оynаmışdır.
Şəkil 22. Duzdağda arxeoloji araşdırmalar.
Müхtəlif vахtlаrdа Duzdаğdаn tаpılmış dаş bаltаlаrı аrхеоlоq аlimlər
tаriхin аyrı-аyrı dövrlərinə аid еdirlər. Nəzərə аlmаq lаzımdır ki, dəmirin
kəşfinə qədərki bütün mərhələlərdə, həttа Tunc dövründə və sоnrаkı
dövrlərdə də Duzdаğdа dаş bаltаlаrdаn istifаdə оlunmuşdur. Şübhəsiz ki,
tapılan baltalar müxtəlif dövrlərə aiddir. Duzdаğda mədən işləri nə vахtdаn
bаşlаyıbsа, dаş bаltаlаrdаn dа həmin dövrdən istifаdə оlunmuşdur. Nахçıvаn
Duzdаğının dаş bаltаlаrının ilk nümunələri mis-dаş dövrünün yаdigаrlаrıdır.
Dаş bаltаlаr tаriхi inkişаflа əlаqədаr оlаrаq dəyişmiş və təkmilləşdirilmişdir.
Оnа görə də dаşdan hazırlanmış əmək аlətlərinin dövrləşdirilməsinə və
təsnifatına ciddi еhtiyаc vаrdır.
Rusiyа mənbələrində Nахçıvаn duz mədənlərinin işçilərinin əvvəllər
ətrаfdаkı dахmаlаrdа yаşаdıqlаrı qеyd оlunmuşdur. Lаkin həmin
39
dахmаlаrdаn ibаrət yаşаyış yеrləri uçulub dаğıdıldığındаn ХIХ əsrdə
şахtаçılаr mədənlərdə gеcələməli оlurdulаr. Nахçıvаn Duzdаğının şərq
tərəfində Хоr gədiyinə gеdən yоlun ətrаfındа böyük bir yаşаyış yеrinin izləri
indi də аşkаr müşаhidə оlunur. 2011-ci ildə Sust yaxınlığında qədim yaşayış
yerinin olduğu da müəyyənləşdirilib. Böyük еhtimаl ki, mədən işçiləri
burаdа yаşаmış, duzun ilkin еmаlı, tоpdаn sаtışı, kаrvаnlаrın yüklənməsi
həmin yаşаyış yеrində təşkil оlunmuşdur. Bеləliklə, Nахçıvаn şəhərinin ətrа-
fındа sənətkаrlıq, ilkin еmаl və ticаrət yönümlü bir mədəniyyət əmələ
gəlmişdir. Duz məhsullаrı Nахçıvаn şəhərinə Duzdаğdаn öküz аrаbаlаrı ilə,
yахud dа dəvə kаrvаnlаrı ilə dаşınmışdır. Nахçıvаn duzu mаhаlın əhаlisini
təmin еtməklə bərаbər, İrəvаn və Yеlizаvеtpоl qubеrniyаlаrınа, Qаrаbаğа,
İrаnа, Türkiyəyə və Gürcüstаnа dа dаşınmışdır.
Şəkil 23. Duzdağda qədim iş yerləri.
Duzdağ yatağı indi də istismar edilməkdədir: mədəndə işləyən
mühəndislərin fikrinə görə duz yatağının uzunluğu 3 km, eni 2 km, qalınlığı
150 m-dir. XX əsrin 70-ci illərində mədənin cənub tərəfində iş aparılarkən
sovet şaxtaçıları qədim tunelə daxil olmuşlar. Burada alətləri ilə birlikdə
40
dörd insan skeleti aşkar olunmuşdur. Bu skeletlər istifadə olunan daş alətlərə
əsasən e.ə. III-II minilliklərə aid edilmişlər. Bu alətlər I Kültəpə və II
Kültəpənin dəqiq stratiqrafik kontekstlərindən aşkar olunan daş çəkiclərlə
bənzərdir.
Şəkil 24. Kür-Araz mədəniyyətinə aid keramika (Duzdağ).
Lakin 2007-ci ildə Fransız-Azərbaycan ekspedisiyasının qısamüddətli
araşdırmaları zamanı yatağın cənub ətəklərindən Eneolit və Kür-Araz
keramikasının aşkar olunması mədənin istismarının daha erkən başladığını
ehtimal etməyə imkan verirdi. Daha əhatəli məlumat əldə etmək üçün 2008-
ci ildə sistemli araşdırmalara başlanıldı.
41
Duzdağında aparılan iş Ovçulartəpəsi yaşayış yerinin tədqiqi ilə sıx
bağlıdır. Bu yaşayış yerində aparılan araşdırmaların əsas məqsədlərindən biri
Son Eneolit və Erkən Tunc dövrü cəmiyyətlərinin iqtisadi və yaşayış
strategiyasının müəyyənləşdirilməsindən ibarət idi.
Şəkil 25. Dəmir dövrünə aid keramika (Duzdağ).
Duzdağında aparılan araşdırmaların əsas məqsədlərindən biri duz
mədənlərində erkən istismar izlərini aşkar etmək, tarixəqədərki dövrün son
mərhələsində duzun çıxarılması üsullarını müəyyən etməkdən ibarətdir. Bu
vəzifə mədənlərdə işlənmə izlərinin bərpası, həmçinin daş alətlərdə aşınma
42
izlərinin tədqiq edilməsi ilə mümkün olmuşdur. Tədqiqat zamanı müəyyən
zaman ərzində duz çıxarılmasını bərpa etmək, əsas texnoloji və istehsal
kəsintilərinin eyniləşdirməyinin mümkünlüyü araşdırılmışdır. Beləliklə
tədqiqatın bir hissəsi istehsal infrastrukturları üzərində cəmləşdirilmiş,
onların korrelyasiyası gil qab parçaları, makro və mikro daş alətlər əsasında
aparılmışdır.
İrimiqyaslı topoqrafik xəritələr əldə etmək mümkün olmadığından
bütün tapıntılar və arxeoloji strukturlar peyk təsvirlərinin ləkəsi üzərində
yerləşdirilmişdir. Bu təsvir istifadəyə yararlı duz laylarının müəyyən
edilməsində böyük köməklik göstərmişdir, belə ki duzun içərisində saxlanan
su infraqırmızı diapozonda aydın şəkildə görünür. Bu həmçinin duz
laylarının az olduğu kolluvium sahələri müşahidə etməyə, hidroqrafik
nümunələrin çıxışlarını müəyyənləşdirməyə kömək edir. Araşdırmalara
yekun vuraraq demək olar ki, Duzdağı başlıca olaraq suyun çəkilməsi ilə
formalaşmış və bir-birindən minimal məsafədə olan duz zonalarından
ibarətdir.
Şəkil 26. Əmək alətləri (Duzdağ).
Əgər Duzdağında olan keramika məmulatını, kiçik daş alətləri
araşdırmalar zamanı toplamaq mümkündürsə, böyük daş alətləri toplamaq
mümkün deyil. Onlar çox olmaqla bərabər, həmçinin ağırdır. Parçalar istisna
olmaqla daş alətlərin ən kiçiyi bir kiloqramdır. Daş gürzlərin ağırlığı 10
kiloqrama qədərdir, lakin onların bəzisinin ağırlığı 60 kiloqrama çatır. Bu
43
çətinliyi aradan qaldırmaq üçün hər bir alətin yerindəcə şəkili çəkilmiş və
sonra bu tipologiya əsasında qeydə alınmışdır.
2008-ci ildə Duzdağ yatağının ilk araşdırılması zamanı əsas məqsəd
arxeoloji qazıntının yerini müəyyən etmək idi. Araşdırmalar göstərdi ki,
arxeoloji tapıntılar, demək olar ki, Duzdağ yatağının hər yerində, gil
çöküntülərinin üç başlıca səviyyəsinə uyğun olaraq yayılmışdır.
Araşdırmalar göstərmişdir ki, təpənin yalnız ağ-yaşıl rəngli gil qatları duz-
mədən sənayesi üçün əlverişlidir. Qırmızı zolaqlar çöküntülərin daha qaba
və lilli laylarındandır. Burada yatağı formalaşdıran duz kristalları kifayət
miqdarda toplanmamışdır. Onları mədən sənayesinin ənənəvi üsulları ilə
istismar etmək çətindir.
Arxeoloji tapıntılar Duzdağında Şimaldan Cənuba doğru 3 km-lik bir
məsafədə yayıldığından qazıntının yerini və həcmini müəyyən etmək
olduqca əhəmiyyətli idi. Keramika parçaları və kiçik daş alətlər Duzdağdan
kənarda, o cümlədən Cəhri Xoru adlanan hissədən də tapılmışdır. Bu ərazi,
böyük ehtimalla, şaxtaçıların içməli suya olan tələbatını ödəmək üçün
müvəqqəti olaraq dayandıqları yerdir.
Şəkil 27. Duzdağda tədqiqatlar.
Mədənlərin arxeoloji araşdırmalarla müəyyən olunmuş ölçüsünə
uyğun olaraq, təpənin müxtəlif hissələrində, “pəncərə” adlandırılmış yeddi
sahə intensiv tədqiqat obyektinə çevrilmişdir. Pəncərələrin yerinin müəyyən
44
edilməsi müxtəlif kriteriyalara – arxeoloji tapıntıların toplanmasına,
infrastruktur istismarının tiplərinə [tunel, karxana], duz yataqlarının
yaxınlığı və müasir baxımdan onlar əldə etmək imkanlarına [yolların
mövcudluğu və s.] əsaslanmışdır. Pəncərələrin formasının və ölçüsünün
müəyyən edilməsində mövcud dağ silsiləsi və vadilər nəzərə alınmaqla
arxeoloji tapıntıların potensial trayektoriyasının izlənməsinə əsaslanmışdır.
Tapıntıların bəzən sürüşüb yerini dəyişməsi də nəzərə alınmışdır. Beləliklə,
duz mədəninin özündə bilavasitə altı pəncərə müəyyənləşdirilmiş, yeddinci
pəncərəyə isə Cəhri Xorunun ətrafındakı duz təzahürləri aid edilmişdir.
Şəkil 28. Üyütmə daşı (Duzdağ).
Toplanılan materiallar peyk təsvirləri, yaxud havadan çəkilən rəngli
fotorəsmlər üzərində işlənib hazırlanmışdır.
Hər bir pəncərədən götürülmüş faktiki arxeoloji materiallar – böyük
daş alətlərdən tutmuş kiçik keramika parçalarınadək [diaqnostik, yaxud
qeyri-diaqnostik] bütün tapıntılar dəqiqliklə GPS vasitəsi ilə qeydə
alınmışdır. Digər tərəfdən seçilmiş sahələrdən kənarda qalanlar ilkin
tədqiqata cəlb edilmişdir.
Duzdağında aşkar olunan arxeoloji materiallar çoxsaylı və müxtəlif
formalı olması ilə fərqlənir. Onlar Türkiyədəki Tuzlucada olduğu kimi,
yalnız bütün yataq boyu izlənən infrastrukturlardan ibarət deyil Xoy-
Duzdağına oxşar vəziyyətlə təpənin ətəyi boyunca yayılan arxeoloji
tapıntılardan ibarətdir. Sonuncudan fərqli olaraq Naxçıvan mədənlərindən
45
yalnız keramika parçaları deyil, həmçinin kiçik və böyük daş alətər aşkar
olunmuşdur. Təsadüfi olaraq tapılan mis və dəmir qalıqlarına da
rastlanmışdır.
Mədən sənayesinin ən maraqlı infrastrukturları ehtimal ki, qədim
tunellər olmuşdur. Onlar duz yatağının ağ-yaşıl rəngli laylarında
səpələnmişdir. Havadan çəkilmiş rəsmlərdən göründüyü kimi bu tunellər duz
yatağının ortasında bir-birinin yaxınlığında qazılmışdır. İndiyədək qeydə
alınan tunellərin hamısı dağılmışdır, lakin onlardan biri saxlanmışdır. Onun
uzunluğu 4 m, eni 1,10 m-dir. Tunelin içərisindən heç bir tapıntı əldə
edilməmişdir, belə ki tunelin döşəməsi qalın çınqıl qatı ilə örtülmüşdü. Digər
mühüm tapıntı tunelin girişində qayada sütunun yonulması idi. Bu tunel də
dağılaraq sütunun kapitelinədək çınqılla dolmuşdu, lakin maraqlıdır ki, o da
müasir şaxtaya aparan əsas dəhlizdən kənarda yerləşən digər sütulara
bənzəyirdi. Kür-Araz dövrünə aid keramika parçalarına əsasən onları eyni
dövrlə tarixləndirsək, demək olar ki, biz Son Eneolit və Erkən Tunc dövrü
ilə üst-üstə düşən mədən sənayesinin şəbəkəsi ilə rastlaşmışıq.
Şəkil 29. Əmək alətləri (Duzdağ).
Araşdırmalar zamanı 1-ci Pəncərədə iki yerdə açıq mədən izləri qeydə
alınmışdır, onların birindən Orta əsrlərə aid keramika nümunələri aşkar
olunmuşdur. 2007-ci ildə bizim apardığımız araşdırmalar zamanı öyrənilən
ikinci belə emal sahəsi təpənin cənub yamacında yerləşirdi, lakin ən
46
maraqlısı 2010-cu ilin araşdırmaları zamanı 4-ci Pəncərədə aşkar olunan
karxana idi. Aşkar olunan minlərlə Orta əsr keramikası içərisində XII-XIII
əsrlərlə aid yaşıl rəngli şirli keramika, naxışlanmış kasalar da var idi.
Şəkil 30. Əmək alətlərinin hazırlanması (Duzdağ).
Duzdağda aparılan araşdırmaların əsas məqsədlərindən biri
infrastrukturların istismar tarixinin müəyyənləşdirilməsi olmuşdur. Bu,
arxeoloji tapıntılar, tunellər və karxanalar arasındakı korrelyasiyanın
incəliklə öyrənilməsini tələb edir.
Duzdağından aşkar olunmuş tapıntılar arasında geniş funksional və
morfoloji diapozona malik olan böyük daş alətlər xüsusilə diqqətçəkicidir.
Mikro daş alətlər onlara nisbətən daha azdır. Onlar başlıca olaraq obsidianın
qəlpələnməsi zamanı meydana gələn parçalardan ibarətdir. Kiçik bıçaqvari
47
alətlər azdır. 2011-ci ilin mövsümündə 7-ci Pəncərədən daha təkmil obsidian
tiyəsi tapılmış, lakin hələlik analiz olunmamışdır. Çaxmaqdaşı alətlər
olduqca məhdud miqdardadır.
Duzdağ mədənlərində duzun çıxarılması və ilkin emalı üçün minlərlə
böyük daş alətlərdən istifadə edilmişdir. Formasına, həcminə və daş cinsinə
görə fərqlənən bu alətlər duz çıxarılan zonalarda toplanmış keramika ilə
birlikdə rastlanmışdır. Bu alətlərin GPS-lə sistematik qeydiyyatı 2008-ci
ildən başlamışdır. 2011-ci ildə duz mədəninin müxtəlif hissələrindən əldə
edilən [Pəncərə 1 – 7 ] səkkiz yüzdən artıq alət qeydə alınaraq bilavasitə
ərazidə və laboratoriyada tədqiq edilmişdir. Duzdağ mədənində duzun
istismarı və emalında bu alətlərin dəqiq funksiyasını müəyyən etmək üçün
onlar tam texnoloji analiz edilərək alətlərdəki işlənmə izləri araşdırılmışdır.
İlkin araşdırmalar göstərir ki, bu alətlərin əksəriyyəti çay daşlarından,
ola bilsin ki, Duzdağın üzərində yerləşən allyuvial yataqların
çöküntülərindən hazırlanmışdır. Toplanan materialların 80 faizi daş
çəkiclərdir. Onların xammalı müxtlif mənbələrdən götürülmüşdür. Qumlu
çaydaşı, qranit və bazalt, ehtimal ki, Duzdağı təpəsinin səthində saxlanan
allyuvial yataqlardan, ya da Naxçıvançaydan gətirilmişdir. Lakin müəyyən
tip çəkiclərin istehsalı üçün dolorit və qabbro ailəsinə məxsus daş cinsləri
istifadə edilmişdir. Bu tip daş cinsləri göstərir ki, mədənçiləri xammalla
təmin etmək üçün müəyyən təşkilati işlər görülmüşdür. Belə ki, bu daşların
ən yaxın geoloji mənbələri Şahbuz rayonundan iyirmi kilometr şimalda
yerləşir.
Çəkiclərin funksional xüsusiyyəti göstərir ki, müxtəlif dövrlərdə daş
duzun çıxarılmasında fərqli üsullardan istifadə edilmişdir. Bəzi çəkiclər sadə
çay daşlarıdır, onlar işlənmədən birbaşa istifadə edilmişdir. Bəzilərinin hər
iki üzündə sadə işlənmə izləri vardır. Lakin onların əksəriyyətinin uc, yan və
üz tərəflərində dərin batıq zolaqlardan ibarət əyri və düz xətlərin müxtəlif
konbinasiyasına rast gəlinir. Bu sadə və mürəkkəbləşdirilmiş kombinasiyalar
onların insan əlinə adaptasiyası ilə bağlı olmuşdur. Bəzən onlarla kiloqram
ağırlığında olan ağır daş alətlər əldə tutmaq üçün əlverişli deyil. Ona görə bu
tip alətlərin baş tərəfində olan üfiqi və şaquli batıq xətlər, büyük ehtimalla,
ip bağlamaq üçün nəzərdə tutulmuşdur.
Çəkiclərdən istifadə üsullarının müxtəlifliyi və onların təkrar
istifadəsi də işin təşkilində müxtəlif üsullardan istifadə olunduğunu təsdiq
edir. Dolerit və qabbro cinsli daşlardan hazırlanan alətlər I Kültəpə və II
Kültəpə yaşayış yerlərinin Kür-Araz mədəniyyətinə aid təbəqəsindən aşkar
edilmişdir. Onlar ustalıqla hazırlanaraq cilalanmış və uca doğru
ensizləşdirilmişdir. Çıxarma zonaları ilə parallel yerləşən iş yerlərində qalan
48
müxtəlif tipli alətlərin qalıqları onların uzun müddət istifadə olunduğunu və
müxtəlif inkişaf mərhələlərindən keçdiyini göstərir.
Şəkil 31. Duzdağ. Araşdırmaların xəritəsi.
Daş çəkiclərin həcminə və işlənmə üsullarına əsaslanaraq müxtəlif
elmi mülahizələr irəli sürmək olar. Bəzi kiçik həcmli daş çəkiclər duz
bloklarının üzə çıxarılmasında, bəziləri blokların sərhədlərinin müəyyən
edilməsində, daha ağır çəkiclər isə duz blokların qırılmasında və tunellərin
yaranmasında istifadə edilmişdir.
Tədqiqat zamanı daş duzun emal edilməsi əzici alətlər üçün istifadə
olunan dən daşları, əzici alətlər sürtkəclər və dəstəklər birbaşa iş
platformalarından tapılmışdır. Əzgi daşları və sürtgəclər bazaltdandır. Bu
material Qafqazın Neolit və Tunc dövrü yaşayış yerlərində əzici alətlərin
hazırlanmasında istifadə edilmişdir. Ümumiyyətlə, parçalanmış halda açkar
edilın bu tip alətlər, ehtimal ki, mədənə ikinci dəfə istifadə olunmaq üçün
gətirilmişdir. Ərazidən müxtəlif cinsli çay daşlarından hazirlanan konusvari
və slindirik formalı dəstəklər də tapılmışdır. İşlənmə izlərinin ilkin
araşdırmalarının nəticələri göstərir ki, onlar qida hazırlamaq üçün deyil
yumşaq faydalı qazıntıların emalı üçün işlənmişdir. Bu onu göstərir ki,
49
duzun ilkin emalı bilavasitə karxanaların yaxınlığında yerləşən ərazilərdə - iş
yerlərində olmuşdur.
Duzdağ mədənlərindən tapılan müxtəlif formalı daş alətlər ehtimal
etməyə imkan verir ki, duzun sadə üsullarla çıxarılması ilə bərabər yüksək
texniki biliyə əsaslanan daha strukturlaşdırılmış və mürəkkəb istismarı da
mövcud olmuşdur. Daş alətlərin və çəkiclərin müxtəlif tiplərə bölünməsi də
duz çıxarma zonaları ilə onların emalı həyata keçirilən platformalardakı
“emalatxanalar” arasında əməyin təşkilinin müəyyən formasının mövcud
olduğunu göstərir. Aşkar edilmiş daş alətlərin heç də hamısı duz çıxarmaq
üçün olmamışdır. Onların bəzisi həmçinin əmək alətlərinin yenidən
düzəldilməsi və duzun şaxtada birbaşa emalı üçün istifadə olunmuş və
daşımaq üçün yararlı vəziyyətə salınmışdır. Əmək alətlərində saxlanmış izlər
onların funksiyasını və istismar prosesini aydınlaşdırmağa imkan verir.
Duzdağdan həmçinin xeyli miqdarda keramika məmulatı aşkar
olunmuşdur. Bu tip material mədənin cənub-qərb və şimal-qərb yamacından
2-ci və 4-cü pəncərələrdən tapılmışdır. Qədim işlənmə ərazilərindən kiçik
keramika parçaları ilə yanaşı yaxşı saxlanmış tapıntılar da əldə edilmişdir.
Cənub-qərb yamacda Erkən Dəmir dövrünə aid toxunulmamış bütöv qədəh,
2-ci Pəncərədən isə Kür-Araz mədəniyyətinə aid küpənin parçaları aşkar
olunmuşdur. Bütün keramika parçaları saxlanma dərəcəsindən asılı
olmayaraq toplanırdı. Belə ki, onların gilinin tərkibi və işlənməsi minimal
dərəcədə olsa da xronologiyanı müəyyən etməyə imkan verirdi. Bəzi
diaqnostik formalar, xüsusilə uzun bir zaman ərzində mövcud olan Erkən
Tunc dövrünə aid eroziyaya uğramış “Naxçıvan qulpları” toplanmış ümumi
materialın əksəriyyətini təşkil edirdi.
1, 2, 3 və 4-cü Pəncərələrdən aşkar olunan keramika məmulatının
müqayisəli analizi müəyyən xüsusiyyətləri üzə çıxarmağa imkan verir.
Təpənin cənub-qərb yamacında yerləşən 2-ci Pəncərə saman qarışığı
olan keramika Kür-Araz mədəniyyətinə aid keramika parçaları ilə
xarakterizə edilir. Bəzi keramika parçalaları Erkən Dəmir dövrünə aiddir.
Lakin onlar açıq-aşkar azlıqdadır. Erkən Tunc və Dəmir dövrünün
keramikası 1-ci Pəncərədə nisbətən bərabərləşmiş, lakin buradan Eneolit
dövrünə aid keramika aşkar olunmamışdır. Qeyd etmək lazımdır ki, Erkən
Tunc dövrünə aid keramika 1-ci pəncərədə 2-ci Pəncərəyə nisbətən azdır.
Maraqlıdır ki, Cəhri Xorundakı təzahürlərdə [3-cü Pəncərə] Son
Eneolit və Erkən Tunc dövrünə aid keramika məmulatına rast
gəlinməmişdir. Cəhri Xorundan aşkar olunan keramika məmulatının
əksəriyyəti ya Dəmir dövrünə, ya da Orta əsrlərə aiddir. Qədim mədənçilər
50
bu duz təzahürünə olduqca az gəlmişlər. Onlar ya bu marşrutla hərəkət
etməmiş, ya da o zaman bu təzahürlər mövcud olmamışdır.
Orta Tunc dövrünə aid keramika məmulatı Pəncərələrdə, demək olar
ki, rast gəlinməmişdir. Bəzi təsadüfi tapıntılar təpənin cənub yamacında
aşkar olunmuşdur. Onların hamısı monoxrom boyalı olub qırmızı rəng
üzərindən qara rənglə naxışlanmışdır. Məlum olduğu kimi, Van da daxil
olmaqla Cənubi Qafqazda Orta Tunc dövrünə aid keramika [Naxçıvan
istisna olmaqla] başlıca olaraq qəbirlərdən aşkar olunmuşdur. Ehtimal ki,
şaxtalarda Orta Tunc dövrü fəhlələri tərəfindən istifadə olunan keramika
müəyyən funksional mahiyyət daşımışdır, lakin bu hələlik tam
aydınlanmamışdır.
Son Tunc və Erkən Dəmir dövrünə aid keramika parçaları texnoloji
xüsusiyyətlərinə görə az fərqlənir. Onları ayırmaq üçün başqa dəlillər
olmadığından bu tip keramikanı Son Tunc və Erkən Dəmir dövründə
birləşdirmək daha düzgün olardı. Lakin Son Tunc dövrünə aid naxışlanmış
keramika parçalarına da rastlanmışdır. Onlar boz, boz-qara rəngli olub
qabların çiyin hissəsini əhatə edən çərtmə və qabarıq-batıq xətlətlərdən
ibarətdir. Maraqlıdır ki, Son Tunc və Erkən Dəmir dövrünə aid keramika
məmulatı başlıca olaraq 2-ci Pəncərədən aşkar olunmuşdur.
Orta əsr keramikasına gəldikdə, demək olar ki, onların əksəriyyəti
təpənin cənub yamacında 4-cü Pəncərədən, az miqdarda isə 1-ci Pəncərədən
aşkar olunmuşdur. Sonuncuda onlar Dəmir dövrü keramikası ilə birlikdə
aşkar olunmuşdur. Orta əsr keramikası 4-cü Pəncərənin simal qurtaracağında
daha çox toplanmışdır. Burada gips yataqları da aşkar olunmuşdur. Lakin
hələlik karxananın nə üçün açıldığı hələlik məlum deyil. Karxanada gips,
duz, yaxud onların hər ikisi çıxarıla bilərdi. Orta əsrlərə aid keramika gil
məhluluna salınmış, içərisində dulus çarxının izləri qalan daraqvari
ornamentlə naxışlanmış sadə keramikadan ibarətdir. Bununla bərabər göy
şirli, yaşıl və qara rənglə naxışlanmış keramikaya tez-tez rastlanır. Antik və
Sasani dövrünə aid keramika məmulatı indiyədək aşkar edilməmişdir.
Əgər daş alərləri keramikanın yayıldığı zonalar üzrə bölüşdürsək
görərik ki, daş alətlərin aşkar olunduğu zonalar başlıca olaraq Son Eneolit və
Erkən Tunc dövrünə aid keramikanın konsentrasiya olunduğu ərazilərlə
uyğun gəlir. Bu faktlar daş alətlərin daha çox tarixəqədərki dövrün son
mərhələsində istifadə olunduğunu ehtimal etməyə imkan verir. Bu fikir I
Kültəpə və II Kültəpənin stratiqrafik tapıntıları ilə təsdiq olunur. Xüsusilə
Kür-Araz mədəniyyətinə aid qabbro-doleritdən hazırlanmış daş çəkiclər
arasında böyük uyğunluq vardır. Lakin bu daş alətlərin müxtəlif
kateqoriyalarının morfoloji analizi zamanı aydın xronoloji fərq aşkar
51
edilməmişdir. Xronoloji cəhətdən fərqlənən keramika məmulatı ilə daş
alətlərin müəyyən kateqoriyası arasında heç bir fərq izlənilməmişdir.
Bununla belə daş alətlərin müəyyən qrupu ilə tunellər arasında müəyyən
uyğunluq var. Son Eneolit və Erkən Tunc dövrünə aid keramika tunellərin
çıxışında, adətən tunellərdən bir qədər aşağıda yerləşən təbii mənzillərdə
aşkar edilmişdir. Bunun əksinə olaraq Orta əsr keramikası başlıca olaraq
açıq karxanaların yaxınlığında aşkar olunur və olduqca nadir hallarda daş
alətlər və tunellərlə bağlanır. Məsələn 1-ci Pəncərədə Orta əsr keramikasının
aşkar olunduğu zonada iki tunel çıxışı vardır, lakin 4-cü Pəncərənin şimal
hissəsindəki açıq duz karxanasının ətrafında minlərlə Orta əsr keramikasının
parçasına rastlanmışdır. Kür-Araz keramikası ilə müqayisədə Son Tunc və
Erkən Dəmir dövrünə aid keramika olduqca az aşkar olunmuşdur. Beləliklə,
daş alətlərin bir qismi tunellərdən duz çıxarmaq və birbaşa tunellərin
qazılması üşün istifadə edilmişdir. İlkin nəticələr göstərir ki, bu tip istismar
üsulu Son Eneolit və Erkən Tunc dövründən mövcud olmuşdur. Lakin II
Kültəpədən aşkar olunan daş alətlər nəzərə alınarsa demək olar ki, duz
istehsalı Orta Tunc dövründə də davam etmişdir.
Duzdağda dörd mövsümdə aparılan sistematik araşdırmalardan sonra
onun tarixəqədərki dövrün son mərhələsində mühüm əhəmiyyət kəsb etdiyi
göz önünə çıxarılmışdır. Duzdağın istismarının miqyasından da göründüyü
kimi duzun funksiyası “İkinci ərzaq inqilabı” zamanı e. ə. V - IV
minilliklərdə Mesopotamiyanın böyük hissəsində və Qafqazda meydana
gələn struktur dəyişikliklərini anlamaq üçün əsas açarlardan biridir. Bununla
bağlı olaraq aşağıdakı əsas nəticələri çıxarmaq mümkündür:
Birincisi, 2-ci Pəncərədə mütəmadi aşkar olunan saman qarışıqlı
keramikaya əsasən aydın olur ki, mədənin istismarı e. ə. V minilliyin ikinci
yarısında başlamışdır. Bu onu göstərir ki, İspaniyadakı Kardona [La
Müntania del Sal] ilə birlikdə Naxçıvan Duzdağı dünyanın ən qədim
mədənlərindən biridir. Kardonada duz yataqlarının ətrafında insan
fəaliyyətinin ən qədim izləri e. ə. 4200 və 3600-cü illərə aid edilmişdir.
Erkən mədən sənayesi ilə bağlı fikirlər uzun müddət ərzində antikvarlar və
yerli kənd əhalisi tərəfindən toplanan 173 bütöv və sınmış daş alətlər
əsasında söylənmişdir. Bu alətlər duz mədənindən aşkar olunan iki qəbirin
oxşar daş alətləri ilə müqayisə əsasında tarixləndirilmişdir. Qəbirlərin özü
isə aşkar olunan digər materiallar əsasında Orta Neolit dövrünə aid
edilmişdir. Belə görünür ki, Duzdağda duzun erkən çıxarılması ilə bağlı
məsələlər Kardonadakı faktlardan daha tutarlıdır. Belə ki, duz mədənində
müxtəlif xronoloji dövrlərə aid keramika məmulatı ilə birlikdə yüzlərlə daş
əmək aləti də aşkar olunmuşdur. Aydındır ki, Duzdağında aşkar olunan
52
arxeoloji materiallar, xüsusilə xeyli informasiya verən keramika məmulatı
tarixəqədərki dövrün son mərhələsindən başlayaraq müasir dövrədək duz
sənayesinin inkişafının müxtəlif cəhətlərini öyrənmək üçün gözəl imkan
yaradır.
İkincisi qeyd etmək lazımdır ki, Duzdağdakı erkən duz istehsalı
prosesi intensivliyi ilə fərqlənir. Son Eneolit və Erkən Tunc dövrü
keramikasının proporsiyası xüsusilə yüksəkdir. Naxçıvanda, həmçinin qonşu
Urmiya və Van rayonunda Son Eneolit və Erkən Tunc dövrünə aid qeydə
alınan yaşayış yerləri ilə müqayisədə bu olduqca yüksək göstəricidir. E.ə. II
minilliyin sonundan yaşayış yerlərinin artması, ehtimal ki, Dəmir dövrünə və
Orta əsrlərə aid keramika məmulatının artmasına səbəb olacaqdır. Hazırda
duz mədənində yeddi pəncərədə aparlan sistematik araşdırmalar zamanı Kür-
Araz keramikasının üstünlüyü tədqiqatların məhdudluğu ilə bağlı deyil.
Müəyyən yerlərdə sayı dəyişsə də Kür-Araz keramikası Duzdağ mədəninin
bütün ərazisində üstünlük təşkil edir. İndi qarşıda duran əsas sual bundan
ibarətdir: Duzdağda mədənçilk işləri daha əvvəl Erkən Tunc dövründə,
yoxsa Son Eneolit dövründə başlamışdır? Son illər Ovçulartəpəsində aşkar
olunan tapıntılar Kür-Araz tayfalarının Naxçıvanda e. ə. V minilliyin
sonundan məskunlaşdığını göstərir. Müəyyən edilmişdir ki, Yaxın Şərq
ölkələri ilə iqtisadi-mədəni əlaqələrin formalaşmasında Naxçıvanın xammal
ehtiyatları, o cümlədən duz əsas yer tutmuşdur. Eneolit dövründən
başlayaraq duz həmçinin mübаdilə vаsitəsi оlmuş, ticаrət məqsədilə Şərq
ölkələrinə аpаrılmışdır. İnsanların məişətinə daxil olan duz onların
ideologiyasının formalaşmasında müəyyən yer tutmuş, duzla bağlı inamlar
yaranmışdır. Bu tip inamlar Azərbaycan xalqı arasında xüsusilə geniş
yayılmışdır.
Dostları ilə paylaş: |