Dərslik Prof. S.İ. Seyidov və prof. M.Ə. Həmzəyevin elmi redaktorluğu ilə


VI.20.1. Uşağın məktəb həyatının ilk dövrünün



Yüklə 1,29 Mb.
səhifə205/297
tarix04.11.2022
ölçüsü1,29 Mb.
#67301
növüDərslik
1   ...   201   202   203   204   205   206   207   208   ...   297
psix

VI.20.1. Uşağın məktəb həyatının ilk dövrünün

psixoloji xüsusiyyətləri




Kiçik məktəb yaşının başlanğıcı və sonu ilə əlaqədar özünü göstərən psixoloji dəyişiklik. Kiçik məktəb yaşı 6-10 yaşı əhatə edir. Bu dövrün başlıca xüsusiyyətləri-uşağın məktəbli olması, əsas fəaliyyətini təlim fəaliyyəti təşkil etməsindən ibarətdir. Bu dövrdə inkişafetdirici oyunlar təlimdən sonra ikinci yeri tutur. Bu dövr bir növ keçid dövrü olub, məktəbəqədər dövrün xüsusiyyətləri ilə məktəblinin xüsusiyyətlərini birləşdirir. Şəxsiyyətin bir çox psixi xüsusiyyətlərinin əsası məhz bu dövrdə qoyulur. Məktəbə təzəcə daxil olduğu vaxt rastlaşdığı çətin­liklər kiçik məktəb yaşının sonunda aradan qalx­mış olur, təlim fəaliyyəti oyundan tamamilə fərqli xüsusiyyətlərini əldə edir.
Məktəbə təzəcə daxil olan uşaq bir sıra prob­lemlərlə qarşılaşır. O, artıq şagirddir. Buna görə də şagirdlər üçün nəzərdə tutulan qaydalara əməl etməli, həmişə eyni vaxtda zənglə sinfə girib si­nifdən çıxmalı, bütün dərs ərzində sakit oturmalı, sinifdən çıxmaq və ora daxil olmaq üçün müəllimdən icazə almalı, onun bütün tələb və göstərişlərini yerinə yetirməli olur. Bunlarla yanaşı olaraq uşağın ünsiyyət sahəsi genişlənir, tamamilə yeni adamlarla: müəllimlər və həmyaşıd­ları ilə rastlaşır, onlarla birgə fəaliyyət zamanı ünsiyyətə girməli olur. Müəllim onun yeni nüfuz sahəsinə çevrilir. Tədricən sinif kollektivində qarşılıqlı münasibətlər formalaşır. Bütün bunlara uşaqlar asan­lıqla alışa bilmirlər. Burada uşağın məktəbə psi­xoloji hazırlığından çox şey asılı olur.
Uşağın həyat tərzi və münasibətlərindəki dəyişikliyin zəruriliyi. Məktəb təcrübəsi göstərir ki, məktəbə yeni daxil olmuş uşaq öz həyat tərzində, gün rejimində, onu əhatə edənlərlə münasibətində dəyişiklik etmədən məktəb həyatına uyğunlaşa bil­mir. Ona görə də məktəb həyatı uşaq üçün cansıxıcı olur, bu vəziyyətdən çıxmaqda çətinlik çəkir. Bu cür çətinliklərin aradan qaldırılması və uşağın öz həyat tərzi və münasibətlərində dəyişiklik etməsi işində müəllimlərin üzərinə ciddi vəzifələr dü­şür. Müəllimin qayğıkeş yanaşması bu prosesin asanlıqla keçməsinə səbəb olur.
Məktəbə təzəcə gələn uşaqların qarşılaşdıq­ları çətinliklərdən biri də ondan ibarətdir ki, ilk dəfə olaraq məktəbdə həyata keçirməli olduqları dərinləşmiş məhsuldar əqli iş onlardan hövsələ, emosiyalarını saxlaya bilmək, təbii hərəki fəallı­ğı tənzim etməyi, diqqətini tədris məsələləri üzərin­də cəmləşdirməyi və saxlaya bilməyi tələb edir. Lakin kiçik məktəblilərin heç də hamısı bunlara əməl edə bilmirlər. Onlardan çoxu asanlıqla və tez yorulurlar.
Xüsusilə birinci sinfə qəbul olunmuş uşaq­lar öz davranışlarını tənzim etməkdə çətinlik çə­kirlər. Birinci sinif şagirdlərinin çoxunda uzun müddət özünü eyni vəziyyətdə saxlamaq, özünü idarə etmək üçün iradi güc çatmır.
Məktəbdə məşğələ zamanı müəllim uşaqlara suallar verir, onları fikirləşməyə məcbur edir. Eyni iş ailədə də təkrar olunur. Valideyn uşaqdan ev tapşırıqlarını yerinə yetirməyi tələb edir. Bu cür gərgin əqli iş uşaqları asanlıqla yorur. Psixo­loqlar bunun səbəbini uşağın məhz əqli işdən yorul­ması ilə deyil, fiziki özünütənzimi həyata keçirə bilməmələri ilə izah edirlər.



Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   201   202   203   204   205   206   207   208   ...   297




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin