Bağça yaşlı uşaqların psixoloji xüsusiyyətləri (3-6 yaş)
APARICI FƏALİYYƏT – OYUN, insanların davranış və fəaliyyət normalarının mənimsənilməsi
-3-4 yaş – özünütəsdiq; reaksiyaları: sözə qulaq asmamaq, tərslik, neqativizm, höcətlik, «böyükləri məcbur etmək» («mən özüm», «mən özüm bilirəm», özünü öymə)
TƏKBAŞINA OYUN (əşyavi, quraşdırma, süjetli-rollu oyunlar)
-5-6 yaş – böyüklərə münasibətin ahəngdarlığı, uşaqlara münasibətin inkişafı, uşaqlarla birgə oyun (qaydalı, süjetli-rollu oyunlar), uşaqlar arasında liderlik və tabeçilik münasibətinin formalaşması, «yarış xarakterli oyunlar».
-Quraşdırma oyunlarının inkişafı, PRAKTİK TƏFƏKKÜRÜN inkişafı.
Rəsm qabiliyyətinin, musiqi qabiliyyətinin (musiqini başa düşmək, oxumaq, oynamaq) inkişafı, yaradıcılığın inkişafı.
-Təfəkkürün EQOSENTRİZMİ.
-Qavrayışın inkişafı (perseptiv işlərin, perseptiv etoalonların mənimsənilməsi), diqqətin, hafizənin qeyri-ixtiyaridən ixtiyariyə doğru inkişafı, iradənin inkişafı.
-Hər şeylə maraqlanmaq (4-5 yaşında «bu nədir?»)
-Təxəyyülün inkişafı (reproduktiv formadan yaradıcıya doğru).
-Başqa adamlarla dialoji nitqin və eqosentrik nitqin inkişafı, daxili nitqə keçid.
-Məfhumların inkişafı (3-5 yaşlarında sözlər cisim və hadisələri əvəz edən yerlik kimi, 6-7 yaşlarında sözlərin əşyaların mühüm əlamətini bildirməsi – konkret məfhumlar).
-Təfəkkürün əməliyyataqədərki səviyyədə (Piaje) inkişafı, tədricən əməliyyat səviyyəsinə keçid.
-Cins üzvlərinə, uşaqların doğulmasına maraq:
a)psixoseksual inkişafın fallik mərhələsi (3-4 yaşda);
b)Edip kompleksinin formalaşması və qarşısının alınması.
-Təşəbbüskarlığın, məqsədəyönəlişliyin, fəallığın formalaşması, müstəqilliyin, neqativ inkişaf gedişində passivliyin, yamsılamağa meylin formalaşması
-Məktəbə hazırlığın formalaşması.
|