Dərslik Prof. S.İ. Seyidov və prof. M.Ə. Həmzəyevin elmi redaktorluğu ilə


VI.21.2. Yeniyetmə yaşında şəxsiyyətin formalaş­ması



Yüklə 1,29 Mb.
səhifə210/297
tarix04.11.2022
ölçüsü1,29 Mb.
#67301
növüDərslik
1   ...   206   207   208   209   210   211   212   213   ...   297
psix

VI.21.2. Yeniyetmə yaşında şəxsiyyətin formalaş­ması




Ünsiyyət tələbatı. Yeniyetmə yaşında şəxsiyyətin formalaşmasında əsaslı dəyişiklik baş verir. Görkəmli psixoloq K.Levinin fikrincə keçid yaşı olan yeniyetməlik dövründə mühüm proseslərdən biri onları istiqamətləndirən şəxsiyyətin həyati aləminin, ünsiyyət sahəsinin, qrup mənsubluğu və insanların tiplərinin genişlənməsindən ibarətdir. Burada yeniyetmədə ünsiyyət tələbatının meydana gəlməsi xüsusi rol oynayır. Bu dövrdə yoldaşları ilə ünsiyyət səyi, həmyaşıdlar kollektivinə meyl son dərəcə aydın təzahür edir. Ünsiyyət fəaliyyətinin obyekti həmya­şıdlardan ibarət olur. Yeniyetmə ünsiyyət fəaliyyəti prosesində ictimai-əxlaqi münasibət normalarını mənim­­­səyir.
Yeniyetmə yaşında həmyaşıd uşaqların psixo­loji intelektual cəhətdən bir-birinə uyğunlaşma­sını asanlaşdıran şərait yaranır. Yeniyetmə yaxın­lıq dərəcəsinə görə yoldaşın üç tipini müəyyənləş­dirir: sadəcə olaraq yoldaş, yaxın yoldaş və şəxsi dost.
Yeniyetmənin yaxın yoldaşları və dostları ilə ünsiyyəti sadəcə olaraq təlim fəaliyyəti hüdudları ilə məhdudlaşmır, həyatının bir çox sahələrini əhatə edir. Yeniyetmələrin həmyaşıdları ilə ünsiy­yəti təlimə olan münasibəti ikinci plana keçirir. Hətta yoldaşları ilə ünsiyyətə nisbətən doğma adam­larla ünsiyyətin rolu xeyli azalır. Yeniyetmə belə hesab edir ki, həmyaşıd uşaqlarla münasibətlər onun şəxsi münasibətidir, heç kəsin buna qarışmağa haqqı yoxdur. Ona görə də yeniyetmənin dostları onun üçün referent qrupa çevrilir.
Yeniyetmənin ünsiyyət fəaliyyətinin mühüm sahə­lərindən birini də “oğlan-qız” tipli münasibətlər təşkil edir. Bu dövrdə oğlan və qızlar bir-birilə maraqlanmağa başlayırlar. Onlarda bir-birinin xo­şuna gəlmək arzusu yaranır. Bununla belə kiçik yeniyetməlik dövründə oğlan və qızların davranışı hələ ambivalent xarakter daşıyır: onlar bir tərəf­dən, bir-biri ilə maraqlanır, digər tərəfdən isə xüsusiləşməyə meyl edirlər. Tədricən bu cür xüsusi­ləşmə meyli aradan qalxır.
Yeniyetmələrin mənlik və əxlaqi şüuru. Ki­çik məktəblidən fərqli olaraq yeniyetmədə özünə, öz şəxsi həyatına, şəxsiyyətinin xüsusiyyətlərinə maraq yarandıqda, özünüqiymətləndirmə tələbatı, özünü baş­qaları ilə müqayisə etmə meyli əmələ gəlir. Nəticədə yeniyetmə özü üçün öz “mən”ini bir növ kəşf edir. Mənlik şüurunun formalaşmağa başlaması və son­rakı inkişafı yeniyetmənin bütün psixi həyatına, onun təlim fəaliyyətinin xarakterinə, ətrafdakı­lara münasibətinə öz təsirini göstərir. Yeniyetmənin mənlik şüurunun formalaşması onun öz davranı­şını, mənəvi keyfiyyətlərini, xarakter və qabiliy­yətlərini dərk etməsi ilə başlayır. İlk dövrlərdə yeniyetmənin mənlik şüurunun əsasını başqa adamla­rın mülahizələri təşkil edir. Yaş artdıqca yeni­yetmə özünün şəxsiyyətini müstəqil təhlil etməyə və qiymətləndirməyə başlayır.
Bu dövrdə yeniyetmələr öz müstəqilliklərini qoruyub saxlamağa çalışmaqla refleksiya əsasında mənlik şüurlarını, «mən» obrazını, «real» və «ideal mənin» əlaqəsini forma­laşdırır və inkişaf etdirirlər.
Bütün bunlarla yanaşı olaraq yeniyetmələrdə özünü­qiymətləndirmə və özünəmünasibətin formalaşması baş verir. Mövcud psixoloji ədəbiyyatda yeniyetmələrin özünü­qiymətləndirmələrinin aşağıdakı tipləri qeyd olunur:

Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   206   207   208   209   210   211   212   213   ...   297




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin