Dərslik Prof. S.İ. Seyidov və prof. M.Ə. Həmzəyevin elmi redaktorluğu ilə


VI.22.3. Böyük məktəblilərin təlim fəaliyyəti və idrak proseslərinin inkişafı



Yüklə 1,29 Mb.
səhifə220/297
tarix04.11.2022
ölçüsü1,29 Mb.
#67301
növüDərslik
1   ...   216   217   218   219   220   221   222   223   ...   297
psix

VI.22.3. Böyük məktəblilərin təlim fəaliyyəti və idrak proseslərinin inkişafı


İlk gənclik dövründə təlim fəaliyyətinin ümumi xarakteristikası. İlk gənclik dövründə təlim fəaliyyəti bir sıra xüsusiyyətlərinə görə məktəb yaşının əvvəlki dövrlərindən fərqlənir. Bu dövrdə təlim fəaliyyəti həm məzmun, həm də formaca yeni xüsusiyyətlər kəsb edir. Təlim fəaliyyətinin məzmununa yeni anlayışlar sistemi daxil olur. On­lar özlərinin əhatəliyinə görə əvvəlkilərdən fərq­lənir. Mücərrəd anlayışların miqdarı artır. Yeni fənlərin və bilik sahələrinin öyrənilməsi tələb olunur. Təlimin formasında da dəyişiklik baş verir. Tədris prosesində müasir texniki vasitələr­dən istifadəyə geniş yer verilir. Bütün bunları mənimsəmək böyük məktəblilərdən yüksək hazırlıq, nəzəri təfəkkürün inkişafını, yaradıcılıq qabi­liyyətlərinin təşəkkülünü tələb edir.
Böyük məktəblilər təlimin nə kimi həyati əhə­miyyət daşıdığını dərk edirlər. Ona görə də məktəb­lilərdə təlimə münasibət əsaslı şəkildə dəyişilir. Bu dövrdə məktəblilərdə müxtəlif bilik sahələrinə seçici münasibət təzahür etməyə başlayır. Böyük mək­təblilərin təlim fəaliyyəti onların əqli inkişa­fına əsaslı təsir göstərir.
Böyük məktəblilər təlim fəaliyyətinin subyekti kimi daxil olduqları spesifik sosial inkişaf şəraitinin təsiri altına düşürlər. Bu dövrdə təlim fəaliyyəti özünün keyfiyyəti, yeni məzmunu ilə fərqlənir. Tədris fənnlərində nəzərdə tutulmuş biliklərə yiyələnmə zamanı şəxsi məna əhəmiyyəti daşıyan daxili idrak motivləri ilə yanaşı geniş sosial və dar şəxsi xarici motivlər də özünü göstərir. Bunların içərisində nailiyyət, müvəffəqiyyət motivləri xüsusi yer tutur. Təlim fəaliyyətinin özü böyük məktəblilərin gələcək həyat planlarını həyata keçirmək vasitəsi olduğu üçün, təlim motivləri də öz quruluşuna görə keyfiyyətcə dəyişir. Təlimi biliklərə yiyələnməyə yönəlmiş fəaliyyət kimi bir sıra motivlərlə səciyyələndirmək olar, şagirdlərin əksəriyyəti üçün əsas daxili motiv kimi nəticəyə nail olmağa yönəlişlik təşkil edir.
Böyük məktəblilərin təlim fəaliyyətinin predmetini, başqa sözlə, onun nəyə yönəlməsini, onun struktur təşkili, fərdi təcrübənin stimullaşdırılması, bunun hesabına yeni məlumatların genişləndirilməsi, əlavə olunması, daxil edilməsi təşkil edir. Məsələlərin həllinə müstəqil, yaradıcı şəkildə yanaşma, qərar qəbul etmək, mövcud variantları təhlil etmək və onları tənqidi konstruktiv şəkildə anlamaq bacarığı da böyük məktəblilərin təlim fəaliyətinin məz­mununu təşkil edir. Bu yaş dövründə mühüm psixoloji yenitörəmə olan şagirdin həyati planları tərtib etmək, onları həyata keçirmək vasitələrini axtarmaq bacarığı böyük məktəblilərin təlim fəaliyyətinin məzmununun spesifikasını müəyyən edir. Bu özü həmin planların həyata keçirilməsi vasitəsinə çevrilir.
Əgər yeniyetməlik dövründə şagirdlər üçün müəllim və valideynlərin nüfuzu öz həmyaşıdlarının nüfuzu ilə bir növ tənzim olunursa, böyük məktəbli üçün ayrı-ayrı fənn müəllimlərinin nüfuzu məktəbin nüfuzundan fərqləndirilir. Böyük məktəblinin şəxsi özünütəyinində iştirak edən valideynlərinin nüfuzu artır.
Böyük məktəblilərin peşə və şəxsi özünütəyinlərinə hazırlığı özünün sərvət meylləri sistemlərinə aydın şəkildə ifadə olunan peşə istiqamətini və peşə maraqlarını, nəzəri təfəkkür formalarının inkişafını, elmi idrak metodlarına yiyələnməyi, özünütərbiyə bacarığını daxil edir. Şəxsiy­­yətin yetişməsi və formalaşmasının bu yekun mərhələsi məktəblinin qiymət və bələdləşmə fəaliyyətinin daha tam təzahür etdiyi vaxtda başa çatır. Bu yaş dövründə məktəblinin müstəqilliyə cəhd göstərməsi əsasında onda mənlik şüurunun tam strukturu formalaşır, şəxsi refleksiya inkişaf edir, həyati planlar və pespektivlər dərk olunur.

Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   216   217   218   219   220   221   222   223   ...   297




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin