Dərslik Prof. S.İ. Seyidov və prof. M.Ə. Həmzəyevin elmi redaktorluğu ilə


VI.24.7. Təlimin fərdiləşməsi və diferensiasiyası



Yüklə 1,29 Mb.
səhifə251/297
tarix04.11.2022
ölçüsü1,29 Mb.
#67301
növüDərslik
1   ...   247   248   249   250   251   252   253   254   ...   297
psix

VI.24.7. Təlimin fərdiləşməsi və diferensiasiyası


Məktəb təcrübəsindən məlum olduğu kimi, şagirdlər özlərinin öyrənməyə qabillikləri, əqli inkişaf səviyyələri, idrak imkanları, fərdi psixi xassələri və s. görə bir-birlərindən fərqlənirlər. Ona görə də həmin şagirdlərin hamısı ilə eyni yolla işləmək istənilən nəticəni vermir. Bu cəhət təlimin fərdiləşməsi və diferensiasiyasının vacib­liyini irəli sürür. Bununla bağlı olaraq psixolo­giyada fərdi fərqlərin öyrənilməsi sahəsində əldə edilən uğurlar məktəb təcrübəsində fərdi yanaşma prinsipinin özünə yer etməsində xüsusi rol oynamışdır.


Fərdi yanaşma mühüm psixoloji-pedaqoji prinsip kimi diqqəti cəlb edir. Təlimin fərdiləş­məsi və diferensiasiyası anlamının yaranması fər­di yanaşma nəzəriyyəsi və təcrü­bəsinin inkişafında yeni mərhələ kimi özünü göstərmişdir. Təlimin fərdiləşməsi dedikdə forma və üsullarından asılı olmayaraq şagirdlərin fərdi xüsusiyyətlərinin təlim prosesində nəzərə alınması başa düşülür. Əgər şagirdlərin qruplaşdırılması formasında nəzərə alınarsa, təlimin fərdiləşdirilməsindən fərqli olaraq buna təlimin dife­rensiasiyası deyilir. (Ə. Əlizadə).
Hər bir şagird özünəməxsus fərdi xüsusiyyət­lərlə seçilir. Bir tərəfdən bu xüsusiyyətləri qoru­maq, digər tərəf­dən onları daha da inkişaf etdir­mək məktəbin əsas vəzifəsi sayılır. Təlimin fərdi­ləşməsi və diferensiasiyası, hər şeydən əvvəl, bu vəzi­fənin həyata keçirilməsinə xidmət edir.
Təlimin fərdiləşdirilməsi və diferensiasi­yası müxtəlif formalarda həyata keçirilir:
1. Təlimin diferensiasiyası. Şagirdlər öz­lərinin müəy­yən xüsusiyyətlərinə görə qruplaşdı­rılır, müxtəlif təd­ris planları və proqramları ilə təhsil alırlar. Bu yolla nisbətən qomogen olan siniflər, məktəblər yaradılır. Mütə­xəssislərin qeyd etdiyi kimi, dünya miqyasında diferen­siasiyanın əsa­sən iki formasından istifadə olunur: birinci, müəy­yən bir mərhələdə məktəb ayrı-ayrı bilik sahələri, məsələn, humanitar, fizika, riyaziyyat, kimya-biolo­giya və s, üzrə şaxələnir; ikinci, icbari fənləri seçmə yolu ilə öyrənilən fənlər əlavə olunur. Bu forma və üsulların qovşağında şagirdlərin xüsusi qabiliyyətləri, maraqları və peşə niyyətlərinə görə müxtəlif tipli məktəb və siniflər yaradılır. Təlim bir qayda olaraq müxtəlif tədris planları və proq­ramları əsasında həyata keçirilir.

Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   247   248   249   250   251   252   253   254   ...   297




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin