Dərslik Prof. S.İ. Seyidov və prof. M.Ə. Həmzəyevin elmi redaktorluğu ilə


İnkişafetdirici və tərbiyəedici təlim



Yüklə 1,29 Mb.
səhifə248/297
tarix04.11.2022
ölçüsü1,29 Mb.
#67301
növüDərslik
1   ...   244   245   246   247   248   249   250   251   ...   297
psix

İnkişafetdirici və tərbiyəedici təlim. Yu­xarıda təlim və inkişaf probleminə toxunarkən onun pedaqoji psixologiyanın və yaş psixologiya­sının ən aktual problemlərindən biri olduğunu, bu sahədə müxtəlif baxışların mövcudluğunu qeyd et­dik. L.S.Vıqotskiyə görə təlim inkişafın başlıca şərtidir. Təlim inkişafetdirici və tərbiyəetdi­rici funksiyaları yerinə yetirir. Ona görə də təlimin məzmunu, forma və üsulları elə seçilməlidir ki, bu fünksiyaları həyata keçirməyə imkan versin. İnkişaf anlayışı çoxcəhətli anlayışdır. Şa­girdlərin inkişafından söhbət gedərkən birinci növbədə onların psixi inkişafı diqqəti cəlb edir. Təlim - tərbiyə prosesində şagirdlərin psixi inki­şafının əsas istiqamətlərini təhlil edərkən psi­xoloqlar, ilk növbədə, biliklərin onların tətbiqi mexanizmlərinin və şəxsiyyətin umumi xassələrinin inkişafı şəraitini ayırd edirlər. Sözün geniş mənasında inkişafetdirici təlim şəxsiyyətin for­malaşmasına yönəldilmiş təlimdir. Bu mənada təlim eyni zamanda tərbiyəedici funksiyanı həyata keçirir. Psixoloqlar şəxsiyyətin psixi inkişafını təlimin həm nəticəsi, həm də başlıca şəraiti kimi qeyd edirlər. Professor Ə.Əlizadə haqlı olaraq qeyd edir ki, “inkişafetdirici təlim prinsipi şagird­lərin əqli inkişafına xüsusi əhəmiyyət verir və onu şəxsiyyətin forlaşması ilə qarşılıqlı əlaqədə araşdırır”. Məhz buna görə də təlim elə təşkil edilməlidir ki, o təkcə şagirdlərə bilik, bacarıq verməklə, onların əqli inkişafını təmin etməklə kifayətlənməsin, eyni zamanda onlarda şəxsiyyətin formalaşmasına təkan versin. Bu zaman təlim özü­nün tərbiyəedici funksiyasını həyata keçirmiş olur.


VI. 24.6. Dərsin təşkilinin psixoloji şərtləri




Müasir dərsə verilən psixoloji tələblər. Elmi texniki tərəqqinin həyatımızın müxtəlif sahə­lərinə daxil olduğu və mənimsənilməsi zəruri olan məlumatların durmadan artdığı müasir dövrdə dərsə daha yüksək tələblər verilir. Bu tələbləri həyata keçirmək müəllimin öz ixtisası ilə yanaşı, yüksək pedaqoji bacarıq, vərdiş və qabiliyyətlərə, eləcə də psixologiya elminin, xüsusilə təlim psixologiyası­nın müasir nailiyyətlərinə dərindən yiyələnməsini tələb edir.
Müasir dərs, hər şeydən əvvəl, məktəbə verilən müasir ictimai tələblərin yerinə yetirilməsinə yö­nəldilən dərsdir. Müasir dərsə bir sıra psixoloji tələblər verilir. Bu tələblər müasir dərsin funksi­yaları ilə sıx bağlıdır. Həmin funksiyalara öyrə­dici, inkişafetdirici, tərbiyəedici funksi­ya­ları və s. aid etmək olar. Həmin funksiyalarla bağlı ola­raq müasir dərsə verilən psixoloji tələblərə nəzər salaq.
Şagirdlərin fəallığının təmin edilməsi müasir dərsə verilən ən başlıca psixoloji tələb­lərdən biridir. Bu mühüm tələbin yerinə yetirilməsi, hər şeydən əvvəl, təlim pro­sesində mənimsəməyə təsir edən amillərin nəzərə alınması zərurətini irəli sürür. Təlim psixologiyasında belə amillər iki qrupa bölünür: daxili və xarici amillər.
Dərsdə şagirdlərin fəallığını şərtləndirən daxili amillərdən biri onların diqqətinin təşkil olunmasından ibarətdir. Müəllim dərsdə şagirdlə­rin diqqətini səfərbər etməklə yanaşı onu mənim­sənilməli olan anlayışların mühüm əlamətləri üzə­rinə yönəltməlidir. Müasir dərs elə qurulmalıdır ki, ən zəruri informasiyalar şagirdlərin diq­qətin­dən kənarda qalmasın.
Şagirdlərin fəallığını təmin etmək, onlar­da lazımi və davamlı bilik və bacarıqlar aşılamaq üçün dərsdə öyrənməyə, yadda saxlamağa, öyrəndiklə­rini tətbiq etməyə qarşı yönəlişlik (ustanovka) yaratmaq zəruridir.
Müasir dərsə verilən psixoloji tələblərdən biri kimi, mənimsəməyə təsir edən xarici amillər­dən düzgün və səmərəli istifadə olunmasını qeyd etmək olar. Burada dərsdə təlim materialının çətinlik dərəcəsi, əhəmiyyətliliyi, mənalılığı, strukturu, emosionallığı ilə yanaşı, ən səmərəli üsul və vasitələrdən istifadə olunması da tələb edilir. Müasir dərsi ən yeni texniki vasitələrdən istifadəsiz təsəv­vür etmək mümkün deyildir. Müasir dərs inkişafetdirici xarakter daşımalıdır. Bunun üçün dərsdə şagirdin yalnız hafizəsinə deyil, təfəkkürünə xüsusi olaraq istinad edilməlidir. Ona görə də dərs elə təşkil edilməlidir ki, şagirdləri fikirləşməyə yönəldə bilsin. Buna isə dərsdə prob­lemli situasiyanın yaradılması ilə nail olmaq müm­kündür.

Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   244   245   246   247   248   249   250   251   ...   297




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin