Dərslik Prof. S.İ. Seyidov və prof. M.Ə. Həmzəyevin elmi redaktorluğu ilə


VI.24.5. Təlim prosesində motivasiya - tələbat



Yüklə 1,29 Mb.
səhifə247/297
tarix04.11.2022
ölçüsü1,29 Mb.
#67301
növüDərslik
1   ...   243   244   245   246   247   248   249   250   ...   297
psix

VI.24.5. Təlim prosesində motivasiya - tələbat

sahəsinin formalaşması


Məktəb təcrübəsində, təlim fəaliyyətini həya­ta keçirərkən çox vaxt belə bir sual diqqəti cəlb edir: şagirdi yaxşı oxumağa və ümumiyyətlə oxumağa yönəldən, təhrik edən nədir? Başqa sözlə, şagird­lərin təlim fəaliyyəti necə motivləşir, onlar hansı motivlərin təhriki altında hərəkət edirlər? Şübhəsiz bu cür suallara düzgün cavab tapılması müəllimin həmin sahədə şagirdlərlə iş aparması­nı, təlim fəaliyyətini idarə etməsini asanlaşdıra bilər.


Birinci növbədə, ümumiyyətlə, motivin və moti­vasiyanın nədən ibarət olduğunu nəzərdən keçirək. Motiv insanı hər hansı bir məqsədəyönəlmiş işə, fəaliyyətə təhrik edən səbəbdir. İnsan beynində əks olunaraq onu fəaliyyətə təhrik edən və həmin fəaliy­yəti müvafiq tələbatların ödənilməsinə yönəldən şeyləri A.N.Leontyev həmin fəaliyyətin motivi adlan­dırmışdır1.
İnsan fəaliyyətinin motivləri özünün çoxcə­hətliliyi ilə xarakterizə olunur. Onlar hər şeydən əvvəl bir-birlərindən tələbatların növlərinə görə fərqlənirlər. Ona görə də tələbatlarda olduğu kimi, motivlər təbii və ali (maddi və mənəvi) ola bilir. Bundan başqa, A.N.Leontyevə görə motiv obraz, anla­yış, fikir, ideal şəklində də çıxış edə bilər.
Motivasiyaya gəldikdə bu elə motivlər birliyi­dir ki, şəxsiyyətin yönəlişliyini müəyyən etməklə onun fəaliy­yətinin səmərəliliyini də şərtləndirir. Motivasiya təhriklə fəaliyyətin məqsədi arasındakı əlaqə və münasibətlərin açılmasında ifadə olunur. Məlum olduğu kimi, onun həyata keçirilməsi prose­sində motivlərin məqsədə keçməsi və məqsədin motivə çevrilməsi baş verə bilər.
Psixoloqlar belə bir qənaətə gəlmişlər ki, təlim uğurları təkcə şagirdin təlimə, öyrənməyə qabilliyi, bütövlükdə qabiliyyətləri və s. ilə deyil, həm də təlim motivasiyası ilə şərtlənir. Başqa sözlə, onun “yaxşı oxuması” üçün bütün digər şərtlərlə yanaşı həm də təlim motivasiyasının formalaşması zəruridir (Ə.Ə.Əlizadə).
İnsan fəaliyyətinin başqa sahələrində olduğu kimi, təlim fəaliyyətində də özünün xarakteri və fəaliyyət prosesində oynadığı rola görə motivlərin, o cümlədən təlim motivlərinin aşağıdakı növlərini qeyd etmək olar:
1) sitüativ və geniş motivlər; 2) fəaliyyətin nəticəsinə yönələn və onun özünə doğru yönələn motiv­lər; 3) eqoistik və ictimai əhəmiyyətli motivlər.
Motivləri təzahür xüsusiyyətlərinə görə psixo­loji ədəbiyyatda geniş istifadə olunan iki qrupa ayırmaq müm­kündür:
1) geniş sosial motivlər və 2) idrak motivləri.
Bununla yanaşı olaraq, motivlərin xarici və daxili tipləri də qeyd olunur.
Təlim fəaliyyətində bu cür motivlərin forma­laşması şagirdlərin tələbat sahəsinin formalaş­ması ilə sıx bağlıdır. Müəyyən şeylər, hadisələr, şərait insanın müvafiq fəallığının mənbəyi kimi insan fəaliyyətinin motivinə çevrilir. Həmin mən­bələri üç əsas kateqoriyaya ayırmaq mümkündür: daxi­li, xarici və şəxsi mənbələr.
Birinci, daxili mənbələr insanın tələbat sahəsi ilə bağlı olur. İnsanda bu cür tələbatlar anadangəlmə və həyatda qazanılan xarakter daşıya bilər. Birinci halda orqanizmin üzvü tələbatları, ikinci halda cəmiyyətdə formalaşan sosial tələ­batlar özünü göstərir.
Təlimə, öyrənməyə stimul rolunu oynayan ana­dangəlmə tələbatlara uşağın fəallığına və infor­masiyaya olan tələbatını aid etmək olar.
Təlim fəaliyyətinin stimullaşmasına təsir edən, həyatda formalaşan tələbatlara qnostik və müsbət sosial tələbatları aid etmək olar. Bunlardan bilik əldə etməyə olan tələbatları, cəmiyyətə xeyir verməklə bağlı tələbatları və s. göstərə bilərik.
İnsanın öyrənməyə, təlim fəaliyyətinə təhrik olunmasında xarici və şəxsi mənbələrin rolu da az deyildir. Xarici mənbələr insanın həyat və fəaliyyətinin sosial şəraiti ilə müəyyən edilir.
Burada insanın hansı davranış tərzini və fəaliyyət növünü seçməsi ilə bağlı onun qarşısına qoyulan tələblər, ondan gözlənilən nəticələr və müva­fiq fəaliyyət növünü yerinə yetirməsi üçün imkan­ların, obyektiv şəraitin olması əsas götürülür.
Şəxsi mənbələrə gəldikdə, bunlar insanın ma­raqları, cəhdləri, yönəlişliyi, inamı və dünyagö­rüşü ilə şərtlənir.
Təcrübə göstərir ki, insan davranışının qeyd etdiyimiz daxili, xarici və şəxsi stimulları təlim fəaliyyətilə əlaqələndikdə onun müvəffəqiyyə­tinə əsaslı təsir edir. Başqa sözlə təlim fəaliy­yətinin motivasiya sahəsi formalaşmış olur.

Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   243   244   245   246   247   248   249   250   ...   297




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin