Zaman qavrayışı. Zaman da məkan kimi materiyanın mövcudluq formalarından biridir. Zaman qavrayışı gerçəkliyin hadisələrinin obyektiv müddətinin, sürətinin və ardıcıllığının inikasından ibarətdir. Zaman qavrayışı obyektiv gerçəkliyi əks etdirməklə insana, ətraf mühitə bələdiləşmək imkanı verir.
Zaman qavrayışında müxtəlif analizatorlar iştirak edir, bununla belə kineztesik (hərəki) və eşitmə duyğuları əsas rol oynayır. Hərəkət duyğuları hadisələrin müddətini, surətini, ardıcıllığını daha dəqiq əks etdirməyi təmin edir. Bu duyğu ritmin qavranılmasında da mühüm rol oynayır.
Ritmin qavranılması, adətən hərəkətlə müşayət olunur. Psixoloqlardan B.M.Teplovun yazdığına görə «ritm hissi öz əsasına görə hərəki təbiətə malikdir». Ritmi eşitmək mümkün deyil. Biz ritmdən o zaman təsirlənirik ki, biz onu icra edirik.
Zaman obyektiv mövcudluqdur, lakin onun qavranılması subyektiv xarakterdə olur. Əgər qavradığımız zaman maraqlı hadisələrlə zəngindirsə, bizə elə gəlir ki, vaxt əslində olduğundan sürətlə keçir. Əksinə, həmin vaxtda baş verən hadisələr maraqsızdırsa biz vaxtın çox ağır, ləng keçdiyini zənn edirik. Hadisələrə münasibətimiz keçirdiyimiz hisslər də zamanın qavranılmasına təsir edir. Hadisələr bizdə müsbət hisslər yaradırsa vaxt sürətlə keçir. Deməli, zaman qavrayışı çox dəqiq olmur, ona subyektiv amillər təsir göstərir, adam vaxtı qiymətləndirməkdə ciddi səhvlərə yol verir. Elə buna görə də vaxtı düzgün qiymətləndirmək üçün saatdan istifadə edirik.
Hərəkət qavrayışı.Hərəkət qavrayışı həm məkan, həm də zaman amillərindən - cismin uzaqlığından, onların yerdəyişmə sürətindən, həm də qavrayanın özünün məkanda hərəkətindən asılıdır. Məsələn, saatın əqrəbinin hərəkətini bilavasitə görmək olmur. Onun əvvəlki yeri ilə hazırki yerini müqayisə etməklə hərəkət etdiyini söyləyirik. Həddən artıq surətli hərəkətləri də qavramaq mümkün olmur. Hərəkətin qavranılması bir sıra analizatorların fəaliyyəti ilə bağlıdır. Belə ki, görmə, hərəkət, eşitmə analizatorları hərəkətin qavranılmasında iştirak edir.
Hərəkətin qavranılmasında hərəkətin müxtəlif xassə və xüsusiyyətləri əks olunur. Məsələn, hərəkətin səciyyəsi (əyilmə, qalxma), forması (düzxətli, əyrixətli), istiqaməti (aşağı, yuxarı, sola, sağa), müddəti (uzun, yoxsa qısa müddət), sürəti (cəld, ağır və s.).
Qarşıda məqsədin olub-olmasından asılı olaraq qavrayışın iki növü mövcuddur: