Dərslik Prof. S.İ. Seyidov və prof. M.Ə. Həmzəyevin elmi redaktorluğu ilə


Qleytman Q., Fridlund A., Raysberq D



Yüklə 1,29 Mb.
səhifə107/297
tarix04.11.2022
ölçüsü1,29 Mb.
#67301
növüDərslik
1   ...   103   104   105   106   107   108   109   110   ...   297
psix

Qleytman Q., Fridlund A., Raysberq D. Osnovı psixoloqii.-S.P.,2001,S.201-251
Nemov R.S. Psixoloqiə. V 3-x kn., kn.1.- M., 1988, s. 166-181.
Maklakov A.Q. Obhaə psixoloqiə. – Piter, 2001, s. 164-199.
Mayers D. Psixoloqiə.- Minsk,2001,s.208-249
Luriə A.R. Ohuheniə i vospriətie. – M., 1965, s. 4-42
Rubinşteyn S.L.Osnovı obhey psixoloqii. T. 1, - M., 1998, s. 208-300
Xrestomatiə po ohuheniö i vospriətiö. - M., 1975
Fress P., Piaje j. Gksperimentalğnaə psixoloqiə, vıp. 1-2, - M. 1966, s. 241


9-cu FƏSİL




QAVRAYIŞ




Qısa xülasə
Qavrayışın ümumi xarakteristikası. Qavrayış haqqında anlayış. Qavrayış və duyğular. Onları fərqləndirən cəhətlər. Qavrayış hiss üzvlərimizə bilavasitə təsir edən cisim və hadisələrin surətlərinin beyində bütövlükdə əks etdirilməsindən ibarət olan idrak prosesi kimi.
Qavrayışın əsas xüsusiyyətləri. Əşyaviliyi, tamlığı, sabitliyi, mənalılığı, seçiciliyi. Appersepsiya.
Qavrayışın təsnifi. Qavrayışın analizatorların iştirakından asılı olan sadə növləri: görmə, eşitmə, lamisə. Qarşıya qoyulmuş məqsəddən asılı olaraq qavrayışın növlərə ayrılması: qeyri-ixtiyari və ixtiyari qavrayış. Müşahidə ixtiyari qavrayış kimi. Müşahidə və müşahidəçilik. Materiyanın mövcudluq formasından asılı olaraq qavrayışın növləri: məkan, zaman, hərəkət qavrayışı.
Qavrayışda illüziyalar.

IV . 9.1. Qavrayışın ümumi xarakteristikası




Qavrayış haqqında anlayış. Cisim və hadisələr hiss üzvlərimizə təsir edir və duyğu şəklində subyektiv effekt yaranır. Bu zaman subyekt əks etdirilən obyektə münasibətdə heç bir fəallıq göstərmir. Duymaq qabilliyyəti anadangəlmə sinir sisteminə malik olan həm bizə, həm də bütün canlılara xasdır. Aləmi obrazlar şəklində qavrama ancaq insanlara və ali heyvanlara aiddir. Bu prosses həyat təcrübəsinin genişlənməsi ilə bağlı olaraq inkişaf edir.
Həm duyğu, həm də qavrayış hər ikisi hissi idrak prossesləridir. Varlığın, aləmin dərki duyğu və qavrayışdan başlanır. Bunların hər ikisi cisimlərin, hadisələrin insanın duyğu üzvlərinə bilavasitə təsiri zamanı əmələ gəlir. Bununla belə bu iki psixi proses arasında prinsipial fərq mövcuddur.
Məlum olduğu kimi, duyğu hal-hazırki anda hiss üzvlərimizə bilavasitə təsir edən cisim və hadisələrin ayrı-ayrı xassələrinin inikasından ibarət olan sadə psixi prossesdir. Qavrayış isə duyğuya nisbətdə mürəkkəb psixi prossesdir. Cisim və hadisələrin hiss üzvlərinə bilavasitə təsiri nəticəsində onların insan beynində bütövlükdə inikasından ibarət olan psixi prosesə qavrayış deyilir.


Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   103   104   105   106   107   108   109   110   ...   297




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin