Mənfi ardıcıl surətlərə gəldikdə bunu rəngli görmə duyğularında aydın müşahidə edirik. Məsələn, əgər ağ vərəq üzərinə qırmız rəngli kağız parçasını qoysaq və müəyyən müddət gözümüzü ona dikdikdən sonra qırmızı rəngli kağızı götürsək onun yerində açığı göy yaşıl rəng görməyə başlayacağıq. Bu ona görə baş verir ki, ağ rəng üzərindəki qırmızı rəngə baxdıqda gözün tozlu qişasında həmin rəngi duyan qəbuledicilər yorulur, daha az həssas olmağa başlayır. Ona görə də sonradan torlu qişanın həmin hissəsinə ağ işıq düşdükdə digər qəbuledici elementlər yüksək duyma qabiliyyətlərini saxladıqlarına görə biz göy-yaşıl rəng görürük. Bu halı neqativ şəkillərə baxdıqda da müşahidə edə bilirik. Məsələn, neqativ insan şəklinə baxdıqdan sonra ağ lövhəyə baxsaq orada adamın həqiqi pozitiv surətini görə bilərik.
Ardıcıl surətlər hadisəsi təkcə görmə deyil, eşitmə, temperatur, ağrı, dadbilmə duyğularında da qıcıqlandırıcıların təsiri kəsildikdən sonra da özlərini göstərə bilirlər.
Özünü yoxlamaq üçün sual və tapşırıqlar.
1. Duyğu nəyə deyilir?
2. Duyğuların insan həyatındakı əhəmiyyətindən danışın.
3. Analizator nədir və onun hansı hissələri vardır?
4. Duyğular haqqında bildiyiniz nəzəriyyələri şərh edin.
5. Duyğuları hansı prinsiplərə görə təsnif edirlər?
6. Xarici duyğuları şərh edin.
7. Daxili və əzələ-hərəkət duyğuları hansılardır?
8. Duyğularda həssaslıq və hədlər dedikdə nəyi başa düşürsünüz? Onları şərh edin.
9. Adaptasiya nədir? Onun insan həyatında rolu nədən ibarətdir?
10. Duyğuların qarşılıqlı təsiri, sensibilizasiya, sinesteziya və ardıcıl surətləri səciyyələndirin.
Referat, məruzə və müstəqil tədqiqat üçün mövzular
Duyğular və onların qanunauyğunluqları.
2.Duyğuların növləri və insan həyatında rolu.
Ə d ə b i y y a t Bayramov Ə.S., Əlizadə Ə.Ə. Psixologiya 2- Nəşri. –Bakı, 2002, səh. 256-265.