Qabiliyyətlərvəmaraqlar. Qabiliyyətlərin formalaşmasında təlimlə yanaşı davamlı xüsusi maraqlar da mühüm rol oynayır. Xüsusi maraqlar dedikdə, psixologiyada insan fəaliyyətinn müəyyən sahəsinin məzmununa aid olan, bu fəaliyyət növü ilə əsaslı məşğül olmaq meylinə çevrilən maraqlar nəzərdə tutulur. Bu baxımdan insada yaranan idrak maraqları onu müvafiq fəaliyyətin üsullarına yiyələnməyə təhrik edir. Nəticədə idrak maraqlarının təsiri altında fəaliyyətin mənimsənilməsi baş verir, insanın həmin fəaliyyəti müvəffiqiyyətlə icra etməsi üçün lazım olan imkanları təzahür edir. Deməli, hər hansı bir fəaliyyət sahəsinə idrak maraqlarının meydana gəlməsi bu sahədə qabiliyyətlərin oyanması ilə sıx bağlıdır.
Bütün yaş dövrlərində bu cür xüsusi maraqların təzahürünü müşahidə etmək mümkündür. Lakin təcrübə göstərir ki, bu cür maraqlar heç də həmişə davamli xarakter daşımır. Belə olduqda həmin maraqlar qabiliyyətlərin formalaşmasına lazımi təsir göstərə bilmir.
Qabiliyyətlərin inkişafı. Qabiliyyətlərin digər psixi hadisələrdən fərqləndirici xüsusiyyəti onun təbii imkanlarla sıx bağlı olmasından ibarətdir. Lakin nəzərə almaq lazımdır ki, hər bir təbii imkanın qabiliyyətə çevrilməsi böyük inkişaf yolu keçməli olur. Həyati faktlar göstərir ki, insan qabiliyyətlərinin bir çoxunda bu inkişaf həyatın ilk günlərindən başlayır, müvafiq qabiliyyətlər dayanmadan inkişaf edir. Qabiyyətlərin inkişaf prosesini bir neçə mərhələyə ayırmaq mümkündür. Bu mərhələlərin bəzilərində gələcək qabiliyyətin anatomik-fizioliji əsasına hazırlıq baş verir, digər mərhələdə isə təbii imkanların qeyri bioloji planda formalaşması, üçüncü mərhələdə isə zəruri qabiliyyət müvafiq səviyyəyə çatması baş verir. Bütün bu proseslər paralel şəkildə çərəyan edə, bu və digər şəkildə bir birinin üzərinə düşə, bir-birini tamamlaya bilər.
Aparılmış tədqiqatlar göstərmişdirki, elementar şəkildə olsa da, əsasında aydın ifadə olunan anatomik fizioloji imkanları hiss olunan qabiliyyətlərin ilkin inkişaf mərhələsində belə zəruri üzvü strukturun və ya onların əsasında zəruri funksional üzvlərin formalaşması tələb olunur. Bu, adətən, anadan olandan 6-7yaşa qədər olan dövrü əhatə edir. Bu zaman bütün analizatorların təkmilləşməsi beyinin ayrı-ayrı sahələrinin, bünlarla bağlı olaraq hərərət orqanlarının, xüsusilə əlin inkişafı tələb olunur. Bütün bunlar uşaqda ümumi qabiliyyətlərin formalaşması və inkişafı üçün səmərəli şərait yaradır ki, bu da xüsusi qabiliyyətlərin inkişafı üçün zəmin rolunu oynayır.
Xüsusi qabiliyyətlərin fəal şəkildə yaranması, özünü göstərməsi məktəbəqədər dövrdə müşahidə olunur, kiçik və orta məktəb yaşı dövründə inkişaf tempi daha da yüksəlir. İlk dövrlər bu inkişafa uşaqların müxtəlif tipli oyunları, sonra isə təlim və əmək fəaliyyəti əsaslı təsir göstərir.
Psixoloji tədqiqatlar göstərmişdir ki, uşaqlarda qabiliyyətlərin inkişafında kompleks şəkildə aparılan işlər, başqa sözlə eyni vaxtda bir-birini tamamlayan bir neçə qabiliyyətin inkişaf etdirilməsi daha səmərəli nəticə verir.
Çoxplanlı və müxtəlif fəaliyyət növlərindən istifadə edən insanda qabiliyyətlərin kompleks şəkildə inkişafı üçün şərait yaranmış olur.
Təcrübə göstərir ki, əgər uşağın fəaliyyəti yaradıcı xarakter daşıyırsa, o daima uşağı fikirləşməyə məcbur edir, onun üçün cəzbedici olur, öz qabiliyyətini yoxlamaq və inkişaf etdirmək vasitəsinə çevrilir.
Əgər yerinə yetirilən fəaliyyət optimal çətinlik zonasında, daha doğrusu onun imkanları səviyyəsində olarsa, bu həmin sahədə uşağın qabiliyyətinin inkişafını da öz arxasınca aparacaqdır. Bu zonadan kənarda olan fəaliyyət qabiliyyətin inkişafına lazim təsir göstərə bilməyəcəkdir. Əgər həmin fəaliyyət həddindən artıq sadə olarsa, o sadəcə olaraq yiyələndiyi qabiliyyəti həyata keçirməyə imkan verəcəkdir. Əgər yerinə yetirilməli olan fəaliyyət həddindən artıq mürəkkəb olarsa, onda həmin fəaliyyət optimal çətinlik zonasını aşdığına görə yerinə yetirilə bilməyəcək, nəticədə yeni bacarıq və vərdişlərin formalaşmasına səbəb olmayacaqdır.