Dərslik Prof. S.İ. Seyidov və prof. M.Ə. Həmzəyevin elmi redaktorluğu ilə


Şəxsiyyətin inkişafı və özünütərbiyə



Yüklə 1,29 Mb.
səhifə229/297
tarix04.11.2022
ölçüsü1,29 Mb.
#67301
növüDərslik
1   ...   225   226   227   228   229   230   231   232   ...   297
psix

Şəxsiyyətin inkişafı və özünütərbiyə. Şəx­siyyətin forma­laşması və inkişafı mürəkkəb və uzunmüddətli pro­sesdir. Burada xarici təsirlər və daxili güc bir-birilə qarşılıqlı təsirdə olmaqla, inkişaf mərhələsindən asılı olaraq öz rollarını dəyişirlər.
Məsələn, uşaq yaşlarında ən çox şəxsiyyətin forma­laşmasının xarici təsirlərdən asılılığı özünü göstərir. Tədri­­cən şəxsiyyət müstəqillik təş­kil etdikcə inkişafda xarici təsirlərin, birinci növbədə tərbiyənin təsirinin tədricən özü­nü­tə­rbiyə­nin təsiri ilə əvəz olunması baş verir.
Özünütərbiyə şəxsiyyətin müəyyən inkişaf mər­hələ­sində meydana gəlir və onun inkşafına təsir göstərir. Fərd həyat prosesində özünü və başqala­rını dərk edir, ətraf­dakıların tələbi ilə öz şəxsi imkanlarını uyğunlaş­dırmağa öyrənir. Tərbiyə prose­sində şəxsiyyətin əxlaqi əsası qoyulur, əxlaqi təsəv­vürləri, anlayışları, inamları, adətləri və son nəticədə hal-hazırdakı davranışını tənzim edən və gələcək həyat planlarını müəyyən­ləşdirməyə imkan verən əxlaqi idealları formalaşır. Beləliklə də, şəxsiyyət inkişaf etdikcə özünütərbiyə daha böyük rol oynamağa, daha aydın və səmərəli şəkildə özünü göstərməyə başlayır. Deməli, özünütərbiyə şəxsiyyə­tin həyat şəraiti və tərbiyə ilə şərt­lənən əxlaqi - psixoloji yetginliyinin müəyyən səviy­yəsində özünə yer edir.
Psixoloqların apardıqları tədqiqatlar gös­tərmişdir ki, özünütərbiyə tələbatı aydın şəkildə özünü yeniyetməlik dövründə göstərməyə başlayır (xüsusilə VI-VIII siniflərdə). Əlbəttə, özünütərbiyə­nin ünsürləri kiçik məktəb yaşı dövründə, ola bilsin ki, böyük bağça yaşlı uşaqlarda da özünü göstərə bilər. Lakin, şüurlu, planlı iş kimi o, ilk dəfə olaraq yeniyetməlik dövründə təzahür edir. Yeniyetmə­lər bağça yaşlı uşaqlar kimi böyüklərin rolunu oynamaq, özünü onlara oxşatmaq istəmir. Onlar böyük olmaq və başqaları tərəfindən də böyük kimi qəbul edilmək istəyirlər. Buradan isə onların öz şəxsiy­yətinin sürətli inkişafı tələbatları meydana gəlir ki, bu da özünütərbiyənin bir vasitə kimi həyata keçirilməsinə gətirib çıxarır. Yeniyetmə öz üzə­rində işləməklə, birinci növbədə, öz şəxsi davranı­şındakı qüsurları aradan qaldırmağa, özündəki zəif cəhətləri ləğv etməyə, ikincisi, özünü güclü, bacarıqlı və müstəqil aparmağa imkan verən şəxsiy­yətin müsbət keyfiyyətlərini formalaşdırmağa çalı­şır. Aparılmış tədqiqatlardan aydın olur ki, yeni­yetmələr birinci növbədə özlərində olan iradi nöq­sanları aradan qaldırmağa və özlərində möhkəm iradəli adam üçün xas olan cəsarət, mərdlik, dözüm­lülük, təkidlilik kimi iradi keyfiyyətləri tərbiyə etməyə can atırlar.
İlk gənclik dövründə özünütərbiyə fiziki və iradi özü­nütəkmilləşdirmə ilə yanaşı, mənəvi özü­nütəkmil­ləşdir­­məyə də xidmət edir. Özünütərbiyənin bu mərhələsində məktəblilər ən çox özlərində düz­lük,mehribanlıq, rəhmlilik, səxavətlilik, dosta, yol­daşa qarşı sadiqlik, daima ona kömək etməyə hazır olmaq və s. kimi keyfiyyətləri tərbiyə etməyə can atırlar.

Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   225   226   227   228   229   230   231   232   ...   297




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin