Dərslik Prof. S.İ. Seyidov və prof. M.Ə. Həmzəyevin elmi redaktorluğu ilə


Məktəblilərin tərbiyəlilik göstəriciləri və kriteri­­yaları



Yüklə 1,29 Mb.
səhifə227/297
tarix04.11.2022
ölçüsü1,29 Mb.
#67301
növüDərslik
1   ...   223   224   225   226   227   228   229   230   ...   297
psix

Məktəblilərin tərbiyəlilik göstəriciləri və kriteri­­yaları. Şagirdlərin tərbiyə prosesini idarə etmək üçün tərbiyənin təsiri altında onla­rın şəxsiyyətində baş verən dəyişiklikləri nəzərə almaq imkanının olması lazım gəlir. Başqa sözlə, şagirdlərin tərbiyəlilik səviyyəsini aşkara çıxar­maq imkanımız olmazsa, tərbiyə prosesini idarə etmə­yimiz də mümkün olmazdı. Tərbiyə psixologiyası və peda­qoqikasının ən başlıca vəzifələrindən biri əxlaqi cəhətdən tərbiyəliliyin kriteriyalarının məzmununu aşkara çıxarmaq və müəllimləri uşaqda şəxsiyyətin forma­laşma­­­sının gedişi haqqında tam dəqiq və etibarlı məlumat verə bilən metodlarla silahlandırmaqdan ibarətdir.
Biz həyatda çox vaxt elə adamlara rast gəlirik ki, onlar müəyyən şəraitdə əxlaqi cəhətdən düzgün davrana bilirlər. Lakin bu adamların biz hələ əxlaqi cəhətdən tərbiyəli olduğunu söyləyə bilmərik. Biz yalnız o adamın əxlaqi tərbiyəliliyə malik olduğunu söyləyə bilərik ki, həmin adam heç cür əxlaqsız hərəkətə yol verə bilməsin. Ona görə də əxlaqi tərbiyəliliyin əsas kriteriyalarından biri əxlaqi tələ­batların, hiss və adətlərin formalaşma səviyyəsindən ibarətdir.
Şəxsiyyətin formalaşmasının və tərbiyəlili­yin mühüm kriteriyalarından biri də davranışın ixtiyarilik səviy­yəsindən ibarətdir. İnsanın əxlaqi cəhətdən sabitliyi, çətinlikləri aradan qaldıra bil­mək bacarığı öz arzularını, istəklərini idarə edə bilmək və öz niyyətini yerinə yetirə bilmək bacarığı, öz davranışını idarə edə bilmək bacarığı olmadan mümkün deyildir.
Düzgün tərbiyə almış adam müəyyən bir işi icra etməyi qərara alır və öz niyyətini həyata keçi­rir. Qarşısına qoyduğu məqsədə nail olmaq üçün bütün başqa arzuları, maneələri aradan qaldırır. İradi davranış adlandırılan bu cür davranışın təhlili göstərir ki, həmin davranışın əsasında şüurlu tənzim motivasiyası təmayülü mexanizmi dayanır. Bu zaman insan şüurlu olaraq bir təmayülün, meylin qiymətini artırır, digər təmayülün qiymətini isə azaldır. Şübhəsiz heç də insan həmişə özünün motivasiya təmayülünü əldə edə və onu lazımi istiqa­mətdə yönəldə bilmir. Belə olduqda iradi davranış həyata keçmir. Beləliklə, deyilənlərdən bir daha ay­dın olur ki, insanın tərbiyəliliyinin mühüm krite­riya­larından biri onun davranışının ixtiyari­lik səviy­yəsindən, özünün tələbatlarına yiyələnə bilmək səviy­yəsindən ibarətdir.
Şübhəsiz, tərbiyəliliyin müəyyən səviyyəsində insanın mədəni davranış formalarına, cəmiyyətdə qəbul olunmuş birgəyaşayış norma və qaydalarına, məişət və peşə vərdişlərinə və özünü apara bilmə­yin digər cəhətlərinə yiyələnməsini də nəzərə alma­maq olmaz. Bu keyfiyyətləri asanlıqla müşahidə et­mək mümkün olduğuna görə, bizə belə gəlir ki, insa­nın motivasiya sahəsinə əsasən onların barəsində asanlıqla fikir yürütmək mümkündür. Lakin tərbiyə­lilik həmin zahiri əlamətlərə diqqətlə yanaşmağı da tələb edir. Onlar insanın həmin sahəyə təlabatları ilə motivləşən davamlı davranış forması kimi özünü göstərə bilər, eləcə də yalnız zahirən mənim­sənilmiş davranış da ola bilər. İkinci halda şa­girdlər təzyiqin, nəzarətin təsiri altında ondan tələb olunanların hamısına əməl edir, nəzarət olma­dıqda isə müvafiq davranış tərzini yerinə yetirmir­lər. Buradan isə aydın olur ki, müvafiq davranış forması şəxsin tələbatına çevrilməmişdir və həmin adam bu sahədə tərbiyəli deyildir.
Deməli, nəzarət, məcburiyyət olmadan düzgün və əxlaqi davranmağı tərbiyəliliyin mühüm kriteriyala­rından biri hesab etmək olar.



Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   223   224   225   226   227   228   229   230   ...   297




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin