Referat, məruzə və müstəqil tədqiqat üçün mövzular.
1. İlk gənclik yaşının psixoloji xüsusiyyyətləri.
2. İlk gənclik yaşı dövründə yoldaşlıq və dostluq.
3. Böyük məktəblilərin şəxsiyyətinin ümumi xarakte ristikası.
4. Tələbə təlim fəaliyyətinin subyekti kimi.
Ədəbiyyat
Qədirov Ə.Ə. Yaş psixologiyası. – Bakı, 2002, səh.341-371
Kovalev A.Q. Psixoloqiə liçnosti. – M., 1970, s.370-381.
Mudrik A.V. O vospitanii starşeklassnikov. – M., 1981.
Vozrastnaə i pedaqoqiçeskaə psixoloqiə. Xrestomatiə. –M., 2001, s.229-243
Kon İ.S. Psixoloqiə önoşeskoy drujbı. – M., 1973.
Kon İ.S. Drujba. – M., 1980.
Kon İ.S. Psixoloqiə ranney önosti. – M., 1989
Stolərenko L.D Pedaqoqiçeskaə psixoloqiə. «Feniks». 2000, s. 165-173.
Razvitie liçnosti rebenka. – M., 1987, s.231-266.
Nemov R.S. Psixoloqiə. V 3-x kn., kn.2. – M., 1998, s.235-248
.
23-cü FƏSİL
TƏRBİYƏ PSİXOLOGİYASI
Qısa xülasə
Şəxsiyyətin formalaşması tərbiyə psixologiyasının əsas problemi kimi. Tərbiyə hər bir cəmiyyətin başlıca vəzifələrindən biridir. Şəxsiyyətin formalaşmasının psixoloji mexanizminin öyrənilməsi. Şəxsiyyətin strukturu, əlamət və keyfiyyətləri, xassələrinin dəqiqləşdirilməsi.
Məktəb yaşı dövründə şəxsiyyətin formalaşmasının psixoloji şərtləri. Tərbiyə olunan və tərbiyə edənin xüsusiyyətləri, onların qarşılıqlı münasibətləri, tərbiyənin məqsədi, tərbiyə prosesində istifadə olunan yollar.
Tərbiyəvi tədbirlərin psixoloji cəhətdən əsaslandırılması və məktəblilərin tərbiyəlilik səviyyəsinin müəyyənləşdirilməsi problemi. Tərbiyə işinin metodları və formalarının nəzərə alınması. Məktəblilərin tərbiyəlilik göstəriciləri və kriteriyaları: davranışın ixtiyarilik səviyyəsi, özünün tələbatlarına yiyələnmək səviyyəsi, nəzarət, məcburiyyət olmadan düzgün və əxlaqi davranmaq.