Dərslik Prof. S.İ. Seyidov və prof. M.Ə. Həmzəyevin elmi redaktorluğu ilə


İlk gənclik dövrünün əsas psixoloji xüsusiyyətləri



Yüklə 1,29 Mb.
səhifə222/297
tarix04.11.2022
ölçüsü1,29 Mb.
#67301
növüDərslik
1   ...   218   219   220   221   222   223   224   225   ...   297
psix

İlk gənclik dövrünün əsas psixoloji xüsusiyyətləri (15-17 yaş)

-ÖZÜNÜ DƏRK ETMƏNİN (mənlik şüurunun) – özü haqqında təsəvvürlərin, özünün zahiri görkəmini, əqli, mənəvi, iradi keyfiyyətlərinin qiymətləndirilməsi


-Özünün öz ideallarına münasibətləri baş verir, özünütərbiyə imkanları meydana gəlir
-İRADİ TƏNZİM yüksəlir
-Diqqətin mərkəzləşməsi, hafizənin həcmi, təlim materialının məntiqiləşdirilməsi yüksəlir, mücərrəd-məntiqi təfəkkür formalaşır
-Mürəkkəb məsələlərdən müstəqil olaraq baş çıxarmaq bacarığı meydana gəlir
-Tam baxışlar, bilik, inam, özünün həyat fəlsəfəsi sistemi kimi DÜNYAGÖRÜŞÜ formalaşır
-Özünün şəxsi həyat, məhəbbət, siyasət nəzəriyyəsinin yaranması, mühakimələrinin maksimalizmi
-Özünün müstəqilliyi, orijinallığının təsdiqinə cəhd
-Böyüklərin məsləhətinə məhəl qoymamaq
-Tənqidbazlıq, inamsızlığın təzahüri
-Quru rasionalizm, praktisizm
-Özünüidarəyə, ətrafdakıları yenidən anlamağa cəhd göstərmək, psixoloji yetginliyin müəyyən dərəcəsinə yiyələnmək
-İdrak fəaliyyətinin əsas motivi kimi PEŞƏYƏ YİYƏLƏNMƏYƏ cəhd
-Həqiqi müstəqilliyin olmaması. Həmyaşıdlarının təsirinə meyllilik, həmyaşıdlarına münasibətdə yüksək təlqin və konformizm
-Cinsi yetişmənin başa çatması
-İlk MƏHƏBBƏT hissinin, dostluğun meydana gəlməsi
-Emosional sahədə əsaslı yenidənqurmanın baş verməsi
-Öz hərəkətlərini kifayət qədər dərk edə bilməməsi.

İlk gənclik dövrü dünyagörüşünün formalaş­ması üçün də həlledici dövrdür. Bu dövrdə təlim və tərbiyənin, məktəblilərin idrak imkanları və sahə­lərinin genişlənməsinin təsiri altında böyük mək­təblilərdə dünyagörüşü formalaşır.


İlk gənclik dövründə məktəblilər yeni aparıcı fəaliy­yət tipinə – tədris-peşə fəaliyyətinə keçirlər. Bu fəaliyyət tipinin düzgün təşkili şagirdlərin sonrakı əmək fəaliyyətinin subyektinə çevrilməsini, onların əməyi sevmələrini şərtləndirir.
İlk gənclik dövründə təlim-peşə fəaliyyəti əsas fəaliyyətə çevrilməklə bu dövrdə məktəblilərdə peşəyönümü və peşəseçməyə meyli də yüksəlir. Gənclər öz maraq və imkanlarına uyğun peşələri seçməyə meyl edirlər. Lakin bəzən imkanlarını düzgün qiymətlən­dirə bilmədiklərinə görə bu sahədə düzgün olmayan istiqamət tuturlar. Ona görə də bu işdə müəllimin gənclərə istiqamət verməsi zəruridir.


Özünü yoxlamaq üçün sual və tapşırıqlar

1.Gənclik yaşının ümumi xarakteristikası haqqında danışın.


2.İlk gənclik dövründə mənlik şüuru necə inkişaf edir?
3.İlk gənclik dövründə əxlaqi şüurun inkişaf xüsusiyyətləri haqqında danışın.
4.İlk gənclik dövründə təlim fəaliyyətinin ümumi xarakteristikası nədən ibarətdir?
5.İlk gənclik dövründə idrak proseslərinin inkişafı haqqında danışın.



Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   218   219   220   221   222   223   224   225   ...   297




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin