Dərslik Prof. S.İ. Seyidov və prof. M.Ə. Həmzəyevin elmi redaktorluğu ilə


VI.24.1.Təlim prosesi pedaqoji psixologiyanın nəzəri və tətbiqi problemi kimi



Yüklə 1,29 Mb.
səhifə238/297
tarix04.11.2022
ölçüsü1,29 Mb.
#67301
növüDərslik
1   ...   234   235   236   237   238   239   240   241   ...   297
psix

VI.24.1.Təlim prosesi pedaqoji psixologiyanın nəzəri və tətbiqi problemi kimi


Təlim problemi bəşəriyyətin daima diqqət mər­kəzində olan bir problemdir. Bu problem hazırda da öz əhəmiyyətini itirməmiş, əksinə özünün yeni cəhət­ləri ilə daha qabarıq şəkildə diqqəti cəlb edən bir problemə çevrilmişdir. Həmin problemin günün tə­ləbləri səviy­yə­sində həlli pedaqoji psixologiyanın qarşısında duran əsas vəzifələrdən hesab olunur.


Təlim problemi pedaqoji psixologiyanın qar­şısında həm nəzəri, həm də tətbiqi problem kimi durur. Təlimin nəzəri problem kimi həlli birinci növbədə onun nəzəri əsaslarını, qanunauyğunluqla­rını psixoloji aspektdə açmağı tələb edir. Bir nəzəri problem kimi təlim fəaliyyətinin psixoloji strukturunun açılması, onun motivləri, məqsədlə­ri və vəzifələrinin dəqiqləşdirilməsi, təlim fəa­liyyətinin müasir tələblərdən doğan konsepsiyaları­nın aşkara çıxarılması pedaqoji psixologiyanın həll etməli olduğu əsas problemlərdən hesab edilir.
Bu məsələlərin həlli üzərində çalışan psixo­loqlar təlim nəzəriyyəsini bir sıra istiqamətlərdə inkişaf etdirmişlər. Bunları ümumiləşdirdikdə pedaqoji psixologiyada aşağıdakı təlim nəzəriyyə­ləri diqqəti cəlb edir: 1) izahlı illüstrativ (ənə­nəvi) təlim; 2) proqramlaşdırılmış təlim; 3) fik­ri işlərin və anlayışların mərhələlər üzrə təşək­külü nəzəriyyəsi; 4) problemli təlim; 5) təlim nəzəri təfəkkürün inkişafı kimi; 6) tərbiyəedici təlim.
Təlim problemi yalnız nəzəri problem olaraq qala bilməz. Həmin problemin aşkara çıxarılmış qanunauy­ğ­un­luqları təcrübəyə, məktəb həyatına tətbiq olunmazsa və həmin sahədə öz səmərəsini göstərməzsə, onun əhəmiy­yətindən də danışmağa dəyməz. Məhz buna görə də təlim və onun keyfiyyətini idarə etmək mühüm tədbiqi problem kimi pedaqoji psixologiyanın qarşısında durur. Təlimin forma və metodlarından istifadəni, təlim prosesində şagirdlərin inkişa­fının psixoloji xüsusiyyətlərini öyrənmək bu sahədə müəllimi zəruri biliklərlə silahlandırmaq deməkdir. Müasir dərsə verilən psixoloji tələblə­rin aşkara çıxarılması bu baxımdan xüsusi əhəmiy­yət kəsb edir.

Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   234   235   236   237   238   239   240   241   ...   297




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin