Dərslik Prof. S.İ. Seyidov və prof. M.Ə. Həmzəyevin elmi redaktorluğu ilə


Geridə qalan şagirdlərin psixoloji xüsu­siyyətləri



Yüklə 1,29 Mb.
səhifə244/297
tarix04.11.2022
ölçüsü1,29 Mb.
#67301
növüDərslik
1   ...   240   241   242   243   244   245   246   247   ...   297
psix

Geridə qalan şagirdlərin psixoloji xüsu­siyyətləri. Psixoloqların geridə qalan şagirdlərlə apardıqları işlər zamanı müəyyən edilmişdir ki, bu cür uşaqlar deduktiv əqli nəticə apara bilmir, əsas əlamətləri, xüsusilə bir neçə belə əlamət olduqda, ayırmaq və onların əsasında ümumi­ləşdirmə apar­maqda çətinlik çəkirlər.
Bununla yanaşı olaraq, geridə qalan şagirdlər təhlil aparmaqda da çətinlik çəkir, adətən onların mücərrəd­ləşdirmə və ümumiləşdirmə səviyyələri problemin məhsul­dar şəkildə həlli üçün lazım olan səviyyədən aşağı olur.
Təlimdə yetirməyən bu cür şagirdlərin sözlü-məntiqi təfəkkürünün inkişafı əyani-əməli təfək­kürlərindən geridə qalır. Ona görə də həmin şagird­lər ya qaydanın şərhini başa düşmür, ya da qayda haq­qında yalnız formal biliklər məsələnin düzgün həl­linə gətirib çıxarmır.
Psixoloji tədqiqatlar təlimdə geridə qalan şagirdlərin üç tipini müəyyənləşdirməyə imkan vermişdir:
birinci tip özünün öyrənməyə qabilliyinin aşağı səviyyəsi ilə, lakin təlimə qarşı müsbət müna­sibətləri və məktəbli mövqelərini saxlamaları ilə xarakterizə olunurlar;
ikinci tip geridə qalan şagirdlər fikri fəaliyyətinin yüksək keyfiyyətləri və məktəbli mövqe­lərini qismən və ya tamamilə itirmələri ilə fərqlənirlər;
üçüncü tip şagirdlərdə öyrənməyə qabillik aşağı olmaqla onlarda təlimə qarşı mənfi müna­sibət və məktəbli mövqelərini qismən və ya tamamilə itirmə xüsusiyyətləri özünü göstərir.
Psixoloji tədqiqatlar geridə qalan şagirdlə­rin bu cür tiplərinin özünəməxsus yarımtipləri olduğunu da aşkara çıxarmışdır (N.İ.Muraçkovski).
Hər bir tipi yarımtiplərə ayırmaq üçün aşa­ğıdakı iki göstəriciyə istinad olunmuşdur:

  1. şagirdlərin təlimdəki müvəffəqiyyətsiz­liklə­rini əvəz etmələrinə imkan verən vasitələr;

  2. Gələcəkdə müəyyən fəaliyyətə qarşı yönəlmə­nin olması və ya da olmaması.

Bu göstəricilərdən asılı olaraq birinci tip şagirdlər arasında iki yarımtip müşahidə olunur.
Bunlardan birincisinə təlim işlərindəki mü­vəf­fəqiy­yətsizliyi hər hansı bir praktik fəaliyyə­tin köməyi ilə əvəz etməyə çalışan şagirdləri aid etmək olar. Belə şagirdlər üçün ümumi olan cəhət onlarda mücərrəd təfəkkürün inkişaf etməməsi və bununla əlaqədar olaraq məsələnin şərti və həlli yollarını konkretləşdirmək cəhdindən iba­rətdir. Onların bu cür hərəkətləri təlimdə bəzi müvəf­fəqiyyətlər qazanmaq imkanı verir.
Bu cür şagirdlərdə analitik təfəkkür inki­şaf etmə­diyinə görə təlim materialını çətinliklə mənimsəyirlər. Onlar təhlili məsələ həllinin bütün gedişində tətbiq edə bilmədiklərinə görə, çox vaxt məsələni də axıra kimi həll edə bilmirlər.
Geridə qalan şagirdlərin həmin yarımtipində gələcəkdə müəyyən fəaliyyət növünə qarşı yönəliş­lik, arzu olunan peşəyə dair az və ya çox dərəcədə aydın təsəvvür mövcud olur. Adətən, bu cür yönəliş­lik onların təlim fəaliyyətindəki müvəffəqiyyət­sizliklərini əvəz edən praktik fəaliyyətinin məzmu­nundan asılı olur. Bununla əlaqədar olaraq həmin şagirdlərdə özünüqiymətləndirmə obyektiv xarakter daşıyır.
Geridə qalan birinci tip şagirdlərin ikinci yarımtipinə təlim işindəki hər cür çətinlikdən qaçmağa çalışan şagirdləri aid etmək olar. Təlim­də müvəffəqiyyət qazanmağa çalışan həmin şagirdlər çox vaxt qadağan olunmuş yollardan istifadə etməyə çalışırlar: yoldaşlarından köçürür, onların giz­lincə dediklərinə istinad edir və s. Bu cür şagird­lər başqa işlərin hamısına da təlimə yanaşdıq­ları kimi yanaşırlar. Ətraf aləm haqqında onların təsəvvürləri olduqca məhduddur. Birinci yarımtip­dən fərqli olaraq onlar hətta təlim tapşırıqla­rının mahiyyətini anlamağa cəhd göstər­mirlər. Bir qayda olaraq onlar gələcək haqqında düşün­mürlər.
İkinci tipə aid etdiyimiz geridə qalan şa­girdlər, adətən məktəbə yaxşı hazırlıq və oxumaq həvəsi ilə gəlirlər. Lakin həmin uşaqlar evdə səbr­lə oturub işləməyə alışdırılmamış olurlar. Onlarda yalnız xoşlarına gələn işlə məşğul olmaq adəti hökm sürür. Ona görə də diqqəti cəmləşdirmək, hafizəni gərginləşdirmək, fəal şəkildə fikir­ləşmək onlarda narazılıq yaradır. Bunun əsasında təlimdə yaranan müvəf­fəqiyyətsizlik mənəvi konf­liktin yaranmasına gətirib çıxarır. Bu da öz növ­bəsində təlimə qarşı mənfi münasibət yaradır. Belə uşaqların gələcək planları təlimlə bağlı olmur. Onların maraqları müxtəlif olur ki, bunların içərisində idrak maraqları da mühüm yer tutur.
Geridə qalan ikinci tip şagirdlər arasında da iki yarımtip müəyyənləşdirmək mümkündür.
Bunlardan birinci yarımtipə özünün təlim­dəki müvəf­fəqiyyətsizliyini, kollektivdəki uğursuz və­ziy­yətini sinifdənkənar əqli fəaliyyətlə əvəz edən şagirdləri aid etmək olar. Onların gələcək haqqın­da arzuları məhz sinifdənkənar məşğuliyyətin həmin sahəsi ilə bağlı olur. Bu cür şagirdlərdə təlimin geniş sosial motivləri formalaşmamış olur.
İkinci yarımtipə məxsus olan şagirdlərin təlimdəki müvəffəqiyyətsizlikləri onları başqaları ilə, xüsusilə məktəb­dənkənar qruplarla əlaqəyə gir­mək üçün yollar axtarmağa yönəldir. Belə uşaqlarda tez-tez mənfi sosial istiqamətə malik olan maraq və meyllər müşahidə olunur. Bu şagirdlər çox vaxt şa­gird mövqeyini itirirlər. Onlar intizamı kobudca­sına pozurlar və müəllimlərin yanında etibarla­rını itirirlər.
Dərsdə geridə qalan üçüncü tip şagirdlərin xarak­teristikasını vermək o qədər də çətin deyildir. Bu tipə aid olan şagirdlər bir növ birinci tip şagirdlərin zəif öyrənməyə qabillik xüsusiyyətini və ikinci tip şagirdlərin asosial istiqa­mətlərini özlərində əks etdirirlər.
Geridə qalma, təlimdə müvəffəqiyyətsizliyin səbəb­lərinin və onların tiplərinin təhlili müəllim üçün, şübhəsiz, böyük əhəmiyyətə malikdir. Çünki bu zaman məktəbdə özünə yer edən bu xəstəliyin qarşı­sını almaq və aradan qaldırmaq imkanı yaranır. Lakin hələ psixoloji tədqiqatlar həmin xəstəliyin qarşısını almağın tam səmərəli yollarını aşkara çıxara bilməmişdir. Bu sahədə aparılan ayrı-ayrı tədqiqatlara istinad edərək təlimdə geridə qalmanın aradan qaldırılmasına kömək edə biləcək bəzi yolları nəzərdən keçirək.
Birinci tipə mənsub olan şagirdlərlə (öyrən­məyə qabillik keyfiyyəti aşağı olan) birinci növbədə elə iş apar­maq tələb olunur ki, onların müvəffə­qiyyətlə oxuma­larını ləngidən, ona mane olan fikri fəaliyyət xüsusiy­­yətləri yenidən qurulmuş olsun.
Ümumiləşdirmə qabiliyyətinin zəif inkişaf etməsi, əyani-əməli təfəkkürün məntiqi təfəkkürə nisbətən üstünlüyü həmin şagirdlərlə iş apararkən təlimin ilk mərhələsində əyani obrazlara istinad etmək zəruridir. Bu zaman müəllim elə bir şərait yaratmalıdır ki, istifadə olunan əyani vəsait şagirdlərin diqqətini əsas fikri məsələnin həl­lindən uzaqlaşdıran ikinci dərəcəli əlamətlərə yönəltməsin.
Həmin şagirdlərlə aparılan mümarisələrin xarakterinə də xüsusi fikir verilməlidir. Sübutlu­luğun məntiqi struk­turunun inkişafına, əqli nəti­cələrin formalaşmasına imkan verən mümarisələr­dən geniş istifadə olunmalıdır. Öyrən­məyə qabil­liyi zəif olan şagirdlərlə müqayisəli təhlil tələb edən mümarisələrin aparılması daha faydalıdır.
Müəllim elə bir şərait yaratmalıdır ki, hər bir şagird orada özünü göstərə bilsin, müəllim isə şagirdləri hər bir, hətta ən kiçik müvəffəqiyyətinə görə rəğbətləndirsin.
Şagirdlərə verilən tapşırıqlar içərisində elələri də olmalıdır ki, şagirdlər müstəqil şəkildə asanlıqla yerinə yetirə bilsinlər. Belə olduqda, şagirdlərdə müstəqil işləri yerinə yetir­məyə qarşı müsbət münasibətin formalaşması imkanı yaranır.



Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   240   241   242   243   244   245   246   247   ...   297




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin