19.5. İdarəetmənin psixoloji aspektləri
Qeyd edildiyi kimi, idarəçilik prosesinin əsas spesifikası rəhbər tərəfindən tabeliyindəkilərin istehsalat
vəzifələrini məqsədyönlü icra etmələrini təmin etməkdən ibarətdir. Bu səbəbdən çox vaxt deyirlər ki, rəhbər “öz
əlləri ilə deyil, tabeliyindəkilərin əlləri ilə işləyir”.
Özlərinin idarçilik fəaliyyətində, hər şeydən öncə, üç aspektə daimi diqqət yetirilməsi zərurəti həmişə
rəhbərlər qarşısında real olaraq durur.
1) istehsalat vəzifələrinin bilavasitə icraçıları kimi insanlara diqqət göstərmək, bu isə onlara
istehsalat vəzifələrinə uyğun gələn davranış üslubunu öyrətməyi, onların keyfiyyətini artırmağı, onlarda
müsbət dəyərli peşə fəaliyyəti yönümünü və motivlərini inkişaf etdirməyi, istehsalat kollektivlərini
formalaşdırmağı, təşkilatın korporativ ruhunu inkişaf etdirməyi və s. nəzərdə tutur;
2) peşə fəaliyyətinin məqsəd və vəzifələrinin dəqiq müəyyənləşdirilməsinə, xarici mühitdə
dəyişmələr şəraitində təşkilatın məqsədlərinin həyata keçirilməsində strateji və taktiki məsələlərin həllinə
və s. nail olma.
3) istehsalat vəzifələrinin yerinə yetirilməsi üçün şəraiti təmin etmək, bu isə özündə
kommunikasiyanı təkmilləşdirməyi, iş yerlərində əlverişli şərait, səmərəli idarçilik istehsal texnologiyası
yaratmağı, eləcə də operativ qərarlar qəbul etmək üçün icraçılara zəruri səlahiyyətlər ayırmağı ehtiva
edir.
Özlərinin idarəçilik fəaliyyətlərinin gedişatı təcrübəsində rəhbərlər üstünlüyü yalnız istehsalat
vəzifələrinə və fəaliyyət subyektlərinə (vəzifələrin icraçılarına); idarəçilik fəaliyyətinin bütün göstərilmiş
əvvəlki istiqamətlərinə və bu istiqamətlərlə bərabər, məsələn, qərarın qəbul edilmə vaxtı, əməkdaşların intizamı
və s. kimi həmin momentdə mühüm olan digər göstəricilərə verə bilərlər. Bütün bu hallarda rəhbərdə müvafiq
olaraq bir ölçülü, ikiölçülü, üçölçülü və çoxölçülü idarəçilik düşüncəsinin (təfəkkürünün) inkişafından danışılır.
Birölçülü idarəçilik düşüncəsi (təfəkkürü) rəhbərin özünün idarəçilik faliyyətində, hər şeydən öncə,
meydana çıxan vəzifələrə oriyentirini (meylini) xarakterizə edir. Situasiyanın digər elementləri (fəaliyyət
subyekti və şəraiti) rəhbərin yüksək diqqətindən kənarda qalır.
İkiölçülü idarəçilik düşüncəsi (təfəkkürü) rəhbərin diqqətini həm istehsalat vəzifələrinə, həm də
onların icraçılarına yönəldir.
Üçölçülü idarəçilik düşüncəsi zamanı rəhbər diqqətini təkcə fəaliyyətə (vəzifəyə) və insana (subyektə)
deyil, həm də fəaliyyətin obyektiv şəraitinə yönəldir.
Çoxölçülü idarəçilik düşüncəsi elə rəhbər üçün xarakterikdir ki, konkret situasiyadan asılı olaraq
özünün idarəçilik fəaliyyətində, yuxarıda nəzərdən keçirilən oriyentasiyalardan başqa, bu və ya digər xüsusi
göstəriciləri birinci yerə qoya bilsin. Belə göstəricilər, məsələn, fəaliyyətin nəticəsinin keyfiyyəti, qərarın qəbul
edilmə sürəti, əməkdaşların motivasiyası və s. ola bilər.
Lakin rəhbərdə hansı növ idarəçilik düşüncəsi olursa-olsun və buna uyğun olaraq, o hansı idarəetmə
üslubuna tərəfdar olursa-olsun, onun hərəkətləri hansısa vaxt anında effektli və ya effektsiz ola bilər. Hər şey
konkret situasiya amillərindən asılıdır.
İdarəetmə üslubunun çevikliyi, idarəetmənin effektli üslubunu effektsiz üslubundan sərfəli şəkildə
fərqləndirir və bir qayda olaraq, idarəçilik fəaliyyətinin səmərəliliyinə təminat verir.
Gömrük orqanı rəhbərinin yüksək idarəçilik fəaliyyəti onun gömrükxana əməkdaşları və müştəriləri ilə
xidməti etika normalarında ifadə olunan gündəlik ünsiyyətində təzahür edir. Xidməti etik normalara aşağıdakılar
daxildir:
1) rəhbərin ünsiyyət demokratizmi;
2) sadəliyi;
3) diqqətliliyi;
162
4) inam mühiti yaratmaq bacarığı;
5) ünsiyyət zamanı nəzarətliliyi və düzgünlüyü;
6) verdiyi sözə əməl etməyi;
7) dəqiqliyi və məsuliyyətliliyi.
Bütün sadalananlarla bərabər intizamlı, səliqəli və davranış tərzində dəqiq və mütəşəkkil olan rəhbər
kollektivdə xüsusi hörmətə malik olur və işləri də qaydasında gedir.
AR DGK-da xidməti sənədlərin hazırlanması, hərəkəti, icrası, uçotu və saxlanmasını tənzimləyən vahid
qaydalar komitə sədrinin 28 dekabr 1998-ci il tarixli 075 saylı əmri ilə təsdiq edilmiş təlimatla müəyyən edilir.
Azərbaycan Respublikasında bazar münasibətlərinin təkamülü, dünya iqtisadi sisteminin inteqrasiyası,
Ümumdünya Ticarət Təşkilatına üzv olmağa hazırlıq xarici iqtisadi fəaliyətin liberallaşdırılması şəraitində
gömrük sisteminin inkişafını və təkmilləşdirilməsini tələb edir.
İnkişaf etmiş ölkələrin təcrübəsinə əsasən Azərbaycan Respublikasının gömrük sistemininin inkişafı və
təkmilləşdirilməsi proqramının hazırlanmasına böyük ehtiyac vardır. Bu proqram, gömrük sisteminin
təkmilləşdirilməsinin taktiki və strateji toplusundan ibarət olmalıdır.
Faktiki tədbirlərə aşağıdakılar daxildir:
1) gömrük rəsmiləşdirilməsinə sərf edilən vaxtın qısaldılması;
2) gömrük proseduralarının sadələşdirilməsi;
3) gömrük məlumatlarının işlənməsi sisteminin tamamilə avtomatlaşdırılması;
4) gömrük və gömrükətrafı infrastrukturların inkişafı.
Strateji tədbirlərə isə Ümumdünya Gömrük Təşkilatının tövsiyələri aid edilir.
163
İstifadə olunmuş normativ-hüquqi aktların və ədəbiyyatların
Siyahısı
I. Beynəlxalq hüquqi aktlar
1. BMT-nin Baş Assambleyası tərəfindən 10 dekabr 1948-ci ildə qəbul olunmuş “Ümumdünya insan
haqları bəyannaməsi”.
2. Diplomatik əlaqələr haqqında Vyana konvensiyası, 1961.
3. Konsulluq əlaqələri haqqında Vyana konvensiyası, 1961.
4. Narkotik vasitələr haqqında Vahid konvensiya BMT sənədləri. 1961 (1972-ci ildəki əlavələrlə).
5. Hava gəmilərinin bortunda baş verən cina1yətlər və digər aktlar haqqında konvensiya 14 sentyabr
1963.
6. Psixotrop maddələr haqqında BMT konvensiyası 1971.
7. Beynəlxalq alqı-satqı müqavilələri haqqında BMT-nin Vyana konvensiyası 11 aprel 1980.
8. Dəniz hüquqi barədə BMT konvensiyası, 1982.
9. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında BMT
konvensiyası. 1988.
10. Tariflər və ticarət üzrə Baş Saziş. (TTBS) 30, XI.1947.
11. Ticarət xidmətləri üzrə Baş razılaşma. TTBS (Saziş Uruqvay raundu çərçivəsində imzalanmışdır).
12. Ümumdünya Ticarət Təşkilatının yaradılması haqqında müqavilə (TTBS-1994).
13. Gömrük Əməkdaşlığı Şurasının (GƏŞ) yaradılması haqqında Konvensiya, 4 noyabr 1952-ci il.
14. Gömrük məqsədi üçün mal dəyərinin müəyyənləşdirilməsi haqqında Konvensiya. 28 iyul 1953-cü il.
15. Turistlər üçün gömrük güzəştləri barədə konvensiya. 1954-cü il.
16. Brüssel tarif nomenklaturası haqqında Konvensiya, 11 sentyabr 1959-cu il.
17. Müvəqqəti ixrac haqqında İstanbul Konvensiyası, 27.11.1992-ci il.
18. Mülki, ailə və cinayət işləri üzrə hüquqi münasibətlər və hüquqi yardım haqqında konvensiya, 22
yanvar 1993-cü il (MDB üzvləri arasında).
19. Gömrük proseduralarının harmonikləşdirilməsi və sadələşdirilməsi haqqında beynəlxalq Kioto
konvensiyası, 25.08.1974.
20. Malların təsvir və kodlaşdırılmasının harmonikləşdirilmiş sistemi haqqında Beynəlxalq Konvensiya
(Brüssel 14.06.1983)
21. TTBS VII maddəsinin tətbiqi barədə Saziş 01.01.1981.
22. TİR karnetindən (TİR - beynəlxalq yükdaşımalar) istifadə etməklə beynəlxalq yükdaşımalar
haqqında Gömrük Konvensiyası, 1975-ci il.
23. Konteynerlər haqqında gömrük konvensiyası 06.12.1975.
24. MDB ölkələrinin Xarici İqtisadi Fəaliyyətinin mal nomenklaturasının, malların kodlaşdırılması və
təsvirinin Harmonikləşdirilməsi sistemi haqqında Beynəlxalq Konvensiyaya uyğun aparılması haqqında.
Moskva, 1996.
II. Azərbaycan Respublikasının Qanunları və hüquqi aktları
1. “Azərbaycan Respublikasının Konstitusiyası” Bakı 1995.
2. “Azərbaycan Respublikasının Gömrük Məcəlləsi” Bakı 1997.
3. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsi Bakı 2000.
4. “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi”, Bakı 1999.
5. “Azərbaycan Respublikası “İnzibati-Prosessual Məcəlləsi”, Bakı 1999.
6. “Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi” Bakı, 1999.
7. “Azərbaycan Respublikasının Hava Məcəlləsi” Bakı 1994.
8. “Azərbaycan Respublikasının Əmək Məcəlləsi” Bakı 1999.
9. “Azərbaycan Respublikasının Vergi Məcəlləsi”, Bakı 2000.
10. “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi”, Bakı 2000.
11. “Xarici investisiyaların qorunması haqqında” Qanun, Bakı, 1992.
12. “Sahibkarlıq haqqında” Bakı, 1992.
13. “Sığorta haqqında” Bakı, 1993.
14. “Dövlət yol fondu haqqında” Bakı, 1994.
15. “Müəssisələr haqqında” Qanun, Bakı, 1994.
16. “Normativ-hüquqi aktlar haqqında” Qanun, Bakı, 2000.
17. “Valyuta tənzimi haqqında” Qanun, Bakı, 1994.
18. “İnvestisiya fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu, Bakı, 1995.
19. “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanunu, Bakı, 1995.
164
20. “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu, Bakı, 1995.
21. “Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin bağlanması, icrası və ləğv edilməsi
qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunu, Bakı, 1995.
22. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanun, Bakı, 1995
23. “Azərbaycan Respublikasının Milli Bankı haqqında” Azərbaycan Respublikasının Qanunu, Bakı,
1996.
24. “Azərbaycan Respublikasında banklar və bank fəaliyyəti haqqında” Qanunu, Bakı, 1996.
25. “Hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında” Azərbaycan Respublikasının Qanun, Bakı, 1996
26. “Standartlaşdırma haqqında” Azərbaycan Respublikasının Qanunu, Bakı, 1996.
27. “Bitki karantini haqqında” Azərbaycan Respublikasının Qanunu, Bakı, 1996.
28. “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanunu Bakı, 1996.
29. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu, Bakı, 1997.
30. “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikasının Qanunu,
Bakı, 1997.
31. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunu, Bakı, 1997.
32. “Rabitə haqqında” Azərbaycan Respublikasının Qanunu, Bakı, 1997.
33. “Mədəniyyət haqqında” Azərbaycan Respublikasının Qanunu, Bakı, 1998.
34. “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan
Respublikasının Qanunu, Bakı, 1998.
35. “Məlumat azadlığı haqqında” Azərbaycan Respublikasının Qanunu, Bakı, 1998.
36. “Girov haqqında” Azərbaycan Respublikasının Qanunu, Bakı, 1998.
37. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu, Bakı,
1998.
38. “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikasının Qanunu, Bakı,
1998.
39. “Polis haqqında” Azərbaycan Respublikasının Qanunu Bakı 1999.
40. “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu, 1999.
41. “Azərbaycan Respublikası gömrük orqanlarının bayrağı haqqında” Azərbaycan Respublikasının
qanunu. Bakı, 2001.
42. “Azərbaycan Respublikası gömrük orqanlarının tanınma nişanı haqqında” Azərbaycan
Respublikasının Qanunu.
43. “Şərti maliyyə vahidi haqqında” Azərbaycan Respublikasının Qanunu. Bakı, 2001.
44. “Malların təsviri və kodlaşdırılması üzrə harmonikləşdirilmiş sistem haqqında” Beynəlaxq
Konvensiyaya və göstərilən konvensiyaya düzəliş protokoluna qoşulmaq barədə Azərbaycan Respublikasının
Qanunu, “Azərbaycan” qəzeti. 21 iyul 2000-ci il N 163. (2574)
45. AR İXM-in təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri
haqqında” AR Qanununun tətbiq edilməsi barədə AR-in bəzi qanunvericilik aktlarının qüvvədən düşmüş hesab
edilməsi haqqında 30.XII.2003-cü ildə qəbul olunmuş AR-nın Qanunu. “Azərbaycan” qəzeti. 15 fevral 2004.
31. №598-IIQD / 05.03.2004. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tətbiq
edilməsi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr
edilməsi haqqında
32. №606-IIQ / 19.03.2004. "Azərbaycan Respublikası hökuməti və Fransa Respublikası hökuməti
arasında gömrük hüquqpozmalarının qarşısının alınması, təhqiqatının aparılması, aşkar edilməsi və aradan
qaldırılmasına dair qarşılıqlı inzibati yardım haqqında" sazişin təsdiq edilməsi barədə
33. №650-IIQD / 14.05.2004. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə dəyişikliklər və
əlavələr edilməsi haqqında
34. №667-IIQ / 21.05.2004. «GUÖAM iştirakçısı olan dövlətlərin hökumətləri arasında gömrük
işlərində qarşılıqlı yardım və əməkdaşlıq haqqında» Sazişin təsdiq edilməsi barədə
35. №737-IIQ / 10.09.2004. «Azərbaycan Respublikası hökuməti və Pakistan İslam Respublikası
hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında» Sazişin təsdiq edilməsi
barədə
36. №772-IIQ / 26.10.2004. İxrac nəzarəti haqqında
37. №776-IIQ / 26.10.2004. «Azərbaycan Respublikası hökuməti və Belçika Krallığı hökuməti arasında
gömrük məsələləri üzrə qarşılıqlı inzibati yardımın göstərilməsi haqqında» ikitərəfli sazişin təsdiq edilməsi
barədə
38. №779-IIQ / 26.10.2004. «Azərbaycan Respublikası hökuməti və Yunanıstan Respublikası hökuməti
arasında gömrük işi sahəsində qarşılıqlı yardım haqqında» sazişin təsdiq edilməsi barədə
165
39. №824-IIQ / 01.03.2005. «Azərbaycan Respublikası hökuməti və Belarus Respublikası hökuməti
arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında» Sazişin təsdiq edilməsi barədə
40. №851-IIQD / 04.03.2005. «Gömrük orqanlarında xidmət haqqında» Əsasnaməyə əlavə edilməsi
haqqında
41. №855-IIQD / 04.03.2005. «Poçt rabitəsi haqqında» Azərbaycan Respublikası Qanununun tətbiqi ilə
əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə
42. №910-IIQ / 10.05.2005. «Azərbaycan Respublikası Hökuməti və İtaliya Respublikası Hökuməti
arasında gömrük hüquqpozmalarının qarşısının alınması, araşdırılması və aradan qaldırılmasına dair qarşılıqlı
inzibati yardım haqqında» Sazişin təsdiq edilməsi barədə
43. №924-IIQ /10.06.2005. Qiymətli metallar və qiymətli daşlar haqqında
44. №931-IIQ / 14.06.2005. «Azərbaycan Respublikası Hökuməti və Çin Xalq Respublikası Hökuməti
arasında gömrük işi sahəsində qarşılıqlı yardım haqqında» Sazişin təsdiq edilməsi barədə
45. №975-IIQ / 01.09.2005. "Azərbaycan Respublikası Hökuməti və Polşa Respublikası Hökuməti
arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında" sazişin təsdiq edilməsi barədə
46. №48-IIQD / 30.12.2005. «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş,
məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan
Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq)
tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun tətbiqi
ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər edilməsi barədə
47. №143-IIIQ / 02.10.2006. «Azərbaycan Respublikası Hökuməti və Moldova Respublikası Hökuməti
arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında» Sazişin təsdiq edilməsi barədə
48. №313-IIIQD / 17.04.2007. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının
dövriyyəsi haqqında» Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının
bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi və bəzi qanunvericilik aktlarının qüvvədən
düşmüş hesab edilməsi barədə
49. №338-IIIQ / 22.05.2007. «Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları
Hökuməti arasında gömrük məsələləri üzrə qarşılıqlı yardım və əməkdaşlıq haqqında» Sazişin təsdiq edilməsi
barədə
50. “Azərbaycan Respublikası ərazisinə gətirilən, əlavə dəyər vergisindən azad olunan malların siyahısı
haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 iyul 2000-ci il tarixli 124 saylı qərarı.
51. “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz
dərəcələrinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər kabinetinin 19 yanvar 2001-ci il
tarixli 20 saylı qərarı.
52. “Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxsləri üçün xüsusi geyim formasının,
fərqlənmə nişanlarının təsviri və onların təchizat normasının təsdiq edilməsi haqqında” Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 5 aprel 2001-ci il tarixli 75 saylı qərarı.
53. “Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri,
gömrük rəsmiləşdirilməsinə görə alınan yığımların miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 12 aprel 2001-ci il tarixli, 80 saylı qərarı.
54. “Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri,
gömrük rəsmiləşdirilməsinə görə alınan yığımların miqdarı haqqında” AR Nazirlər Kabinetinin 2001-ci il 12
aprel tarixli 80 saylı qərarına dəyişiklik edilməsi barədə AR NK-nın 22 dekabr 2003-cü il tarixli 161 saylı
Qərarı.
55. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 12 aprel tarixli 80 saylı qərarı ilə təsdiq
edilmiş “Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri”ndə
dəyişikliklər edilməsi barədə AR NK-nın 20 aprel 2004-cü il tarixli 58 saylı Qərarı.
56. №230 / 15.12.2005. «İxrac nəzarəti haqqında» Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı
bəzi normativ aktların təsdiq edilməsi barədə
57. №4 / 09.01.2006. «Gömrük orqanlarının vəzifəli şəxslərinə fasiləsiz xidmət illərinə görə əlavələrin
ödənilməsi üçün xidmət illərinin hesablanması Qaydası»nın təsdiq edilməsi haqqında
58. №42 / 09.02.2006. «İxrac nəzarətinə düşən malların nomenklaturuna uyğun kodlar üzrə, habelə
işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin Siyahısı»nın təsdiq edilməsi haqqında
59. №53 / 18.02.2006 «Gen mühəndisliyi əsasında alınmış bitki toxumlarının Azərbaycan
Respublikasının ərazisinə gətirilməsinə yol verilə bilən müstəsna hallar və gətirilmə Qaydası»nın təsdiq
edilməsi haqqında
60. №93 / 04.04.2006. «Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük
rüsumlarının dərəcələri, gömrük rəsmiləşdirilməsinə görə alınan yığımların miqdarı haqqında» Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2001-ci il 12 aprel tarixli, 80 nömrəli qərarına əlavə olunmuş Azərbaycan
166
Respublikası Nazirlər Kabinetinin 2003-cü il 22 dekabr tarixli, 161 nömrəli qərarı ilə təsdiq edilmiş
«Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri»ndə
dəyişikliklər edilməsi barədə
61. №185 / 26.07.2006. Azərbaycan Respublikasında bəzi fəaliyyət növləri üzrə ixracın
stimullaşdırılması haqqında
62. №73 / 10.05.2007. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 31 may tarixli, 105
nömrəli qərarı ilə təsdiq edilmiş «Fiziki şəxslər tərəfindən istehsal və kommersiya məqsədləri üçün nəzərdə
tutulmayan malların Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi Qaydaları»na əlavə edilməsi
barədə
63. №85 / 29.05.2007. Azərbaycan Respublikasında istehsal olunan minik avtomobillərinə, istirahət və
ya idman üçün yaxtalara və bu məqsədlər üçün nəzərdə tutulan digər üzən vasitələrə aksiz dərəcələrinin
müəyyən edilməsi barədə
64. №116 / 25.07.2007. «Hazırlanması, keyfiyyətinin, təhlükəsizliyinin və səmərəliliyinin araşdırılması
məqsədi ilə dərman vasitələrinin elmi tədqiqat müəssisələri tərəfindən Azərbaycan Respublikasına idxalı
Qaydası»nın təsdiq edilməsi haqqında
65. №141 / 25.09.2007. «Dərman vasitələrinin humanitar məqsədlər üçün Azərbaycan Respublikasına
idxalı Qaydası»nın təsdiq edilməsi haqqında
66. №190 / 29.11.2007. «Malın mənşə ölkəsinin təyin edilməsi Qaydası»nın təsdiq edilməsi haqqında
III. Ədəbiyyat
1. İmanov M. “Azərbaycan Respublikasında qaçaqmalçılıq əməlləri ilə cinayət-hüquqi mübarizə
məsələləri”, “Hüquq ədəbiyyatı” Bakı, 1999.
2. “Azərbaycan tarixi” ən qədim dövrlərdən XX əsrin əvvəllərinə qədər. Bakı “Elm” 1993.
3. Məmmədov S.M. və b. “Vergi və gömrük işi”. Bakı, 1996.
4. Paşayev Q. “Azərbaycanın xarici iqtisadi fəaliyyətinin cinayət və gömrük qanunvericiliyi ilə
müdafiəsi”, Bakı, 1997.
5. Heydərov K.F. “Gömrük işinin əsasları, gömrük işinin təşkili və texnologiyası”, 1-ci cild Azərbaycan
Dövlət Nəşriyyatı, Bakı, 1998.
6. Heydərov K.F. “Gömrük işinin əsasları, gömrük orqanlarının iqtisadi fəaliyyəti”, 2-ci cild,
Azərbaycan Dövlət Nəşriyyatı, Bakı 1999.
7. Heydərov K.F. “Gömrük işinin Əsasları, gömrük orqanlarının hüquq - mühafizə fəaliyyəti”, 3-cü cild,
Azərbaycan Dövlət Nəşriyyatı, Bakı, 2000.
8. Heydərov K.F. “Gömrük işinin əsasları” gömrük işinin idarə edilməsi və inkişafı, 4-cü cild
Azərbaycan Dövlət Nəşriyyatı, Bakı 2000.
9. Heydərov K.F. İbrahimov T.T. “Gömrük işi-iqtisadi suverenlik və təhlükəsizlik”, Bakı, 1999.
10. Nuriyev C., Əliyev Z., İsmayılov G. “Gömrük statistikası”, Dərs vəsaiti. “Qanun” nəşriyyatı, Bakı,
2000.
11. Nuriyev C.Q. “Beynəlxalq iqtisadi əlaqələrin hüquqi tənzimlənməsi”. Qanun, Bakı, 2000.
12. Nuriyev C.Q., Şəkərəliyev A.Ş., Əliyev A.Ə., Əhmədov S.T. “Gömrük ekspertizası”. Bakı. “Qanun”
– 2003.
13. Heydərov K..F. Gömrük işinin əsasları. Dərslik. Bakı-2004.
14. Hedərov K.F., Əliyev A.Ə., Nuriyev C.Q., Mehdiyev S.M. Gömrük rəsmiləşdirilməsi. Dərslik.
Bakı-2006
15. Nuriyev C.Q. Azərbaycanın gömrük tarixi. Dərs vəsaiti.Bakı-2007
16. Nuriyev C.Q. Gömrük etikası. Dərs vəsaiti. Bakı-2007
17. Əliyev A.Ə. “Azərbaycanın xarici ticarət-iqtisadi əlaqəsi”. Bakı - “Ozan”, 2001.
18. Feyzullabəyli İ.Ə., İbişov E.İ.., İsrafilov H.A. “Beynəlxalq ticarət işi”. Dərslik. Bakı 2001.
19. Nuriyev C.Q. “Gömrük Hüququ”. Ali məktəblər üçün dərslik. Bakı “Təfəkkür”, 2002.
20. Əliyev A.Ə., Nuriyev C.Q., Nuriyeva G.C. “İqtisadiyyat və hüquq” Ensiklopedik izahlı lüğət. Bakı,
“Qanun” 2002.
21. Əliyev A.Ə., Şəkərəliyev A.Ş. “Bazar iqtisadiyyatına keçid: Dövlətin iqtisadi siyasəti”. Bakı, 2002.
22. Aliev A.A. “Tamojennoe delo i razvitie mirovoy gkonomiki”, Baku, 2002.
167
ƏLAVƏ 1
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin strukturu
Yarandığı gündən indiyə qədər şərəfli bir tarixi yaşamış Azərbaycanın vahid gömrük sisteminin 1
yanvar 2009-ci ilə olan strukturu aşağıdakı kimidir:
Dostları ilə paylaş: |