236
NƏHƏNG XROMOSOMLAR
Bəzi hüceyrələrdə həyat tsiklinin müəyyən
mərhələlərində xüsusi tipli nəhəng xromosomların
ölçüsü çox böyük olur. Onu hələ ilk dəfə 1881-ci ildə
İtalyan sitoloqu Balbiani xironomusun (Chironomus)
tüpürcək vəzilərində müşahidə etmişdir. 1933-cü ildə
Y.Qeyts və Q.Bauer drozofil milçəyinin tüpürcək
vəziləri hüceyrələrinin nüvələrində də nəhəng
xromosomlar kəşf etdilər. Bu kəşf genetika və sitologiya
elminin inkişafına çox böyük təsir göstərdi. Nəhəng
xromosomlar kəşf edildikdən sonra bir tərəfdən
xromosomun morfoloji quruluşu, digər tərəfdən isə
onun genetik rolu haqqındakı təsəvvürlər daha da
dəqiqləşməyə başladı.
İkiqanadlılara aid olan həşarat növlərinin
əksəriyyətinin
tüpürcək
vəzilərində
nəhəng
xromosomlar müşahidə olunur. Drozofildə nəhəng
xromosomlar adi xromosomlardan 1000 dəfə böyük
olur. 4 cütdən ibarət olan bu xromosomların ümumi
uzunluğu 2000 mk olur, halbuki somatik hüceyrələrdə
onların ümumi uzunluğu 7,5 mk.-dir. Bu xromosomların
bu cür nəhəng ölçüyə malik olması səbəbi odur ki, onlar
10 dəfəyə qədər qismən və ya natamam replikasiyaya
uğrayaraq bir-birindən ayrılmırlar. Odur ki, hər bir
nəhəng xromosom 1000-dən artıq xromonemdən ibarət
olur. Müvafiq olaraq nəhəng xromosomlarda DNT
miqdarı adı somatik xromosomlarındakından 1000 dəfə
çox olur. Sonradan Poytner, Qeyts, Bauer, Kostov bu
xromosomların sitogenetik rolunu müəyyənləşdirdilər.
237
Reduplikasiya olmuş xromosomlar ayrılmadığı üçün
hüceyrə də hələ bölünmür, onun ancaq həcmi böyüyür,
hüceyrənin nüvəsi bütün sürfənin inkişafı dövründə
interfaza vəziyyətində olur. Xromonemlərin bu cür
ikiləşib ayrılmamasını endomitozla izah edirlər. Və bu
hadisə endomitozun digər təzahür forması olan
endoreproduksiya adlanır. Məlum olduğu kimi
somatik mitozda xromosomlar bir-birilə konyuqasiya
etmirlər. Lakin tüpürcək vəzilərində homoloji
xromosomlar konyuqasiya edir və bir-birinə burulmuş
halda olur. Bu hadisə somatik konyuqasiya adlanır.
Nəhəng və ya politen xromosomlar sitogenetik
cəhətdən çox böyük əhəmiyyət kəsb edirlər. Belə ki, bu
xromosomların uzunu boyu tünd və açıq rənglənən
sahələr növbələşir. Tünd hissə – disklər, açıq rənglənən
hissələr isə disklər arası sahə adlanır. Disklərin
uzunluğu müxtəlif olur, eni isə xromosom eninə bərabər
olur. Nisbətən geniş disklərin quruluşu mürəkkəb olub,
duplet təşkil edirlər, disklərarası sahə fibrilyar struktura
malik olub, qələvi rəngləyicilərlə rənglənmir. Disklərin
sayı, lokalizasiyası, topoqrafik yerləşməsi hər homoloji
xromosomda sabitdir.
Nəhəng xromosomda disklərin topoqrafik xəritəsini
tərtib etmək və bunu genetik xəritə ilə müqayisə etmək
mümkündür.
Nəhəng
xromosomlardakı
disklər
xromonemlərin sıx spirallaşmasından əmələ gəlir.
Xromonemlərdə spirallaşmış və zəif spirallaşan sahələr
növbələşdiyindən xromosom müəyyən şəkil alır ki, bu
da hər növ üçün xarakter olur. Maraqlı burasıdır ki,
genlərin xromosomlarda yerləşdiyi nöqtə ilə disklər
238
uyğun gəlir. Deməli, genləri xromosomda krossinqover
faizi ilə hesablamaqdan başqa, nəhəng xromosomlardakı
disklərlə də müəyyən etmək imkanları yaranır.
İkiqanadlıların inkişafının müəyyən mərhələlərində
disklər qalınlaşır və sıxlaşır, bu halda onlar pufflar
adlanır, bəzən onlar daha iri olur və Balbiani həlqələri
adlanır. Puff və ya Balbiani həlqələri olan sahələrdə
bəzən xromonemlərdən yan çıxıntılar çıxır ki, bu halda
onlar fırça şəkilli xromosomlara oxşayırlar. Puff və
Balbiani həlqələrinin yaranması geri dönən prosesdir.
Puff və Balbiani həlqələrində zülal və RNT sintez
olunur.
Fırça şəkilli xromosomlar – bu xromosomlar
1892-ci ildə Ryukkert tərəfindən balıqların, amfibi və
reptililərin oosit hüceyrələrində meyozun birinci
bölünməsinin
diplonem
mərhələsində
müşahidə
edilmişdir. Bu xromosomlar 2 bivalent xromatiddən
ibarət mərkəzi oxdan və ondan çıxan yan çıxıntılardan
ibarətdir. Hər bivalent 2 homoloqdan ibarət olub, xiazm
təşkil edir. Mərkəzi ox xromomerlərdən, (qranullardan)
yan çıxıntılar isə halqalardan ibarətdir. İndi artıq
məlumdur ki, yan halqalar xromatidlərin dartılması
nəticəsində yaranır. Mərkəzi oxun xromomerləri isə
xromonemlərin sıx spirallaşması nəticəsidir.
Mərkəzi ox DNT, yan çıxıntılar isə RNT –
təbiətlidir. Bu cür dəlillər belə fikir yürütməyə imkan
verir ki, yan çıxıntılarda intensiv RNT və zülal sintez
olunur və sitoplazmaya ötürülür. Bu dövrdə yan
çıxıntılar kiçilir. Odur ki, hüceyrənin həyat tsiklindən
asılı olaraq yan çıxıntılar gah kiçilir və gah da iriləşir.
239
Bu xromosomdakı xromonemlərin (5 mk) və DNT-nin
uzunluğu (90 mk) fırça şəkilli xromosomların tərkibində
bir neçə DNT zənciri olmasını güman etməyə imkan
verir.
HÜCEYRƏNIN BÖLÜNMƏSİ TİPLƏRİ
Yeni doğulan uşağın bədənində təxminən
23
10
2
(iki billion) hüceyrə olur. Bu rəqəm onu göstərir ki,
orqanizm nə qədər mürəkkəbdir və eləjə də onu təşkil
edən hüceyrələr nə qədər çox və kiçikdir. Bir hüceyrənin
orta çəkisi 10
-8
qr, diametri isə 0,02 mm. Bu qədər kiçik
hüceyrələr mayalanmadan sonra intensiv bölünməklə
orqanizmə xas olan belə böyük miqdar hüceyrələr qrupu
əmələ gətirirlər. Təkcə insan orqanizmi deyil, bütün
çoxhüceyrəli orqanizmlər özlərinə xas olan yaşlı fərdə
məxsus hüceyrələri bölünmə yolu ilə təmin edirlər. Odur
ki, bölünmə prosesi orqanizmə xas olan ümumi
reproduksiyanın bir hissəsidir. Hüceyrə elementar bioloji
sistem kimi özünün mövcudluğunu və fasiləsizliyini
bölünmə ilə təmin edir.
Təkhüceyrəli orqanizmlər bölünərək bir hüceyrədən
iki təkhüceyrəli orqanizm əmələ gətirirlər. Bu o deməkdir
ki, hüceyrələrin bölünməsi növün fərdlərinin sayının
artmasına səbəb olur. Çoxhüceyrəli orqanizmlərin
ziqotadan inkişafında sonrakı bölünmələr çoxhüceyrəli
orqanizmin yaranmasına və böyüməsinə səbəb olur. Yaşlı
orqanizmdə böyümə prosesi dayanandan sonra da
hüceyrələr bölünür və beləliklə orqanizmin fizioloji
regenerasiyasını təmin edirlər. Lakin bu cür orqanizmdə
heç də bütün hüceyrələr bölünüb regenerasiyaya uğraya
240
bilmirlər, Məsələn: sinir hüceyrələri. Beləliklə, canlı
orqanizmlərin hüceyrələri bölünməklə öz varlığını
saxlayır və fasiləsizliyini təmin edirlər. Təbiətdə
hüceyrələrin bölünməsi 4 üsulla gedir.
1.
Amitoz
2.
Mitoz
3.
Endomitoz
4.
Reduksion bölünmə
Amitoz – elə bölünmədir ki, bu zaman nüvə interfaz
vəziyyətində
olur.
Bu
zaman
xromosomların
kondensasiyası və iy telləri əmələ gəlmir. Belə bölünmə
bütün eukariotlarda, heyvanlarda, bitkilərdə rast
gəlməyinə baxmayaraq ən çox ibtidailərdə rast gəlinir və
özünəməxsus qanunauyğunluqları vardır. Adətən amitoz
nüvəciklərdə rast gələn dəyişikliklə başlayır. Əvvəlcə
nüvəcik fraqmentlərə ayrılır və sayca çoxalır və ya
nüvəcikdə arakəsmə əmələ gəlməsi ilə bölünürlər.
Nüvəciyin bölünməsindən sonra və ya elə nüvəciyin
bölünməsi ilə yanaşı nüvə də bölünür. Bünün üçün onlar
əvvəlcə ortadan nazikləşir 8 formasını alır, sonra isə ən
nazik yerdən ayrılır. Bəzən isə nüvə membranı
invaginasiyaya uğrayır, yəni membran nüvənin daxilinə
doğru qatlanaraq getdikcə dərinləşir və nüvəni iki yerə
bölür. Belə invaginasiya adətən nüvənin bir sahəsində
bəzən isə çox hissəsində yaranaraq həlqəvari forma alır,
beləliklə nüvənin çox yerə bölünməsini, fraqmentlərə
parçalanmasını təmin edir. Nüvə bölünəndən sonra isə
sitoplazma müvafiq olaraq bölünür. Bü cür amitoz
çoxhüceyrəli
orqanizmlərdə,
öz
inkişafının
son
mərhələsində olan hüceyrələrdə rast gəlinir. Odur ki, bu
cür amitozdan sonra yaranan hüceyrələr sonradan həyat
fəaliyyətinə qabil hüceyrələr yarada bilmirlər. Bitkilərdə
241
də amitoz differensasiyaya uğramış müvəqqəti, fizioloji
cəhətcə
funksiyasını itirən hüceyrələrdə (kartof
yumrularının parenxim hüceyrələrində, nüsselliusda,
endospermdə, perisperm hüceyrələrində) rast gəlinir.
Eləcə də çox vaxt amitoz patoloji proseslərdə
(iltihab, regenerasiya, bəd xassəli şiş olan orqanların
hüceyrələrində) rast gəlinir. Amitoz bölünmədə
xromosomların davranışı replikasiyası, yeni yaranan
hüceyrələrdə bərabər və ya qeyri-bərabər paylanması
mexanizmi dəqiq məlum deyil.
Hüceyrələrin amitoz bölünməsinin bir neçə üsulu
da mövcuddur: generativ, degenerativ və reaktiv.
Generativ amitoz – onunla xarakterizə olunur ki,
qız xromosomlar bir-birindən qarşılıqlı itələnməklə
nüvənin bölünməsinə imkan yaradır. Mitozdan fərqli
olaraq, generativ amitozda sintetik proseslərin
dayanmasına səbəb olan xromosomlar spirallaşmır.
Bundan başqa, generativ amitoz zamanı, nüvə dəfələrlə
bölünür, yaxud fraqmentlərə ayrılır. Franqmentasiya
nəticəsində ona nüvədən çox sayda xırda nüvələr
yaranır. Sonralar ona hüceyrə nüvələrin sayına uyğun
tamamilə eyni qız hüceyrələrə parçalanır. İntensiv
çoxalan ibtidai orqanizmlərdə, məsələn, sporlularda
generativ amitoz gedir və hüceyrələrin sayca artmasını).
Degenerativ amitoz – mitoz bölünmə qabiliyyətini
itirmiş, differensiasiyaya uğramış hüceyrələrdə gedir.
Generativ amitozda olduğu kimi, degenerativ amitoz
zamanı da nüvə bir neçə dəfə bölünür. Nəticədə çox
nüvəli hüceyrələr əmələ gəlir. Degenerativ amitoz
zamanı reduplikasiya olunan DNT molekulları qız
hüceyrələr arasında bərabər paylanmadığı üçün bir
242
bölünmə üsulu kimi generativ əhəmiyyətini itirir və
hüceyrələrin məhvinin başlanğıcı olur. Lakin bəzi
hallarda, degenerativ amitozda əksinə sintetik
proseslərin fəallaşması müşahidə edilir. Degenerativ
amitoz yollarını örtən (böyrək ləyəni, sidik axarları sidik
kisəsi) keçid epiteli hüceyrələri üçün səciyyəvidir.
Keçid epiteli hüceyrələrinin bir hissəsi diploid
xromosom dəstinə, digər hissəsi tetraploid və müəyyən
hissəsi oktoloid xromosom dəstinə malikdir. Bu
hüceyrələrdə
DNT
molekulunun
roplikasiyası
hüceyrənin bölünməsi ilə müşayət olunmur. Odur ki, bu
hüceyrələrdə xromosom dəstinin dəfələrlə artmasına
səbəb olur.
Reaktiv amitoz – zədələnmiş hüceyrələrdə
hüceyrələrin
kəskin
fəallaşmasına
səbəb
olan
bölünmədir.
Bu zaman toxumanın nüvələri və hüceyrələri
kütləsi şəklində çox böyük sürətlə bölünür.
Əmələ gələn qız nüvələr dağılır. Reaktiv amitozu
mitoz bölünmə əvəz edir. Nəticədə zədələnmiş
toxumanın bərpası gedir. Zədələnmiş sinirlərin bərpa
prosesini buna misal göstərmək olar.
Hüceyrələrin
amitoz
bölünməsinin
bioloji
əhəmiyyəti odur ki, amitoz yüksək diferensiasiya etmiş
toxuma hüceyrələri üçün səciyyəvi olub, mitoz kimi
kifayət qədər geniş yayılmasa da, regenerasiya
proseslərində xüsusilə tez-tez rast gəlinir.
Eyni zamanda bəzi toxumaların məsələn, qığırdaq,
əzələ və s. toxumaların ontonogenezində rast gəlinir.
243
Mitoz. Təbiətdə ən geniş yayılmış bölünmə
tiplərindən biri mitozdur. İbtidailərin, bitkilərin,
heyvanların hüceyrələri bu yolla bölünürlər. Bu prosesin
bioloji əhəmiyyəti ondan ibarətdir ki, həmin bölünmənin
nəticəsi olaraq eyni xromosom sayına və DNT-yə malik
iki bərabər qız hüceyrəsi alınır. Bu qız hüceyrələrindən
hər biri ana hüceyrəyə xas olan irsi xüsusiyyəti ana
hüceyrədən alır. Qız hüceyrələrinin ana hüceyrəyə xas
olan irsi xüsusiyyətlərini bərabər miqdarda alması, mitoz
prosesində ana hüceyrədə bir sıra qanunauyğun və ardıcıl
proseslərin getməsinin nəticəsidir, həmin proseslər
aşağıdakılardır.
1. İnterfaza – yəni iki bölünmə arasındakı dövr.
2. Xüsusi mitoz – hüceyrələrin bölünməsi dövrü.
İnterfaza dövründə hüceyrə böyüyür, funksiyalarını yerinə
yetirir və mitoza hazırlaşırlar. Bu dövrə sərf olunan vaxt
müxtəlif hüceyrələrdə müxtəlif olur. İnterfaza özü 3
ardıcıl dövrdən ibarətdir (şəkil 61).
1.
Presintetik və ya postmitotik dövrü (G
1
).
2.
Sintez dövrü (S).
3.
Postsintetik və ya premitotik dövr (G
2
)
adlanır.
İnterfazanın hər bir göstərilən dövrü biri digərindən
həm DNT, RNT, zülal və s. sintezinin fəallığı ilə həm də
sintez olunan maddələrin xarakteri ilə fərqlənir.
Presintetik dövr (G
1
) hüceyrənin boyca, həcmcə artması
və DNT-nin sintezinə hazırlaşması dövrüdür. Belə ki, hər
bir hüceyrənin bölünməsi üçün onun mütləq müəyyən
həcmə çatması vacibdir. Ancaq müvafiq həcmə çatandan
sonra hüceyrələr növbəti bölünə bilərlər. Amöbalar
üzərində aparılan tədqiqatlar bu fikrin düzgünlüyünü izah
244
edirlər. Məs. Amöba o vaxt bölünər ki, onun həcmi iki
dəfə böyümüş olsun. Əgər amöbanın böyüməsinin
müəyyən mərhələsində onun sitoplazmasından müəyyən
qədər kəssək
,
onun bölünməyə daxil olmasını gecikdirə
bilərik. Belə hüceyrə əvvəlki həcmindən iki dəfə artıq
həcmə çatanda bölünməyə başlayır. Bunu onunla izah
etmək olar ki, sitoplazmada spesifik zülalların müəyyən
miqdara çatması onların bölünməsinə imkan yaradır. Bəzi
tədqiqatçılar belə hesab edir ki, presintetik (G
1
) mərhələdə
hüceyrənin böyüməsi sintez (S) dövründə hüceyrədə DNT
sintezini müəyyənləşdirir. Belə ki, (G
1
) dövründə RNT və
bəzi zülalların sintezinin dayandırılması hüceyrənin S
dövrünə daxil olmasını ləngidir. Bu hadisə belə mülahizə
yürütməyə imkan verir ki, S dövründə DNT-nin sintezi
üçün xüsusi təşəbbüskar-zülal mövcud olmalıdır. Güman
edilir ki, həmin təşəbbüskar zülal bütün G
1
dövründə
sintez olunur və onun miqdarı müəyyən hüduda çatdıqda
hüceyrələr S dövrünə daxil olurlar. Eləcə də (G
1
)
dövründə DNT-nin sələfi olan bəzi fermentlər o cümlədən
nukleotidfosfokinaz fermenti, RNT və zülalların
metobolik fermentləri sintez olunur. Bütün bu proseslər
göstərir ki, (G
1
) dövrü DNT-nin sintezi üçün hazırlıq
mərhələsi hesab olunur.
G
1
dövrünə sərf olunan vaxt müxtəlif hüceyrələrdə
müxtəlif olur. Bəzi hallarda DNT sintezi presintetik dövrü
(G
1
) keçmədən də başlaya bilər. Məs. dəniz kirpisinin
mayalanmış
yumurta
hüceyrəsinin
bölünməsi
(paralanması) zamanı bu hala rast gəlmək olur. Bu halda
DNT-nin sintezinə hazırlıq yəni (G
1
) mərhələsində
keçməli olan proseslər hələ telofaza mərhələsinin sonunda
baş verir. Elə ona görədir ki, bu hüceyrələr bölünmədən
əvvəl böyümürlər, əksinə bir müddət hər bölünmədən
245
sonra onlar kiçilirlər, odur ki, bir neçə ardıcıl bölünmə
nəticəsində onlar getdikcə kiçilirlər. Görünür bu
hüceyrələrdə insiator-zülal və RNT özündən əvvəlki
mitotik tsikldə sintez olunur. Eləcə də (G
1
) dövrü
fuzarium
miksomisetlərində,
bəzi xərçəng şişləri
hüceyrələrində və bəzi ibtidailərin bölünməsində rast
gəlmir. Hüceyrə tsiklində ən çox
Şəkil 60. Hüceyrələrin həyat təşkilinin sxemi:
M – mitoz, G
1
– pressintetik, S – sintetik, G
2
– postsintetik dövr.
əhəmiyyət kəsb edən dövr sintez dövrüdür (S). Sintez
dövrünün pozulması və ya dayanması ümumiyyətlə
hüceyrə tsiklinin dayanmasına səbəb olur. Təkcə
meyozda cinsi hüceyrələrin yetişməsi dövründə iki
bölünmə arasında S dövrü olmur. Hüceyrə tsiklikdə S
dövrünün müddəti DNT-nin peplikasiyası sürətindən
asılı olur. Məs: dəniz kirpisinin paralanma dövründə
olan hüjeyrələrində 30 dəq. orqanizmin rüşeym
hüceyrələrində isə bir neçə saat davam edir. 15 günlük
siçan rüşeyminin bağırsaq epitelisi hüceyrələrində S
dövrünə 7 saat, 18 günlük rüşeym hüceyrələrində isə
415 saat tələb olunur. S dövrünün getməsi üçün
246
hüceyrədə hələ (G
1
) dövründə başlamış RNT və
zülalların sintezi vacib şərtlərdəndir. S dövründə DNT
sintezi ilə yanaşı sitoplazmada histon zülallar sintez
olunaraq nüvəyə ötürülür və nüvə DNT-si ilə birləşir. S
dövründə həm də r-RNT-si sintez olunur ki, bu da (G
2
)
dövründə mitoza lazım olan zülalların sitnezində
istifadə olunur. Sintez dövrü başa çatdıqdan sonra
postsintetik dövrü (G
2
) başlayır. Bu dövr premitotik
dövr də adlanır. Çünki, bu dövrdən sonra xüsusi mitoz
başlayır. Postsintetik dövr interfazanın dövrləri içərisində
az vaxt tələb edir. Bəzi müstəsna hallarda məs. bəzi
zambaqçiçəklilərin
mikrosporosit
hüceyrələrində
sintezdən sonra birbaşa xüsusi mitozun profaza mərhələsi
başlayır. Bəzən isə əksinə hüceyrələr G
2
dövründə çox
qalırlar.
Məs:
siçanların
qulağının
epidermis
hüceyrələrində, cücələrin qida borusunun epiteli
hüceyrələrində və s. G
2
dövründə hüceyrələrdə RNT və
zülal sintezi davam edir və əsasən məlumat RNT-si
sintez olunur ki, bu da mitozun gedişinə sərf olunur. r-
RNT isə ondan əvvəl sintez olunaraq hüceyrənin
bölünməsini müəyyənləşdirən zülalların sintezində
iştirak edir. G
2
dövründə mitotik aparatın tərkibinə daxil
olan zülallar, xüsusilə tubulin sintez olunur. Məlum
olmuşdur ki, bir mitotik tsikldə sintez olunan tubulin
sonrakı mitozda da istifadə edilə bilər. Eləcə də G
2
dövründə növbəti mitozun G
1
dövrü üçün müəyyən qədər
RNT sintez olunur. Beləliklə məlum olur ki, interfazada
onun ayrı-ayrı dövrlərinə xas olan makromolekullar
sintez olunmaqla yanaşı G
2
növbəti G
1
üçün, G
1
də
növbəti S dövrü üçün, S dövründə isə növbəti G
2
dövrü
üçün də makromolekulların sintezinə hazırlıq gedir.
247
Hüceyrələrin bölünməsi və çoxalmasının müxtəlif
toxumalarda öyrənilməsi göstərmişdir ki, hüceyrələrin
ixtisaslaşması, differensiasiyaya uğraması prosesi nə
qədər yüksək olsa bir o qədər onların bölünmə
qabiliyyəti aşağı olur. Belə çıxır ki, hüceyrələr ya
differensasiyaya uğramalı və ya da bölünməlidir. Hər iki
proses birlikdə mövcud olur. Hər bir hüceyrə interfazada
hazırlıq dövrlərini keçdikdən sonra xüsusi mitoza daxil
olur. Xüsusi mitoz interfazaya nisbətən az vaxt tələb edir.
Ümumi mitotik tsiklə sərf olunan vaxtın 0,1 hissəsi
xüsusi mitoza sərf olunur. Məs: meristem hüceyrələrinin
bölünməsində interfazaya 16-30 saat vaxt tələb olunursa
xüsusi mitoza cəmi 1-3 saat sərf olunur. Yumurta
hüceyrələrinin paylanmasında bütün hüceyrə tsiklinə 1
saatdan da az vaxt sərf olunur. xüsusi mitoz bir neçə
mərhələdə keçir: profaza, metafaza, anafaza və telofaza
(şəkil 61).
Bu
mərhələlər
arasındakı
sərhəddi
dəqiq
müəyyənləşdirmək çətinlik törədir, çünki mitoz özü
fasiləsiz bir prosesdir və mərhələlər içərisində anafaza
mərhələsinə keçid olur, çünki bu mərhələ xromosomların
qütblərə hərəkəti ilə başlayır. Odur ki, anafazaya digər
mərhələlərə nisbətən az vaxt sərf olunur.
248
Şəkil 61. Mitoz bölünmə
1. Sxematik quruluşu. İnterfraza. A-erkən profaza, B-profaza,
C-metafaza, D-anafaza, E-erkən telofaza, F-
telofaza
2. Elektron mikroskopu ilə görünüşü
Profaza.
Bu
mərhələyə
interfazanın
G
2
məhələsində olan hüceyrələr daxil olurlar. Odur ki,
həmin hüceyrələrdə başlanğıc hüceyrəyə nisbətən DNT
iki dəfə çox olur. Profazanın əvvəlində nüvədə nazik
xromosom sapları-profaz xromosomları müşahidə
olunur. Bu xromosomların kondensasiyası nəticəsi
olaraq yaranır. Profaza inkişaf etdikcə xromosomlar
spirallaşır və qısalır. Odur ki, profazanın ortalarında hər
249
profaz xromosomunun iki bir-birinə qarşılıqlı sarılmır
və spirallaşmış xromatiddən ibarət olmasını görmək
mümkündür. Xromosomların kondensasiyası ilə yanaşı
nüvəciyin itməsi müşahidə olunur. Enyi zamanda nüvə
membranı nazikləşir və dağılmağa başlayır, nüvə
membranının məsamələri itir, membrana kiçik
fraqmentlərə parçalanır. Profazada baş verən ikinci əsas
məsələ iy tellərinin yaranmasıdır. İy tellərinin
yaranması profazada sentriolların iştirakı ilə və
sentriollarsız da baş verə bilər. Sentriollarsız iy telləri
ali bitkilərdə və bəzi ibtidailərdə yaranır. Heyvanlarda
isə iy telləri sentiolların iştirakı ilə yaranır.
Göbələklərdə və ibtidailərdə iy telləri nüvə daxilində də
yarana bilər. Bu halda mitozda nüvə membranı
dağılmır.
İy telləri iki cür olur: onlardan bir qrupu
hüceyrənin bir qütbündən digər qütbünə qədər uzanır və
fasiləsiz iy telləri adlanır. İkinci qrupu isə ikiləşmiş
xromosomlara birləşir və onların qütblərə çəkilməsini
təmin edir. Bunlar dartıcı, xromosomları qütblərə çəkən
iy tellər adlanır. Profaza mitozun bütün sonrakı
mərhələlərinin taleyini həll edir.
Dostları ilə paylaş: |