Azərbaycan Respublikası Təhsil Nazirliyi
MƏMMƏDHÜSEYN HÜSEYNOV
ÜMUMİ
SİTOLOGİYA
Bakı – 2015
FƏXRİNTAC ƏMİROVA
2
Dərsliyin elmi redaktoru: boil.e.d., prof.Qasımov N.A,
Rəyçilər:
boil.e.d., prof. Quliyev R.A.
boil e.d., prof.Qənbərov X.
Təqdim edilən dərslik Azərbaycan Respublikası təhsil
nazirinin 46-62-44 07/17 saylı əmri ilə təsdiq etdiyi
bakalvr təhsil pilləsi üçün nəzərdə tutulan proqram
əsasında tərtib edilmişdir. Dərslik V fəsildən ibarət
olub, I fəsil hüceyrələrin öyrənilmə üsulları, II fəsil
hüceyrə nəzəriyyəsi və hüceyrələrin quruluşu kimyəvi
və fiziki kimyəvi təşkili, III fəsil sitoplazma və onun
təşkili, IV fəsil nüvə və onun komponentləri, V fəsil isə
hüceyrələrin differensiasiyası və patalogiyasına həsr
edilmişdir.
Ümumi sitologiya dərsliyi təhsil nazirinin 11.07.2005-ci
il tarixli, 542 saylı əmri ilə qrif almış və ali məktəb
tələbələri üçün tövsiyə edilmişdir.
3
SİTOLOGİYA VƏ ONUN PREDMETİ
Sitologiya (yunanca sitos-hüceyrə, loqos-elm)
hüceyrə haqqında elm olub, hüceyrələrin quruluşunu,
onların funksiyalarını, özünütörətmə, regenerasiyasını,
mühitə uyğunlaşmasını və s. xassələrini öyrənir.
Sitologiya
həmçinin
ixtisaslaşmış
hüceyrələrin
xüsusiyyətlərini,
onların
xüsusi
vəzifələrinin
formalaşmasını və spesifik quruluş vahidlərinin
inkişafını öyrənir. Son 50 il ərzində sitologiya təsviri
morfoloji elmdən eksperimental elmə çevrilmişdir.
Onun qarşısında hüceyrənin fiziologiyasını öyrənmək
vəzifələri durur. Digər sözlə müasir sitologiyanı
hüceyrənin fiziologiyası adlandırmaq olar.
Sitologiyanın bu istiqamət alması onun biokimya,
biofizika, molekulyar biologiya, genetika və s.
elmlərinin nailiyyətlərindən istifadə etməsindən irəli
gəlmişdir. Hüceyrə haqqında təsəvvürlərin 1665-ci ildən
məlum olmasına baxmayaraq sitologiya digər biologiya
elmlərindən təxminən 100 il əvvəl ayrılmışdır. Belə ki,
ilk dəfə böyüdücü linzaların köməyilə Robert Huk
mantar kəsiyini müşahidə etmiş və onun arı pətəyinə
bənzər «qapalı boşluqlar»-dan ibarət olmasını aşkar
etmişdir. Həmin qapalı boşluqlara R.Huk “celluale” adı
vermişdir (“Celluale” latınca kiçik otaq, apartment,
hüceyrə mənasını daşıyır).Bundan sonra elmdə bir-
birinin ardınca bitki anatomiyasına aid tədqiqat işləri
aparılmışdır. A. Malpiqi (1667) və H. Qryu (1671)
R.Hukun müşahidələrini təsdiq edərək göstərmişlər ki,
bitkilərin
müxtəlif
hissələri
sıx
birləşmiş
4
«qovuqcuqlar»-torbacıqlardan
təşkil
olunmuşdur.
Sonradan holland Anton van Levenhuk (1680)
təkmilləşdirdiyi mikroskopla suda yaşayan birhüceyrəli
canlı orqanizmləri, heyvan hüceyrələrində eritrositləri
və spermatozoidləri müşahidə etdi. Daha sonra heyvan
hüceyrələrini F. Fontana (1781) təsvir etdi. Lakin bu və
digər tədqiqatlar hüceyrə quruluşunun universallığı,
onun quruluş xüsusiyyətləri haqqında tam məlumat
vermirdi.
Mikroskopun
kəşfi
və
təkmilləşməsinin
hüceyrənin
qurluşunun öyrənilməsində böyük
əhəmiyyəti olmuşdur. Bu dövrdə hüceyrə haqqındakı
ilkin təsəvvürlər dəyişilməyə başladı. Hüceyrə
qurluşunun təşkilində onun qılafına deyil, daxili canlı
möhtəviyyatına fikir verməyə başladılar. İlk dəfə Dryü
Carden,
Fon
Mol,
Şults
hüceyrənin
daxili
möhtəviyyatını öyrəndi. Yan Purkinye (1930)
hüceyrənin daxili, canlı maddəsini protoplazma
adlandırdı və hüceyrənin həyat fəaliyyətinin onun
qılafından yox, protoplazmasından aslı olduğunu qeyd
etdi.
1833-cü ildə R.Broun tərəfindən protoplazma
içərisində onun daimi quruluş vahidi olan nüvə kəşf
edildi. Bütün bu və digər kəşflərdən istifadə edərək
1938-ci ildə alman alimləri M. Şleyden bitki və T.
Şvann 1939-cu ildə heyvan hüeyrələri üzərində
apardıqları
tədqiqatlardan
aldıqları
nəticələri
ümumiləşdirərək hüceyrə nəzəriyyəsinin ilk iki
müddəasını formalaşdırdılar.
XIX əsrin ikinci yarısında bir tərəfdən
təbiətşünaslıq elminin müxtəlif sahələrinin (fizika,
5
kimya və s.) digər tərəfdən də mikroskopun
təkmilləşməsi hüceyrələrin hər tərəfli öyrənilməsinə
imkan yaratdı. Belə ki, XIX əsrin ikinci yarısında çox
hüceyrəli orqanizmlərdə hüceyrənin müstəqil deyil,
toxumanın bir hissəsi kimi fəaliyyət göstərməsi və
histologiyada toxumaların təsnifləşdirilməsinə cəhd
edildi. F. Leydiq (1853) və A. Keliker (1855) mövcud
məlumatları, toplanmış materialları ümumiləşdirərək
həmin dövrdə 21 növ toxumanı 4 tipdə qruplaşdırdılar.
XIX əsrin ikinci yarısında mikroskopun inkişafında
Y. Purkinyenin xidmətləri böyük olmuşdur, nəticədə
hüceyrə, toxuma və orqanlar haqqında yeni-yeni
məlumatlar əldə olundu.
Belə ki, 1859-cu ildə R. Reman amitozu kəşf etdi,
Virxov isə hüceyrə nəzəriyyəsinə yeni müddəa əlavə
etdi, eyni zamanda hüceyrə patologiyasının əsasını
qoydu.
1871-1879-cu illərdə bitkilərdə (İ.O.Çistiyakov) və
heyvanlarda
(P.İ.Peremejko, V.Fleminq) mitozun
təsvirini verdi. 1884-cü ildə O.Hertviq və E.Strasburqer
xromatinin irsiyyətin maddi daşıyıcısı olması hipotezini
irəli sürdülər.
1875-1876-ci illərdə O.Hertviq və E.Van Beneden
hüceyrə mərkəzini, 1898- ci ildə alman alimi R.Altman
mitoxondrini, 1899-cu ildə isə K. Holci hüceyrədaxili
tor aparatı (Holci kompleksi) kəşf etdi.
Elektron mikroskopunun (1933) kəşfindən sonrakı
qısa müddətdə hüceyrənin ultraquruluşu sahəsində
kəşflər genişləndi. Belə ki, 1954-cü ildə A.Rodin
6
peroksisomları kəşf etdi. 1955-ci ildə Q.Pallade
ribosomun və endoplazmatik şəbəkənin təsvirini verdi
K.de Dyuva isə 1955-ci ildə lizosomları kəşf etdi.
Bu kəşflər göstərdi ki, hər bir hüceyrənin həyat
fəaliyyəti və vəzifələri ilə əlaqədar olaraq onun
sitoplazmasında çox mühüm proseslər gedir.
1890-cı ildə Valdeyer tradeksansiya bitkisinin
tozcuğunun ana hüceyrəsini tədqiq edərkən hüceyrədə
rənglənən, sapvari quruluşa malik vahidlərə rast gəldi
ki, sonradan onlara xromosom (rənglənən cisimcik) adı
verildi.
Hələ bundan xeyli əvvəl 1865-ci ildə Q.Mendel
irsən keçmənin əsas qanunauyğunluqlarını kəşf
etmişdir. O, bu qanunları riyazi hesablamalarla aşkar
etmişdir. Elm aləmində vaxtında öz qiymətini almamış
bu kəşf 1900-cü ildə üç müxtəlif ölkədə hollandiyalı Q.
de Friz, alman K. Korrens və avstriyalı K. Çermak
tərəfindən müxtəlif bitkilər üzərində yenidən kəşf
edilmişdir.
İrsiyyətin xromosom nəzəriyyəsi isə Amerika alimi
T.Morqanın (1910) adı ilə bağlıdır.
O öz tədqiqatları ilə belə nəticəyə gəldi ki,
irsiyyətin daşıyıcıları olan genlər xromosomlarda
yerləşir.
Sitologiya elminin digər bioloji elmlərdən ayrılıb
sərbəst bir elm sahəsi kimi mövcud olması isə 1884-cü
ildə
J.B.Karnuanın
«Hüceyrə
biologiyası»
monoqrafiyasının nəşri ilə əlaqədar olmuşdur. C.B.
Karnua özündən əvvəlki sələflərinin hüceyrə haqqındakı
7
fikirlərini və özünün tədqiqatlarının nəticələrini
«hüceyrə
biologiyasında» ümumiləşdirmişdir .
Mişerin (1869) və Kasselin (1891) hüceyrələrdə
nuklein turşularını kəşf etməsi biokimya və sitologiya
elm sahələrinin yaranmasına gətirib çıxartmışdır.
Zülalların, DNT-nin və digər biopolimerlərin
molekulyar
səviyyədə
dəqiq
öyrənilməsi,
irsi
əlamətlərin nəslə ötürülməsində kod probleminin həlli
biomembranların həyatı funksiyasının aşkar edilməsi,
virusların quruluşu, reproduksiyası, təsir mexanizminin
kəşfi və s. XIX əsrin ən başlıca kəşflərindəndir. Bütün
bunlar biokimya, biofizika genetika, virusologiya
molekulyar genetika, biokibernetika, bioloji riyaziyyat,
bioenergetika kimi elm sahələrinin inkişaf etməsinə
təkan verir.
8
I FƏSİL
HÜCEYRƏNİN ÖYRƏNİLMƏ ÜSULLARI.
Adi gözlə çətin görünən və ya görünməyən obyektləri
müşahidə etmək üçün lupa və mikroskopların müxtəlif
növlərindən istifadə edilir.
Lupa — bir və ya bir neçə linzadan ibarət , nisbətən
çətin müşahidə olunan xırda əşyaların müşahidəsi üçün
nəzərdə tutulmuş sadə quruluşlu böyüdücü cihazdır.
İnsan fəaliyyətinin bir çox sahələrində
biologiya, tibb,
arxeologiya
, bank və zərgərlik işi, kriminalistika, saat və
radio elektron texnikasının təmiri zamanı istifadə
olunur.
Əl lupası – çərçivəyə taxılmış hər iki tərəfi qabarıq
linzadan ibarət xüsusi dəstəyi olan sadə böyüdücü
cihazdır (əşyanı 2-25 dəfəyə qədər böyüdə bilir). (Şəkil
1).
Şəkil 1. Əl lupası və
ştativli lupa
Ştativli lupa - əsasən stasionar şəraitdə işləmək üçün
daha əlverişlidir ( əşyanı 10-25 dəfəyə qədər böyüdür).
9
Əyri səthlərin bir sıra optik xüsusiyyətlərə malik
olması hələ çox qədim zamanlardan Evklid (miladdan
əvvəl 300-cü il) və Ptolomeyə (miladdan əvvəl 127-
151-ci illər) də məlum idi. Ancaq mikroskopun ixtirası
XVI-XVII əsrlərdə optikanın sürətli inkişafından sonra
mümkün oldu. XVI əsrdə Leonardo da Vinçi kiçik
obyektləri xüsusi böyüdücünün köməyi ilə daha yaxşı
görmək mümkün olması ideyasını irəli sürdü. İlk
mikroskopu isə 1590-cı ildə hollandiyalı Zaxari
Yansen icad etdi (Şəkil 2). Bu cihaz borunun içərisinə
yerləşdirilmiş iki linzadan ibarət idi.
Şəkil 2. Zaxari Yansenin mikroskopu
Onlardan biri obyekti böyüdür, digəri isə
böyüdülmüş obyekti yenidən böyüdürdü. Zaxariya
Yansenin mikroskopu 3 dəfədən 10 dəfəyə qədər
böyütmək qabiliyyətinə malik idi. Ancaq «Yanssen
mikroskopu»nun təkmilləşdirilməsində Qalileo Qaliley,
Leonard Eyler, Ernst Abbe kimi məşhur alimlərin də
böyük rolu oldu. 1674-cü ildə isə məşhur ingilis alimi
Robert Huk (1635-1703) daha güclü bir mikroskop icad
etdi (Şəkil 3).
10
Şəkil 3. Robert Huk, ixtira etydiyi mikroskop.
11
O, öz mikroskopu ilə mantar kəsiyinə baxanda
onun arı pətəyinə oxşar ayrı-ayrı gözcüklərdən ibarət
olduğunu gördü və Robert Huk bu gözcükləri “hüceyrə”
adlandırdı. Müasir sitologiyada hüceyrələri hərtərəfli
öyrənmək üçün müxtəlif tədqiqat üsullarından istifadə
edilir. Hüceyrələri və onların quruluş komponentlərini
öyrənmək
üçün
işıq,
təzadlı,
ultrabənövşəyi,
polyarizasiya və eləcə də molekulyar səviyyədə
hüceyrələri öyrənmək üçün elektron mikroskopları və
rentgen struktur analiz üsullarından istifadə edilir.
Elektron
mikroskopları
ilə
submikroskopik
quruluş vahidlərinin öyrənilməsi hüceyrə haqqında daha
dəqiq məlumatların əldə olunmasına imkan verir.
Hüceyrənin əksər quruluş vahidləri-mitoxondrilər,
plastidlər, Holci kompleksi, nüvə, nüvəciklər və s. adi
işıq mikrokopu ilə tədqiq edilir. Lakin hüceyrələrdə bir
sıra quruluş vahidləri var ki, onlar ancaq elektron
mikrokopları ilə tədqiq edilə bilər. Məs: ribosomlar,
membran,
sinanoptik
qovuqlar,
miofilomentlər,
xromosomların mikrofibriləri və s.
Digər tərəfdən işıq mikroskopunda öyrənilməsi
mümkün olan komponentlərin özlərinin daha dəqiq
öyrənilməsi üçün də elektron mikroskopları tələb
olunur.
İşıq mikroskopları. Müasir işıq mikroskopları
hüceyrə və onun komponentlərini 3600 dəfə böyüdür
12
(şəkil 4). Mikroskopun böyütmə imkanı işıq şüalarının
görünən spektrlərindən istifadə etməklə onun linzaları
və mikroskopun obyektivinin aperturasından asılı olub,
aşağıdakı düstur ilə müəyyən edilir:
sin
61
,
0
n
a
a - mikroskopun böyümə imkanı
- işıq dalğasının uzunluğu
n –işıq sındırma əmsalı
-şüaların difraksiya bucağıdır.
Şəkil 4. Müasir işıq mikroskopu
Məxrəcdə göstərilən
sin
n
-göstəricisi hər bir
obyektiv üçün dəyişməz rəqəm olub, apertura rəqəmi
adlanır. Bu rəqəm hər bir mikroskopun üzərində qeyd
13
olunur. Apertura rəqəmi nə qədər çox olsa mikroskopun
böyütmə imkanı o qədər çoxalır. Odur ki, mikroskopdan
istifadə etdikdə onun böyütmə imkanını artırmaq olar.
Bunun üçün obyektivin apertura rəqəmini artırmaq və
işıq dalğasının uzunluğunu qısaltmaq lazımdır.
Obyektivin apertura rəqəmini artırmaq üçün
immersion obyektivlərindən istifadə etməklə tədqiq
edilən obyektlə obyektiv arasına bir damla immersiya
məhlulları-su (n = 1.33), qliserin (n = 1,45), kedr yağı
(n = 1.55) əlavə olunur.
Adi obyektdən istifadə etdikdə isə obyektlə
obyektiv arasında hava olur ki, onun da işıq sındırma
əmsalı
1
n
-dir. Beləlikə, düsturda məxrəcin qiymətini
artırmaqla kəsrin qiyməti azalır, deməli mikroskopun da
böyütmə imkanı artır. İşıq dalğasının uzunluğunu
azaltmaqla da mikroskopun böyütmə dərəcəsini
artırmaq olar. Bunun üçün isə işıq mənbəyi kimi dalğa
uzunluğu qısa olan (0,290 mkm) ultrabənövşəyi
şüalardan istifadə edilir. Lakin mikroskopların böyütmə
imkanını müəyyən hüduda qədər artırmaq olar. Müasir
mikroskoplarda görünən ən kiçik hissə dalğa
uzunluğunun 1/3 hissəsi ölçüsündə olur(Şəkil 5).
14
Şəkil 5. Müasir işıq mikroskopu
(son modellərdən biri)
Bu o deməkdir ki, dalğa uzunluğu 0,400-0,750
mkm olan görünən işıqlardan istifadə etməklə 0,2-0,3
mkm ölçüsündə obyekti mikroskop altında görmək
mümkündür. Hazırda işıq mikroskoplarının müxtəlif
(BTM-1, BTM-2, BTM-3, BTM-6 və s.) markaları
mövcuddur. Bu mikroskoplarda obyekt görünən işıqla
işıqlanır. Bu mikroskoplardan hüceyrənin quruluşunu,
morfologiyasını öyrənmək üçün istifadə olunur. Lakin
bu mikroskoplarla adətən fiksə edilmiş hüceyrələr
öyrənilir. Mikroskopun böyümə dərəcəsini artırmaqla
heç də hüceyrədə mövcud olan bütün quruluş
elementlərini müşahidə etmək mümkün deyil. Ona
görədə fiziki və kimyəvi xüsusiyyətlərinə görə müxtəlif
olan hüceyrələri öyrənmək üçün mikroskopiyanın fərqli
üsullarından istifadə olunur.
15
Fazalı-təzadlı mikroskopiya. Bu mikroskop
əsasən üç hissədən ibarətdir. 1-axromat-obyektivlər
yığımı, 2-dairəvi diafraqma yığımından ibarət fazalı-
təzadlı kondensator. 3-revolver.
Adi işıq mikroskopuna fazalı-təzadlı qurğunun
əlavə edilməsi tədqiq olunan obyektivin təzadlılığını
artırır (Şəkil 6). Şəffaf preparatın ayrı-ayrı sahələri işıq
sındırma əmsalına görə bir-birindən fərqləndiyindən işıq
mikroskopuna əlavə edilmiş faza-təzadlı qurğunun
köməyilə həmin hissələrdən keçən işıq fazalarının
yerdəyişməsi baş verir. İşıq dalğalarının faza
obyektindən keçərkən dəyişməsi gözlə görünən müxtəlif
amplitudalı dalğaların yaranmasına səbəb olur. Bu da
preparatın gözlə qavranıla bilən rəngdə görünməsinə
səbəb olur. Fazalı-təzadlı mikroskopiya üçün əvvəlcə
əzilən damcı preparatı hazırlanır, faza-təzadlı obyektlər
və okulyar işçi vəziyyətə gətirilir.
Fazalı-kontrast
mikroskopiya
üçün
işıq
mikroskopu, İO-7 və ya 10-9 işıqlandırıcılarından, KF-1
və ya KF-4 faza-təzadlı qurğularından istifadə edilir.
Şəkil 6. Faza-təzadlı mikroskopun optik sistemi: 1-
yayılan işıq; 2-yayılmayan işıq; 3-xəyalın müstəvisi; 4-
həlqəvi opertura; 5-obyektin müstəvisi; 6-obyektiv; 7-
fazalı lövhə; 8-interferensiya.
16
İnterferensiya mikroskopları – interferensiya
mikroskopları da iş prinsiplərinə görə fazalı-təzadlı
mikroskoplara oxşayır. Belə ki, işıq mənbəyindən düşən
paralel işıq şüaları mikroskopa əlavə edilmiş xüsusi
qurğular vasitəsilə iki şaxəyə ayrılır. Şaxələrdən biri
obyektdən keçir və rəqs fazası dəyişilir, digər şaxə isə
obyektdən keçmədən obyektivə düşür. Mikroskopun
obyektinin prizmasında hər iki işıq şüası dəstəsi birləşir
və öz aralarında interferensiyaya uğrayır. İnterferensiya
nəticəsində qalınlığı və işıq sındırma əmsalı müxtəlif
olan hüceyrə komponentləri kontrastlığına görə bir-
birindən fərqlənərək rənglənir və tədqiq edilir.
Polyarizasiya mikroskopları – polyarizasiya
mikroskopları hüceyrədə iki qat işıq sındırma
qabiliyyətinə malik anizotrop quruluşları öyrənmək
üçün istifadə olunur. Məs: Mitotik aparatın iy tellərinin,
miofibrillərin quruluşunun öyrənilməsi üçün bu
mikroskoplardan istifadə edilir. Belə mikroskopların
kondensorunun qarşısında xüsusi qurğu-polyarizator
yerləşdirilir ki, həmin qurğu işıq şüasını polyarizasiya
müstəvisindən buraxır. Polyarizator və analizator island
şüşəsindən hazırlanmış prizmadır. Əgər ikinci prizmanı
– analizatoru birinciyə nisbətən 90
0
döndərsək işıq
ondan keçməyəcək. Bu cür çarpazlanmış prizmaların
arasında ikiqat işıq sındırma qabliyyətinə malik olan
(işıq polyarlaşdıran) obyekti qoyduqda o, qaranlıq görüş
dairəsində işıqlanaraq görünəcəkdir. Polyarizasiyalı
mikroskop vasitəsilə bitkilərin qlafında mitsellərin
səmtləşmiş mövqeyini aydın görmək mümkün olur.
17
Qaranlıq görüş dairəli mikroskoplar. Bu
mikroskoplarla tədqiqat aparmaq üçün adi bioloji
mikroskoplara xüsusi kondensor əlavə edilir. Qaranlıq
sahəli kondensor xarici korpusdan daxili patronda
yerləşən
optik
hissədən
müdafiə
və
dairəvi
diafraqmadan ibarətdir. Bu kondensor adi mikroskopun
kondensorundan fərqli olaraq işıq mənbəyinin ancaq, ən
maili şüalarını keçirir. Kənar şüalar isə maili
olmadığından obyektivə düşmür. Ona görə də görüş
dairəsi qaranlıq görünür. Obyektivə ancaq obyektdən
əks olunan şüalar düşür. Həmin şüalar obyektin parlaq
işıqlanan kənarlarının xəyalını əmələ gətirir. Nəticədə
yan tərəflərdən işıqlandırılan obyekt qaranlıq sahə
fonunda müəyyən edilir.
İşıq mikroskopuna bərkidilmiş qaranlıq sahəli
kondensor mikroskopa yan tərəfdən düşən şüaları
keçirtdiyi üçün qaranlıq sahədə kəskin yan kontrats
yaradır. Ona görə də adi mikroskoplarla görünməyən
məsafədə asılı vəziyyətdə olan ən kiçik hissəcikləri belə
kondensorun kiçik deşiyindən keçən güclü işıq şüaları
dəstəsinin təsirindən qaranlıq sahədə görmək olur.
Adətən müxtəlif optik sıxlıqda olan quruluşlar ümumi
qaranlıq fonda işığı müxtəlif dərəcədə səpələyir (tindal
effekti).
Qaranlıq
görüş
dairəsində
müxtəlif
canlı
hüceyrələri
öyrənmək
olur.
Qaranlıq
sahəli
mikroskopiyada həm təbii, həm də süni işıqdan istifadə
olunur. Süni işıq üçün İO-7 və İO-19 işıqlandırıcı
qurğulardan istifadə etmək olar.
18
Ultrabənövşəyi
işıq
mikroskopları.
Ultrabənövşəyi şüalar insan gözü tərəfindən qəbul
edilmir. Odur ki, hüceyrələrin və onların quruluş
vahidlərinin bilavasitə ultrabənövşəyi şüalarla adi
mikroskopda
öyrənilməsi
mümkün
deyil.
Q.M.Brumberqin
icad
etdiyi
ultrabənövşəyi
mikroskopları hüceyrə tərkibinə daxil olan maddələrin
əksəriyyətinin ultrabənövşəyi şüaları udaraq özünə xas
spektrini yaratması prinsipinə əsaslanır. Bu cür
mikroskop vasitəsilə istər canlı istərsə də fiksə edilmiş
hüceyrələri tədqiq etmək olar.Müxtəlif şəffaf və rəngsiz
obyektlər qısadalğalı ultrabənövşəyi şüaları udduqdan
sonra fərqli spektrə malik olur.Obyektin qısadalğalı
ultrabənövşəyi şüaları udma intensivliyindən və
xarakterindən asılı olaraq onun adi işiq mikroskopu ilə
görə və öyrənə bilmədiyimiz hissələrini görə bilir və
tədqiq edə bilirik. Son dövrlərdə
ultrabənövşəyi mikroskopiya tədqiqat üsulu kimi tibbdə
və
biologiyada
geniş
istifadə
olunur.
Çünki
ultrabənövşəyi şüalar fonunda canlı hüceyrədə gedən
müxtəlif bioenergetik proseslərlə müşahidə olunan
hadisələri öyrənmək olar. Ultrabənövşəyi şüaların dalğa
uzunluğu (0,290 mkm) görünən işıq şüalarından (0,400-
0,700 mkm) xeyli qısa olduğundan bu mikroskopların
böyütmə imkanı adi işıq mikroskoplarından qat-qat
yüksəkdir. Əgər adi işıq mikroskoplarında 0,2-0,3 mkm
ölçüdə hüceyrə quruluşu tədqiq etmək mümkünsə,
ultrabənövşəyi işıq mikroskoplarında isə 0,11 mkm
ölçüdə obyekti tədqiq etmək mümkündür.
19
Ultrabənövşəyi işıq mikroskopları vasitəsilə
hüceyrədəki bu və digər maddələrin miqdarının
öyrənilməsi,
hüceyrələrin
quruluş
vahidlərinin
fotoşəkillərinin çəkilməsi də mümkündür.
Dostları ilə paylaş: |