Dərsliyin elmi redaktoru: boil e. d., prof. Qasımov N. A, Rəyçilər: boil e. d., prof. Quliyev R. A



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə9/19
tarix23.02.2017
ölçüsü2,8 Kb.
#9290
növüDərs
1   ...   5   6   7   8   9   10   11   12   ...   19

 

 
151 
LİZOSOMLAR. 
 
Lizosomlar  ilk  dəfə  De  Dyuv  tərəfindən  1955-ci 
ildə  elektron  mikroskopu  vasitəsilə  kəşf  edilmişdir. 
Ölçüsü  0,2-0,4  mkm  olan  torba  şəkilli  struktur  olub,  7 
nm  qalınlığında  bir  qat  membrana  malikdirlər. 
Lizosomlar  öz  başlanğıcını  diktiosomlardan  alır. 
Onların  içərisində  60-a  qədər  fəal  fermentlər:  turş 
fosfotaza,  nukleoaza,  turş  ribonukleaza,  proteazalar, 
qlikozidazalar 
(B-qlükuronidaza, 
B-qalaktoidaza), 
esteraza  və  s.  vardır.  Ümumiyyətlə  bu  fermentlər 
hidrolitik  fermentlər  olub,  zülalların,  yağların, 
karbohidratların, nuklein turşularının və daha mürəkkəb 
maddələrin  parçalanmasında  iştirak  edir.  Lizosom 
membranı fermentlərin hüceyrəyə qarışmasının qarşısını 
alır.  Hüceyrədəki  lizosomlar    morfoloji  cəhətdən  bir-
birindən fərqlənirlər (şəkil 41). 
 Onların içərisində dörd tip lizosom ayırd edilir: 
1.
 
İlkin lizosomlardır, onların ölçüsü 100 nm olub, 
içərisi  turş  fosfataz  ilə  zəngin  olan  struktursuz 
maddə  ilə  doludur.  Bunlar  diktiosomlardan 
başlanğıc alır; 
2.
 
 Sonradan  yaranan  lizosomlar.  Bunlar  ilkin 
lizosomların 
faqositə 
olunan 
hissəciklə 
qarışmasından əmələ gəlir; 
3.
 
Autofaqosom;  
4.
 
Qalıq cismi. 
 
   Göstərilən  bu  formalar  lizosomun  fəaliyyəti  ilə 
əlaqədar olaraq yaranır. 

 
152 
Hüceyrədə  bərk  cisimciklərin,  qida  maddələrinin, 
ölmüş  toxuma  hissələrinin  udulub,  sonra  hüceyrə 
daxilində  həzm  olunması  prosesi  faqositoz  adlanır. 
Faqostitoz  zamanı  sitoplazmatik  membran  udularaq 
maddə  ilə  birlikdə  hüceyrənin  daxilinə  doğru  çökür  və 
faqositoza  uğrayan  hissəcik  ətrafında  qovuqcuq  əmələ 
gəlir.  Ona  faqosom  deyilir.  Bu  zaman  ilkin  lizosomlar 
faqosoma yaxınlaşaraq möhtəviyyatın faqosoma tökür və 
həzm  vakuolu  yaranır.  Hüceyrə  daxili  həzm  vakuolu 
sonradan  yaranan  nisbətən  iri  lizosomdur.  Lizosomun 
fermentlərin təsirindən həzm vakuolundakı qida maddələri 
parçalanaraq hüceyrə tərəfindən mənimsənilir. 
Lakin  faqosomdakı  bəzi  maddələr  tam  həll  olmur. 
Bu  zaman  lizosomlar  telelizosom  və  ya  qalıq  cisminə 
çevrilir.  Lipid  təbiətli  maddələrin  qalığı  hüceyrədə  qatlı 
cisimcik kimi onun ömrünün axırına qədər saxlanılır. 
Piqment  maddələri  də  hüceyrədə  axıra  kimi 
saxlanılır.  Məsələn,  insanda  qocalma  ilə  əlaqədar  olaraq 
beyin, əzələ, qara ciyər hüceyrələrində piqmentlər toplanır 
və  hüceyrənin  ömrünün  sonuna  kimi  saxlanır.  Bunlar 
qocalma piqmenti olan lipofussinlərdir. 
 
 
 

 
153 
 

 

 

Şəkil 41. Lizosomun quruluşu. a – faqositoz edici hüceyrələrdə lizosom: 1 – nüvə; 2 – 
Holci aparatı;          3 – mitoxondri; 4 – ikincili lizosom 30.000 (İ.K.Rolana gorə). b 
–  qlikogenlərin  toplanması  nəticəsində  lizosom  xəstəliyi  –  Pompa  (lizosomal-
hidrolaza  fermentinin  çatışmaması  nəticəsində  qaraciyərdə  qlikogen  parçalanmır, 
tədricən lizosomu doldurur) x 30.000.        j – qlikogenlə tamamilə dolmuş lizosom. x 
40.000       (b, j – K. de Dyuva görə). 
 
Lizosomlar  eukariot  hüceyrələrin  hamısında, 
prokariotlardan  isə  birhüceyrəli  ibtidai  bitkilərdə, 

 
154 
göbələklərdə,  ibtidai  heyvanlarda  rast  gəlinir.  Lakin 
lizosomlar  müxtəlif  hüceyrələrdə  müxtəlif  miqdarda 
olurlar.  Heyvanlarda  ən  çox  lizosomlar  readbsorbsiya 
gedən hüceyrələrdə, zülal və başqa komponentləri udan, 
həll 
edən 
hüceyrələrdə 
rast 
gəlir. 
Məsələn, 
makrofaqlarda,  leykositlərdə,  böyrək  və  qaraciyər 
hüceyrələrində lizosomlar daha çox olur. Udma və həll 
etmə  funksiyasından  başqa,  lizosomlar  hüceyrə  daxili 
məhlulların  dəyişməsində  də  böyük  rol  oynayırlar. 
Məsələn,  qalxanvari  vəzinin  endoplazmatik  şəbəkəsi 
üzərində  tiroid  hormonunun  sələfi-  tiroqlobulin  sintez 
olunur.  Tiroqlobulin  Holci  kompleksinin  kanalları  ilə 
qalxanvari vəzin follikula boşluğuna daşınır. Hormonal 
stimulyasiya  zamanı  yodlaşmış  tiroqlobulin  yenidən 
pinositoz  vasitəsilə  qalxanvari  vəzi  hüceyrələrinə  daxil 
olur.  Tiroqlobulin  daşıyan  pinositoz  vakuolları  ilkin 
lizosomla  qarışır,  lizosomun  fermentləri  tiroqlobulini 
nisbətən  parçalayaraq  (hidroliz)  onu  tiroksinə-tiroid 
hormonuna  çevirir.  Sonradan  isə  tiroksin  qana  daxil 
olaraq öz vəzifəsini yerinə yetirir. 
Bundan başqa lizosomlar  autofaqasitoz prosesində 
də iştirak edirlər. Hüceyrənin həyat fəaliyyəti dövründə  
zədələnmiş 
qocalmış 
hüceyrə 
komponentləri 
(mitoxondrilər,  Holci  kompleksi  və  s.)  lizosomların 
iştirakı ilə həll olunur. Bu zaman ilkin lizosomlar həmin 
komponentin  ətrafında  düzülür,  kanalları  birləşərək 
komponenti  öz  daxilinə  alırlar.  Əmələ  gəlmiş  vakuol 
autofaqosit 
vakuolu 
adlanır. 
Lizosomların 
fermentlərinin 
təsirindən 
həmin 
komponentlər 
parçalanır,  parçalanma  məhsulları  hüceyrə  tərəfindən 

 
155 
mənimsənilir,  mənimsənilməyən  hissələr  qalıq  cismi 
kimi  hüceyrədə  toplanır.  Odur  ki,  lizosomlar 
hüceyrədaxili təmizləyici rolunu oynayır. Maraqlıdır ki, 
normal 
şəraitdə 
metabolik 
stresslər 
zamanı 
autofaqosomların  hüceyrədə  miqdarı  artır.  Hüceyrələr 
zədələndikdə də lizosomların miqdarı artır. 
Son  illər  tədqiqatçılar  öyrənmişdirlər  ki,  müxtəlif 
patoloji  proseslər  zamanı  lizosomların  miqdarı  dəyişir. 
Lizosomların  hüceyrədə  çoxalması  və  ya  azalması 
genetik  amillərlə  vəya  müxtəlif    iltihab  prosesləri  ilə 
əlaqədar  ola  bilər.  Hər  bir  hüceyrənin  funksiyasından 
asılı  olaraq  onun  lizosomunun  tərkibində  xüsusi 
fermentlər  olur.  Məsələn  spermi  hüceyrələrinin 
lizosomlarında  digər  fermentlərlə  yanaşı  qialuronidaza 
proteaza  fermentləri  də  olur  ki,  o  da  mayalanma 
prosesində  müəyyən  rol  oynayır.  Odur  ki,  mayalanma 
prosesində də lizosomların müəyyən iştirakı vardır. Belə 
ki,  tərkibində  hidrolitik  fermentlərdən  nialuronidaza  və 
proteaza  olan  lizosom,  spermi  hüceyrəsinin  membranı 
ilə  birləşib  yumurta  hüceyrəsi  üzərinə  tökülür  və  onun 
membranını  əridərək  spermi  hüceyrəsi  ilə  birləşməsinə 
səbəb olur.  
Bəzi 
hallarda 
hüceyrədən 
çıxaraq 
öz 
möhtəviyyatını  hüceyrədən  kənara  tökürlər.  Məsələn, 
neyrospor  göbələklərdə  lizosomların  hidrolazaları 
hüceyrədən  kənara  tökülərək  hüceyrə  xarici  proteoliz 
hadisəsini yaradır. 
Lizosomlar aşağıda qeyd edilən funksiyaları yerinə 
yetirirlər: 
1.
 
Hüceyrə daxili həzmi reallaşdırırlar. 

 
156 
2.
 
Faqositozda iştirak edirlər. 
3.
 
Mitoz  prosesində  nüvə  membranının  həll 
edilməsində fəal rol oynayırlar. 
4.
 
Hüceyrədaxili  regenrasiya  prosesini  həyata 
keçirirlər. 
5.
 
Autolizdə 
 
iştirak 
edirlər 
(hüceyrənin 
ölümündən sonra özünüdağıtma prosesi). 
          
 
 
P
EROKSİSOMLAR 
     
Peroksisomlar-xaricdən  tək qatlı membranla əhatə 
olunmuş,  diametri  0,3-1,5  mkm  olan  vakuollaşmış 
törəmələrdir.  Peroksisomlar  lizosomları  xatırladan 
orqanoidlərdir,  lakin  15-ə  qədər  endogen  peroksidlərin  
parçalanması  üçün  lazım  olan  fermentləri  peroksidaza, 
katalaza və s. daşıyır. Elektron mikroskopunda sferik və 
ellipsvari  möhkəm  əsası  olan  qovuqcuqlar  şəklində 
görünür.  Saya  endoplazmatik  şəbəkədən  qovuqcuq 
şəklində  ayrılaraq  yaranır.  Sonradan  bu  qovuqcuqlara 
ayrıca  sitozolda  və  yaxud  endroplazmatik  şəbəkədə 
sintez  olunan  fermentlər  miqrasiya  edir.  Mərkəzində 
özək  və  ya  nukleoid  yerləşir.  Özək  yerləşən  hissədə 
xüsusən  qaraciyər  hüceyrələrinin  perioksisomlarında, 
fibril  və  qovuqcuqlardan  ibarət  kristalvari  strukturlar 
görünür. 
Peroksisomlar 
ibtidai 
orqanizmlərdə 
(amyöbalarda,  maya  göbələklərində)  ali  bitkilərdə 
onların  embrional  toxumalarında  (endosperm)  və  yaşıl 
hissələrində  həm  də  adi  onurğalı  heyvanların  qaraciyər 

 
157 
və  böyrək  hüceyrələrində  təsadüf  edilir.  Məsələn, 
siçovulların  qaraciyər  hüceyrələrində  peroksisomların 
sayı 70-100 arasında dəyişir. 
Çox  vaxt  peroksisomlar  endoplazmatik  şəbəkənin 
membranı  ilə  sıx  birləşmiş  şəkildə  olur.  Amma  yaşıl 
bitkilərdə  isə  peroksisomlar  mitoxondri  və  plastidlərlə 
sıx əlaqədə olur. 
İlk  dəfə  peroksisomlar  qaraciyər  və  böyrək 
hüceyrələrindən  alınmışdır.  Peroksisom  fraksiyalarında 
hidrogen-peroksidin  metobalizmi  ilə  əlaqədər  olan 
fermentlər  alınmışdır.  Bu  fermentlər  (oksidaza,urat-
oksidaza,  oksidaza  –  d  aminturşusu)  amin  turşularını 
oksidləşdirib  dezaminləşdirəcək  fermentlərə  aiddir, 
onların  fəaliyyəti  nəticəsində  hidrogen  peroksid  və 
katalaza  əmələ  gəlir,  katalaza  sonradan  hidrogen 
peroksidi 
parçalayır. 
Qaraciyər 
hüceyrələrinin 
peroksisomlarında  katalazanın  miqdarı  matriksdə 
yerləşən bütün zülalların 40%-ə çatır. 
Peroksisomların funksiyası: 
1.
 
Mitoxondrilərlə  bərabər  oksigen  sərf  edən 
orqonoidlərə 
aiddir. 
Nəticədə 
güclü 
oksidləşdirici olan  hidrogen-peroksid yaranır; 
2.
 
Katalaza  fermentinin  köməyi  ilə  peroksidin 
artığını  parçalayır  və  nəticədə  hüceyrəni 
ölümdən qurtarır; 
3.
 
Peroksisomların 
özlərində 
sintez 
olunan 
peroksidlər  vasitəsilə  ekzogen  mənşəli  toksik 
maddələri  parçalayır  (detoksikasiya).  Belə 
funksiyaları  qaraciyər  və  böyrək  hüceyrələri 
yerinə yetirir; 

 
158 
4.
 
Hüceyrənin 
metobalizmində 
iştirak 
edir: 
peroksisomların  fermentləri  yağ  turşularının 
parçalanmasını kataliz edir, amin turşularının və 
digər maddələrinin mübadiləsində iştirak edirlər. 
Peroksisom  xəstəlikləri  adlanan  patalogiyalar 
mövcuddur, 
bunlar 
peroksisom 
fermentlərinin 
deffektləri  ilə  xarakterizə  olunur.  Uşaqlıq  dövründə 
ölümlə nəticələnir. 
Sferosomlar – birqatlı membranla örtülən və bitki 
hüceyrələrində  rast  gəlinən  bu  kiçik  vakuollar  yüksək 
işıq  sındırma  əmsalına  malik  olduğu  içün  işıq 
mikroskoplarında asanlıqla müşahidə olunurlar.  
Sferosomlar 
endoplazmatik 
şəbəkənin 
elementlərindən formalaşırlar. 
Onların böyüməsi və tərkibinin yenidən qurulması 
onlarda  yağların  toplanması  ilə  bağlıdır.  Sonradan  isə 
tədricən sferosomlar yağ qatlarına çevrilirlər.           
Bütün  tədqiq  edilən  sferosomların  tərkibində 
yağlardan  başqa  zülallar  və  lipaza    fermenti  müşahidə 
edilmişdir. 
 
 
 
 
 
 
MİTOXONDRİLƏR 
 
Hər bir hüceyrənin  daimi orqanoidlərindən biri də 
mitoxondrilərdir.  Onlar  1890-ci  ildə  alman  alimi  R. 

 
159 
Altman  tərəfindən  kəşf  edildi.  Maraqlıdır  ki,  Altman 
mitoxondriləri  hüceyrəyə parazitlik etmək məqsədi ilə 
daxil  olan  və  sonradan  sinbiotik  olan  bakteriya  hesab 
edirdi(mitoxondrilərin 
yaranmasının 
simbiotik 
nəzəriyyəsi  ilə  hal-hazırda  da  bir  çox  tədqiqatçılar 
razılaşırlar).  Mitoxondrilərin  forma  və  ölçüləri  çox 
müxtəlif  olur.  Onlar  işıq  mikroskopunda  yumru,  oval, 
çubuq  şəkilli,  sap  şəkilli  və  ya  şaxələnmiş  formada 
görünürlər  (şəkil  42).    Mitoxondrilər  nəinki  müxtəlif 
hüceyrələr  də  müxtəlif  olur,  hətta  hüceyrənin 
funksional  fəallığından  asılı  olaraq  onun  formaları 
dəyişə  bilər.  Eləcə  də  hüceyrəyə  müxtəlif  amillərlə 
təsir  etdikdə  məs:  mühitin    PH-ı,  osmotik  təzyiqi, 
temperaturu  dəyişdikdə  mitoxondrinin  bir  forması 
digər  formasına  keçə  bilir.  Bəzən  eyni  hüceyrədə 
mitoxondrinin    tutduğu  mövqedən  asılı  olaraq  onun 
forması müxtəlif olur:  

 
160 
 
 
Şəkil 42. Bitki və heyvan hüceyrələrində mitoxondrlərin müxtəlif 
formaları:    a – spirogira yosunu; b – diatom yosunu; v – göbələk hifləri; q – 
nərgizin spermatofiti; d – miksomicitin plazmodisi; 1 – infuzoriya; z – meduza 
hüceyrəsi; i – insanın beyin hüceyrəsi; k – qurbağanın udlaq hüjeyrəsi;   m – 
siçanın böyrək hüceyrəsi; n - siçanın beyin  hüceyrəsi; c -insanın onurba beyin 
böyümələri hüceyrəsi. 
 

 
161 
Məsələn, 
bağırsağın 
epiteli 
hüceyrələrində 
mitoxondri  nüvənin  üstündə  və  nüvə  ətrafında  olanda 
çubuq  şəklində, hüceyrənin bazal hissəsində olanda isə 
dənə  şəklində  olur:  Məsələn,  yumru  mitoxondrilərin 
diametri  0,2-1  mk,  çubuq  şəklində  mitoxondrilərdə  7 
mk-a  qədər,  sap  şəkilli  mitoxondrilərdə  isə  15-20  mk 
olurlar. Mitoxondrilərin miqdarı da hüceyrədə müxtəlif 
olur. Bəzi həşəratların yetkin sperma hüceyrələrində 5-
7,  siçanın  qaraciyər  hüceyrələrində  2500-ə  qədər  olur. 
Ən  çox  mitoxondri  (300,000)  oosit  hüceyrələrində 
nəhəng 
amyöbada 
(500.000)-ə 
qədər 
olur. 
Mitoxondrinin 
miqdarı 
hüceyrənin 
funksional 
fəallığından  asılı  olaraq  dəyişir.  Məlum  olmuşdur  ki, 
uçan  quşların  döş  qəfəslərindəki  hüceyrələrində  
mitoxondrilərin  miqdarı,  uçmayan  quşların  həmin 
hüceyrələrindəki  mitoxondrilərin  miqdarından  qat-qat 
artıqdır.  Ontogenezin  müxtəlif  mərhələlərindən    asılı 
olaraq  mitoxondrilərin  miqdarının  da  dəyişməsi  də 
məlumdur.  Məsələn:mitoxondrilər  cavan  rüşeyim 
hüceyrələrində 
qocalara 
nisbətən 
çox 
olur. 
Mitoxondrilərin 
mövqeyi 
müxtəlif 
hüceyrələrdə 
dəyişkən  olur.  Əksər  hüceyrələrdə  onlar  sitoplazmada 
bərabər  paylanırlar.  Məs:  sinir,  epiteli  hüceyrələrində 
ibtidailərin 
hüceyrələrində 
və 
s. 
Stekretorre
 
hüceyrələrində  isə  mitoxondrilər  bilavasitə  sekret  ifraz 
olan sahədə toplanırlar. 
Balıqların  qəlsəmə  epiteli  hüceyrələrində  qan 
damarlarının  divarları  ətrafında,  xaricə  doğru  yönəlmiş 
hüceyrələrdə mitoxondri daha çox toplanır. Daha doğrusu 
onlar  oksigenin  hüceyrələrdə  daha  çox  daxil  olduğu 

 
162 
yerlərdə  toplanırlar.  Ürək  əzələsi  hüceyrələrində,  cinsi 
hüceyrələrdə mitoxondrilər nüvəni əhatə edirlər. 
Canlı  hüceyrələrdə  mitoxondrilər,hərəkət  edirlər, 
yerlərini  dəyişirlər,  bəzən    bir-biri  ilə  birləşərək 
hüceyrənin  bir  nahiyyəsindən  digərinə  keçirlər. 
Bağırsaqdakı  entoamyöbada  mitoxondri  olmur.  Çünki, 
onlar  anaerob  şəraitdə  yaşayırlar.  Kimyəvi  cəhətdən 
mitoxondrilər  çox  mürəkkəbdirlər.  Onun  tərkibində 
zülallar (60-70), yağlar (25-30), DNT, RNT, fosfolipidlər, 
vitaminlərdən  A,  B-12,  B-6,  K,  E  və  s.  vardır. 
Mtoxondrinin tərkibində enerji mübadiləsində iştrak edən 
fermentlərdən  suksinatdehidroginaza,  sitoxromoksidaza, 
fumoratdehidrokinaza,  malatdehidrokinaza  və  s.  vardır. 
Eləcə  də  Krebs  tsiklinə  daxil  olan  fermentlərin  hamısı 
mitoxondrilərdə  tapılmışdır.  Elektron  mikroskopu  ilə 
mitoxondrilərin  ultrastrukturları  öyrənilmişdir  (şəkil  43). 
Elektron  mikroskopunda  olan  ikiqat  membranla  örtülü 
olması görünür: 1. Xarici membran və 2. Daxili membran. 
Xarici  membran  onu  matriksdən  ayırır.  Onun  qalınlığı  7 
nm  olub,  sitoplazmanın  hər  bir  membran  strukturu  ilə 
əlaqədə  olmur.  Mtoxondrilərin  daxili  maddəsi  homogen 
olub,  matriks  adlanır.  Daxili  membranla  xarici  membran 
arasında 10-20 nm sahə var. Daxili membran mitoxondri 
matriksi  içərisinə  doğru  qatlanmış  olur  və  çoxlu  qırışlar 
təşkil edir. 
 
 
 
 
 

 
163 
 
 
                                                             
a                                                         b                                                              
 
Şəkil 43. Mitoxondrinin quruluşu: a – aksolotun qaraciyər hüceyrələrində 
Altman metodu ilə müəyyən edilmiş dənəvər şəkilli mitoxondirlər; 
b – mitoxondrinin elektron mikroskopunda görünüşü:  
1 – xarici membran; 2 – daxili membran; 3 – matriks;  
4 – kristlər; j – mitoxondrinin ultura mikroskopik quruluş sxemi: 1–kristlər; 2– 
oksisomlar (b, j – K. de Dyuva  görə) 
 
 
 
Daxili  və  xarici  membran  üzərində  fermentlər 
sistemi  müəyyən  ardıcıllıqla  və  qanunauyğun  surətdə 
düzülmüşlər.  Matriks  içərisində  ribosomlar,  DNT  və 
RNT  olan  genetik  sistem  aşkar  edilməsi  onların 
mitoxondrilərin  öz  zülalının  sintezində  iştirak  etməsini 
göstərir.  Lakin  hüceyrədə  zülal  sistemi  əsasən 
ribosomlarda gedir. 
Həmçinin  mitoxondri  matriksində  bəzən  yağ 
turşularının  (məs:  fosfotidilxolin)  və  digər  maddələrin 
sintez  olunması  da  müəyyən  edilmişdir.  Mitoxondrinin 
əsas  vəzifəsi  ATF-in  sintezidir.  Üzvi  maddələrin 
parçalanmasında  yaranan  enerji  hesabına  ADF 
ж 
Крист  
Дахили 
менмбран 
Харижи 
менмбран 
 

 
164 
fosforlaşır və ATF əmələ gəlir. Müxtəlif karbohidratları, 
paçalayan  fermentlər,  yağ  turşuları,  amin  turşuları  bu 
prosesdə iştirak edərək enerji ayrılmasına səbəb olur ki, 
həmin  enerji  hüceyrə  tərəfindən  istifadə  edilməyərək 
mitoxondrində  ATF-nin  yaranmasına  sərf  olunur. 
Enerjinin  ayrılması  mitoxondrilərdə  xarici  və  daxili 
membran  üzərində  elementar  hissəciklərdə  gedir.  Bu 
hissəciklər  bir  neçə  funksiyanı  idarə  edirlər:  1. 
Oksidləşmə reaksiyalarını aparırlar. 2. Elektronları ATF 
sintezində iştirak edən birləşmələr zənciri üzrə oksigenə 
daşıyırlar.  3.  ATF-dən  enerji  alan  sintez  reaksiyalarını 
katalizə  edirlər.  Elementar  hissəciklər  onların  iştirak 
etdiyi  proseslərdəki  ardıcıllığa  müvafiq  olaraq 
mitoxondri  membranlarında  çox  qanunauyğun  surətdə 
yerləşirlər. 
Beləliklə 
hüceyrənin 
əsas 
enerjisi 
mitoxondrilərdə  sintez  olunaraq  sonradan  hüceyrənin 
müxtəlif həyat fəaliyyəti proseslərində istifadə edilir. 
Deyilənləri 
ümumiləşdirərək 
mitoxondrilərin 
aşağıdakı funksiyalarını qeyd etmək olar: 
1.
 
Hüceyrəni ATF şəklində enerji ilə təmin edir. 
2.
 
Steroid  hormonlarının  sintezində  iştirak  edirlər 
(bu  hormonların  sintezinin  bəzi  mərhələləri 
mitoxondrilərdə gedir). 
3.
 
Kalsiumun 
saxlanılmasında 
mühüm 
rol 
oynayırlar.  
4.
 
Nuklein turşularının sintezində iştirak edirlər. 
Mitoxondri  yarım-avtonom  orqanelladır.  O  özünün 
genetik  sisteminə  malikdir.  Onun  zülal  sintezi  etmək 

 
165 
üçün  lazım  olan  bütün  komponentləri,  mitoxondrial 
DNT,  müxtəlif    RNT-lər,  ribosomlar    və  transkripsiya 
və  translyasiya  prosesində  iştirak  edən  müxtəlif 
fermentlər  və  zülal  faktorlara  vardır.  Mitoxondrilərin 
zülal  sintezi  maşınının  işləmə  prinsipi,  o  cümlədən 
transkripsiya  və translyasiya  və  genetik informasiyanın 
replikasiyası bakterial sistemlərə bənzəyir. Mitoxondrial 
DNT  40-a  qədər  genə  malik  olur.  Məsələn,  insanın 
mitoxondrial  DNT-si  37  genə  malikdir,  onlardan  13-ü 
zülal kodlaşdıran m-RNT genləri, 22-i t-RNT genləri və 
iki  r-RNT  (23S  və  16S  rRNT)  genləridir.  Mitoxondrial 
DNT  bakterial  DNT  kimi  qapalı  həlqəvi  quruluşa 
malikdir. 
Mitoxondrilərdə 
adətən 
mürəkkəb 
mitoxondrial zülalların bəzi subvahidləri kodlaşdırılır və 
sintez olunur. 
Bəzi  hallarda  mitoxondri  DNT-sində  baş  verən 
mutasiyalar  nəticəsində  mitoxondrial  xəstəlik  adlanan 
patoloji  hallar  yaranır  ki,  bunlar  geniş  və  ağır 
simptomatika ilə müşaiət olunur. 
 
PLASTİDLƏR 
 
Plastidlər–bitki  hüceyrələrinə  xas  olan  ümumi 
orqanoidlərdir. Onları ilk dəfə 1676-ci ildə  A. Levenhuk 
müşahidə  etmişdir.  Amma  plastidlərin  təsnifatı  Şimper 
(1833)  tərəfindən  verilmişdir.  Funksiyasından  və 
rəngindən  asılı  olaraq  bitki  hüceyrələrində  üç  əsas  tip 
plastid mövcüddur. 
 

 
166 
Xloroplastlar- yaşıl plastidlər 
Xromoplastlar-  qırmızı,  sarı,  narıncı  plastidlər  və 
s. 
Leykoplastidlər- rəngsiz platidlər 
 
Bitkinin rüşeym hüceyrələrində proplastidlər olur. 
Bunlar  toxumanın  tipindən  asılı  olaraq    rəngsiz 
leykoplastlara, 
karotinoidlərin 
olmasına 
görə, 
xromoplastlara,  karotinoid  və  xlorofilin  olmasına  görə 
isə  xloroplastlara  çevrilə  bilirlər.  Bundan  başqa  
plastidlərin  hər  üç  tipinin  şəraitindən  və  inkişaf 
səviyyəsindən  asılı  olaraq  birinin  o  birinə  çevrilmə 
xüsusiyyəti  var.  Belə  ki,  meyvələrin  yetişmə  dövründə 
xloroplastların 
xromoplastlara 
çevrilməsi, 
leykoplastların 
xloroplastlara 
çevrilməsi 
kartof 
yumrularının  yaşıl  rəng  alması  və  s.  onların  genetik 
cəhətdən qohumluğunu  isbat edir. Plastidlərin ən qədim 
forması  xloroplastidlər  hesab  olunur.  Xromo  və 
leykoplastidlər isə xloroplastlardan törəmişlər. 
Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin