Hamar (aqronulyar) endoplazmatik şəbəkə –
onun ribosomlardan məhrum olan hissəsidir. Lakin
hamar endoplazmatik şəbəkə ilə dənəvər endoplazmatik
şəbəkə arasında kəskin sərhəd qoymaq mümkün deyil.
Belə ki, endoplazmatik şəbəkə böyüdükcə onun
dənəvər sahələri, hamar sahələrə çevrilə bilir, digər
tərəfdən bəzən dənəvər endoplazmatik şəbəkənin
ribosomları itir və o hamar endoplazmatik şəbəkə
kanallarına çevrilir.
Hətta tədqiqatlarla müəyyən edilmişdir ki,
inkişafın mərhələlərindən asılı olaraq dənəvər
endoplazmatik şəbəkə, hamar endoplazmatik şəbəkəyə
çevrilə bilir. Bu cəhətdən dənəvər endoplazmatik şəbəkə
ilkin, hamar endoplazmatik şəbəkə isə sonradan
yaranma kimi qəbul edilməlidir. Məsələn, siçanların
qaraciyərlərində anadan olmazdan əvvəl dənəvər
endoplazmatik şəbəkə kanalları olur, anadan olandan
135
sonra isə hamar endoplazmazmatik şəbəkə kanalları
müşahidə edilir. Bir sıra biokimyəvi, morfoloji,
avtoradioqrafiya tədqiqat işləri isbat edir ki, dənəvər
endoplazmatik şəbəkə böyüyür, həcmi artır və ya
ribosomlarını itirir və hamar endoplazmatik şəbəkəyə
çevrilir.
Mənşəcə eyni, topoqrafik cəhətdən oxşar
olmalarına baxmayaraq funksional cəhətdən hamar
endoplazmatik
şəbəkə,
dənəvər
endoplazmatik
şəbəkədən fərqlənir.
Hamar endoplazmatik şəbəkəyə steroid təbiətli
maddələrin sintez olunduğu hüceyrələrdə məsələn,
böyrəküstü vəzinin qabıq hüceyrələrində, toxumluğun
interstisial hüceyrələrində, piy vəziləri hüceyrələrində
və s. daha çox rast gəlinir
Hamar endoplazmatik şəbəkə topoqrafik cəhətdən
qlikogen toplanan sahə ilə də sıx əlaqədə olur ki, bu
cəhət də onun karbohidrat mübadiləsindəki rolunu
göstərir. Qaraciyər hüceyrələrində, əzələ hüceyrələrində
qlikogen endoplazmatik şəbəkənin hamar hissəsində
toplanır.
Aclıq çəkmiş hüceyrələrdə qlikogen istifadə
olunandan sonra, eləcə də artıq qlikogen toplananda
hüceyrələrin
hamar
endoplazmatik
şəbəkəsinin
kanallarının genişlənməsi bəzi patoloji proseslərlə
əlaqədar olur. Belə ki, zəhərlənmələr zamanı, bəzi
zəhərli və konsorogen maddələrin təsiri, yüksək dozalı
hormonol preparatların təsiri zamanı və s. qaraciyər
hüceyrələri, onlara xas olan sitoplazmanın bazofil
xüsusiyyətini itirirlər .
136
Bu onu göstərir ki, bu maddələrin təsirindən
sitoplazmada RNT miqdarı kəskin aşağı düşür. Odur ki,
sitoplazmada oksifil zonalar müşahidə edilir.
Elektron mikroskopunda bu zonalarda hamar
endoplazmatik
şəbəkənin kanallarının toplanması
müşahidə edilir. Bu onunla əlaqədardır ki, həmin
sahələrdə zərərli maddələrin deqretasiyası prosesləri,
metobolik dezaktivasiya prosesləri gedir ki, həmin
proseslər də bir sıra oksidləşdirici fermentlərin iştirakı
ilə həyata keçir. Beləliklə, qaraciyərin funksiyasına aid
olan orqanizmin detoksikasiyası prosesi hamar
endoplazmatik şəbəkənin iştirakı ilə gedir.
Eninəzolaqlı
əzələdə
hamar
endoplazmatik
şəbəkənin kanalları və vakuolları (sarkoplazmatik
retikulum) hər bir miofibrili əhatə edir. Burada onlar
xüsusi funksiya ifa edirlər. ATF-nin iştirakı ilə həmin
kanallar kalsium ionlarını toplayır və odur ki, bu da öz
növbəsində əzələ hüceyrəsinin açılmasını təmin edir.
Ali bitkilərdə hamar endoplazmatik şəbəkə
terpenlərin, steroidlərin, lipidlərin sintez olunduğu
toxuma hüceyrələrində rast gəlinir. Çox vaxt bitkilərdə
hamar endoplazmatik şəbəkə kanalları hüceyrənin
polisaxarid qılafına yaxın mövqedə rast gəlinir ki, bu da
onun karbohidrat mübadiləsindəki roluna əyani dəlildir.
Beləliklə, hamar endoplazmatik şəbəkə triqliseridlərin,
steroidlərin, qlikogenin, lipidlərin sintezində iştirak edir,
orqanizmin detoksikasiyasını, ion mübadiləsini təmin
edir.
137
RİBOSOMLAR
Ribosom RNT molekullarından və zülallardan təşkil
olunmuş mürəkkəb ribonukleo-protein kompleks olub
hüceyrənin zülal sintez edən “zavodudur”. Ribosom ilk
dəfə 1955-ci ildə rumun mənşəli Amerikan alimi Corc
Emil Palad tərəfindən aşkar olunmuşdur. Palad onu
sitoplazmada olan kiçik hissəciklər kimi təsvir etmiş və
göstərmişdir ki, onlar endoplazmatik retikulumun
membranı ilə assosiasiyada olmağa daha çox
meyillidirlər. Palad sonralar Fransız alimi Xristian de-
Dyuc və artıq 1945-ci ildə endoplazmatik retikulumu
aşkar olunmasında iştirak edən Belçika alimi həkimi
Albert Klaudla birlikdə ribosomların zülal sintezindəıki
rolunun aşkar olunmasına görə 1974-cü ildə Nobel
Mükafatı ilə təltif olundular.
Mürəkkəb ribonukleoproteidlərdən ibarət olan
ribosomları 1955- ci ildə Xauatson və Xem elektron
mikroskopu ilə xərçəng hüceyrələrində müşahidə
etmişlər. Ribosomların diametri 250-300 nm-dir,
forması isə kürə şəklindədir. Bağırsaq çöpcüyü
bakteriyası üzərində aparılan elektron mikrokopik
tədqiqatlar
nəticəsində
bu
mikroorqanizmlərdə
ribosomların iki müxtəlif ölçülü submikroskopik
vahiddən ibarət olduğu sübüt edilmişdir.
Böyük submikroskopik vahid üçkünclü, diametri
150-180
A
0
, kiçik submikroskopik vahid isə
qövsvaridir, diametri 140-160 A
0
-dır. Yastı səthə malik
olan böyük submikroskopik vahid kiçik səthə malik
138
olan submikroskopik vahidlə bitişdikdə aralarında yarıq
şəkilli boşluq qalır.
Ribosomlar iki subvahiddən – böyük və kiçik
subvahidlərdən ibarətdirlər: eukariotlarda bunlar
sedmentasiya dərəcəsinə görə 40S (S burada
sedmentasiya vahidi svedberqdir) kiçik subvahid və 60S
böyük subvahiddir, bütöv ribosomun sedmentasiya
dərəcəsi isə 80S-dir. Prokariotlarda isə kiçik subvahid
30S, böyük subvahid 50 və tam ribosom 70S-dir.
Eukariot ribosomun kiçik subvahidi 18S r-RNT-
dən və onunla assosasiyada olan 32 zülaldan və böyük
subvahid isə 28S r-RNT, 5,8S r-RNT və 5S r-RNT
molekullarından və onlara assosiasiyada olan 45
zülaldan təşkil olunmuşdur.Yəni bir eukariot ribosomun
təşkilindəı 77 müxtəlif zülal molekulu iştirak edir və bir
eukariot ribosomun molekul çəkisi ~3.4 million
daltondur (Da).
Prokariot (və xloroplast) ribosomun kiçik
subvahidi 16S r-RNT-dən və və onunla assosiasiyada
olan 22 zülal molekulundan, böyük subvahid isə 23S r-
RNT, və 5S r-RNT-dən və 34 zülal molekulundan təşkil
olunublar, yəni bir prokariot ribosomda 56 müxtəlif
zülal molekulu birləşmiş olur, ribosomun ümumi
molekul çəkisi təxminən 2-2.2 million Da-dur
Ribosomlar hüceyrə sitoplazmasında sərbəst və
endoplazmatik şəbəkənin membranına birləşmiş şəkildə
olur.
Qranulyar
endoplazmatik
şəbəkənin
membranlarında ribosomlar tək qatda, bəzən də
spiralvari formada yerləşmişdir. Endoplazmatik şəbəkə
yaxşı inkişaf etmiş yüksək differensiasiyalı qaraciyər
və mədəaltı vəzi hüceyrələrində ribosomların
əksəriyyəti bu orqanoidin membranı ilə birləşmiş
şəkildədir. Amma qranulyar endoplazmatik şəbəkəsi
zəif inkişaf etmiş insanın oosit və limfosit
139
hüceyrələrində
isə
ribosomların
əksəriyyəti
sitoplazmada
sərbəst
yerləşirlər.
Sitoplazmada
ribosomlara mitoxondrilərdə və plastidlərdə təsadüf
edilir. Sitoplazma ilə bərabər eyni zamanda ribosomlar
nüvədə də mövcüddur.
Differensial ultra sentrafuqalaşdırma yolu ilə
aparılmış biokimyəvi analiz nəticəsində ribosomların
yüksək quruluşlu zülallardan ribosomal RNT-lərdən
ibarət olduğu müəyyən edilmişdir. Demək olar ki, bu iki
komponentin ribosomda nisbəti bərabərdir. Belə ki,
molekul kütləsi 3000000 Da olan bakteriya
ribosomunda bu kütlənin 50%-i RNT-nin payına
düşür. Ümumiyyətlə isə hüceyrədə olan RNT-nin 80-
90% -i ribosomda yerləşir (Şəkil 39).
140
Şəkil 39. Ribosomun quruluş sxemi: 1 – kiçik subvahid; 2 – m
RNT;
3 – n RNT; 4 – amin turşusu; 5 – böyük subvahid: 6 -
endoplazmatik şəbəkənin membranı; 7 – sintez olunan
komponentin zənciri
Müxtəlif orqanizm hüceyrələrində qələvi xassəyə
malik olan ribosomal zülallar ümumilikdə demək olar
ki, amin turşu tərkibinə görə eynidirlər.
141
Ribosomların
tərkibində
ribonukleaza,
b-
qalaktozidaza, turş və qələvi fosfataza və s. fermentləri
və maqnezium vardır.
Ultramikroskopik tədqiqatlar nəticəsində müəyyən
edilmişdir ki, ribosomlar həm prokariot həm də eukariot
hüceyrələrində
mövcuddur.
Ribosomların
bütün
hüceyrələrdə mövcudluğu, onun kimyəvi təbiəti və
xassələri bu orqanoidin böyük əhəmiyyətə malik
olduğunu sübut edir. Qeyd etdiyimiz kimi ribosomlar
həm sitoplazmada sərbəst, həm də endoplazmatik
şəbəkənin membranına birləşmiş şəkildə yerləşir.
İkincilər funksiya cəhətcə daha aktivdirlər. Sintez
prosesində ribosom həm m-RNT-sini, həm də sintez
olunan zülali hüceyrə fermentləri – RNTaza və
proteazanın dağıdıcı təsirindən qoruyur. Zülal sintezində
eyni zamanda polisom zəncirinin yəni ribosomların
əhəmiyyəti çox böyükdür, çünki, polisom (zəncirində)
şəklində ribosomda bir neçə eyni tip zülalın sintezi baş
verir. Ribosomların əsas funksiyası zülal sintez
etməkdir. Məlumdur ki, sintez olunacaq zülalın
quruluşu haqqında məlumat DNT-də yerləşir. Zülalın
sintezi isə sitoplazmada yerləşən ribosomlarda gedir.
Deməli, zülalın ilkin quruluşu haqqında məlumat
ribosomlara
çatdırılmalıdır.
Bu
funksiyanın
komplementarlıq prinsipinə əsasən DNT-nin matirisi
əsasında sintez olunan m-RNT-si yerinə yetirir. Qeyd
edilən proses isə transkripsiya (lat. «transkripsio» -
üzünün köçürülməsi deməkdir) adlanır. Ümumiyyətlə,
bütün RNT-lər (RNT, r-RNT) üçün matris rolunu DNT
oynayır. Transkrpisiyadan sonra isə translyasiya (latınca
– translyasion – «ötürmə») prosesi başlayır. RNT olan
142
məlumat əsasında ribosom tərəfindən polipepdid
zəncirin sintez edilməsinə translyasiya deyilir.
Translyasiyanın getməsi üçün isə bu prosesə qədər amin
turşularının aktivləşməsi reallaşmalıdır. Bu mərhələdə
aminroasıl n-RNT sintetaza fermentlərinin iştirakı ilə
amin turşularının fəallaşması baş verir. Bu zaman
ferment eyni zamana amin turşusu və ATF-lə birləşir.
Əmələ gəlmiş üçlüyə – ferment amin turşusu və ATF-ə
aktiv amin turşusu demək olar. Çünki, ancaq bu şəkildə
amin turşusu polipeptid zəncirin sintezində iştirak edə
bilər. Amin turşusunun aktivləşməsi prosesi zülal
sintezində əsas mərhələlərdən biridir.
Ona görə ki, sərbəst amin turşusu heç vaxt birbaşa
polipepdid zəncirinə qoşula bilməz. Aktivləşmiş amin
turşusu ribosoma n- RNT-si ilə çatdırılır. n-RNT-nin
amin turşusu birləşdirən akseptor hissəsinin əks
tərəfində spesifik tripilet (antikodon) yerləşir hansı ki,
komplimentarlıq prinsipinə əsasən m-RNT müvafiq
tripiletinə (kodun) birləşir. Beləliklə, bilavasitə
aminoasilin RNT-sintetaza kompleksi məlumat RNT-də
kodlaşdırılmış məlumatı (oxuya bilir). Aminoasil-in n-
RNT sintetaza kompleksi antikodunun köməyi ilə m-
RNT-nin kodonuna birləşir. Sonra həmin ribosoma
ikinci tripiletə komplementar növbəti kompleks birləşir.
Deməli, ribosomun funksional mərkəzində eyni
zamanda iki amin turşusu yerləşə bilər. Həmin amin
turşular da elə yerləşr ki, bir amin turşusunun karboksil
qrupu digər amin turşusunun amin qrupu ilə yanaşı
yerləşir. Nəticədə onlar arasında pepdid rabitə yaranır.
Amin turşusundan azad olunmuş birinci n-RNT-si
ribosomu tərk edir. Ribosom bir tripilet irəliyə hərəkət
edir. Hər bir belə addıma (1/5, 1-6 saniyə vaxt lazım
143
gəlir). Bu proses o vaxta qədər davam edir ki, ribosom
sintezin qurtardığını bildirən 3 tripliletdən (UAA, UAQ,
UQA) birinə rast gəlir. Bundan sonra zülal sintezi
qurtarır. Beləliklə,
m-RNT-də
yerləşən
triplet
ardıcıllığın zülal zəncirində amin turşusu ardıcıllığını
müəyyən edir. Bu prosesdə ribosomların rolu m-RN-nin
məlumatı əsasında, n- RNT-tərəfindən daşınan amin
turşularından polipeptid zəncirini sintez etməkdir.
Beləliklə, zülal sintezində m- RNT-si və n-RNT-si
aktiv iştirak edirlər, amma r-RNT-nin rolu isə amin
turşularını m-RNT üzərindəki tripletlərə uyğun düzmək
və amin turşuları arasındakı peptid əlaqələrini
yaratmaqdır (kataliz etməkdir), bu da onu göstərir ki,
ribosomlar, daha doğrusu ribosomun böyük sub vahidi
və ya onun 28S RNT-si fermentativ aktivliyə malikdir .
Demək olar ki, r-RNT bilavasitə zülal sintezində iştirak
etmir. r-RNT ribosom zülalları ilə kompleks
birləşmələr şəklində bu orqanoidin stromasını əmələ
gətirir. Nüvədə olan ribosomlar isə nüvə zülallarının
sintezində iştirak edir. Eyni zamanda mitoxondri və
plastidlərdəki ribosomlarda bu orqanoidlərdə müəyyən
spesifik zülalların sintezində iştirak edirlər.
Sitoplazmada yerləşən sərbəst ribosomlar isə
hüceyrədə bir sıra proseslərdə xüsusi rol oynayan
spesifik zülalların sintezində iştirak edir. Bunlara bəzi
orqanoidlərn, mikrofilamentlərin və mikroborucuqların
zülalları aiddir. Ribosomlar zülal sintezi kimi mürəkkəb
bir prosesdə qruplarla iştirak edirlər. Əsasən bu qruplara
5-70 ribosom daxil olur və poliribosom adlanır.
Poliribosomlarda ayrı-ayrı ribosomlar arasındakı əlaqə
diametri 15 A
0
olan sap şəkilli m-RNT tərəfindən həyata
keçir.
144
Ribosomların kiçik və böyük submikroskopik
vahidləri nüvəcikdə formalaşır və nüvədən sitoplazmaya
daxil olur.
HOLCİ KOMPLEKSİ
Holci kompleksi ilk dəfə 1898- ci ildə İtalyan
alimi Kamilla Holci tərəfindən heyvanların sinir
hüceyrələrində aşkar edilmişdir. Uzun müddət bu
orqanoidin ancaq heyvanlara aid olması fikirləri hökm
sürürdü. Lakin elektron mikroskopu kəşf olunandan
sonra məlum oldu ki, Holci kompleksi bitki
hüceyrələrində də vardır.
İşıq mikroskopunda Holci kompleksi mürəkkəb tor
şəklində hüceyrənin sitoplazmasında, nüvə ətrafında,
nüvənin altında bəzən nüvənin üstündə müşahidə edilir.
Bitkilərin və ibtidailərin hüceyrələrində Holci
kompleksi oraqvari və ya çubuqvari formalı ayrı-ayrı
cisimciklərdən ibarətdir. Formasının müxtəlifliyinə
baxmayaraq bu orqanoidin elektron mikroskopik
quruluşu
bitki
və
heyvan
orqanizmlərinin
hüceyrələrində eynidir.
Elektron mikroskopunda Holci kompleksinin
membran strukturundan ibarət olması aydın görünür.
Həmin membranlar kiçik sahələrdə toplanaraq
diktiosomları əmələ gətirirlər. Diktiosomları 20-25 nm
məsafədə topalar şəklində yastı membranlardan əmələ
gəlmiş torbalar və ya çənlər təşkil edir ki, onların da
145
arasında nazik hialoplazma yerləşir. Mərkəzə doğru
membranlar bir-birinə yaxın, kənara doğru isə bir-
birindən
nisbətən
aralı
yerləşirlər.
Diktiosom
sahələrində proksimal və distal uclar ayırd edilir. Sekret
sintez edən hüceyrələrdə Holci kompleksinin proksimal
hissəsi sitoplazma və nüvəyə, distal hissəsi isə
hüceyrənin kənarına doğru yönəlmiş olur. Proksimal
sahə kiçik, distal sahə isə iri çənlər və vakuollardan
təşkil olunmuşdur. Proksimal və distal sahələr
membranların qalınlığına görə də fərqlənir. Proksimal
sahədə membranların qalınlığı 6-7 nm, distal sahədə isə
10 nm-a bərabərdir. Hüceyrədə ayrı- ayrı diktisomlar
vakuollar və çənlər sistemi ilə bir-birinə birləşərək
Holci aparatının üç ölçülü retukulyar kompleksini əmələ
gətirir.
Holci
kompleksinin
membran
elementləri
endoplazmatik şəbəkədə sintez olunan məhsulların
seqreqasiyasında və toplanmasında, onların kimyəvi
jəhətjə dəyişilməsində, yetişməsində iştirak edir.
Həmçinin Holci kompleksində polisaxaridlər sintez
olunub, zülallarla birləşərək mukoproteidlər əmələ
gətirir. Ən əsası isə Holci kompleksinin elementlərinin
iştirakı ilə hüceyrədə hazırlanan sekretlər hüceyrədən
çıxarılır. Bütün bunlardan başqa o, hüceyrədə
lizosomların yaranmasını təmin edir (şəkil 40).
146
İnkişaf etməkdə olan
говужуг
Yastılaşmış систерналарын
зарлары
Qovuqcuqla
rар
Şəkil 40. Holci kompleksi
Holci kompleksinin seqreqrasiya rolunu öyrənmək
üçün heyvanlara tritumla nişanlanmış amin turşuları
(H
3
–leysin) daxil edirlər və elektron mikroskopik
avtoradioqrafiya
vasitəsilə
müşahidə
apararaq
nişanlanmış atomların lokalizasiyasını izləyirlər.
Mədəaltı vəzinin hüceyrələrindən əsasən zülal ixrac
edildiyindən radioaktiv amin turşularının hüceyrənin
müxtəlif sahələrində toplanmasını izləməyə imkan verir.
Məlum olur ki, 3-5 dəqiqədən sonra nişanlanmış
147
atomlar hüceyrənin bazal hissəsində endoplazmatik
şəbəkə ilə zəngin olan sahədə toplanır. Nişanlanmış
atomun zülal molekuluna birləşməsindən məlum olur ki,
həmin sintez eqrostoplazmadakı ribosomlarda gedir. Bir
qədər sonra (20-40 dəqiqə) nişanlanmış atom Holci
kompleksinin vakuollarında müşahidə olunur. Deməli
eqrostoplazmada sintez olunan zülal Holci kompleksinə
daşınır. 60 dəqiqə sonra nişanlanmış atom ziqomen
dənələri sahəsində müşahidə olunur. Bütün bunlardan
sonra isə mədəaltı vəzinin asinus boşluğunda müşahidə
etmişlər. Eləcədə zülalların sintezi və hüceyrədən
çıxarılma proseslərini süd vəzi hüceyrələri, bağırsağın
qədəhvari
hüceyrələri,
qalxanabənzər
vəzi
hüceyrələrində öyrənmişlər. Məlum olmuşdur ki,
ribosomlarda sintez olunan zülallar (hüceyrədən
çıxarılan zülallar) endoplazmatik şəbəkə çənlərinə
toplanır oradan Holci kompleksi membranlarına daşınır.
Burada Holci kompleksinin çənlərində toplanır, sonra
onlar hüceyrənin kənarına doğru hərəkət edir, plazmatik
membranla birləşərək hüceyrədən kənar edilir.
Vəzilərin sintez etdiyi zülalların hüceyrədən
çıxarılması ekstruziya adlanır. Morfoloji cəhətdən
ekstruziya pinositoz hadisəsinə oxşayır. Lakin
pinositozun əksidir. Pinositoz zamanı duru maddələr
membranın içəri çökməsi nəticəsində hüceyrəyə daxil
olursa, ekstruziya zamanı isə hüceyrədən kənar edilir.
Bu hadisəyə ekzositoz da deyilir.
148
Holci kompleksi sekretlərin toplanması, daşınması,
hüceyrədən kənar edilməsi funksiyası ilə yanaşı
həmçinin bir sıra metobalik proseslərdə də iştirak edir.
Bir çox zülalların Holci kompleksində posttranslyasiya
modifikasiya prosesi baş verir, onların bəzi amin
turşuları
fosforlaşır,
asetinləşir,
qlükozidləşir,
farnezilləşir
,
geranil beranilləşir və sair. Bundan əlavə
Holci kompleksi zülalların sortinqində onların son
ünvana yola salınmasında əhəmiyyətli rol oynayır,
əsasəndə bütün mümbran zülalları Holci kompleksindən
keçərək son ünvana çatır.
Qlükozilləşmə zamanı bir sıra ayrı-ayrı amin
turşuları şəkərlərlə amin turşularından asparagin amin
turşusu (bir qayda olaraq polipeptid zəncirin N-sonluq
rayonunda) qlükoza ilə birləşir. Qlikozilləşmə zamanı
zülal eyni zamanda bir neçə
asparagin qalığından
qlikozilləşə bilir və bu zaman çoxsaylı qlikoza
molekulları bir birinin ardınca düzülərək polimer
yaradır, bu zaman zülalın molekul kütləsi qlikozilləşmə
hesabına onun xalis kütləsinə nisbətən iki dəfə arta bilir
(məsələn, β-adrenorgik reseptorda olduğu kimi).
Sekretor məhsulların tərkibinə daxil olan mürəkkəb
zülallar, qlükoproteidlər və mukoprotidlər (mutsinlər)
müxtəlif təbiətli şəkər və polisaxaridlərlə əlaqədardırlar.
Zülalların bu cür şəkər və polisaxaridlərlə birləşməsi
Holci
kompleksinin
çənlərində
gedir.
Holci
kompleksinin bu funksiyası qlükoza və qalaktoza
nişanlanmış atomlarının qədəhvari bağırsaq epitelsi
149
hüceyrələrinə daxil etməklə öyrənmişlər. Bu zaman
nişanlanmış atomlar Holci kompleksi sahəsində
toplanmış sonra isə sekretor vakuollara keçmişdir.
Deməli polisaxaridlər Holci kompleksi çənləri vasitəsilə
hüceyrədən kənar edilir. Bitki hüceyrələrini Holci
kompleksində hüceyrə qlafı tərkibinə daxil olan
polisaxaridlər (hemiselliloza, pektin) sintez olunur.
Bundan başqa bitki hüceyrələrinin diktosomları mutsin
və seliklərin hüceyrədən kənar edilməsində iştirak edir
ki, onların da tərkibində polisaxaridlər vardır. Holci
kompleksinin vakuolları ilə resintez olmuş lipidlər və
əmələ gəlmiş lipoproteidlər hüceyrədən kənara daşınır.
İbtidai bitkilərdə Holci kompleksinin vakuolları
genişlənərək plazmatik membrana birləşir və ekzositoz
vasitəsilə maddələr hüceyrədən çıxarılır.
Bütün deyilənlərdən başqa Holci kompleksi
lizosomların yaranmasında iştirak edir. Bir sıra alimlər
Holci kompleksinin hüceyrə membranın yaranmasında
iştirak etməsini göstərirlər. Hüceyrə bölünəndən sonra
Holci kompleksinin membran strukturu endoplazmatik
şəbəkənin kanalları ilə birləşərək iki qız hüceyrəsi
arasında arakəsmə əmələ gəlməsinə səbəb оlur ki, bu
cürə birləşməyə plazmodesmata deyilir. Plazmodesmata
hüceyrələr arasında simplastik daşınmanı həyata keçirir.
Bəzi alimlər Holci kompleksinin nüvə ilə əlaqəsi
olmasını göstərilər. Belə ki, xlomidomonoda yosununda
xromosomların ploidliyi artdıqca Holci kompleksi də
150
böyüyür. Nüvəsi çıxarılmış amyöbada Holci kompleksi
kiçilir və s.
Sintez olunmuş maddələrin hüceyrədən kənar
edilməsi bütün hüceyrələr üçün xas olan əlamət deyil.
Məsələn, əzələ hüceyrələri, örtük epitelisi hüceyrələri
dənəvər leykositlər və s. Bununla yanaşı belə
hüceyrələrdə də yaxşı inkişaf etmiş Holci kompleksi
olur. Bu isə onunla izah olunur ki, Holci kompleksi hər
bir hüceyrədə həm də lizosomların yaranmasında iştirak
edir.
Beləliklə, Holci kompleksinin funksiyalarını
ümumiləşdirmiş şəkildə aşağıdakı kimi göstərmək olar:
1.
Zülal biosintezi məhsullarının kondensasiyası,
yığılması və qablaşdırılması.
2.
Polisaxaridlərin sintezi və sadə zülalların
qlikoproteinlərə çevrilməsi.
3.
Lipoproteidlərin əmələ gəlməsi.
4.
Sekresiya törəmələrinin yaranması və onların
hüceyrədən xaric edilməsi.
5.
İlkin lizosomların yaranması.
6.
Hüceyrə membranının yaranmasında iştirak
edir.
7.
Spermotozoidin
ön
hissəsində
yerləşən,
mayalanma zamanı, yumurta hüceyrələrinin
qılafının dağılmasında vacib olan fermentləri
daşıyan strukturların, yəni akzosomların əmələ
gəlməsini təmin edir.
Dostları ilə paylaş: |