Detektiv roman


      Cinayətdən 9 saat 44 dəqiqə sonra



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə9/13
tarix02.01.2022
ölçüsü1,29 Mb.
#39146
1   ...   5   6   7   8   9   10   11   12   13
Müşfiq-XAN-Milenaya-mektub



 

 

Cinayətdən 9 saat 44 dəqiqə sonra 

 

Sato  şairlə  söhbətindən  xeyli  razı  qalmışdı.  Əslində 



bir-iki detal və əlbəttə ki, danışdığı yalan xaricində səmi-

mi  adama  bənzəyirdi.  Amma  bəzən  qorxu  insanın  daxi-

lində islaholunmaz yalanlara yol açır. Üstəlik ortada cina-

yət faktı olduğuna görə məsələ bir az da qəlizləşmişdi. 

Bloknotunda Pərvizin ifadəsindəki şübhəli məqamla-

rı qeyd edəcəkdi ki, rayon prokurorundan gələn zəngə ca-

vab verməli oldu: 

– Bəli, gələcəm. Bir azdan çıxıram. Məni gözləyəcək-

siniz? 

Gözucu  saatına  nəzər  saldı.  İş  vaxtının  bitməsinə  az 

qalırdı. 

–  Həm  də  səbirsizliklə.  Gəlin  danışın  görək  hansı 

əsasla Romanın ölümünün əslində cinayət hadisəsi oldu-

ğu qənaətinə gəlmisiniz? 

Prokuror  marağını  gizlətmədi.  Bakıdan  işi  araşdır-

maq üçün göndərilən açılmayan qətllər üzrə baş müstən-

tiqin  ölümün  bədbəxt  hadisə  olmadığını  bildirməsindən 

bir neçə saat keçməsinə baxmayaraq, o, hələ də qətlin ne-

cə baş verdiyini dərk edə bilmirdi. 

– Gələrəm, söhbət edərik. Hə, yeri gəlmişkən, mənim 

sizdən təcili bir istəyim olacaqdı. Romanın kottec qonşu-

larının  hər  ikisinin  kirayələdiyi  kottecdə  axtarış  aparma-

ğım üçün qərar çıxarmağınızı xahiş edirəm. 

– Dərhal həll edərəm. 




48

 

 



– Adlarını deyirəm. Qeyd edə bilərsiniz? 

Baş müstəntiq vaxta qənaət etdiyini, rayon prokurorluğu-

na  gedənə  qədər  ona  lazım  olan  sənədin  hazır  olmasını 

düşünüb rahatladı. İstirahət mərkəzinin qeydiyyat bölmə-

sindən verilən məlumatlara nəzər salmaq üçün bloknotun 

arasına qoyduğu dörd qatlanmış kağızı açdı. 

Həm  fizika  müəlliminin,  həm  də  şairin  kirayələdik-

ləri kotteclərin nömrələrini, həmçinin soyadlarını bildirib 

telefon əlaqəsini kəsdi. 

Qeydiyyat  bölməsinin  təqdim  etdiyi  müştərilər  haq-

qında  məlumat  vərəqində  diqqətini  maraqlı  bir  məsələ 

çəkmişdi.  Şair  Pərvizin  ay  yarımlıq  kirayə  xərcləri  digər 

müştərilərlə  müqayisədə  nəzərə  çarpacaq  dərəcə  də  az 

idi. Hətta bu adamın adının qarşısında ödənişlərdə yarıya 

qədər  güzəşt  olunduğu  da  açıq-aşkar  qeyd  edilmişdi. 

Şübhəli  fakt  idi.  Necə  olmuşdusa,  bir  saat  əvvəl  qeyd-

lərini götürəndə buna fikir verməmişdi. İstirahət mərkəzi-

nin  məlumat  bürosuna zəng edib  bu  barədə  dəqiqləşdir-

mə aparmağa çalışdı. 

 

*** 



 

Baş müstəntiq tələsməsinə baxmayaraq Milana ilə ye-

nidən  görüşməyin  işə  yarayacağını  düşünürdü.  Bundan 

sonra  tibbi  ekspertiza  həkiminin  iştirakı  ilə  meyiti  yeni-

dən  müayinə  edib  cinayətin  təfərrüatları  haqqında  ilkin 

fikirlərini qətiləşdirməyi düşünürdü. 

Qeydlərinə  nəzər  saldı.  Məlumat  bürosundan  cavab 

gələnə qədər bir neçə məsələni aydınlaşdırmalıydı. Hadi-

sə  ilə  bağlı  danışdırdığı  adamların  adlarını  və  barələrin-



49

 

 



dəki qeydlərini yenidən analiz etməyə başladı. Kərimdən 

lap əvvəl də şübhələnməmişdi. İndi bloknotun ilk səhifə-

sində onun adına rastlayıb bir az düşünəndən sonra fikirli 

halda  “Kərim”  sözünün  üstündən  xətt  çəkdi.  Fariz  və 

Dimanın adını yanaşı yazmışdı. Hər ikisinin ifadələrində 

şübhəli  məqamların  varlığı  Satonun  yadında  idi.  Amma 

siyahıdakı əsas şübhəlilərin Pərviz, daha sonra Milana ol-

ması fikirlərini qarışdırırdı. Üstəlik Aydın da yalan danış-

mışdı. Fizika müəlliminin daha nələri bildiyini mütləq də-

qiqləşdirməliydi. Onun özü yəqin ki, hələlik bayaq danış-

dıqlarının xaricində başqa heç nə etiraf etməyəcəkdi. Bu-

na görə də prokurorluqdan qayıdandan sonra müəllimin 

sevgilisi Nəzrinin hadisə ilə bağlı bütün bildiklərini araş-

dırmağı  planlaşdırdı.  6A  kottecində  Aydınla  birlikdə  qa-

lan  22  yaşlı  gənc  qızın  adının  qarşısında  sual  işarəsi  qo-

yub  yenidən  siyahının  əvvəlinə  qayıtdı.  Deməli,  Pərviz, 

Aydın  və  Milana  hər  üçü  ifadələrində  ən  azı  bir  dəfə 

yalan  danışmışdılar.  Bu  artıq  məlum  məsələ  idi.  Xilaset-

mə  dəstəsindən  Fariz  və  köməkçisi  Dimanın  hadisə  baş 

verən  ərəfədə  danışdıqlarında  isə  uyğunsuzluq  var  idi. 

Hadisə  ilə  əlaqələri  var  idisə,  ola  bilsin  ki,  əlbir  olublar. 

Dima  yatmasını,  soyuq  olduğuna  görə  termosdan  özünə 

və Farizə çay süzməsini xatırlasa da, nə vaxt yuxuya dal-

dığını, iş yoldaşının gödəkcəsini onun çiyninə nə vaxt sal-

dığını  ümumiyyətlə  xatırlaya  bilmirdi.  Bəlkə  də  xatırla-

maq istəmirdi. Nə bilmək olar, hər şey mümkündü, – Sato 

öz-özünə  mızıldanıb  qərar  verməyə  çalışdı.  Ola  bilər  ki, 

Dima dediyi kimi çox yorğun olub. Amma Roma boğular-

kən Farizin onu çağırmasını eşitməməsi o qədər də inan-

dırıcı görünmürdü. Yaxşı, əgər cinayəti xilasetmə koman-




50

 

 



dasının  işçiləri  törədiblərsə,  şairin  və  fizika  müəlliminin 

bu ssenaridəki yeri harda olub? Bəs Milananın? Qadın nə-

yə görə yalan danışsın? Başa düşürdü ki, bu ölüm faktın-

dakı  cinayət  detallarının  hamısında  Milananın  əli  var. 

Sato  hadisənin  qısqanclıq  zəminində,  yaxud  tamamilə 

başqa məqsədlə törədildiyi bəlli olmasa da, ukraynalı qa-

dın ucbatından baş verdiyini daha çox ehtimal edirdi. 

Cavabsız  suallar  davam  etdikcə  yetkin  qərara  gələ 

bilməyəcəyinin fərqinə varıb hirslə bloknotu büküb cibinə 

qoydu


.  İstirahət  mərkəzinin  rəngarəng  güllərlə  əhatə  olun-

muş  guşəsinin  həyətində  qoyulmuş  iri  yelləncəyə  oturub 

yayxandı.  Yuxusuzluğun  yaratdığı  süstlüyü  indi  bütün  ca-

nında hiss edirdi. 

 

**** 


 

Hərdən Satoya elə gəlirdi ki, o hələ də uşaqdı və heç 

vaxt böyüməyəcək. Zaman keçdikcə həyatın insanın qar-

şısında qoyduğu ağırlıqları da ömür boyu hiss etməyəcək. 

Daha ata-analar da doğma övladlarını küçələrdə atıb get-

məyəcək. Baxmayaraq ki, o bunu yaşamışdı, bundan son-

ra bir nəfər də olsun körpə bu cür ailə faciəsinin qurbanı 

olmayacaqdı.  Gözlərini bir  nöqtəyə  zilləyib sanki  saf  dü-

şüncələrinin özü ilə gətirdiyi rahatlığı duymağa çalışırdı. 

İndi  yenə  xatırlayırdı  ki,  12-13  yaşlarında  olanda  bəzən 

özü və bir yerdə böyük ailə kimi yaşadığı uşaqlar haqqın-

da  şeirlər,  hekayələr,  kitablar  yazmaq  istəmişdi.  Doğru-

dan,  görəsən  niyə  yazmadı  o  vaxt?  Niyə  davam  etmədi 

axı?  Yox,  o,  bu  barədə  düşünmək  istəmirdi.  Nəyə  görə 

yazmadığını xatırlamamalıydı... 



51

 

 



Onun  üçün  çox  ağır  idi.  Nəinki  ata-anasız  keçirdiyi 

uşaqlıq  illəri,  eləcə  də,  uşaq  evindən  ayrılandan  sonrakı 

bütün  illər  Saday  üçün ağrılı-acılı  keçmişdi.  Bu illərdə  o, 

soyuqqanlı, insanlara yovuşmayan, əsəbi adam olmuşdu. 

Həyatının ən xoş anları kimi yalnız uşaq evində keçirdiyi 

illəri yadına sala bilirdi. Həmin sevimli günlərin son nöq-

təsini  –  ən  axırıncı  anını  isə  o  heç  vaxt  düşünmək,  yada 

salmaq  istəmirdi...  O  nöqtədə  Saday  tənha  həyatında  ən 

çox  sevdiyi  insanı  –  Aynuru  itirmişdi.  Təkcə  bir  nəfəri 

yox, uşaqlıq dostunu, parta yoldaşını, sevdiyi məsumgöz-

lü  və  çəkdiyi  acılara  şərik  olan  yeganə  insanı,  qayğıkeş 

baxışların sahibini  – bəstəboylu həmin şıltaq qızı almışdı 

həyat  onun  əlindən.  Həm  də  sərxoş  sürücünün  törətdiyi 

ucuz bir avtomobil qəzası ucbatından... 

 

*** 


 

Onu fikirlərindən indicə diqqətini çəkən adam ayırdı. 

Şair idi. Əlindəki boş araq şüşələrini qaldığı 6C kottecinin 

qarşısındakı  zibilqabına  atıb  yenidən  otağına  qayıtdı. 

“Alkaş, sənin kimi yaşamağa nə var e?!” – beynindən bu-

nu keçirirdi ki, birdən burada şübhəli durum olduğunun 

fərqinə vardı. Görəsən Pərviz neçə gündür içdiyi araq bu-

tulkalarını nəyə görə məhz indi atır? Olmaya gecə, bayaq 

dediyi kimi tək yox, Milana ilə içib. Onun evini axtaraca-

ğımı  bildiyinə  görə  barmaq  izlərinin  aşkarlanacağından 

ehtiyatlanmış  ola  bilər.  Yox,  bəsit  mülahizədi.  Əgər  belə 

olsaydı onları zibilqabına deyil, başqa yerə atardı. Lap elə 

sındırıb  ayaqyolunun  kanalizasiyasına  tökərdi.  Bəlkə  bu 

ağlına gəlməyib? Amma necə olsa ərazinin təmizliyindən 




52

 

 



məsul  şəxslər  zibilqabıları  vaxtaşırı  boşaldırlar.  Bu  halda 

şairin sevgilisi ilə içdiyi araq şüşəsi də zibillikdəki yüzlər-

lə beləsinə qarışıb it-bat olacaqdı. Buna baxmayaraq, şüb-

hə  yaratmamaq  üçün  təkcə  gecə  içdikləri  butulkanı  da 

sındırıb ata bilər. Ləngimədən prokurorluğa gedib evi ax-

tarış haqqında icazə qərarını götürməli idi. 

Xatırladı  ki,  məlumat  bürosundan  hələ  də  bir  xəbər 

gəlməyib.  Əsəbiləşib  yenidən  zəng  etməli  oldu.  Deyəsən 

dünya veclərinə deyil axı! O boyda dünya çempionu işlət-

dikləri istirahət mərkəzində öldürülüb, bunlarsa öz aləm-

lərindədilər! 

– Resepşin Aynur. Buyurun – telefon xəttində bayaq-

kından daha nəzakətli və mehriban bir səs eşidildi. 

Məlumat  bürosu  əməkdaşının  adını  eşidəndə  Sato 

başında qəribə bir sıxılma və heç vaxt duymadığı şiddətli 

ağrı hiss etdi.  Sanki  bir anlıq  kimsə  beyninə  iynə  sancdı. 

Özünü  o  yerə  qoymasa  da,  birdən-birə  mülayimləşib, 

kövrəlməsi səsindən hiss olunurdu: 

– On dəqiqə əvvəl sizin əməkdaşlardan birinə 6C kot-

tecini  kirayələyən  Pərviz  adlı  şəxsə  yüksək  endirim  edil-

məsinin səbəbini soruşmuşdum. 

–  Bağışlayın,  kim  idi  danışan?  –  qız  eyni  nəzakətlə 

xəbər aldı. 

–  Bakıdan  baş  müstəntiq  Saday  Oğuz,  –  Sato  özünü 

təqdim  etmədiyini  indi  xatırlayıb  tələsik  səhvini  düzəl-

tməyə çalışdı. 

– Saday müəllim, bir az əvvəlki resepşin növbəni mə-

nə təhvil verib. Amma bu barədə heç nə demədi. Zəhmət 

olmasa,  bircə  dəqiqə  gözləyin  əlaqədar  şəxsi  birləşdirim. 

Sizə məlumat verər. 




53

 

 



**** 

 

Telefon  danışığından  konkret  nəticə  hasil  olmasa  da, 



şairin restoran sahibi ilə yaxın dost olduqları üzə çıxmış-

dı.  Pərvizə  istirahət  mərkəzində  yüksək  endirim  edilmə-

sinin səbəbi də bu idi. Sato bloknotunda bir az əvvəl etdi-

yi  qeydi  xatırladı.  Kərimin  adının  üstündən  nahaq  xətt 

çəkmişdi. Pərviz isə hələ ki, ən şübhəli adam olaraq qalır-

dı.  Buna  görə  onun  yaxın  dostu  da  yaxşı-yaxşı  araşdırıl-

malıydı.  Bu  dəfə  siyahıda  ən  aşağıda  –  hamıdan  sonra 

təkrar “Kərim” sözünü yazdı. 

Beynindəki  suallar  azalmaq  əvəzinə,  getdikcə  daha 

da  artır  və  beləcə  qərara  gəlməsinə  əngəl  olurdu.  Yox, 

şübhələrinin  hansındasa  mütləq  yanılırdı.  Ən  başlıcası 

Dima və Farizdən şübhələnməsi axmaq fikir idi. Hər ikisi 

xilasetmə  dəstəsində  uzun  illərdi  çalışırlar.  Onların  cina-

yət  törətmələrini  düşünmək  çıxılmaz  vəziyyətdə  qalmaq 

deməkdi, – Sato bir az əvvəlki təhlilini lənətləməyə başla-

dı.  Deyəsən  axı,  çox  yorulmuşdu.  Yoxsa  necə  olurdu  ki, 

belə  –  özündən  başqa  heç  kəsin  inanmayacağı  qərarlara 

varırdı? Guya onların qatil olmasına özü inanırdı?! 

Belə  olmayacaqdı.  Əvvəlcə  Milananı  bir  daha  danış-

dırmaq,  daha  sonra  isə  yolüstü  bütün  detalları  yenidən 

götür-qoy etmək lazımdı.  Ayaqlarını  yerə  sürütləyib  yel-

ləncəyi  dayandırdı.  Vaxt  itirmədən  ukraynalı  tennisçi  ilə 

görüşməliydi. 

 

 



 

 

 




54

 

 




Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin