6
1
Cinayət saatı: 07:38
Yer: X* rayonu, dəniz sahilindəki istirahət mərkəzlərin-
dən biri
Avqust ayının mənasız və darıxdırcı günlərindən biri
bu dəfə sahildəki istirahət mərkəzində dincələn insanlar
üçün ölüm xəbəri ilə açıldı. Səhər saatlarında dənizdə bo-
ğulan şəxsin ölkə idmanında tanınmış simalardan biri ol-
duğu deyilirdi.
Getdikcə daha çox azğınlaşan dalğalar sahildə nəm
qumun üstündə dünən günortadan cızılan hərfləri, bura
gələn sevgililərin ara-sıra çəkdikləri ürək rəsmlərini, uşaqla-
rı
n özünəməxsus formada hazırladıqları qum evcikləri və
qalacıqları yuyub aparırdı. Adətən günorta saatlarında –
dəniz suyunun çimmək üçün ən ideal vaxtında burada
adam əlindən tərpənmək olmurdu. İndi isə hava küləkli
olduğu üçün çimərlik geyimində yaxınlıqdakı köşklərdə
məyus halda oturub çay içən, yüngül qəhvəaltı edən
adamlar daha çox gözə dəyirdi. Çoxları isə hələ də səhər
dənizdə boğulmuş Roma adlı idmançı haqqında danışır,
hadisənin təfərrüatlarından məlumatı olmayanlar isə şa-
hidlərdən nəsə öyrənməyə çalışırdılar. Hadisə bu sabah
erkən saatlarda baş verdiyi üçün hələ ki, nə şahid tapıl-
7
mışdı, nə də mərhumun suda boğulmasını “gördüm” de-
yən olmuşdu.
Baş vermiş hadisə zamanı dünyasını dəyişən şəxs ta-
nınmış adam olduğu üçün diqqət çəkməyən şübhəli fak-
tın olub-olmamasının araşdırılması tapşırılmışdı. Bu gün
İdman və Turizm Nazirliyindən Baş Prokurorluğa hadisə
ilə bağlı xüsusi məktub daxil olmuşdu. Buna görə də pro-
kurorluğun açılmayan qətllər üzrə baş müstəntiqi Saday
Oğuz hadisə yerinə gəlmişdi. Prokurorluq Sato ləqəbi ilə
tanınan bu əməkdaşın bütün dəlisovluqlarına rəğmən ha-
disədə şübhəli məqam varsa, vaxt itirmədən aşkara çıxa-
racağına əmin idi.
****
Dostları ilə paylaş: