Detektiv roman



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə3/13
tarix02.01.2022
ölçüsü1,29 Mb.
#39146
1   2   3   4   5   6   7   8   9   ...   13
Müşfiq-XAN-Milenaya-mektub

 

Cinayətdən 4 saat sonra 

 

Sato hadisə yerinə çatanda meyit artıq rayon mərkə-



zinə yaxın olan təcili tibbi yardım məntəqəsinə aparılmış-

dı.  Dənizdəki  xilasetmə  dəstəsindən  verilən  məlumatda 

hadisənin bir neçə saat əvvəl baş vermiş boğulma olduğu 

təsdiqlənmişdi.  Məlumatda  dənizdə  boğulan  şəxsin  29 

yaşlı Roma adlı Bakı sakini olduğu bildirilirdi. Sato hadi-

sə yerində təhqiqat aparan əməkdaşların və tibbi eksperti-

zanın rəyi ilə tanış olub yanında dayanan rayon sakininə 

xilasetmə dəstəsinin işçilərini çağırmasını xahiş etdi.  

– Dima, səni istəyirlər. Bir az cəld ol, – Kərim dənizin 

ləpədöyən yerindəki köşkdə oturan qırx yaşlarındakı ada-

ma səsləndi. Dima növbəni təhvil versə də, bir saat olardı 



8

 

 



ki,  davam  edən  istintaq  prosesinə  görə  getməsinə  icazə 

verilməmişdi. Dənizin səngimək bilməyən dalğalarına ba-

xıb sakitcə siqaretini sümürürdü. Restoran sahibinin çağı-

rışından  sonra  narazı  halda  Sato  ilə  Kərimin  dayandığı 

yerə doğru gəldi. 

–  Bəs  Fariz hardadı?  –  üst-başına  dəniz  yosunlarının 

qoxusu  hopmuş  adam  onlara  yaxınlaşanda  Kərim  təkrar 

sual verdi. 

–  Ordadı,  –  gələn  adam  onlardan  əlli-əlli  beş  metr 

aralıda  növbəni  təhvil  vermək  üzrə  olan  baş  növbətçini 

göstərdi. Deyəsən xilasetmə qayığının motorunun və his-

sələrinin sazlığını yoxlayırdılar. 

– Əvvəlcə hadisə haqqında sizin ifadənizi almalıyam,          

–  Satonun  təklifi  Kərim  üçün  gözlənilməz  oldu.  Əs-

lində  Bakıdan  gələn  adamın  sorğu-sual  üçün  Dimadan 

başlayacağını  düşünmüşdü.  Təəccübləndiyini  hiss  etdir-

mək istəmədi: 

–  Olar.  Necə  istəyirsiniz,  elə  olsun.  Yol  gəlmisiniz. 

Uşaqlara deyim, yeməyə bir şey hazırlasınlar. 

– Ehtiyac yoxdur. Ancaq soyuq çaxır olsa pis olmaz. 

–  Baş  üstə.  Niyə  olmur. İndiyə qədər elə  bilirdim  si-

zin kimi əməkdaşlar iş başında içmirlər.  

Bunu  sözarası  zarafata  salıb  vəziyyəti  düzəltmək 

üçün tələsik əlavə elədi: 

–  Yerinə  düşdü.  Hava  axmaqcasına  istidi.  Mən  də 

çaxırı sevirəm. Soyuq olanda ləzzət edir. Deyərəm bu saat 

buz da gətirərlər. 

–  Siz  içməsəz  yaxşıdı,  hələ  ifadənizi  almamışam. 

Həm  də  iş  başındasız,  –  Sato  sınayıcı  nəzərlə  restoran 

sahibinə  baxıb  onun  yersiz  zarafatına  ironiya  ilə  qarşılıq 




9

 

 



verdi. Nəzakətsizlik etdiyinin fərqinə varması çox çəkmə-

di. Amma üstünü vurmadı:  

– Xahişi edirəm, Romanın dənizdə boğulması haqqın-

da bildiyiniz bütün təfərrüatları danışın. Və bir də onunla 

X* rayonuna gələn ukraynalı qız..., – nə idi adı? 

–  Milana,  –  Kərim  bir  neçə  saatda  dəfələrlə  eşitdiyi 

adı düşünmədən xatırladı. 

– Bəli, işçilərinizə tapşırın ki, onu da çağırsınlar. Gö-

rüşməliyəm. 

 

**** 



 

– Hadisədən nə vaxt xəbər tutdunuz? 

– Səhər saat 9:30 olardı. Dünən müştərilər gecə saat-

larına  qədər  yeyib-içdiklərinə  görə  yuxusuz  olmuşam. 

Onsuz  da  günortaya  qədər  adam  az  olur.  Buna  görə  də 

işləri  uşaqlara  tapşırıb  bu  gün  bir  az  yatmağı  planlaşdır-

mışdım. 

– Restoran saat neçədə açılır? 

– Səhər 8-də artıq iş başlayır. Amma bu gün bir saat 

gecikiblər. 

– Səbəbini deyə bilərsiz? 

– Dediyim kimi, gecə hamı yorğun idi. İcazə verdim 

ki, doqquza qədər dincəlsinlər. 

– Səhər restorana hamıdan əvvəl kim gəlib? 

– Ofisiantlarımızdan biri açır həmişə. 

– Şübhəli nəsə görməyib? 

– O gələndə hadisə artıq baş veribmiş. 

– Nə vaxt gəldiyini bilirsiniz? 

– Dəqiq xatırlamır. Amma saat 9-dan tez olub. 



10

 

 



– Hadisədən xəbər tutanda nə etdiniz? 

– Mənə aşpazımız xəbər verdi. Romanın dənizdə bo-

ğulduğunu  eşidəndə  tələsik  geyinib  sahilə  gəldim.  Rəh-

mətlik boksçu idi. Yəqin ki, bilirsiniz, iki dəfə dünya çem-

pionu olub. Müştərilərimizdən çoxu onu tanıyır. Mən ha-

disə yerinə çatanda təcili yardım maşını artıq getmişdi. 

– Dima, – Sato bir az aralıda ifadə vermək üçün növ-

bəsini  gözləyən  adamı  səslədi.  –  Kərim,  siz  gedə  bilərsi-

niz. 

 

 



 

 



11

 

 



 

 



Prokurorluğun baş müstəntiqi səhər saatlarında suda 

boğulan adamın boks üzrə bir neçə dəfə dünya çempionu 

olduğunu  X*  rayonuna  gələndə  artıq  bilirdi.  Hadisənin 

maraqlı  tərəflərindən  biri  də  məhz  dünya  çempionunun 

ölümündə  hansısa  şübhəli  məqamın  olub-olmadığını 

araşdırmaq  idi.  Hələlik  Sato  üçün  müəmmalı  görünən 

yeganə məqam Romanın boksdan əvvəl uzun müddət üz-

güçülüklə məşğul olmasına baxmayaraq, sakit havada də-

nizdə  boğulmasıydı.  Bu,  ağlabatan  deyildi.  Çempionun 

əvvəllər professional üzgüçülüklə məşğul olduğunu rayo-

na gələrkən saytlarda Roma haqqındakı köhnə idman xə-

bərlərində  rastlamışdı.  Şöbədəki  dostu  Gündüzdən  Ro-

manın  sağlıq  durumunu  araşdırmasını,  mərhum  da  son 

vaxtlar  ürək-damarla  bağlı  problemin  olub-olmamasını 

öyrənməyi xahiş etmişdi. 

 

**** 



 

– Romanı Farizlə birlikdə xilas etmisiniz? – Sato xila-

setmə qrupunun işçisinə ona maraqlı olan ilk sualı verdi. 

– Mən orda idim, – Dima bayaq oturduğu köşkü gös-

tərdi. Çox yorğun idim. Siqaret çəkirdim. Nə vaxt yuxuya 

getdiyimi indi də dəqiq xatırlamıram. 

– Səhər də hava belə küləkli olub? 

– Xeyr. Hava çox sakit idi. Dənizin yaxınlığında səhər 

tezdən  demək  olar  ki,  adam  olmur.  Burada  camaat  gecə 



12

 

 



əyləncəsinin yorğunluğunu günorta saatlarına qədər yat-

maqla çıxarır. 

–  Fariz  baş  növbətçidir  axı.  Nə  əcəb  özü  iş  başında 

ola-ola növbə müddətində sənin yatıb dincəlməyinə icazə 

verir? 

– Biz dostuq. Dediyim kimi, mən yorğun idim. Hava 

da sakit olduğu üçün elə bir işimiz yox idi. Necə olsa, bir 

neçə saatdan sonra növbəni təhvil verəcəkdik. Sakitlik idi. 

Nə yalan deyim, o, “Bir az mürgülə, bəlkə özünə gəldin. 

Mən yorğun deyiləm”, –deyəndə lap ürəyimdən oldu. 

–  Yuxuya  getməmişdən  əvvəl  axırıncı  dəfə  Farizi 

görəndə o harda idi? 

–  Sahilin  10-15  metrliyində  qayıqda  idi.  Səhərin  me-

hindən  üşümüşdüm.  Termosdan  özümə  çay  süzdüm. 

Onu da səslədim. “Sən iç, mən də gəlirəm”, – dedi. Bun-

dan sonrasını xatırlamıram. 

– Saat neçə olardı?  

– Yeddi olardı. 

– Dəqiq xatırlaya bilərsiniz? 

–  Oturmağa  gələndə  saata  baxmışdım.  Növbəni  təh-

vil verməyimizə düz beş saat qalırdı. Fikirləşdim ki, vax-

tımın bir saatını burada öldürə bilsəm yaxşı olar. 

– Növbəni 12:30-da təhvil verirsiniz? 

– Bəli. Oturandan sonra təxminən 15-20 dəqiqəyə iki-

üç siqaret çəkib, çay içdim. Sonra da dediyim kimi, yuxu-

ya getmişəm. 

– Nə vaxt ayıldınız? 

– Fariz qışqırıb məni köməyə çağıranda yerimdən dik 

atıldım.  Qayıq  sahilə  yaxın  dayanmışdı.  Fariz  boğulan 

adamı qayığa çıxarmağa çalışırdı. Tələsik qaçıb kömək et-




13

 

 



dim. Amma biz onu sahilə çatdıranda artıq nəbzi dayan-

mışdı. 


– Kim yoxladı? 

– Mən. Fariz özünü çox itirmişdi. Rəngi ağappaq idi. 

Dayanmadan  Romaya  kömək  etməyə,  süni  tənəffüs  ver-

məyə  çalışırdı.  Mən  “Fariz,  o  ölüb”,  deyəndə  dəli  kimi 

qışqırdı. Sonrasını da yəqin ki, özünüz bilirsiniz. 

–  Aha,  –  Sato  başının  işarəsi  ilə  onunla  razılaşdığını 

bildirdi.  –  Gedə  bilərsiniz.  Farizə  deyin  onunla  söhbət 

etmək istəyirəm. 

– Dima, – Sato uzaqlaşmaq üzrə olan növbətçini yeni-

dən  çağırdı.  Beş-altı  metr  aralıda  ayaq  saxlayıb  geriyə 

qayıdan  adama  əlinin  işarəsi  ilə  narahat  olmamasını  bil-

dirdi.  Hər  iki  əlini  ağzının  kənarlarında  boru  kimi  cütlə-

yib unudubmuş kimi bayaqdan bəri beynində cavab tap-

maq istədiyi sualı indi verdi:  

– Çayını içmişdi? 

Dima  yenicə  tamamladıqları  söhbəti  xatırlayıb  tələsik 

dilləndi: 

– Bəli. 


– Əminsiz? – Sato bunu pıçıltı ilə soruşdu. Çünki ar-

tıq  bu  vaxt  Dima  onun  bir  addımlığına  qədər  gəlib  çıx-

mışdı. 

–  Məncə  içmişdi.  Oyananda  Farizin  soyuq  havalar 

üçün  qayıqda  gəzdirdiyi  gödəkcəsi  çiynimdə  idi.  Üstəlik 

ona süzdüyüm stəkan da boş idi. Sahilə – mənim oturdu-

ğum köşkə gəldiyinə əminəm. 

–  Sağ  olun,  –  Sato  dostcasına  əlini  onun  çiyninə  qoyub 

əlavə etdi: 



14

 

 



–  Xahiş  edirəm,  hələlik  söhbətimizin  məzmunu  ilə  bağlı 

Farizə heç nə deməyin. 

 

 

 



Satoya  artıq  məlum  idi  ki,  hadisə  səhər  7-9  radələri 

arasında baş verib. İki saat müddət isə hansısa cinayəti tö-

rətmək və izi itirmək üçün kifayət qədər inandırıcı görü-

nürdü. Amma hələlik ortada ölümün bədbəxt hadisə, ya-

xud cinayət səbəbi ilə baş verməsinə dair yetərli fakt yox 

idi.  Restoran  sahibi  Kərimin  və  xilasetmə  dəstəsinin  kö-

məkçi  növbətçisi  Dimanın  ifadələri  tibbi  ekspertizanın 

ilkin  rəyinə  uyğun  gəlirdi.  Hər  şey  patoloji  anatomiya 

birliyinin qərarından asılı idi. Sato isə üzməyi əla bacaran, 

fiziki  hazırlıqlı  bir  adamın  sakit  havada  dənizdə  boğul-

masına  inanmırdı.  Üstəlik  bir  az  əvvəl  dostu  Gündüz 

şöbədən  zəng  edib  Romanın  hər  hansı  bir  ürək-damar 

xəstəliyinin  olmadığını,  tamamilə  sağlam  olduğunu  mə-

lumat  vermişdi.  Açılmayan  qətllər  üzrə  baş  müstəntiqə 

bəlli  olan  bu  səbəblər  hadisənin  cinayət  olduğuna  dair 

şübhələrini daha da artırırdı. 

Sato,  Fariz  növbəni  təhvil  verənə  qədər  Dimanın 

oturduğu  köşkün  ətrafına  nəzər  salmağa  macal  tapdı. 

Termos,  stəkan  əvəzi  istifadə  edilən  termos  qapaqları  və 

gödəkcə olduğu kimi dururdu. Taxta masanın yaxınlığın-

dakı siqaret kötükləri isə hansısa yeni versiya yürütməyə 

imkan  vermirdi.  Gecədən  müştərilərin  atdığı  siqaret  kö-

tükləri  Dimanın  çəkdikləri  ilə  qarışmışdı.  Bundan  başqa 

dostunun dediyinə görə Fariz də hərdən çəkirdi. Köşkün 




15

 

 



yanında qumun üstündəki çay qalığı və təxminən siqaret 

uzunluğundakı  küldən  başqa  şübhəli  heç  nə  görməyən 

Sato  fikirli  halda  çömbəldiyi  yerdən  dikəldi.  İctimai  yer-

lərdə  baş  verən  cinayət  hadisələrini  araşdırmağa  buna 

görə  nifrət  edirdi.  Belə  olanda  bütün  cinayət  detalları 

qarışır, izlər əl-ayaq altında qalır. Təkcə bu kiçik ərazidə – 

bir köşkün ətrafında dörd müxtəlif markalı siqaret kötüyü 

saymışdı. 

“İki saat”, – astaca öz-özünə pıçıldayıb beynində ixti-

sar etməyə çalışdı. Bu qədər zaman aralığını təhlil etmək 

boğulma faktı üçün əlçatmaz görünürdü. Kərimin sözləri-

nə görə restoran saat 9-da işə başlayıb. Deməli buna qədər 

köşkləri,  masaları  səliqəyə  salmağa,  çay  dəmləməyə  və 

digər hazırlıq işlərinə 15-20 dəqiqə və bəlkə də daha artıq 

vaxt  lazım  olub.  Yəni  təxminən  9-un  yarısından  bir  az 

keçmiş hadisə baş vermiş ərazidə Dima, Fariz və təbii ki, 

Romadan  başqa  daha  bir  adam  da  olub.  Əgər  Dima  saat 

7-yə  qədər  oyaq  olduğunu  və  bu  vaxt  sahildə  kənar  heç 

kimin olmadığını söyləyirsə, zaman daha da qısalır. “De-

məli,  təxminən  saat  yarım”,  –  Sato  hesablamağa  başladı. 

Farizin saat 7-dən sonra sahilə gəlməsini, gödəkcəsini Di-

manın  çiyninə  salmasını  nəzərə  alsa,  bu  da  təxminən  10-

15  dəqiqə  vaxt  itkisi  deməkdir.  Əlbəttə  ki,  adam  köşkə 

ayağını  basan  kimi  Roma  gəlib  özünü  dənizə  atmayıb. 

“Bu heç inandırıcı deyil”,  – Sato versiyalardan birini çıx-

daş  etdi.  Üstəlik  Farizin  Roma  boğulandan  sonra,  yaxud 

əvvəl köşkə gəlməsi özündən başqa heç kimə bəlli deyil-

di.  Sümürülmədən  öz-özünə  yanıb  külə  dönmüş  siqaret 

kötüyü  barəsində  düşünürdü  ki,  Farizin  ona  yaxınlaşdı-

ğını gördü: 




16

 

 



–  Məni  görmək  istəmisiniz?  –  baş növbətçi çatar-çat-

maz dilləndi. 

– Bəli. Zəhmət olmasa keçin oturun. 

–  Bilirəm,  növbədən  çıxmısız,  yorğunsunuz.  Amma 

hadisə  haqqında  bir  də  mənə  danışmağınızı  istəyirəm,  – 

Sato qayğılı halda sözə başladı. 

– Başa düşürəm. Əlbəttə... 

Baş  növbətçi  bunu  deyib  yuxusunu  qovmağa  çalışırmış 

kimi gözlərini ovub sözə başladı: 

–  Romanı  əvvəllər  tanımasam  da,  burada  görəndən 

sonra  Bakıdan  dincəlməyə  gələn  adamlardan  eşitmişdim 

ki,  dünya  çempionudur.  Turnirlərdən  birində  erməni  id-

mançısına qalib gəlib Avropa çempionu olduğunu da de-

yirdilər. Yazıq, cəngavər kimi oğlan idi. Məncə əsl idman-

çı  elə  olmalıdır.  Gecə  əyləncələrinə  çox  qalmazdı.  Çünki 

iki  gündən  bir  səhər  tezdən  onu  sahildə idman edən  gö-

rürdüm. Bu, sağlam və gümrah olmağın birinci qaydasıdı 

 –  qrafiklə  yatıb-durmaq  və  yeyib-içdiyinə  fikir  ver-

mək. 

– Siz özünüz belə edirsiniz? – Sato xilasetmə dəstəsi-



nin əməkdaşını fikirlərindən ayırdı.  

– Çalışıram. Amma mənim işim elə idmandı da!  

Baş müstəntiq əsas mətləbə keçməsini, bayaqdan bəri da-

nışdıqlarının onun üçün gərəksiz olduğunu hiss etdirdi: 

– Siqaretinizdən birini ala bilərəm? 

– Hə. Əlbəttə. 

Fariz uniformasının ciblərini eşələyib hansı cibinə qoydu-

ğunu  unudubmuş  kimi  nəhayət  ki,  siqareti  alışqanla  bir-

likdə həmsöhbətinə uzatdı. Satonun siqareti yandırıb da-

mağına qoymağı ilə öskürməsi bir oldu. 




17

 

 



–  Deyəsən  çəkən  deyilsiniz,  –  Fariz  azacıq  sezilən 

təbəssümlə işarə etdi. 

–  Zəhrimar  kimidir.  Həmişə  belə  tündündən  çəkir-

siniz?  –  Sato  bu  sualı  verəndə  ürəyində  əvvəlcə  Farizin, 

sonra  da  siqareti  icad  edənlərin  yeddi  arxa  dönənlərini 

atəşin söyüşlərlə yad etdi. Bir də ki, Farizin nə günahı var 

idi  axı?!  Məgər  o,  öz  sağlamlığını  riskə atmaq  istəyərdi?! 

Deyəsən, onu söydüyünə görə peşmanladı da. Amma ye-

nə ürəyində. Nə etmək olardı?! Artıq olan olmuşdu. Fari-

zin bütün nəsil-nəcabətinin qulaqları cingildəmişdi. 

–  Əslində  çox  çəkən  deyiləm.  Belə  də,  gündə  beş  ya 

altı dənə. O da növbədə olanda. Burada vaxt gec keçir. 

– Sayırsınız? 

– Nəyi? Gündəlik çəkdiyim siqaretləri? 

– Aha. 

– Bekarçılıq əlamətidir, – Fariz bu dəfə dişlərini ağar-

daraq başını buladı. 

–  Mənə  görə  siqaret  çəkmək  dünyanın  ən  axmaq 

məşğuliyyətidi.  Sato  bunu  deyib  siqareti  söndürmədən 

masanın taxtaları arasında bir yerə sancdı. 

– Məncə də. 

–  Hə,  zəhmət  olmasa  hadisə  haqqında  danışın.  Vax-

tım çox azdı. 

– Dediyim kimi, – Fariz qaldığı yerdən başlayıb yenə 

də  uzun-uzadı çərənləməyə  başladı. Amma  bu dəfə  Sato 

onun  sözünü  kəsmədi.  Görünür  adam  çoxdanışan  idi  və 

irad  tutmağın,  əsəbiləşməyin  də  faydası  olmayacaqdı. 

Həm də soyuq çaxırdan sonra baş müstəntiqin də kefi bir 

az  düzəlmiş,  həmsöhbətinin  isə  suyuşirin  adam  çıxması 

ürəyincə olmuşdu. 




18

 

 



 

 



Xilasetmə  dəstəsinin  baş  növbətçisi  Farizin  danış-

dıqlarından sonra Sato demək olar ki, yeni heç nə öyrənə 

bilməmişdi.  Hadisənin  yeganə  şahidinin  ifadəsinə  görə 

Romanın adətkar olduğu kimi bu səhər də dəniz sahilin-

də əvvəlcə qaçıb gimnastika etməsi, sonra da üzmək üçün 

suya  girməsi  məlum  olurdu.  Bu  isə  yeni  xəbər  deyildi. 

“Deməli,  Roma  dənizdə  boğulanda  Fariz  sahildəki  köşk-

də yuxuya dalan köməkçisi Dimaya səslənib”, – beynində 

bunu  götür-qoy  edirdi.  Amma  Dima  ifadəsində  Farizin 

yalnız Romanı qayığa qoyduğu vaxt qışqırıb onu çağırdı-

ğını bildirmişdi. “Küçük kimi yatıbmış it oğlu”, – əsəbilə-

şib yüksək səslə Dimanın qarasına söydü. Roma boğulan-

da Farizin onu çağırtısını eşitməməsinin səbəbi də bu ol-

malıydı. 

 

**** 


 

İstirahət mərkəzi şimal rayonun meşəlik hissəsinə ya-

xın ərazidə yerləşirdi. Sato torpaq yol boyu uzanan ağac-

lara  baxdıqca  aylardır  davam  edən  yorğunluq  və  stresin 

beynində iz saldığı gərginliyi daha çox hiss edirdi. Bələdçi 

6B nömrəli kottecin yanına çatanda dayandı: 

– Buradır. Milana içəridə təkdir. 

– Sağ olun. Siz gedə bilərsiz. 

İçəridəki kreslolardan birinin üstündə sapsarı saçları üzü-

nü görünməz edən gənc qadının zəif hiss olunan hıçqırtısı 

onun  hələ  də  sevgilisinin  ölüm  xəbərinin  təsirindən  çıxa 



19

 

 



bilmədiyini göstərirdi. Dirsəklərini dizlərinin üstündə qo-

şalayıb  başını  aşağı  salmışdı.  Qapının  örtülməsinə  etina-

sız  reaksiya  verdi.  Gələn  adama  gözucu  baxıb  bir  az  əv-

vəlki halına qayıtdı. 

Sato  23-25  yaşlarındakı  bu  qadının  Ukrayna  vətən-

daşı olduğunu və ailəsinin 4-5 ay əvvəl Krımda ruslar tə-

rəfindən öldürüldüyünü bilirdi. Dünən X* rayonuna gəl-

məzdən  əvvəl  şöbədən  ona  verilən  məlumatda  bildiril-

mişdi  ki,  Milana  özü  də  idmançıdır.  Azərbaycana  da 

məhz Bakıda keçirilən tennis turnirinə qatılmaq üçün gə-

libmiş.  Baş  verən  ailə  faciəsindən  sonra  isə  onun  həyatı 

gözlənilmədən  alt-üst  olmuşdu.  Roma  ilə  tanışlığından 

sonra o, öz ölkəsinə geri dönmək istəməmişdi. Həyatı bir 

neçə  ayın  içində  inanılmaz  formada  üç  dəfə  dəyişibmiş. 

Ən  yaxın  adamlarını  itirən  gənc  qadın  qərib  ölkədə  və 

ümimiyyətlə bu həyatda yeganə təsəllisini Roma ilə tapır-

mış. Bu gün səhər baş vermiş hadisədən sonra isə o, yəqin 

ki,  hələ  uzun  müddət  özünə  gələ  bilməyəcəkdi.  Sato  bu 

barədə düşünüb boş kresloda oturmaq üçün icazə istədi: 

– Əyləşə bilərəm? 

Qadın yalnız başının işarəsi ilə etiraz etmədiyini bildirdi. 

Baş  müstəntiq  bir  neçə  ayda  həyatında  iki  dəfə  böyük 

faciə yaşamış bu qadının halına daxilində acıdı. İndi onun 

sol  tərəfində  oturan  adam  qərib  və  kimsəsiz  idi.  Hardan 

başlayacağını, nə sual verəcəyini beynində çək-çevir etdi. 

Bir  istədi  ki,  əlini  onun  çiyninə  qoyub  təskinlik  versin. 

Amma sonra bunun mənasız fikir olduğunu düşünüb vaz 

keçdi. 


Qadınsa hələ də əlləriylə üzünü qapayıb astaca ağla-

yırdı. Titrəyən çiyinlərindən, hıçqırıb ağlamasından,  əllə-




20

 

 



rinin əsməsindən onun necə əzab çəkdiyini hiss etmək çə-

tin deyildi. Sanki bütün miskin və bədbəxt insanların acısı 

bircə gündə onun içinə çökmüşdü. 

Milana  gözəl  qadın  idi.  Bəlkə  də,  “gözəldir”  ifadəsi 

bir qadını təsvir etmək üçün ən yaxşısı, təbiətin ona bəxş 

etdiyi  bu  sərvəti  ifadə  etmək  üçün  ən  uğurlusudu.  Nə 

bilmək olar, bəlkə də, Milana kimi qüsursuz qadınlar Al-

lahın kişilər üçün lütfüdür. Bəlkə də, əksinə – onları sına-

ğa  çəkmək  üçün  yer  üzünə  göndərilən  insan  cildinə  gir-

miş  şeytanlardı.  “Bəlkələr”  Satonu  fikirlərindən  alıb  ta-

mam  başqa  bir  aləmə  aparırdı.  Gözucu  qadına  baxdı.  O, 

hələ də sakitləşmək bilmirdi. Bu halda ən yaxşısı susmaq 

idi. 

Qeyri-ixtiyari ona bir daha nəzər saldı. Baş müstəntiq 



həyatında  baş  verən  hadisədən  sonra  qadınlara  qarşı 

izaholunmaz  antipatiyasını  illərdir  özü  də  dərk  edə  bil-

mirdi.  Amma  indi  ömründə  ilk  dəfə  gördüyü  Milanaya 

qarşı daxilində yaranan rəğbət hissini də başa düşə bilmə-

di. Nə idi bu ukraynalı qadında Satonu özünə çəkən cazi-

bə?!  Cazibə  də  demək  olmazdı.  Hansısa  məchul  səbəbə 

daha çox bənzəyirdi. Onu əvvəllər görmüşdümü? Axı bu 

gözlər, saçlar, əllər baş müstəntiqə kimisə xatırladırdı. Bu 

barədə  düşünmək  istəməsə  də,  beynində  özündən  biixti-

yar cərəyan edən fikirlərin təsirindən çıxa bilmirdi. Mila-

na nəhayət ki, bir az sakitləşib üzünü ona sarı döndərən-

də baş müstəntiq bir anlıq tutuldu. “Selina”,  – deyə bey-

nindən  keçirdi.  Deyəsən,  yanılmamışdı.  Bu  qadın  ona 

həddindən  artıq çox  bənzəyirdi.  Lap  nağıllarda deyildiyi 

kimi – elə bil bir alma idilər, iki yerə bölmüşdülər. 



21

 

 



İndilərdə  qadın  qayğılı  halda  üz-gözünə  dağılmış 

nəm  saçları  səliqəyə  salmağa  çalışırdı.  İnanılmaz  pərişan 

görünürdü. Sato isə qeyri-ixtiyari bir neçə dəqiqəlik Seli-

nanı, onunla ilk tanışlığını, ayrılmasını, sonuncu dəfə Ba-

kıdakı  görüşlərini  xatırladı.  “Uğursuz  münasibət  idi”,  – 

ürəyində öz-özünə bunu pıçıldayıb tez də düzəliş etdi: 

– Daha doğrusu, gərəksiz münasibət idi. 

 

 



 

 



22

 

 




Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin