7
Cinayətdən 6 saat sonra
– Ötən gecə saat neçədə yatmısız?
Baş müstəntiqin sualı bu dəfə planlaşdırılaraq öldü-
rüldüyü ehtimal edilən dünya çempionunun kottec qon-
şusuna ünvanlanmışdı. Bu, Aydın idi.
– Dəqiq yadımda deyil. Amma həmişəki kimi çox gec
idi, – qıvrım saçlarının ucları günəşin yandırıcı şüalarının
təsirindən kürən rəng almış gənc düşünmədən cavab ver-
di.
– Saatı xatırlamağınızı xahiş edirəm.
– Uzanıb kinoya baxırdım.
Aydın bir qədər fikrə gedib davam etdi:
– Saat 3-ü təzə keçirdi ki, bitdi. Siqaret yandırıb həyə-
tə çıxdım. Əynim nazik idi. Qalın paltar da götürməmişik.
Otaqda çəkmək istədim. Amma Nəzrin tüstünün iysinə
dözə bilmir, öskürək tutur.
– Çox sağ olun. Bütün detalları izah edirsiniz. Təəssüf
ki, yatdığınız saatı hələ də deməyibsiz.
– Dediyim kimi, 10-15 dəqiqə dayanıb qayıtdım.
– Dayandınız, yoxsa siqaret çəkdiniz?
– Əlbəttə ki, siqaret çəkməyə çıxmışdım. Siz nəyə
görə belə qəribə suallar verirsiniz? Yoxsa məndən nədəsə
şübhələnirsiniz?
33
– Qətiyyən! On, yaxud on beş dəqiqə bir siqaret üçün
uzun müddət deyil?
– Mən ikisini çəkdim.
– Yenə olmadı.
Baş müstəntiq Aydıngilə gələrkən 6A kottecindən xeyli
aralıda rast gəldiyi siqaret qutusunu xatırladı.
– Yox, lənət şeytana! Daha doğrusu üç. Bəli, üçünü
çəkmişdim.
– Baxın, indi ümumiyyətlə olmadı, – gənc xəfiyyə və-
ziyyəti tam aydınlaşdırmaq üçün bu dəfə təcrübə apar-
malı oldu.
– Əmimin qəbri haqqı, cəmi üç siqaret çəkmişdim.
Sato onun bu barədə yalan danışmadığını anlayıb davam
etdi:
– Soyuq hava idi və siz üşüməyinizə baxmayaraq iki,
yox, lənət şeytana, üç siqaret çəkmisiz dalbadal. Yəni bu
qədər çox çəkirsiniz? – həmsöhbətinin yalan danışmasın-
dan sonra əsəbiləşən baş müstəntiq söz atdı.
– Bəli.
– Amma bayaqdan bəri bir dənəsini də olsun çəkmə-
misiz. Hesabla siz oyaq olanda hər 5, yaxud 10 dəqiqədən
bir siqaret yandırırsız, – bunu deyib masanın üstündəki
qara “Mond” markalı siqaretə işarə etdi. Belə nadir mar-
kaların adətən ölkə gömrüyündən qeyri-leqal yollarla gə-
tirildiyini bilirdi. Digər tərəfdən qutunun üzərində aksiz
markasının olmaması da işi asanlaşdırırdı. Eyni marka-
dan olan boş siqaret qutusu 6A kottecinin ətrafında da
Satonun diqqətini çəkmişdi.
– Bilmirəm necə izah edim... İndi bir az həyəcanlı-
yam.
34
– Məncə əksinə olmalıydı. Nə isə, bunu adlayaq. Dü-
şünək ki, dediyiniz kimidir. Gecə siqaret çəkməyə düşən-
də şübhəli, maraqlı, yaxud sizin üçün qeyri-adi nəsə gör-
dünüz?
– Xeyr, – Aydın xatırlamaqda özünü əziyyətə salma-
yıb azacıq pauzadan sonra qətiyyətlə dilləndi.
– Xahiş edirəm, bir az da düşünün. Bəlkə Romanı, ya-
xud Milananı görmüş olarsınız.
– Onlar bizim qonşuluğumuzda qalırlar. Onları görə
bilməyim bu qədər anormaldır ki? – Aydın ironiya ilə gü-
lümsədi. – Qəribə suallar verirsiniz, onları görmüş olsam
belə burada dediyiniz kimi şübhəli ya da ki, qeyri-adi heç
nə yoxdur.
– Görmüsüz ya yox?
– Dedim ki, görməmişəm!
Baş müstəntiq onu əzişdirməmək üçün əsəblərini
zorla cilovladı. Adam həm yalan danışır, həm də onun
verdiyi sualları lağa qoymağa başlamışdı. Bir az əvvəl bu-
ra gələndə qonşunun ötən gecə cinayətlə əlaqəsi olan han-
sısa şübhəli məqamı gördüyünü düşünmüşdü. İndi isə –
Aydının şübhəli davranışlarından sonra bu mülahizəsin-
də yanılmadığına başa düşürdü. Sürətlə beynində analiz
etməyə çalışdı:
Soyuq olduğunu, üşüdüyünü deyən adam 15 dəqiqə-
dən çox açıq havada qalır. Qutudakı siqaretlərin hamısı
bitənə qədər çəkir. Siqareti bitsə də, evə qayıtmır. Üstəlik
bu müddətdə üç siqareti qorxan, yaxud gördüklərindən
həyəcanlanan adam çəkə bilər. Çünki Aydının çox çəkən
olduğu qətiyyən hiss olunmur. “İndi bir az həyəcanlı-
yam”, – deməsi də yalandır. Çünki Sato hələ ki, onun
35
üzündə heç bir həyəcan əlaməti görmürdü. Kifayət qədər
soyuqqanlı davranır və sərbəst danışırdı. Hətta onu əsəbi-
ləşdirməyə də fürsət tapa bilmişdi. Gecə isə Aydın əməlli-
başlı həyəcanlanıbmış. Baş müstəntiq buna əmin idi. Belə
olmasaydı dalbadal üç siqaret çəkməz və ən əsası da, qara
“Mond”un qutusunu 6A kottecinin qarşısındakı zibil qu-
tusuna deyil, özünü şair-jurnalist kimi tanıdan 6C-də qon-
şu Pərvizin evinin yaxınlığında yerə atmazdı. Dimanın
sözlərinə görə səhər tezdən hava sakit olub. Milana isə ge-
cə sərin olduğunu deyirdi. Günortaya yaxın isə külək
güclənməyə başlayıb. Aydın gecə 4-də işləmiş həyətə si-
qaret çəkməyə düşüb. Həmin vaxt hava artıq soyuyub-
muş. Külək var imişsə, siqaret qutusunu sovurub 6A-nın
qarşısına ata bilərdi. Bəs nəyə görə siqaret qutusu Aydın-
gilin öz kottecinin qarşısındakı zibil qutusunda olmayıb.
Əyin-başından təmizkar və mədəni adama oxşayır. Yəni
zibili qonşunun qapısına vızıldatmaq əvəzinə yanındakı
qutuya atmasını düşünə bilməyəcək qədər qanmaz ola
bilərdi?!
Sato bunları bir neçə saniyənin içində tələsik beynin-
də götür-qoy etdi. Yaxşı başa düşürdü ki, izi itirilən cina-
yətlərdə mənasız və xırda detallar çox da işə yaramır.
Amma başqa çarəsi də yox idi. Qatilin hansı planla hərə-
kət etdiyini aşkara çıxarmaq üçün Aydının dediyi kimi ən
“qəribə”, hətta gərəksiz hesab olunacaq detalları uc-uca
calamalıydı. Məşhur fikri ürəyində pıçıldadı: “Heç bir şey
göründüyü qədər üzdə deyil”.
– Siz siqaret çəkməyə çıxanda hava küləkli idi?
– Məni ələ salırsınız? Bu nə axmaq suallardı verirsi-
niz? Nəzərinizə çatdırım ki, mən Hidrometeoroloji Proq-
36
nozlar Bürosunda deyil, orta məktəbdə fizika müəllimi iş-
ləyirəm.
– Ya sizi istintaqa yalan ifadə verib cinayət izini itir-
mə səbəbi ilə nəzarət altına alacam, ya da həmin gecə Ro-
manı, yaxud Milananı gördüyünüzü etiraf edəcəksiniz, –
Sato bu dəfə hiddətini saxlaya bilməyib sağ əli ilə onun
çənəsindən tutub başını özünə tərəf çəkdi. Bir anlıq göz-
gözə gəldilər. Aydının qorxduğunu açıq-aydın hiss etdi.
– Hava sakit idi. Külək-zad yox idi. Amma dediyim
kimi, soyuq idi, – qonşu çənəsini baş müstəntiqin əlindən
zorla aralayıb nəhayət ki, onun “axmaq” sualına cavab
verdi.
– Sonra?
– Sonra nə?!
– Kimi gördün? – baxın, mənim əsəbilərim yerində
deyil. Suallarıma uzatmadan cavab ver. Sato yumruğunu
düyünlədi.
– Mən heç kimi görməmişəm. Və nəzərinizə çatdırım
ki, yoldaş müstəntiq, siz qanun adamısız və ictimai yerdə
məni təhdid edirsiniz!
– Siz yalan danışırsınız!
– Eee! – Aydın əsəbiləşib saymazyana tərzdə ayağa
qalxdı. Amma Sato onu çiynindən basıb aşağı oturtdu:
– Pərvizin evinin qarşısında kimi görmüşdün dünən
gecə? Siqaret qutusunu atdığın yeri deyirəm!
Sual Aydının qulağının dibində şillə kimi açıldı. Bir
anlıq nə deyəcəyini bilmədi. Tutuldu.
– Baxın, yoldaş fizika müəllimi, mən hər şeyi bilirəm.
Bura da Bakıdan sənin mühazirələrinə qulaq asmaq üçün
gəlməmişəm. Söhbət dünya çempionu olan və ölkə idma-
37
nında tanınmış bir şəxsin ölümündən gedir. Görürsünüz?
Mənim suallarım o qədər də mənasız və axmaq deyilmiş!
– Dünən gecə çox sakitlik idi. Pərvizin kottecinin qar-
şısında tanış qadın səsi eşitdim. Özümü saxlaya bilmə-
dim. Yaxınlaşıb xəlvətcə baxmağa çalışdım. Milana idi,
Pərvizlə öpüşürdü. Qalan hər şeyi bir az əvvəl sizə danış-
mışam, – Aydın bunu deyib tələsik siqaret yandırdı. Hə-
yəcanını gizlədə bilmirdi.
– Milanaya göz qoyurdun?
– Xeyr. Siz nə danışırsınız? Mənim sevgilim var. De-
mək olar ki, nişanlıyıq.
– Başladıq yenə?
– Hamımız cavanıq yoldaş müstəntiq, – müəllim mı-
zıldandı. – Özünüz də etiraf edərsiz ki, Milana diqqətə
alınmayacaq qadın deyil.
– Sonra nə oldu? Onların öpüşmə səhnəsi uzun çəkdi
və siz də soyuqda titrəyə-titrəyə bu dramatik eşq səhnə-
sini izləmək məcburiyyətində qaldınız, – Sato növbəti də-
fə söz atıb hesabı bərabərləşdirdi – 2:2.
– Həmin vaxt onlar ayrılırdılar. Duyuq salmamaq
üçün ordan uzaqlaşdım.
– Söhbətlərini eşitmədin?
– Xeyr.
– Yaxşı, hələlik gedə bilərsiz.
– Çox sağ olun.
– Hə, yadımdan çıxdı soruşum – hansı meqahers tez-
likdə idi?
Əzrayıl əlindən qurtulan adamlar kimi sivişib aradan
çıxmaq istəyən fizika müəllimi sualdan heç nə anlamayıb
geriyə döndü:
38
– Nəyi soruşursuz, yoldaş müstəntiq?
– Heç, öpüşmə prosesinin tezliyini nəzərdə tutur-
dum. Amma səni çox yordum, get, şairdən soruşaram, öz
aramızda hesablayarıq.
Qonşu heç nə deməyib başını aşağı salıb uzaqlaşmaq
istədi. Daha doğrusu uzaqlaşmağa çalışırdı ki, baş müs-
təntiq onu yenidən çağırdı:
– Aydın müəllim?
– Buyurun yoldaş müstəntiq.
– Bilirsiniz nə var, sizin yerinizə olsaydım sevdiyim
insana xəyanət etmək barəsində ömür boyu düşünməz-
dim.
Aydının rəngi pomidora dönmüşdü. Hesabsa 4:2 Ba-
kıdan gələn baş müstəntiqin xeyrinə idi.
|