5
Cinayətdən 5 saat 35 dəqiqə sonra
– Xahiş edirəm hadisə haqqında şübhələriniz varsa,
gizlətməyin. Mən Romanın boğulma faktını araşdırmaq
üçün Bakıdan gəlmişəm. O idmançı idi. Uzun müddət
üzgüçülüklə də məşğul olub. Sizcə bu qabiliyyətləri olan
adamın sakit havada dənizdə boğulması mümkün idi?
Baş müstəntiqin giriş nitqindən sonra qadın yenə də
özünü saxlaya bilməyib hönkürtü ilə ağlamağa başladı.
– Bağışlayın... Hələ də inana bilmirəm..., – cavab ver-
mək, şəhərdən gələn əməkdaşa hadisəyə aydınlıq gətir-
mək üçün kömək etmək əvəzinə söhbəti uzatdığına görə
üzürxahlıq etdi.
– Sizi başa düşürəm. Ailənizdən sonra onu da itir-
məyiniz çox ağırdır. Hər qadın bu yükü qaldıra bilməz, –
Sato təskinlik verib bu dəfə nəhayət ki, sol əlini Milananın
çılpaq çiyninə qoydu. Qadın ürəklənib daha da yüksək
səslə ağlamağa başladı. Getdikcə daha dərindən və tez-tez
nəfəs alır, arabir titrəyirdi. İri və bədəninə biçilmiş mütə-
nasib döşləri sanki sinəsi ilə birlikdə hansısa ritmik melo-
diyayla sinxron rəqs etməyə çalışırdı.
– Qorxuram... Üşüyürəm... Mənə kömək edin.., – qa-
dın bunu deyib əllərini ayaqlarının dizdən yuxarı çılpaq
hissələrində gəzişdirdi. Əynindəki qısa ağ şort eyni rəngli
qolsuz maykaya uyğun xüsusi zövqlə seçilmişdi. Başqa
vaxt olsaydı Sato bunun ona çox yaraşdığını da deyə bi-
lərdi.
23
– Qorxmayın, – baş müstəntiq fikrini tamamlaya bil-
mədi. Milananın ona sarılması ilə beynində sıraladığı su-
allar bir anlıq pərən-pərən oldu. Bu qucaqlamada bütün
arzuları darmadağın olmuş məsum bir qızcığazın mə-
sumluğu vardı.
Onu sakitləşdirməyə çalışdı. Ayağa qalxıb yatağın
üstündəki nazik örtüyü qadının çiyinlərini örtmək üçün
gətirdi.
****
– İndi necəsiniz? Danışa bilərik?
– Aha, – Milana başı ilə razılığını bildirdi.
– Şübhələndiyiniz kimsə var?, – baş müstəntiq ən va-
cib sualından başladı. Bilmək olmazdı, sonra qadının halı
yenə pisləşərsə, nəsə öyrənmək müşkülə dönəcəkdi.
– Xeyr. Kimdən şübhələnə bilərəm ki?! Burada heç
kimi tanımırdıq – Milana nəhayət ki, tamamilə sakitləşdi.
– Bəlkə burada sevgilinizin ədavəti olduğu kimsə var
imiş? Sizin xəbəriniz olmayıb.
– Roma sakit adam deyildi. Biz ilk tanış olduğumuz
günlərdə onun ən çox belə dəlisovluqlarını sevmişdim.
Demək istəyirəm ki, yaraşıqlı olması ilə bərabər, bir az da
belə, necə deyim davakar xüsusiyyətindən xoşum gəlirdi.
Amma bu çox çəkmədi. Yəni onun bu xüsusiyyətlərini
sevməyim. Bir-iki aydan sonra başa düşdüm ki, Roma ət-
rafdakılarla münasibətlərində də problem yaşayır.
– Yəni demək istəyirsiniz ki, son vaxtlar yola get-
mirdiz?
24
– Xeyr, belə demək istəmirdim, – qadın bir anlıq pərt
oldu. – Biz bir-birimizi sevirdik. O məni dəlicəsinə sevir-
di. Əksəriyyət azərbaycanlı kişilər kimi Roma da çox qıs-
qanc idi. Amma yaşadığımız həyat təkcə ikimizdən ibarət
də deyil ki.
– Neçə aydır birlikdəsiz? – Sato dəqiqləşdirmək üçün
soruşdu.
– Yeddinci aya keçib. Keçmişdik daha doğrusu..., –
qadının səsinə qatı kədər çökdü. Dodaqları səyrisə də,
ağlamadı. İndi günlərdir ac-susuz qalmış adamlar kimi
zəif səslə danışırdı.
– Neçə gündür gəlmisiniz buraya?
– İyirmi gündən çox olar, – bunu deyib xatırlamağa
çalışdı. – Sabah 25 gün olur.
– Dünənki gecə haqqında danışa bilərsiniz? Aranızda
mübahisə-filan olmamışdı? Ümumiyyətlə dünənki gün nə
iləsə fərqlənməmişdi?
– O, tez yatırdı, – qadın çiynindəki örtüyə bir az da
möhkəm bürünüb fikrinə davam elədi.
Axşam sahildəki restoranda birlikdə yemək yedik. Bir az
ordan-burdan söhbət etdik. Daha doğrusu mən danışır-
dım. O da həmişəki kimi daha çox qulaq asırdı. Sonra bu-
ra qayıtdıq. Saat 11 olardı. Televizoru açıb idman proq-
ramlarından birinə baxmağa başlayanda mən hamama
girdim. Yorğun idim. Düşünmüşdüm ki, bu dəfə Roma
kimi tez yatım. Yaxud da onunla birlikdə. Amma qurula-
nıb çıxanda o televizoru söndürüb yatmışdı. Orqanizmini
çox yaxşı tərbiyə etmişdi. Bilirsiniz, mən də idmançıyam,
ən azından rejimi mənə tanış idi. Roma isə fərqli idi. Heç
vaxt yuxulu, yorğun, qayğılı görünməzdi. İndiyə qədər
25
hansısa proqrama baxa-baxa, yaxud əlində kitab yatıb
qaldığını görməmişdim. Yorulduğunu hiss edəndə istira-
hətini gecikdirmirdi. Mənsə həmişə bax belə, – Milana bu-
nu deyib əyilib televizorun pultunu götürərək tanış bir
poza aldı. Bu vəziyyətdə o bütün gözəlliyinə rəğmən
“mətbəx xalaları”na daha çox bənzəyirdi.
Sato onun bu hərəkətindən sonra qadının eyninin bir
az açıldığını hiss edib indi beynini məşğul edən suallara
daha rahat cavab tapa biləcəyinə xeyli sevindi.
– Həmin gün də eyni şey təkrarlandı. Qucağımda
pult yatıb qalmışdım. Romanın televizoru söndürdüyünü
və örtüyü üstümə çəkdiyini hiss etdim. Məncə çox gec idi.
– Sonuncu dəfə həmin vaxt gördünüz onu?
– Aha.
– Yəni sonra yuxuya getdiniz. Doğrumu anlayıram?
– Üstümü örtəndə bir anlıq ayıldım. Nəsə narahat
yatmışdım. Saatı soruşdum. “Gecdir, yat” – dedi.
– Sonra yerinə qayıtdı?
– Xeyr. Həyətə çıxdığını gördüm.
– Əminsiz? Baxın, bu çox vacib faktdır. Bəlkə yuxulu
olmusuz, dəqiq xatırlamırsız?
– Mümkün deyil. Dedim axı sizə, dünən bir az nara-
hat yatmışdım. Roma qayıdana qədər oyaq idim. On də-
qiqə keçməmiş qapının örtülməsini eşitdim. Qayıtmışdı.
“Niyə yatmırsan?” – deyə soruşdum. “Yatıram”, – deyib
yaxınlaşıb məni öpdü. Sonra yerinə girdi.
– Milana, xahiş edirəm bir daha dəqiq xatırlayasız.
– Nəyi?
– Roma dünən gecə oyananda və ikinci dəfə yatmağa
qayıdanda saat neçə olardı?
26
– Saatdan xəbərim olmayıb. Yəni nə qədər istəsəm də
xatırlaya bilmərəm. Amma hava çox sərin idi. Yəni avqust
ayı üçün soyuq saymaq olardı. Pəncərədən gördüm ki,
hava qaranlıqdır. Bəlkə də gecə saat 3-4 imiş.
– Sizcə Roma oyaq olduğunuzu bildiyi üçün tez qa-
yıtmış ola bilərdi?
– Nə demək istədiyinizi tam anlamadım...
– Sizinlə açıq danışacam. Ola bilərdimi ki, oyaq oldu-
ğunuzu hiss etdiyinə görə on dəqiqədən sonra qayıdıb.
Siz təkrar yuxuya gedəndən sonra yenidən çıxıb.
– Nə üçün axı? Gecələr bir dəfə ayılıb təmiz hava al-
ması hərdən olurdu. Amma sizin dediyiniz kimi ikinci
dəfə oyanmasını və həm də bunu planlaşdıraraq etməsini
ağlım almadı.
– Bəlkə kiminləsə görüşü var idi?
– Gecənin o saatında?
– Axı dediniz saatdan xəbəriniz olmayıb, – Sato
dəqiqləşdirməyə çalışdı.
– Yəni çox gec idi.
– Ola bilməzdi ki, sizin xəbər tutmağınızı istəməsin?
Yəni gizli görüş olub. Sato bunu deyib nəzərlərini qadının
üzündə cəmlədi. Milanın baxışları indi daha nüfuzedici
idi.
– Anlayıram, siz Romanın hansısa qadınla görüşdü-
yünü düşünürsüz.
– Mümkün deyil?
– Bu ola bilməz. Mən çox həssasam. Belə bir münasi-
bət olsaydı çoxdan bilərdim.
Baş müstəntiq dostu Gündüz vasitəsilə öyrənə bil-
mişdi ki, dünya çempionunun bir neçə məşuqə saxlaması
27
ilə bağlı söhbətlərdə həqiqət var. Amma bu barədə xəbər-
lər mətbuat və ictimaiyyət arasına çıxmamışdı. Romanın
sağlamlığında hər hansı problemin olmadığını öyrənən-
dən sonra Sato hadisənin qısqanclıq zəminində törədil-
məsi versiyasının üzərində dayanmışdı. Odur ki, şöbə-
dəki dostundan Romanın yaxın çevrəsindəki adamlardan
qadınlarla münasibətlərini araşdırmağını istəmişdi. İndi
Milana ilə söhbətində baş müstəntiqin sonuncu sualları
məhz bu şübhəyə yönəlmişdi.
– Hadisəni sizə kim xəbər verdi?
– Bir polis işçisi mobil telefonla zəng edib dedi. Ro-
manın telefonu ilə... Mənə bir az gec xəbər vermişdilər...
– Hər gün o vaxt oyanırdı?
– Aha. Saat 7-də oyanıb məşq etmək üçün saat yarı-
ma yaxın sahildə olurdu.
– Evdə də soyuq su ilə yuyunurdu?
– Bu prosedura illərdir özünü alışdırmışdı. Tənbəl
deyildi. Soyuq su vannalarına öyrənmək üçün gündə heç
olmasa iki dəfə belə duş almalısan. Bunu mənə də öyrə-
dirdi. Amma sonra mən vaz keçdim.
– Deyirsiniz saat yarıma qədər sahildə olurdu. Ləngi-
diyi vaxtlar olurdu?
– Demək olar ki, xeyr. Təxminən 9-un yarısı kottecə
qayıdıb məni oyadırdı.
– Siz o vaxta qədər yatırsınız?
– Deyəsən sizin də yatmaqla aranız yoxdu?
Anidən hər ikisi verdikləri sualların yersiz olduğunu hiss
edib susdular.
28
6
Milananın hadisə haqqında danışdıqlarında az-çox
şübhəli məqamlar olsa da, baş müstəntiq istədiyi nəticəni
ala bilməmişdi. Sato isə qadının sevgilisi haqqında daha
çox bilgi verəcəyini, boğulma faktı olaraq təsdiqlənən ölü-
mün şübhəli məqamlarına işıq salacağını düşünmüşdü.
Görünür iş gözlədiyindən daha çox uzanacaqdı. Bir az əv-
vəl Bakıdan rəisinin zəng etməsi isə qanını lap qaralat-
mışdı. Rəhbərlik hadisənin sabaha qədər tamamilə aydın-
laşdırılmasını tələb edirdi. Belə bir durumda gənc xəfiy-
yənin dünya çempionunun bədbəxt hadisə səbəbi ilə dün-
yasını dəyişməsi faktını təsdiqləməkdən başqa çarəsi qal-
mırdı. Bu isə yolverilməz idi.
Ukraynalı tennisçinin nəyə görə öz ölkəsinə geri dön-
məməsi versiyası üzərində baş sındırmağa çalışdı. İndiki
zamanda belə hadisələrə nadir hallarda rastlanılır. Real
həyatda bu kimi münasibətlər bütün çərçivələrlə və ya-
şam simmetriyaları ilə paradoks halındadır. Gənc bir qız
böyük bir heyətlə xaricə gedir. Sonra gözlənilmədən bu
ölkədə kiməsə aşiq olur və yaxınlarının yanına qayıtmır.
Sato hadisələrin başvermə ardıcıllığını bir neçə dəfə ardı-
cıl sıra ilə nəzərdən keçirdi. Qadının ailə faciəsindən son-
ra hadisələrin gedişatı daha inandırıcı görünürdü. Amma
məhz bu detalı – Milananın anasının və qardaşının bir ne-
çə ay əvvəl Krımda baş verən hadisə zamanı həlak olması
faktını etibarlı mənbələr yoxlayıb təsdiq etmişdilər. Hətta
Milananın ailəsi ilə münasibətlərinin yaxşı olmadığı da
dəqiqləşdirilmişdi. Hərçənd ki, qadın Sato ilə söhbətində
ailəsi barəsində ötəri danışmışdı.
29
Ölümlə bağlı yeni versiyalar peyda olduqca mülahi-
zələrində hədəf nöqtəsindən uzaqlaşdığını hiss edirdi.
Əgər Romanın ölümü cinayət hadisəsi idisə, qatil olduqca
tədbirli davranmış, qurduğu plana uyğun hərəkət etmiş
olmalıydı. Günlərdir onu izləmiş, yaxud nəzarət altında
saxlamış ola bilərdi. Hər gün səhər 7-də qalxıb sahilə get-
məsini, 9-un yarısı qayıtmasını da əzbər bilirmiş. Amma
mərhumun fiziki hazırlıqlı olduğundan ehtiyatlanıb özü
ilə sonradan cinayət aləti hesab olunacaq nəsə götürməli
idi. Hadisə yerindəsə belə bir maddi dəlil tapılmamışdı.
Tibbi ekspertizanın rəyində də meyitin üzərində hər han-
sı zorakırılıq, yaxud boğuşma izləri olmadığı qeyd olun-
muşdu. Yanıla bilərlərmi?! Telefonun yaddaş kitabçasın-
dan rayon prokurorunun nömrəsini tapıb zəng vurdu.
Özünü təqdim edib yubanmadan mətləbə keçdi:
– Baxın, hadisəni tam aydınlaşdırmaq üçün sabaha
qədər vaxtımız var. Rəhbərlikdən bu işlə bağlı məni tələs-
dirirlər. Təzyiq göstərirlər də deyə bilərəm.
– Sizi anlayıram cənab baş müstəntiq.
– Tibbi ekspertizanın həkimi təcrübəli adamdır?
– Bəli, əlbəttə. Siz nədənsə şübhələnirsiniz?
– Hələlik bu barədə heç nə demək istəmirəm. Amma
məncə tibbi ekspertiza çox kiçik bir detalı nəzərdən qaçı-
rır.
– Nəyi?! – rayon prokurorunun heyrətli səsi telefonda
açıq-aşkar sezildi.
– Doğrusu mən də bilmirəm. Amma ipucunun olma-
ması mənə mümkünsüz görünür. Hər şey bu qədər pro-
fessionallıqla baş verə bilməz.
– Siz Romanın öldürüldüyünü düşünürsüz?
30
– Mən iki saatdan sonra patoloji anatomiya birliyinə
gələcəm. Fürsətiniz olarsa, görüşərik. Şübhələrimi bir da-
ha dəqiqləşdirməmiş qəti heç nə deyə bilmərəm, – Sato
saatına baxdı. İki saatdan sonra iş saatını keçmiş olacaq-
dılar. Əgər prokurorluq işi tez-tələsik bağlamaq istəmirsə,
işdən sonra onun gəlməsini gözləyəcəkdilər.
Telefon danışığından sonra yaxınlıqda şam ağacları-
nın kölgəsində qoyulmuş kiçik masaların birində özünə
yer seçdi. Çay sifariş verib X* rayonuna gələndən sonra
hadisə ilə bağlı görüşdüyü adamları və onların ifadələrini
müqayisə etmək istəyirdi.
Romanı öldürmüşdülər. Bu, hər hansı bir intuisiya
səbəbi ilə gəldiyi qənaət deyildi. Baş müstəntiq təcrübə-
sinə və hadisə baş verən ərazi yaxınlığında apardığı qısa-
müddətli təhqiqatına əsasən versiyasının doğruluğuna
əmin idi. Qatil qüvvətli, yaxud hansısa cinayət alətindən
istifadə edən biri olmalı idi. Qısqanclıq zəminində törədil-
məsi ehtimalı üzərində daha çox dayanmışdı. Çünki isti-
rahət üçün bura gələn adamların əksəriyyəti bir-birini ta-
nımır. Tanış olmayan insanların konflikti isə ya pul, ya
qadın üstündə ola bilərdi. Nəzərə alanda ki, normal in-
sanların istirahətə gedərkən bütün var-dövlətlərini yığıb
özü ilə aparması mümkünsüzdü. Bu halda Sato ehtimalla-
rını daha çox ikinci versiya üzərində qurarsa, qatilin ifşa
olunmasının sürətlənlənəcəyini düşündü.
****
İstirahət mərkəzi rəhbərliyindən istədiyi sənədi bir-
iki dəqiqə əvvəl gətirmişdilər. Kağızda Satonun soruşdu-
31
ğu adamların, həmçinin Roma ilə Milananın qaldığı kotte-
cin qonşuluqlarındakı adamların adları, təvəllüdləri, gəl-
dikləri və gedəcəkləri tarixlər xahiş etdiyi kimi yerli-ye-
rində qeyd olunmuşdu. Baş müstəntiq sənədə nəzər salıb
gərəkli məlumatları bloknotunda qeyd etdi:
Dostları ilə paylaş: |