40
Tibbi ekspertiza isə meyitin üzərində hansısa zorakılıq,
zərbə, yaxud da buna oxşar iz aşkarlamamışdı.
Patoloji anatomiya birliyinə gedəcəyini, rayon proku-
roru və tibbi ekspetizanın həkimi ilə görüşəcəyini xatır-
layıb saata nəzər saldı. Hələ ki, bir saata yaxın vaxt var
idi. Pərvizin qaldığı kottecin qarşısında durub ətrafa nə-
zər saldı. Aydının sözlərinə görə onlar gecə burada öpü-
şürmüşlər, – bunu xatırlayıb girişin 3-4 metrliyində qo-
yulmuş iri saxsı gül dibçəyinin yanında dayandı. Fizika
müəllimi isə fasadın qurtaracağında olub, – durduğu yer-
dən Aydının gecə onları güddüyü istiqamətdə baxıb də-
qiqləşdirməyə çalışdı. Bu halda cütlüyün onları kiminsə
gördüyünün fərqinə varması çətinləşirdi. Çox güman ki,
axşam havanın aydınlıq olmaması da işə yarayıb, – Sato
Milananın “hava qaranlıq idi” deməsini xatırladı.
Baş müstəntiqi belə xırda şübhəli detallardan daha
çox ilk ehtimalında yanılması düşündürürdü. Dünən gecə
Aydının Romanı gördüyünü zənn etsə də, həqiqətdə hə-
yətdə görünən adamın Milana olduğu isbatlanmışdı. Fizi-
ka müəlliminin bu əsnada yalan danışmasını güman et-
mək axmaqlıq olardı. Axırıncı sual həmləsindən sonra o,
çox qorxmuş olmalıydı və belə bir durumda tələsik, olma-
yan hadisə quraşdırması inandırıcı deyildi. Yəni həmin
gecə kimi, daha doğrusu kimləri görmüşdüsə, onların da
adını çəkmişdi. Sato hələlik bu versiya üzərində düşün-
məli olacaqdı.