DOGMALIQ
Şah Abbas əyalətlə tanış olmaq istəyirdi. O, əmr
etdi ki, feytonu hazırlasınlar, özü də ona dörd seçmə at
qoşsunlar. Şahın adamlcirı cəld əl-ayağa düşdülər. Müxtəlifdövlətlərin
bağışladığı seçm ə atları faytona qoşdular.
Şah vəziri ilə səyahətə başladı. Onlar xeyll yol
gedəndən sonra suyu o qədər də çox olmayan kiçik dağ
çayından keçməÜ oldular. Çayın ortasına çatanda atlar da^
yandılar. Faytonçu nə qədər qamgladısa da, atlar yerlərindən
tərpənm ədilər ki, tərpənmədilər. Elə bu vaxt
odunla yüklənmlş bir araba çaya yaxınlaşdı. Arabaya iki
arıq at qoşulmuşdur. Qoca arabaçı arabanı sürətlə sürüb
çayı keçdi.
Şah təəccübləndi və əm r etdi ki, arabanı saxlayıb,
qocanı şahın hüzuruna gətisinlər. Şah arabaçıya dedi;
-Qoca, mənim faytonum yüngül, faytona qoşulmuş
atlar isə dünyanın seçm ə atlandır. Onlan cins atiar
kimi m ənə Türkiyədən, Əfqanıstandan, İspaniyadan və
Fransadan göndəriblər. Necə olur ki, sənin iki qotur atın
odunla yüklənmiş arabanı çaydan asanlıqla keçirdi,
mənim seçmə atlanm isə çayın ortasında qalıb?
-Şah sağ olsun, özünüz dediniz ki, sizin faytona
qoşulmuş atlann hərəsl blr diyardan hədiyyə göndərilib.
Nə qədər yaxşı bəslənsə də, onlar bir-birinə ögeydir. Birind
at özünü bərkə salmaq Istəmir, ikinci ata arxayın olub
güc vermir. İklnci üçüncüyə, üçüncü də dördüncüyə arxayın
olub güc vurmur. Nəticədə fayton hərəkətdən qalır.
Mənim bu iki atım ana-baladır. Ana istəmir ki, balasına
güc düşsün, özü var gücü ilə arabanı dartır. Bala da anasını
əziyyətə salmamaq üçün bütün gücünü sərf edir. Bcix
bu doğmaljqdır mənim arabamın sürətini artıran.
Dostları ilə paylaş: |