Diplom işi üçün elmi rəhbər seçimi



Yüklə 17,07 Kb.
səhifə2/3
tarix25.02.2023
ölçüsü17,07 Kb.
#85599
1   2   3
Meyarlar
1-ci oxşarlıq əmsalı – 40% İşdə aşkar edilən və həcmi 5 ardıcıl sözdən ibarət olan oxşar hissələrin ümumi miqdarının işin ümumi həcmində payı
2-ci oxşarlıq əmsalı – 7% İşdə aşkar edilən və həcmi 20 ardıcıl sözdən ibarət olan oxşar hissələrin ümumi miqdarının işin ümumi həcmində payı ( Başqa müəlliflərə məxsus olan və 20 ardıcıl sözdən ibarət olan hissələrin qismən (bir neçə söz əlavə etmək və ya çıxarmaq, digər üsullar) dəyişdirilməsi halları proqram təminatı tərəfindən aşkarlanır və bu hissələr 2-ci əmsalın hesablanması üçün qəbul edilir)
3-cü oxşarlıq əmsalı - 25% İşdə aşkar edilən birbaşa istinadların, dırnaq işarəsi (“__”) içində qeyd edilən anlayışların və ifadələrin ümumi miqdarının işin ümumi həcmində payı. «Birbaşa istinadlar» - başqa müəlliflərin materiallarından olduğu kimi istifadə Anlayışar, standart ifadələr və s.
Manipulyasiya halları – 100 ədəd
-görünməz (ağ) işarələr;
-hərf dəyişikliyi;
-mikroboşluqlar;
-əlavə intervallar;
-parafrazlar (sayı normaya - 100 ədədə daxil edilmir).

İlk oxşarlıq yoxlamasının nəticəsi
Bu meyarlardan biri üzrə aşağıdakı nəticə alındıqda
-1-ci əmsal - 40%-dən çox və 50%-dək olduqda;
-2-ci əmsal - 7%-dən çox və 30%-dək olduqda
-3-cü əmsal - 25%-dən çox və 40%-dək olduqda;
-manipulyasiya - 100-dən çox və 300-dək olduqda
- işin giriş, nəticə və təkliflər hissəsində, eləcə də işin elmi yeniliyinin ifadə edildiyi hissələrdə istinadı olmayan oxşar hissələr olduqda 20 gün sonra təkrar ödənişli yoxlama keçirilə bilər.

İkinci plagiat yoxlaması
Oxşarlıq meyarlarından biri üzrə qənaətbəxş nəticə alınmazsa, onda həmin işin plagiat yoxlamasından keçirilməsi məsələsinə 6 aydan tez olmamaqla, növbəti tədris ilində baxıla bilər.

3-cü plagiat yoxlaması
Oxşarlıq meyarlarından biri üzrə qənaətbəxş nəticə alınmazsa, onda tələbəyə həmin mövzu üzrə buraxılış işini müdafiə etməsinə icazə verilmir.

İstənilən plagiat yoxlaması zamanı


-1-ci əmsal - 60%-dən çox;
- 2-ci əmsal - 40%-dən çox;
- 3-cü əmsal - 50%-dən çox;
-manipulyasiya - 1000-dən çox; Bu halda tələbəyə həmin mövzuda buraxılış işini müdafiə etməyə icazə verilmir.

Plagiatlıq yalnız universitetə bağlı olan fərdi hesablar vasitəsilə universitetdə aparılan analiz nəticəsi əsas götürülür.Fərdi hesab və elektron mail adressini universitet təqdim edur və yalnız universitetdə aktivləşdirmək mümkündür. (Strikeplagiarism.com / plagiat.pl ).Öncədən DP mətnini internet üzərindən hər-hansısa bir saytda analiz etmək tövsiyə edilmir.Məlumatlar saytın bazasına yüklənir və universitet tərəfindən analizdə mətn 100 % plagiat hesab oluna bilər.


Əgər qiymətləndirmə nəticəsində təqdim olunan diplom işində plagiat yoxdursa,amma sitatların miqdarı 30 % və daha çox olarsa,orjinallıq aşağı enir və tələbə müdafiəyə buraxılmır.
Plagiat mərhələsindən uğurla keçən hər bir tələbə məqbul hesab edilir və müdafiə mərhələsinə keçid edir.


Yüklə 17,07 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin