Diqqət: Müəllif və tərcüməçi hüququ qorunur!


Məscidi boş qoyub, orada namaz qılmamağın pislənməsi



Yüklə 0,78 Mb.
səhifə10/27
tarix21.04.2017
ölçüsü0,78 Mb.
#15067
1   ...   6   7   8   9   10   11   12   13   ...   27

Məscidi boş qoyub, orada namaz qılmamağın pislənməsi



174- İmam Sadiq (əleyhis-səlam): Peyğəmbər (səlləllahu əleyhi və alih) buyurur: "Hec bir üzrü olmadan məscidddə müsəlmanlarla birlikdə namaz qılmayan şəxsin namazı qəbul deyil."

Həmçinin Allahın rəsulu (səlləllahu əleyhi və alih) buyurur: "Evdə namaz qılıb, bizim camaatdan uzaqlaşan şəxsin (bu işini tənqid etmək barəsində olan) qeybəti caizdir. Müsəlman camaatından üz döndərən (onlara kin bəsləyən) şəxs tənqid olunmalı və (bu işini tənqid etmək barəsində olan) qeybəti müsəlmanlara vacibdir. O, müsəlmanlar arasında ədalətini itirmişdir və baykot edilməlidir. Onu müsəlmanların rəhbərinin hüzuruna apardıqda, xəbəldarlıq olunmalı və bu işə son qoyması tələb edilməlidir. Lakin o, müsəlmanlara qaynayıb-qarışsa əmin-amanlıqdadır... Belə olan surətdə onun qeybəti haram və ədaləti bərpa edilmiş sayılır.194



175- Həzrət Məhəmməd (səlləllahu əleyhi və alih) : Bu dünyada dörd şey qəribdir: Zalım şəxsin ağuşundakı (sinəsindəki) Quran, namaz qılınmayan məscid, Evdə (dustaq ) qalıb oxunmayan Quran və fasiq cəmiyyətin arasında yaşayan saleh əməlli insan."195

176- Həzrət Məhəmməd (səlləllahu əleyhi və alih) : Üç şey Qiyamət günü Allah dərgadına şikayət edəcək: "Qurani-Kərim, məscid və Əhli-beyt (əleyhis-səlam). Quran buyurar: "İlahi! Məni yandırdılar, parça-parça etdilər." Məscid deyər: "İlahi! Məni tərk etdilər və kənara atıb, hədər etdilər." Əhli-beyt (əleyhis-səlam) buyurar: "İlahi! Bizi qətlə yetirdilər, cəmiyyətdən uzaqlaşdırıb, sürgün etdilər."196

177- Həzrət Məhəmməd (səlləllahu əleyhi və alih) : Münafiqlər özlərinəməxsus nişanələrlə tanınarlar: ... könülsüz və etinasız halda məscidə gələr, (həmişə qəsdən) namaza gecikərlər.197

178- Həzrət Məhəmməd (səlləllahu əleyhi və alih) : "Məscidin qonşuluğunda yaşayan şəxsin namazı yalnız məsciddə məqbul sayılır."198

179- Dəaimül-İslam: İmam Sadiq (əleyhis-səlam) atasından, o da, İmam Əlidən (əleyhis-səlam) rəvayər edir ki; " Məscidin qonşuluğunda yaşayan şəxsin namazı, məsciddən başqa bir yerdə qəbul olunmaz. Əlbəttə, üzürlü səbəbdən və ya xəstə olduğu üçün deyilsə. "

Dedilər: Məscidin qonşuları kimdir, ey Əmirəl-möminin (əleyhis-səlam)?!

Buyurdu (əleyhis-səlam): "Azan səsini eşidən hər bir kəs.)199

180- İmam Əli (əleyhis-səlam): Məscidin qonşuları rahat, asudə və sağlam olduğu halda vacib namazlarını məsciddə qılmırsa, onların namazı məqbul deyildir.200

181- İmam Sadiq (əleyhis-səlam): Əmirəl-möminin (əleyhis-səlam) Kufədə xəbər çatdı ki; məscidin qonşuluğunda yaşayan bir qrup müsəlman camaat namazına gəlmir.

Buyurdu: "Ya bizimlə birlikdə camaat namazında iştirak etsinlər, ya da ki, yerləşdiyi məkanları dəyişib, məscidin qonşusu və bizim qonşumuz olmasınlar201. 202



182-İmam Həsən (əleyhis-səlam): Məscidi tərk etmək və fitnə-fəsad əhlinə tabe olmaq cəhalətdir."203

183- İmam Sadiq (əleyhis-səlam): Üç şey Allaha şikayət edər: Camaatın namaz qılmadığı üçün xarabalığa çevrilmiş məscid, nadan insanların arasında yaşayan müdrik şəxs və kənara atıldığı üçün toz basmış və istifadə olunmayan tilavət olunmayan) Quran."204

184- İmam Sadiq (əleyhis-səlam): Məscidlər oraya gəlməyən qonşularından Allah-Təalaya şikayət etdi. Allah-Təala da, belə buyurdu: "And olsun izzəti-cəlalıma ki, onların heç bir namazını qəbul etməyəcəm, xalq arasında onları ədalətli tanıtmayacam, onlarla mərhəmətli davranmayacam və behiştdə mənim qonşum ola bilməyəcəklər.205

185- İmam Sadiq (əleyhis-səlam): Evdə tək namaz qılmaq (bir ovuc) toz yığınağına bənzəyir ki, havada yayılar və Tanrı dərgahına heç bir zərrə də, çatmaz. Məsciddən üz döndərib, evdə camaat namazı qılan şəxsin və ona iqtida edənlərin namazı məqbul deyil. Əlbəttə əgər məscidə getməməyə bir səbəb və üzrü yoxdursa.206

ALTINCI FƏSİL




Qadınların məscidə getməsi



1/6
Qadınların Peyğəmbərlə (səlləllahu əleyhi və alih) birlikdə məsciddə namaz qılması
186- İmam Əli (əleyhis-səlam): Qadınlar da, Peyğəmbərlə (səlləllahu əleyhi və alih) birlikdə namaz qılırdılar. Hətta (o dövrdə) kişilər qısa (ətəkli paltar) geyindiyinə görə, qadınlara başlarını onlardan öncə namazdan qaldırmamaq haqqında göstəriş verilmişdi."207

2/6

Qadınların məscidə getməsinin qarşısını almağın pislənməsı



187- Həzrət Məhəmməd (səlləllahu əleyhi və alih) : Qadınlar sizdən məscidə getmək üçün icazə istədikdə, onları məscidin xeyir-bərəkətlərindən məhrum etməyin."208

188- Həzrət Məhəmməd (səlləllahu əleyhi və alih) : Hər vaxr həyat yoldaşınız sizdən məscidə getmək üçün icazə istəsə, ona mane olmayın."209

189- Həzrət Məhəmməd (səlləllahu əleyhi və alih) : Evlərində oturmaq daha xeyirli olsa da, həyat yoldaşlarınızın məscidlərə getməsinin qarşısını almayın.210

190- Sünəni-Əbi Davud: Mücahiddən nəql olunur: Abdullah ibn Ömər dedi: Peyğəmbər (səlləllahu əleyhi və alih) buyurdu: "Gecələr də, həyat yoldaşınıza məscidə getməyə icazə verin."

Abdullah ibn Ömərin oğlanlarından biri dedi: Allaha and olsun! Mən qoymaram ki, kimsə arvadımı (gecə məscidə gedərkən) yoldan çıxartsın! Allaha and olsun! Mən ona məscidə getməyə icazə verməyəcəyəm!



Abdullah ibn Ömər onu söydü və qəzəblə dedi: Mən "Allahın rəsulu (səlləllahu əleyhi və alih) buyurdu: "Gecələr də, həyat yoldaşınıza məscidə getməyə icazə verin."- deyirəm, amma sən "icazə verməyəcəyəm" – deyə inad edirsən?!211


3/6

Yüklə 0,78 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin