SÜNNƏ ƏHLİNİN QURANA DAİR ƏQİDƏSİ
Belə rəvayətlərin sünnilərdə də olduğunu demək isə haqsızlıq və amansızlıqdan başqa bir şey deyil. Həqi-qət bundan ibarətdir ki, Sünnə əhlinin etimad etdiyi kitablarda Rəsulullah səlləllahü əleyhi və səlləmin vəfatından sonra qoyub getdiyi Qurandan nəyinsə əs-kildildiyinə və ya ona nəyinsə artırıldığına dəlalət edən bir dənə də düzgün rəvayət yoxdur. Əksinə, müsəl-manların böyükləri açıq-aşkar bildirmişlər ki, belə bir etiqad sahibi hənif, ləkəsiz millətdən çıxmış olur. Həmçinin onlar bu xəbis sözü şiələrin dediyini yazmışlar.
Budur Imam Ibn Həzm Zahiri özünün "əl-Fəsl fi əl-miləl və ən-nihəl" adlı gözəl kitabında deyir: "Istər keçmiş, istər müasir imamilərin hamısının sözündən belə çıxır ki, Quran dəyişdirilmişdir, ona ondan olmayan şeylər artırılmış, ondan çox şey çı-xarılmış, çox şey başqası ilə əvəz edilmişdir". O, sözünə davam edir: "Iki lövhə arasında (Quranın ilk səhifəsindən son səhifəsinədək — tərc.) bir şeyin də başqası ilə əvəz edildiyini demək açıq-aşkar küfr və Rəsulullah səlləllahü əleyhi və səlləmə böhtan atmaqdır".299
O həmçinin şiələrin Quranın təhrif olunduğunu və onda bəzi şeylərin dəyişdirildiyi haqqında sözlə-rinə cavab olaraq demişdir: "Məlumunuz olsun ki, bu gün kimsə Nabiğənin, yaxud Züheyrin şerinə bir kəl-mə artırmağa, yaxud ondan başqa bir kəlməni çıxart-mağa cəhd etsə, bunu bacarmaz. Çünki o dərhal rüsvay olar, artıq təsdiq olunmuş nüsxələr onun dediyinin əksini göstərər. Belə olduqda Əndəlüsün o başından tutmuş Bərbər ölkəsindən, Sudandan Sində, Kabilə, Xorasana, türk, slavyan ölkələrinə, Hindistanadək və bunların arasındakı ərazilərdə yayılmış müshəflər-də sabitləşmiş Quranı necə dəyişdirmək olar?!” Be-ləliklə, mürtədlərin axmaqlığı üzə çıxdı. O bundan əvvəl bir neçə sətirdə belə demişdir: "Ömər öləndə müsəlmanlarda Misirdən Iraqa, Şama, Yəmənədək və bunların arasındakı ərazilərdə min ədəd müshəf yox idisə də, bundan çox az da deyildi. Sonra xilafətə Osman başçılıq etdi, fəthlərin sayı çoxaldı, iş daha böyük vüsət aldı. Əgər bir nəfər Islam əhlinin müshəf-lərini sayıb qurtarmaq fikrinə düşsəydi belə, bunu bacarmazdı".300
"əl-Əhkam" kitabında bu sözü deyən də odur: "Bir halda ki sübutlardan və möcüzələrdən Quranın Alla-hın bizə əmanəti olduğu aydınlaşdı, bizim onu qəbul etməli olduğumuz və onda olanlara əməl etməli oldu-ğumuz bilindi, bu Quranın müshəflərdə olan, bütün üfüqlərdə məşhur Quran olduğu haqqında şübhə olun-mayan alimlərin dedikləri düz çıxdı, onda olanları əldə rəhbər tutub əməl etmək vacibdir. Deməli, o, müraciət olunmalı bir kökdür (qanundur — tərc.), çün-ki biz onda oxuyuruq: “Biz Kitabda heç nəyi gözdən qaçırmamışıq".301
Tanınmış şafii hüquqşünası demişdir: "Kitabda, yəni Quranda birinci şey bizə müshəflərin birin-cidən sonuncuya qədər səhifələrində ardıcıl olaraq gəlib çatmış şeylərdir".302
Şərhçi bu haqda belə demişdir: "Müəllif ona gö-rə "müshəflərdə ardıcıl olaraq gəlib çatmış” ifa-dəsini qeyd etməklə kifayətlənir ki, bununla Qurandan başqa heç bir şey nəzərdə tutula bilməz. Çünki oxunu-şu dəyişdirilmiş səmavi kitablar və digər ilahi və peyğəmbərlərlə bağlı hədislərdən heç nə müshəflərin iki səhifəsi (birinci və sonuncu - tərc.) arasında ardıcıl olaraq keçməmişdir. Çünki bu ifadə bütün adamların, hətta uşaqların arasında bu məlum Allah əmanətinin adıdır".303
Hüquqşünas Hənəfi demişdir: "Bu Kitaba gəlincə, o, şübhəsiz ki, Rəsul əleyhissəlama nazil olmuş müs-həflərdə yazılmış, ondan ardıcıl olaraq nəsildən-nəslə keçmiş Qurandır".304
Amədi demişdir: "Bu Kitab haqqında həqiqət budur ki, o bizə müshəflərin vərəqlərində nəsildən-nəslə ardıcıl olaraq gəlib çatmışdır".305
Süyuti Quranın toplanması və tərtibinin heç də insanlara dəxli olmayan bir şey olduğu haqqında söz-söhbəti qeyd edəndən sonra demişdir: "Qazi Əbu Bəkr özünün "əl-Intisar" əsərində demişdir: "Biz onu de-məyə cürət edirik ki, Allahın nazil etdiyi və qəbul edilməsini əmr etdiyi, nazil edəndən sonra nə özünü, nə də oxunuş qaydasını dəyişmədiyi Quran bütövlükdə Osman müshəfinin cildi içərisində əhatə olunmuş Qurandır. Nə ondan bir şey əskildilmiş, nə də ona bir şey artırılmışdır". Bəğvi "Sünnənin şərhi"ndə demişdir: "Əshabələr (Allah onlardan razı olsun!) iki səhifə arasında Allahın Öz Rəsuluna nazil etdiyi Quranı ona bir şey artırmadan və əskiltmədən toplamışlar".306
Xazin öz təfsirinin müqəddiməsində demişdir: "Doğru dəlillərlə sübut olunmuşdur ki, əshabələr həqiqətən Quranı bir kitabda Qüdrət və Cəlal sahibi Allahın onu Rəsulullah səlləllahü əleyhi və səlləmə nazil etdiyi kimi - ona heç nə artırmadan və ondan heç nə əskiltmədən toplamışlar". Onlar onu Rəsulullah səlləllahü əleyhi və səlləmdən eşitdikləri kimi — bir şeyi qabağa və ya arxaya keçirmədən, Rəsulullah səlləllahü əleyhi və səlləmdən götürmədikləri bir tərtib vermədən yazmışlar... Həqiqətən Quran lövhi-məhfuzda indi bizim müshəflərimizdə olduğu kimi yazılmışdır".307
Qazi "əş-Şifa"da demişdir: "Bil ki, kim Qura-nın, yaxud müshəfin nəyinəsə qiymətsiz bir şey kimi baxsa, yaxud onları söysə, yaxud onu və ya ondan bir şeyi yalan saysa, yainki ona və ya onun bir hissəsinə, yaxud bir ayəsinə inanmasa, ya da ki, onu və ya ondan bir şeyi, yaxud onda göstərilən bir hökmü və ya xəbəri yalan saysa, yaxud onun inkar etdiyini sübut etsə və ya onun sübut etdiyini bilə-bilə inkar etsə, yaxud ondan bir şeyə şəkk etsə, o, bütünlükdə elm əhlinin nəzə-rində kafir sayılar. Allah-təala demişdir: "Həqi-qətən, o elə bir möhkəmləndirilmiş kitabdır ki, ona nə əvvəl, nə sonra batil daxil ola bilməz, o, Hikmətli və Tərifəlayiq Allahdan gəlmədir".308
Məlumdur ki, Imam Buxari öz "Səhih"ində "Peyğəm-bər səlləllahü əleyhi və səlləmin Qurandan başqa heç nə qoyub getmədiyini deyənlər fəsli" adlı bir fəsil vermişdir. O, bu ad altında belə bir hədis qeyd etmişdir: "Ibn Abbas "Peyğəmbər səlləllahü əleyhi və səlləm özündən sonra bir şey qoyub getmişdirmi?" sualını verənin cavabında demişdir: "O özündən son-ra Qurandan başqa bir şey qoyub getməmişdir". Bu sözü Ibn Hənəfiyyə kimi tanınmış Məhəmməd ibn Əli ibn Əbu Talib də belə demişdir".309
Bu bizim Buxarimizin rəvayət etdiyi, o da onların Buxarisinin. Bu Sünnə əhlinin imamlarının dedik-ləri, o da onların imamlarının.
Bu mənalı digər mətnlər də var. Imam Zərkəşi özünün "əl-Bürhan" kitabında Qazinin "əl-Intisar"da-kı sözünü qeyd edəndən sonra deyir: "Bu, Quranın bizə düzgün gəlib çatmasına, dəyişiklikdən qorunub sax-lanmasına, mürtədlərin onda artıq-əskik olması id-diası ilə etdikləri tənələrin naqisliyinə bir də-lildir. Necə ki, Allah-təala bu haqda demişdir: "Zikri Biz nazil etmişik, Biz də onu qoruyuruq". Onun başqa bir sözü: "Onu toplamaq və oxutmaq Bizim işi-mizdir". Ümmət belə bir fikirdə yekdildir ki, bu ayə-dən məqsəd Qurana əməl edənlərin onu yadda saxlama-sını səhv və başqa şeylərin qarışmasından qoruma-sını bildirməkdir. Bu isə Cəmaə əhlinin müshəfi-nin bizə düzgün gəlib çatması və nöqsansız olması haqqında söhbətlərə son qoyulmasını zəruri edir".310
Sünnə əhlindən olan müfəssirlər: "Biz də onu qoru-yuruq" ayəsinin altında adətən qeyd etmişlər ki, Quran hər hansı dəyişiklik, əvəzetmə və təhrifdən qorunur. Bu məsələdə az qala onların hamısı bir-biri ilə ra-zıdırlar, nadir halda nisbətən fərqli fikirlər söy-lənir. Məsələn, Xazin öz təfsirində deyir: "Biz Mə-həmmədə nazil etdiyimiz Zikri qoruyuruq" — yəni ar-tırılmadan, əskildilmədən, əvəzolunmadan və təhrif-dən qoruyuruq. Böyük Quran bu şeylərin hamısından qorunur: cəmi xəlq olunmuşlardan, istər cin olsun, istər ins, biri də ona bir söz belə artırıb-əskildə bilməz. Bu, sair nazil edilmiş kitablardan fərqli olaraq, Böyük Qurana aiddir. Onların isə bəzilərinə təhrif, təbdil, artıq-əskik daxil olmuşdur. Qüdrət və Cəlal sahibi Allah bu Kitabın qorunmasını öz öhdə-sinə götürdüyü üçün o, əbədi olaraq saxlanmış, artı-rılıb-əskildilmədən qorunmuşdur".311
Nəsəfi bu "Zikri Biz nazil etmişik..." ayəsinin altında yazıb: "Allah bununla onlara qətiyyətlə bil-dirib ki, Quran nazil olmuşdur, onu şeytanlardan hifz olunmuş şəkildə nazil edən O (Allah) Özüdür, Özü də onu qoruyur. Allah əvvəlki kitabların qorunma-sını öz öhdəsinə götürmədi. Onları ilahiyyatçılar və yəhudilərin din alimləri öz aralarında əxlaqsız-casına əzbərlədilər və o kitablar təhrif olundu. Quranın qorunmasını isə Allah başqasına etibar etməmişdir".312
Imam Ibn Kəsir isə demişdir: "Sonra Allah-təala qərara aldı ki, Peyğəmbərə Zikri nazil edən O Özüdür, O Özü də Quranı dəyişdirilmək və əvəz olunmaqdan qoruyur".313
Fəxr Razi demişdir ki, bu ayənin mənası budur: "Biz bu Zikri təhrif olunmaqdan, artırılmaqdan və əskildilməkdən qoruyuruq". Buna bənzər digər ayə isə Allah-təalanın Quranın xüsusiyyəti haqqında dediyi bu ayədir: "Ona nə əvvəl, nə sonra batil daxil ola bil-məz". O sonra demişdir: "Quran Allahdan başqa bir qeyrisindən gəlmə olsaydı, insanlar onda çoxlu fərq-lər görərdilər. Soruşan olsa ki bir halda ki, Allah-təala Quranı hifz etməyi vəd etmişdi, onda əshabələr Quranın müshəfdə toplanması ilə niyə məşğul oldu-lar? Axı Allahın hifz etdiyi şeyin heç bir qorxusu yoxdur. Cavab budur ki, onların Quranı toplamaları Allah-təalanın onu qoruması səbəbindən idi. O, Quranın hifz olunmasında onların xidmətindən isti-fadə etmişdir". O sözünü belə bitirmişdir: "Əgər bir nəfər Quranı bir hərf, yaxud bir nöqtə qədər də-yişdirməyə çalışsaydı, dünya əhli ona deyərdi ki, bu, yalandır, Allah-təalanın Kəlamını dəyişdirməkdir. Hətta əgər çox hörmətli bir şeyxin belə Allah Kita-bının bir hərfində təsadüfən dili topuq vurub səhv etsəydi, uşaqlar ona deyərdilər: "Ey şeyx, səhv etdin, doğrusu belədir... Allahın "Biz də onu qoruyuruq" sözündən də məqsəd budur. Bil ki, kitablardan heç birinə belə hifzolunma qismət olmamışdır. Elə bir kitab olmamışdır ki, meydana çıxan kimi onun yazı-lışına və oxunuşuna az-çox səhvlər, təhriflər, dəyi-şiklik daxil olmasın. Allahsızların və yəhudilərin onun batil olması və korlanması haqqında çoxlu id-dialarına baxmayaraq, bu Kitabın hər növ təhrifdən qorunub saxlanmış vəziyyətdə qalması ən böyük möcüzə-lərdəndir".314
Dostları ilə paylaş: |