Dünya gənc türk yazarlar bġRLĠYĠ (dgtyb)



Yüklə 1,01 Mb.
Pdf görüntüsü
səhifə38/125
tarix30.12.2021
ölçüsü1,01 Mb.
#22269
1   ...   34   35   36   37   38   39   40   41   ...   125
 
 
Seçmə aşıq şeirləri 
 
60 
QASIM BƏY ZAKĠR 
(1734 - 1857
 
***  
Bəhri-bəlayə ğərq oldum, 
Dişi dürdanədən ayrı. 
Yanmaqda məni bilməyin 
Oda pərvanədən ayrı. 
 
Saqi, məni-namuradə 
Dərdi-sər vermə ziyadə. 
Hərgiz içərəmmi badə 
Çeşmi məstanədən ayrı? 
 
Xəbər alsan mürğ-canı, 
Tari-mudur aşiyanı: 
Bir-bir zülfü pərişanı 
Dolanır şanədən ayrı. 
 
Sevdiyim məni dağ eylər, 
Qeyr ilə ittifaq eylər, 
Hər zaman seyri-bağ eylər 
Məni-divanədən ayrı. 
 
Öləndə Zakiri-xəstə 
Növcavanlar dəstə-dəstə 
Gəlməsin qəbrimin üstə, 
Deyin, cananədən ayrı. 


 
 
61 
 
***  
 
Cəfa çəkdim bağ yetirdim, 
Gülşəni xarə tapşırdım. 
Bunca fikrü xəyal etdim, 
Tapmadım çarə, tapşırdım. 
 
Ölsəm qoyun, sizi tarı*, 
Yönümü dilbərə sarı. 
Özüm öz əlimlə yarı 
Bu gün əğyarə tapşırdım. 
 
Nə qədər eylədim minnət, 
Vəslinə vermədi fürsət: 
Lailac olub aqibət 
Gənci şahmarə tapşırdım. 
 
Qaldım misali-pərvanə, 
Eşq oduna yanə-yanə: 
Canı göndərdim cananə, 
Dili dildarə tapşırdım. 
 
Xəstə Zakir kimi hanı 
könlü olan ğəm məkanı? 
Mən öldüm, ahü əfğanı 
Bülbülü-zarə tapşırdım. 
 
 
 
 
 
 

sizi tarı – Siz Tanrı, Sizi Tanrıya and verirəm 



Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin