Seçmə aşıq şeirləri
58
MƏNDƏDĠ
Bir qız ilə bir gəlinin bəhsi var,
Gəlin deyər, bu gün meydan məndədi.
Qız da deyər, açılmamış qönçəyəm,
Fəsli-bahar, baği-reyhan məndədi.
Gəlin deyər, ördəyim var, qazım var,
Şirin-şirin söhbətim var, sazım var,
Sallananda yüz qız qədər nazım var,
Həya, iman, ədəb, ərkan məndədi.
Qız deyər, mən oxşamışam anama,
Ləlü-mərcan düzülübdü tanama,
Əl vursalar tağdan qopar şamama,
Əl dəyməmiş taği-bostan məndədi.
Gəlin deyər, gəl, qız, düşmə araya,
Gər mən ölsəm, aləm batar qaraya,
Bəzənərəm, sallam səni bəlaya,
Şövqə salan, camalü-can məndədi.
Valeh deyər ikinizə mən qurban,
Yolunuzda mən qoymuşam başla can,
Əyləməyin bu qəribi bağrı qan,
Sizdən ötrü çeşmi-giryan məndədi.
|