Dünya gənc türk yazarlar bġRLĠYĠ (dgtyb)



Yüklə 1,01 Mb.
Pdf görüntüsü
səhifə44/125
tarix30.12.2021
ölçüsü1,01 Mb.
#22269
1   ...   40   41   42   43   44   45   46   47   ...   125
 
 
71 
 
 
GƏRƏK 
 
Yaxşı yerdə düşdün mənim cəngimə, 
Cəngimdən cıxmağa bir hünər gərək. 
Maya dura bilməz nər qabağında, 
Meydana girməyə nərə nər gərək. 
 
Saxla dilin, özün üçün qadağa, 
Əlimdən gedərsən arana, dağa. 
Şahin kimi göydə qanad açmağa, 
Havada süzməyə balu-pər gərək. 
 
Camalın şövqündən dilim oldu təng, 
Çayda balıq olar, dəryada nəhəng. 
Mahalım Göyçədi, kəndim Qızılvəng, 
Aşıq Alı birdir, birə-bir gərək. 
 


 
 
Seçmə aşıq şeirləri 
 
72 
 
 
GÖRMƏDĠM 
 
Viranə bağlara mən oldum bağban, 
Almasın, heyvasın, narın görmədim. 
Bivəfa sözündən çox cəfa çəkdim, 
Bəslədim budağın, barın görmədim. 
 
Vəfasız fələkdə etibar olmaz, 
Ağlayan kimsədə kiridar olmaz, 
Hər sevən kimsədə düz ilqar olmaz, 
Çoxu çox danışdı, karın görmədim. 
 
Alıyam, mətləbim veribdi xudam, 
Bütün ölkələrə yayılıb sədam. 
Hərcayı gözəli məhv olsun tamam, 
Namusun, qeyrətin, arın görmədim. 
 



Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin