Dünya gənc türk yazarlar bġRLĠYĠ (dgtyb)



Yüklə 1,01 Mb.
Pdf görüntüsü
səhifə45/125
tarix30.12.2021
ölçüsü1,01 Mb.
#22269
1   ...   41   42   43   44   45   46   47   48   ...   125
 
 
73 
 
 
AY ÜZƏ-ÜZƏ 
 
Hicranım, möhnətim, dərd ilə qəmim 
Az qalıb canımı ay üzə, üzə. 
Namərdin fitnəsi alır canımı, 
Heç demir canımı ay üzə-üzə. 
 
Qəvvas kimi dəryalara dalmışam. 
Şirin canım kəməndinə salmışam. 
Qərq olmuş gəmiyəm, burda qalmışam, 
Sonalar çalxanır ay üzə-üzə. 
 
Alıyam, axtarram həqiqi dostu
İlqarın bütünü həqiqi dostu. 
Müxənnət olmasa həqiqi dostu, 
Dost deyər sözünü ay üzə, üzə. 
 


 
 
Seçmə aşıq şeirləri 
 
74 
 
AġIQ PƏRĠ 
(XIX yüzil
 
***  
Çanaqçı mülkündən səfər eylədim, 
Mənə qənim oldu yollar, ağlaram. 
Şəcər gəldi, vurdu, şikar eylədi
Tökər didələrim sellər ağlaram. 
 
Nagahandan düşdüm böylə dərdə mən, 
Necə çəkim eşq üzünə pərdə mən? 
Gözü yaşlı gəldim Tağavurda mən, 
Pərişan olubdu tellər, ağlaram. 
 
Bir şah əndaz şux nigarım gedibdi, 
Kəsilibdi ixtiyarım, gedibdi, 
Köysü dağlı bir tavarım gedibdi 
Quruyub, lal olub dillər, ağlaram. 
 
Bir dilbər pəriyə Pəri qan ağlar
Çəkilib sinəmə düyünlü dağlar, 
Ölübdü bülbülüm, lal olub bağlar, 
Saralıb, savrılıb güllər, ağlaram. 
 


 
 
75 
 
***  
(Məhəmməd bəy Aşiqə
 
Ruşən gecəsində, xoş bir saatda, 
Namə gəldi bu səhraya sevdiyim. 
Yaxşılıq yazılsa yaman dəftərə, 
Nə deyərsən bu binayə, sevdiyim. 
 
Hər qul öz yerinin büryadı olu, 
Oxuyan kəslərin savadı olu, 
Dərdlinin fələkdən amadı olu, 
Minnət elər bu dünyayə, sevdiyim. 
 
Ərzi tulanidi, bu müxtəsəri, 
Çoxları eşqdən olub sərsəri. 
Anlayıb əhli-dil olandan bəri, 
Ömür baqi getdi zayə, sevdiyim. 
 
Ey Pəri, müxtəsər bir cavab elə
Şayəstədi rücu edən aqilə, 
Rəqiblər danışır inqilab ilə, 
Qoşulmuram mən hərcayə, sevdiyim. 



Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin