79
***
Yarın bağçasında üç gül açılıb,
Ağ gül, qırmızı gül, bir də sarı gül.
Hər
üçü də bir-birindən öyməli,
Ağ gül, qırmızı gül, bir də sarı gül.
O ağ gülün qapısından baxmalı,
Qızılgülü al yanağa taxmalı,
Sarı gülü dəstə tutub qoxmalı,
Ağ gül, qırmızı gül, bir də sarı gül.
Ağ gülü bənzətdim göy göyərçinə,
Şəkər əzib dəhanının içinə,
Söyün müştaq olub
gülün üçünə -
Ağ gül, qırmızı gül, bir də sarı gül.